Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1180/2022 15.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh2 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və "xxxx" MTK-ya qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" MTK-ya qarşı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1519/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbi təmin edilmişdir. 18 iyun 2019-cu il tarixli bildirişlə Cavabdeh1 MTK-ya rəsmi qaydada müraciət olunaraq 5 (beş) gün ərzində "xxxx" MMC ilə bağlanılmış 20 mart 2007ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh1 MTK 22 iyun 2019-cu il tarixli 22/06 saylı məktubu ilə ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)- 1519/2018 nömrəli qətnaməsi çıxarıldığından ərizəsində göstərilən tələblərin yerinə yetirilməyin qeyri-mümkünsüzlüyü və qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək hüququndan istifadə etməyi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, iştirakı təmin olmadan bu barədə ona xəbər verilmədən, Cavabdeh1 MTK tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. "xxxx" MMC ilə (hüquqi varis Cavabdeh1 MTK) 20 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair 119 000 manat tərəfindən tam ödənilmişdir. Bu haqda müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsini bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürür. Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006cı il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin daxilində 113.52 kv.metrinə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında 03 fevral 2012-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən hər kvadrat metri 543 manat olmaqla ümumilikdə 61460 manat ödənildiyi qeyd edilmişdir. Müvafiq maliyyə arayışı verilmişdir. Cavabdeh2 ilə "xxxx" MMC arasında 03 fevral 2012-ci il tarixli müqavilə iddiaçı ilə bağlanılmış müqavilədən 5 il sonra bağlanılmışdır. Qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ onda olduğu halda qeyri-yaşayış sahəsi təkrar Cavabdeh2 əsassız olaraq satılmışdır. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinə görə cavabdeh ”Progress-2016” MTK -ya iddiaçı tərəfindən tam olaraq haqq ödənilmiş və qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Qeyri-yaşayış sahəsi ona təhvil verilməli, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Sadalananları əsas tutaraq iddiaçı məhkəmədən Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifələri Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, ilkin İddiaçı öz iddia ərizəsində bütün arqumenti onun üzərində qurmuşdur ki, guya o, qeyri-yaşayış sahəsini ondan əvvəl əldə etmişdir və buna görə də, İddiaçı mənzilə olan hüquqları ondan üstün hesab edilməlidir. Həmçinin, İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya Abşeron Rayon Məhkəməsi Cavabdeh2 "xxxx" MMC-yə qarşı iddia tələbi üzrə 2(012)-1519/2018 nömrəli işə baxarkən kobud prosessual pozuntuya yol verərək işi birtərəfli aparmaqla hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hal-hazırda mübahisəli qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız xx.xx.2018-ci il tarixli, 2(012)-1519/2018 nömrəli qətnamə qəbul etmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, iştirakı təmin olunmadan, bu barədə İddiaçı xəbər verilmədən Cavabdeh1 MTK tərəfindən məlumatlandırılmadan maraqlarına toxunan qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Halbuki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş V blok yaşayış mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair 61460 manat onun tərəfindən tam şəkildə ödənilmiş və bununla da həmin qeyri-yaşayış sahəsi üzərində onun istifadə və sahiblik hüquqları yaranmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 1519/2018 nömrəli qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi Cavabdeh1 MTK-ya həvalə edilmiş, həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Həmin 2(012)-1519/2018 nömrəli işin materialları ilə də sübut olunur ki, doğrudan da həmin məhkəmə prosesi dövründə mübahisəli mənzilə dair onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən başqa digər müqavilə, o cümlədən ilkin İddiaçıla "xxxx" MMC arasında alqı-satqı müqaviləsi mövcud olmamış, həmin məhkəmə prosesində iştirak edən Cavabdeh1 MTKnın sədri X18 onun iddiasının əsaslı olduğundan qəbul etmiş, tikinti işləri tam başa çatdıqdan sonra həmin qeyri-yaşayış sahəsinin ona təhvil veriləcəyinə dair məhkəmədə öhdəlik götürmüşdür. Əgər doğrudan da ilkin İddiaçı hazırda mübahisələndirdiyi sahəyə dair onunla "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi mövcud olsaydı, onda Cavabdeh1 MTK-nın sədri R.Nəsirov bu barədə xx.xx.2018-ci il tarixli məhkəmə prosesində bildirərdi. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona satıldığını və bu müqavilə üzrə 119 000 manat ödəməsini bildirsə də, əsl həqiqətdə onun dəlil qismində məhkəməyə təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqavilə və bu müqavilə üzrə 119000 manat pul ödəməsinə dair maliyyə arayışı həqiqətə uyğun olmayıb, 2012-ci ildən sonrakı dövrə geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edilmişdir. İddiaçı hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı saxta olduğu səbəbindən etibarsızdır və məhkəmədə mübahisə predmeti ola bilməz. Belə ki, İddiaçı hazırkı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi və sonuncu ilə "xxxx" MMC arasında mübahisəli qeyriyaşayış sahəsinə dair bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə və maliyyə arayışının saxta sənəd olmasını və 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılması faktı birbaşa aşağıdakı hallar ilə sübut olunur. Mübahisəli sahəyə dair İddiaçı məhkəməyə dəlil qismində təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqavilə blankı öz qrup mənsubiyyətinə görə 2007-ci ildə istifadə olunmuş blank formatına uyğun olmayıb, 2012-ci ildən sonra istifadə olunmuş blank qruplarına aiddir. Belə ki, Abşeron RİH Başçısının 25 avqust 2006cı il tarixli 301 №-li sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MMC-yə Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 4 ha sahədə 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Odur ki, 2012-ci il tarixədək bu binanın layihəsi cəmi 13 mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-13-cü mərtəbələrindəki cəmi 12 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulmuşdur. Hamıya məlum olduğu kimi, həmin vaxt "xxxx" MMCnin qaydalarına əsasən, 1-ci mərtəbə qeyri-yaşayış mərtəbəsi kimi, 2-13-cü mərtəbələrində yerləşən cəmi 12 yaşayış mərtəbələri isə müvafiq olaraq 1-12 mərtəbə kimi qəbul edilmiş və buna görə də 2012-ci ilədək olan dövrdə istifadə olunmuş bütün əvvəlki müqavilə blanklarında “12 mərtəbəli bina” sözündən istifadə olunmuş və heç bir halda “14 mərtəbəli” sözündən istifadə olunmamışdır. Lakin, 2012-ci ildən sonra binanın konstruksiyasında dəyişiklik edilərək daha 2 mərtəbə artırılaraq 15 mərtəbəli olmuş, bunun 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-14-cü yaşayış mərtəbələri isə müvafiq olaraq 1-14 mərtəbə kimi qəbul edilmişdir. Bu səbəbdən də 2012-ci ildən sonrakı dövrdə "xxxx" MMC-də istifadə olunmuş bütün müqavilə blanklarının 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində "14 mərtəbəli yaşayış evi” sözündən istifadə olunmuşdur. Halbuki, İddiaçı hazırda məhkəməyə təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqaviləsinin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində “14 mərtəbəli yaşayış evi” sözündən istifadə olunmuşdur ki, bu da öz qrup mənsubiyyətinə görə birbaşa sübut edir ki, əsl həqiqətdə həmin müqavilə 2012-ci ildən sonrakı dövrdə bir qrup vəzifəli şəxslərlə birlikdə geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edilmişdir. Həmçinin, yuxarıda qeyd etdiyi kimi Abşeron RİH Başçısının 25 avqust 2006-cı il tarixli 301 №-li sərəncamına uyğun olaraq 2012-ci ilədək "xxxx" MMC-nin istifadə etdiyi müqavilə blanklarında binanın 1-ci mərtəbəsi qeyri-yaşayış mərtəbəsi kimi, 2-13-cü mərtəbələrində yerləşən yaşayış mərtəbələri isə müvafiq olaraq 1-12 mərtəbə kimi göstərildiyi səbəbindən, bütün hallarda qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində heç bir halda “1-ci mərtəbə” sözündən istifadə olunmamış, “qeyri-yaşayış mərtəbəsi” sözündən istifadə olunmuşdur. Halbuki, İddiaçı hazırda məhkəməyə təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqavilənin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində “1-ci mərtəbə” sözündən istifadə olunmuşdur ki, bu da öz qrup mənsubiyyətinə görə birbaşa sübut edir ki, əsil həqiqətdə həmin müqavilə 2012-ci ildən sonrakı dövrdə, əsasən 2019-cu ildə bir qrup vəzifəli şəxslərlə birlikdə geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edilmişdir. Belə ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-nın yeni rəhbəri Səməndərov 2019-cu ildə qəbul etdiyi qaydalara görə, əvvəlki dövrlərdə qəbul edilmiş “mərtəbə nömrələnməsi qaydaları”nı dəyişdirərək, qeyriyaşayış mərtəbəsini 1-ci mərtəbə kimi, yaşayış mərtəbələrini isə müvafiq olaraq 2-15-ci mərtəbələr kimi göstərmişdir. Yəni, ilk dəfə qeyri-yaşayış mərtəbələri İ-mərtəbə kimi yalnız 2019-cu ildən etibarən göstərilmisdir. Həmçinin, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə blankının arxa tərəfində 11ci “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bənddə olan icraçı "xxxx" MMC-nin hüquqi ünvanı 04 oktyabr 2005-ci il tarixdə qeydiyyata alındığı “Bakı ş, Binəqədi rayonu” ünvanı göstərilməli olduğu halda göstərilməmiş, əvəzində isə gələcəkdə yəni 18 aprel 2007-ci il tarixdən sonra qeydə alındığı “M.Ə.Rəsulzadə 1” ünvanı göstərilmişdir. Odur ki, bu müqavilə bağlandığı anda mövcud olmayan gələcək ünvanın 1 ay əvvəl göstərilməsi faktı birbaşa qeyd olunan müqavilənin ən azı 18 aprel 2007-ci il tarixdən sonrakı dövrdə geri tarixə yazılaraq saxtalaşdırıldığını sübut edir. Həmçinin, İddiaçı həmin müqavilə blankınm arxa tərəfində 11-ci “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bənddə, “Payçının imzası” olan yerdə İddiaçı şəxsiyyət vəsiqəsindəki imzasına uyğun olmayan imza aşkar olunur ki, müqavilənin bağlandığı anda İddiaçı tərəfindən deyil, başqa səlahiyyətsiz naməlum şəxs tərəfindən imza edildiyini sübut edir. Odur ki, həmin müqavilə naməlum başqa səlahiyyətsiz şəxs tərəfindən imzalandığı səbəbindən etibarsızdır. Ən əsası isə odur ki, "xxxx" MMC-nin inşa etdiyi bu binanın tikintisinə Abşeron rayon İcra Başçısının 25 avqust 2006-ci il tarixli 301 №-li sərəncamı ilə icazə verilsə də, bu binanın İ, İİ, İİİ və İV bloklarının tikintisi üçün torpaq sahəsi 28 dekabr 2007-ci ildə Xırdalan bələdiyyəsi tərəfindən ayrılaraq icarəyə verilmiş, V blokun torpaq sahəsi və bu torpaq sahəsinin üzərindəki yeməkxana isə 28 sentyabr 2007-ci il tarixədək X8 mülkiyyətində olduğu və həmin vaxt bu yeməkxana fəaliyyət göstərdiyi səbəbindən "xxxx" MMC-nin mülkiyyətində olmamış, bu səbəbdən də həmin vaxt bu binanın V bloku ümumiyyətlə mövcud olmamışdır. Lakin, "xxxx" MMC-nin direktoru Elman Tağıyev ilə X22 arasında bağlanmış 28 sentyabr 2007-ci il tarixli müqaviləyə əsasən 498,8 kv.metr olan qeyri-yaşayış binası, yəni yeməkxana "xxxx" MMCyə təhvil verilmiş, yalnız bundan sonra həmin yeməkxananın torpaq ərazisi "xxxx" MMC-yə məxsus olmuş və üzərindəki yeməkxana sökülərək, 2009-cu ildən sonra hazırda mübahisələndirilən V blok inşa edilməyə başlamışdır. Yəni, İddiaçı müqaviləsinin doğruluğuna inansaq, onda görərik ki, 20 mart 2007-ci il tarixdə sözügedən V blok ümumiyyətlə mövcud olmamış və Elman Tağıyevin o dövrdə "xxxx" MMC-nin mülkiyyətində olmayan, yəni özgənin mülkiyyətində olan həmin torpaq və əmlak üzərindəki mülkiyyətə dair sərəncam vermək hüququ da olmamış və bu səbəblərdən də mülki qanunvericiliyin tələblərinə əsasən mövcud olmayan əşyaya dair müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunan faktlar birbaşa, İddiaçı hazırda ona qarşı yazılı sübut qismində məhkəməyə təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqaviləsinin sonradan geri tarixə saxtalaşdırıldığını sübut edir. Beləliklə, İddiaçı "xxxx" MMC ilə arasında mübahisəli sahəyə dair müqaviləsinin guya 20 mart 2007-ci il tarixdə bağlandığını göstərsə də, yuxarıda qeyd olunan çoxsaylı faktiki hallar birbaşa həmin müqavilənin ən azı 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edildiyini sübut edir. Odur ki, İddiaçı həmin saxta müqaviləyə istinad edərək, onun müqavilənin etibarsızlığını və qeyriyaşayış sahəsinin boşaldılmasını tələb etmək hüququ yoxdur. Buna görə də, ilkin İddiaçı idda tələbi rədd olunmalıdır. Halbuki, ilkin İddiaçı hazırda iş materiallarına əlavə etdiyi 20 mart 2007-ci il tarixli müqaviləsi ilə birbaşa sübut olunur ki, bu müqavilə blankı nümunəsi "xxxx" MMC-də 2012-ci ildən əvvəlki dövrdə heç bir halda istifadə edilməmiş və bütün hallarda 2012-ci ildən sonrakı dövrdə istifadə olunmuş blank qruplarına aid olub, 2012-ci ildən sonra geri tarixə saxtalaşdırılmışdır. Bundan başqa, əgər İddiaçı məhkəməyə təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqaviləsinin doğruluğuna inansaq, onda görərik ki, İddiaçı "xxxx" MMC ilə müqavilə bağladığı həmin vaxt "xxxx" MMC-nin inşa etdirdiyi binanın V bloku ümumiyyətlə mövcud olmamış və bu blokun yerindəki torpaq ərazisi və üzərindəki yeməkxana özgənin mülkiyyətində olduğu səbəbindən, "xxxx" MMC-nin direktoru Elman Tağıyevin özgəsinin mülkiyyəti üzərində sərəncam vermək hüququ olmadığı bir halda, İddiaçıla bağladığı 20 mart 2007-ci il tarixli müqaviləsi etibarsız və ya əhəmiyyətsiz əqddir. Beləliklə, İddiaçı hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqaviləsi saxta olduğundan, onun həmin mübahisəli qeyri-yaşayış sahəsi üzərində heç bir sahiblik və istifadə hüququ yoxdur və ola bilməz. Mövcud mülki qanunvericiliyin tələblərinə əsasən "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK-nın sədri Səməndərovun məhkəməyə təqdim etdiyi 16 sentyabr 2019-cu il tarixli 16/19 №li arayışında göstərilən məlumatlar isə əsassız və qanunsuz olduğundan sübutların siyahısından çıxarılmalı, onun hazırkı məhkəməyə saxta dəlillərlə ardıcıl və davamedici şəkildə təsir göstərməsi faktına hüquqi qiymət verilməklə qarşısı alınmalıdır. Çünki, həmin arayışda yazılanların heç biri həqiqət deyil. Səməndərov 2019-cu ilin əvvəllərindən başlayaraq, əvvəllər heç bir halda Cəmiyyətin siyahısında olmamış və ya mənzil münasibətlərinə xitam verilmiş şəxsləri qanunsuz olaraq Cəmiyyətin əvvəlki sədrindən təhvil aldığı payçıların siyahısına əlavə edərək, əsl payçılara böyük problem yaratmış və mənzillərin sahəsinin guya müqavilədə göstərilmiş sahədən daha artıq olmasını bildirərək, qanunsuz olaraq payçıları həmin artıq sahəyə dair pul ödəməyə məcbur edir, müqavimət göstərən payçıların mənzillərinə isə guya ondan əvvəl payçı olmasına dair saxta müqavilələr yazdıraraq, həmin saxta sənədlər əsasında onların mənzillərini qanunsuz olaraq əllərindən alır, ona “itaət edənlərə isə əlverişli şərait yaradır. Arayışda Səyyarla bağlanmış saxta müqavilənin hazırda qanuni qüvvədə olmasına dair məhkəməyə saxta arayış verməsi, onun həmin qanunsuz müqavilədəki mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı saxta sənədlər əsasında satılmasında iştirakını birbaşa sübut edir. Həmçinin, işin faktiki halları ilə də sübut olunur ki, həqiqətən də həmin mübahisəli qeyri-yaşayış sahəsi ilk olaraq 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ona satılmış və həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Əgər, ilkin İddiaçı 20 mart 2007-ci il tarixli müqaviləsinin doğruluğuna inansaq, onda mövcud mülki qanunvericiliyin tələblərinə əsasən, həmin 20 mart 2007-ci il tarixli müqavilə üzrə müqavilə tələbi ötürüldüyü səbəbindən, məhkəmə ilkin İddiaçı iddia tələbindən imtinaya dair barəsində qərar çıxarmalıdır. Buna görə də, İddiaçı ona və Cavabdeh1nə qarşı vermiş olduğu ona aid müqavilənin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə ilkin iddia ərizəsinin tamamilə rədd olunması və onun hazırkı iş üzrə vermiş olduğu qarşılıqlı iddia tələbinin isə təmin edilərək, "xxxx" MMC ilə İddiaçı arasında "xxxx" MMC-nın Xırdalan şəhəri, M.Ə.Rəsulzadə kucəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 5-ci blokunun qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin pay alqı-satqısına dair bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilk iddia üzrə İddiaçı ilk iddiası əsassız olduğu üçün təmin edilməməsi və onun qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, Cavabdeh2la "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi və ilk iddianın qalan hissədə rədd olunması qət olunmuşdur (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(105)-1760/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (hakimlər T.Q.Məmmədov ( sədrlik edən və məruzəçi), Ş.R.Abasov və Z.İ.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-2112/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), G.A.Quliyev və Z.Ə.Əliyev). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər G.F.Tağızadə (sədrlik edən, məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev). Qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-131/2022 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (hakimlər Əhməd Əhmədov (sədrlik edən, məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev ). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 7 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçıla bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən sonuncuya hər kv.metri 1000 manata olmaqla, ümumilikdə 119000 manat vəsaitə satılmış, İddiaçı həmin tarixli maliyyə arayışına əsasən qeyd edilən məbləği bütövlükdə həmin Məhdud Məsuliyyətli Cəmiyyətə ödəmişdir. Bundan sonra, Məhdud Məsuliyyətli Cəmiyyət həmin qeyri-yaşayış sahəsini onunla bağlanılmış xx.xx.2012-ci il tarixli, 97 nömrəli müqaviləyə əsasən yenidən hər kv.metri 543 manat olmaqla, cəmi 61640 manat məbləğində pula ona satmış, o da eyni tarixli maliyyə arayışına əsasən sözügedən məbləğdə pulu həmin Məhdud Məsuliyyətli Cəmiyyətə ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin amlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçıla bağlamış olduğu xx.xx.2007-ci il tarixli müqavilə üzrə sonuncunun öz öhdəliyini yerinə yetirməsi səbəbindən sözügedən binada tikinti işləri yekunlaşdıqdan sonra qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməli idi. İddiaçı xx.xx.2007-ci il tarixli müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi andan sözügedən sahə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmamış, məhz İddiaçı məxsus olmaqla, onun istifadə və sahibliyinə keçmişdir. Belə olan halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olmayan daşınmaz əmlakın və ya ona dair pay hüququnun digər şəxslərin sahiblik və istifadəsinə verilməsinə dair hər hansı müqavilə bağlaya bilməzdi. Qətnamədən görünür ki, məhkəmə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləni ləğv etməsinin hüquqi əsası kimi, İddiaçı məhkəməyə öz iddiasının sübutu kimi təqdim etdiyi qeyri-yaşayış sahəsinə dair müqaviləni guya xx.xx.2007-ci il tarixdə, ondan əvvəlki müddətdə bağlamasına və pulu tam ödəməsi səbəbindən də həmin qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasına istinad etmişdir. Halbuki, həmin məhkəmə qətnaməsi ilə birbaşa sübut olunur ki, məhkəmə işə baxıb qərar qəbul edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” tələbinin ziddinə olaraq, işdəki sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən dəlillərlə, izahatlarla və sənədlərlə deyil, qanunsuz olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü işin faktiki hallarından irəli gəlməyən əsassız dəlillərlə əsaslandırmışdır. Belə ki, məhkəmə İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsinə və eyni tarixli maliyyə arayışına yazılı sübut qismində istinad etdiyi halda, ilk öncə öz qulluq mövqeyinə görə həmin sübutların mötəbərliyini yoxlamamış, yəni həmin sənədlərin sonradan geri tarixə saxtalaşdırılaraq əldə edilməsi faktlarına dair verdiyi vəsatətlərə və bu vəsatətlərdə göstərdiyi dəlillərə, məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28935 saylı rəyinin nəticəsinin 2-ci hissəsində göstərilənlərə əhəmiyyət verməmiş, ekspert rəyini tərsinə təfsir edərək, İddiaçı saxta müqavilə və maliyyə arayışı barədə mübahisəli qeyri-yaşayış sahəsinə dair müqaviləni ondan əvvəl bağlaması görüntüsü yaratmışdır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli proses zamanı məhkəməyə izahat verərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda tikintisinə başlanılmış binaya gəlmiş, binanın yerinə baxmış, V blokun ərazisində qazıntı işlərinin aparıldığını görüb əmin olduğundan, binanın eskiz layihəsinə baxaraq, V blokda ümumi sahəsi 119 kv. metr olan qeyri-yaşayış sahəsinin ona satılmasına dair elə yerindəcə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru E.Tağıyevə 119000 manat nağd pul ödəmiş, təxminən 10-15 dəqiqə ərzində orada işləyən tanımadığı bir qadın tərəfindən xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı yazılaraq ona təhvil verilmiş, lakin həmin gün ona heç bir cizgi sxemi verilməmişdir. Halbuki, İddiaçı xx.xx.2019-cu il tarixli məhkəmə prosesində verdiyi izahatında göstərdiklərinin əksinə olaraq, iş materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28935 saylı rəyinin 2-ci nəticəvi hissəsi ilə birbaşa sübut olunur ki, əsl həqiqətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin əlyazma mətni ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 97 saylı müqavilənin əlyazma mətni öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Bu fakt isə birbaşa onu sübut edir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair müqaviləsi onun məhkəmədə verdiyi izahatında göstərdiyi kimi, xx.xx.2007-ci il tarixdə tanımadığı qadın tərəfindən deyil, əsl həqiqətdə xx.xx.2011-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunmuş X18 tərəfindən yazılaraq tərtib edilmişdir. Bu isə öz növbəsində onu sübut edir ki, əsl həqiqətdə həmin müqavilə xx.xx.2007-ci ildə deyil, ən azı xx.xx.2011ci ildən sonrakı dövrlərdə Rafiq Nəsirov tərəfindən yazılaraq tərtib edilmişdir. Belə ki, Rafiq Nəsirov xx.xx.2011-ci il tarixdən həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru vəzifəsinə təyin edilmiş və bundan əvvəlki dövrlərdə isə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir əlaqəsi, ümumiyyətlə, olmamışdır. Odur ki, əgər İddiaçı saxta müqaviləsinin doğruluğuna inanmaq istəsək də, onda görərik ki, həmin müqavilənin Rafiq Nəsirovun direktor vəzifəsinə təyin edildiyi vaxtdan 4 il, 7 ay əvvəl, yəni xx.xx.2007-ci il tarixdə yazılaraq tərtib edilməsi absurddur. Həmçinin İddiaçı özü də xx.xx.2019-cu il tarixli məhkəmə prosesində verdiyi izahatında həmin müqaviləsini guya xx.xx.2007-ci il tarixdə orada işləyən tanımadığı qadın tərəfindən yerində yazılaraq tərtib edilib ona verildiyini və həmin gün ona heç bir cizgi sxemi (eskiz layihəsi) verilmədiyinə dair izahat verməsi də birbaşa sübut edir ki, həmin sənədlər onun izahatında göstərdiyi kimi xx.xx.2007-ci il tarixdə tanımadığı qadın tərəfindən deyil, əsil həqiqətdə isə ən azı xx.xx.2011-ci ildən sonrakı dövrlərdə Rafiq Nəsirov tərəfindən geri tarixə saxtalaşdırılaraq İddiaçı tərəfindən qanunsuz yolla əldə edilmişdir. Məhkəmə nədənsə işin bu faktiki halına, ümumiyyətlə, heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, İddiaçı məhkəməyə öz iddia tələbinin yazılı sübutu qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixdə 119000 manat pul vəsaitini ödəməsini təsdiq edən maliyyə arayışının üzərindəki firmanın rekvizitlərinə dair hissəsində ***-**-** şəhər telefon nömrəsinin göstərilməsi də birbaşa sübut edir ki, həmin sənəd həqiqətə uyğun olmayıb, sonradan geri tarixə saxtalaşdırılmışdır. Belə ki, həmin telefon nömrəsi xx.xx.2008-ci ildən xx.xx.2013-cü il tarixədək iş adamı olan X7 adına rəsmiləşdirilmiş və yalnız həmin dövrlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki direktoru olmuş X9 tərəfindən istifadə edilmiş və firma adının rekvizit hissəsində yazılaraq göstərilmişdir. Bu isə birbaşa onu sübut edir ki, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli maliyyə arayışı əsl həqiqətdə, ən azı həmin telefon nömrəsinin Muxtar İsmayılovun adına rəsmiləşdirildiyi və Rafiq Nəsirovun direktor vəzifəsinə təyin edilməsindən sonrakı dövrlərdə onun tərəfindən geri tarixə saxtalaşdırılaraq, İddiaçı tərəfindən qanunsuz yolla əldə edilmişdir. Halbuki, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının sonradan geri tarixə saxtalaşdırıldığını birbaşa sübut edən bu faktların yoxlanmasına dair vəsasət versə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Bundan başqa, İddiaçı məhkəməyə öz iddia tələbinin yazılı sübutu qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə, maliyyə arayışında və bunlara dair “cizgi sxemi”ndə (eskiz layihəsində) göstərilmiş həmin qeyriyaşayış sahəsinin ümumi sahəsinin 119 kv.metr göstərilməsi də birbaşa sübut edir ki, həmin “cizgi sxemi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2007-ci ildə deyil, 2009-cu ildən sonrakı dövrlərdə olan “Eksiz layihəsi”nə aid olduğundan, əsl həqiqətdə bu “cizgi sxemi” 2009-cu ildən sonrakı dövrlərdə geri tarixə saxtalaşdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 2007-ci il tarixli “İş layihəsi” ilə birbaşa sübut olunur ki, 2007-ci ildə sözügedən mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi İddiaçı məhkəməyə təqdim etdiyi “cizgi sxemi”ndəki kimi 119 kv.metr deyil, əsl həqiqətdə 80 kv.metrdən çox olmamış və yalnız 2009-cu ildən sonra həmin sahənin ümumi eni 1 aşırım, yəni 6 metr artırıldıqdan sonra 113,52 kv.m (xaricdən ölçü ilə 119 kv.m) olmuşdur. Bu isə birbaşa sübut edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi “cizgi sxemi” 2007-ci ildə mövcud olmadığından və yalnız 2009-cu ildən sonra mövcud olduğundan, həmin cizgi sxemi 2009-cu ildən sonrakı dövrlərdə geri tarixə saxtalaşdırılmışdır. İddiaçı “cizgi sxemi”nin sonradan geri tarixə saxtalaşdırılması faktını özü xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə verdiyi izahati ilə sübut etmişdir. Belə ki, İddiaçı məhkəməyə verdiyi xx.xx.2019-cu il tarixli izahatında göstərdi ki, xx.xx.2007-ci il tarixdə günorta saatlarında sözügedən tikinti ərazisinə gələrək, orada şəxsən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 ilə görüşüb binanın eskiz layihəsinə (cizgiyə) baxmış, sonra əraziyə baxış keçirmiş, 5-ci blokun yerində tikinti üçün qazıntı işlərinə başlanıldığını gördükdən sonra binanın 5-ci blokundan yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin hər kvadrat metrinə görə 1000 manat olmaqla, 119 kvadrat metr sahənin alqı-satqısına dair müqavilə bağlayaraq, dərhal elə oradaca Elman Tağıyevə 119000 manat pulu nağd şəkildə ödəmiş və təxminən 10-15 dəqiqə ərzində orada işləyən qadınlar tərəfindən hazırda məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı yazılaraq dərhal ona təhvil verilsə də, həmin gün eskiz layihəsi (cizgi) tərtib edilməmiş və heç bir halda ona verilməmişdir. Halbuki, İddiaçı “cizgi sxemi”nın saxtalığını birbaşa sübut edən faktların yoxlanmasına dair vəsasət versə də, məhkəmə nədənsə buna əhəmiyyət verməmişdir. Həmçinin işin faktiki halları ilə də birbaşa sübut olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında binanın 5-ci blokundakı mübahisəli qeyriyaşayış sahəsinə dair xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olmuşdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 529 nömrəli qeydiyyat vəsiqəsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-899/2016 nömrəli qətnaməsi ilə birbaşa sübut olunur ki, həqiqətən də Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış binası X8 adına mülkiyyət hüququ əsasında 15 iyul 2004-cü il tarixdə 01 saylı reyestr kitabında 133-cü səhifədə 529 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X14 arasında notarial qaydada bağlanmış 28 sentyabr 2007-ci il tarixli barter müqaviləsi ilə bir başa sübut olunur ki, həqiqətən də İ tərəf (X14) Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498,8 kv.metr olan qeyri-yaşayış binasını İİ tərəfin ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 şəxsində) mülkiyyətinə verəcəyini öz öhdəsinə götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-899/2016 nömrəli qətnaməsi ilə birbaşa sübut olunur ki, sözügedən binanın 5-ci blokunun torpaq ərazisi bütünlüklə xx.xx.2007-ci il tarixədək X8 mülkiyyətində olmuşdur. Odur ki, əgər İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında binanın 5-ci blokundakı mübahisəli qeyriyaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin xx.xx.2007-ci il tarixdə bağlanmasının doğruluğuna inanmaq istəsək, onda görərik ki, həmin vaxt binanın 5-ci blokunun yerləşdiyi torpaq ərazisi və üzərindəki qeyri-yaşayış binası bütünlüklə Xalıq Xalıqovun mülkiyyətində olduğu səbəbindən, xx.xx.2007-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elman Tağıyevin məhz həmin torpaq və üzərindəki qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ da olmamışdır və bu səbəbdən də İddiaçıla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə bağlandığı anda etibarsız olmuşdur. Habelə, Abşeron rayon Xırdalan bələdiyyəsinin 28 dekabr 2007-ci il tarixli, 07 saylı qərarı ilə birbaşa sübut olunur ki, həqiqətən də Xırdalan bələdiyyəsi ərazisində, yararlı sahədən ibarət olmaqla bələdiyyə mülkiyyəti kimi uçota alınmış torpaqdan çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4650 kv.metr torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi tərtib edilmiş və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsində 2008-ci ildə tərtib olunmuş İcarəyə verilən torpaq səhəsinin ayrıc aktından görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə cizgidə göstərilən sərhədlər daxilində 0,465 hektar torpaq sahəsi çoxmərtəbəli yaşayış evi tikilməsi məqsədi ilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A029763 saylı şəhadətnamədən görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 07 saylı icarə müqaviləsi ilə çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 4650 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X21 kitabında 24 yanvar 2008-ci tarixdə 4929 nömrə ilə uçota alınmışdır. Qeyd olunan faktlar birbaşa İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2007-cu il tarixli müqaviləsinin sonradan geri tarixə saxtalaşdırıldığını sübut edir. Beləliklə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında mübahisəli sahəyə dair müqavilənin guya xx.xx.2007-ci il tarixdə bağlandığını göstərsə də, çoxsaylı faktiki hallar birbaşa həmin müqavilənin ən azı 2012-ci ildən sonrakı dövrdə (böyük ehtimalla 2019-cu ildə) geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edildiyini sübut edir. Odur ki, mövcud mülki qanunvericiliyə əsasən İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsi, maliyyə arayışı və “cizgi sxemi” sonradan geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edildiyi səbəbindən etibarsız və heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqddir. Beləliklə, İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsinin saxtalığı birbaşa məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28935 saylı rəyinin 2-ci nəticəvi hissəsi ilə, “cizgi sxemi”nin saxtalığı isə işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 2007-ci il tarixli “İşçi layihəsi” ilə birbaşa sübut olunsa da, “maliyyə arayışı”nın saxtalığını sübut edən üzərindəki rekvizit hissəsində qeyd olunmuş telefon nömrəsinin hansı dövrdə, kimin adına rəsmiləşdirilməsinə dair müvafiq orqanlarda olan sübutların əldə edilməsi onun imkanı xaricində olduğundan, həmin sübutların orqanlardan alınaraq, birlikdə hüquqi qiymət verilməsinə dair verdiyi şifahi və yazılı vəsatətlərə birinci instansiya məhkəməsi tərəfindən heç bir əhəmiyyət verilməmiş və bununla da məhkəmə çəkişmə tərəflərinin qeyri-bərabərliyinə zəmin yaratmış, onun qanunla yaradılmış ədalətli məhkəməyə əlçatanlığına heç bir halda imkan verməmiş, nəticədə İddiaçı saxta müqaviləsini qanunsuz olaraq yazılı sübut kimi qəbul etmiş, onun isə barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan xx.xx.2012-ci il tarixli müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. Həmçinin, mövcud halda məhkəmə öz qətnaməsinin prosessual hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə və maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarına istinad etmişdir. Əgər İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsinin doğruluğuna inanmaq istəsək onda görərik ki, onunla həmin müqavilə “Mənzil Tikinti Kooperativi” arasında deyil, "xxxx" arasında bağlanmışdır. Belə halda isə məhkəmə Məhdud Məsuliyyətli Cəmiyyətə heç bir aidiyyatı olmayan hüquq normasını tətbiq etməklə kobud prosessual pozuntuya yol vermiş, qanunsuz qətnamə qəbul etmişdir və qətnamə qanunsuz olduğundan hər bir halda ləğv edilməlidir. Mövcud mülki qanunvericiliyin tələblərinə əsasən mənzil-tikinti kooperativində əmlak üzərində istifadə və sahiblik hüququ əmlakın müqavilə üzrə dəyərinin tam ödənildiyi andan əmələ gəldiyi bir halda, Məhdud Məsuliyyətli Cəmiyyətdə isə bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Odur ki, məhkəmə İddiaçı MMC ilə qeyri-yaşayış sahəsinə dair müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi andan, həmin qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması qənaətinə gəlməkdə haqlı olmamışdır. İddiaçıla mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2007-ci il tarixli müqavilə Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlandığı göstərildiyindən, hətta həmin müqavilə üzrə öz öhdəliyini yerinə yetirsə belə, qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmamışdır və mövcud mülki qanunvericiliyin tələblərinə əsasən bu hüququ yalnız həmin sahənin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındığı andan sonra əldə edə bilər. Odur ki, məhkəmə Məhdud Məsuliyyətli Cəmiyyətə heç bir aidiyyatı olmayan Mülki Məcəllənin 178.8-ci maddəsini tətbiq etməklə prosessual qanun pozuntusuna yol vermişdir. Halbuki məhkəmə mövcud halda Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq etməli idi. Odur ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi prosessual normanın düzgün tətbiq edilmədiyi səbəbindən ləğv edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz verərək etirazın dəlillərini aşağıdakı kimi əsaslandırmışdır. - 20 mart 2007-ci il tarixli bağlanmış müqavilənin tərtibi, məzmunu və eyni şəxs tərəfindən yazılması ilə əlaqədar bildirilir ki, bu hallar Cavabdeh1 MTK tərəfindən mübahisələndirilmir.20 mart 2007-ci il tarixli müqavilə "xxxx" MMC-nin əvvəlki təsisçisi və direktoru X5 Xırdalan şəhəri, Rəsulzadə küçəsində yerləşən ofisində pay haqqı tam ödənildikdən sonra (köhnə statistika binasında) tərtib edilmiş, onun tərəfindən imzalanmış, möhürlənmiş və İddiaçı verilmişdir. Həmin vaxt 1-ci və 2-ci bloklarda qazıntı işləri aparılırdı. - Cavabdeh2 şirkətdə payçılardan ibarət yaradılmış “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın 2014-cü ildən 2018-ci il tarixədək rəhbəri olmuşdur.Tikintidə baş verən bütün məsələlərə birbaşa müdaxilə etmiş və onun rəhbərliyi ilə bütün alqı-satqı, əvəzləşdirmə, dəyişdirilmə, əlavə ödənişlərin alınması onun göstərişi ilə həyata keçirilmişdir. - 2012-ci ildə "xxxx" MMC-nin direktoru X18 direktor kimi səlahiyyətləri qeydiyyata alınmadığı halda Cavabdeh2 ilə 03 fevral 2012-ci il tarixli qeyri-yaşayış sahəsinə dair müqaviləni imza etmişdir. Bu isə o deməkdir ki, X1 olmadan belə müqaviləni imzalamışdır. Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən "xxxx"MMC xx.xx.2005ci il tarixdə, 0207-A13-1003 nömrə ilə dövlət qeydiyyatın alınmışdır.2014-cü il tarixdə "xxxx" MMC-nin alqı-satqısı həyata keçirilmişdir.xx.xx.2014-cü il tarixli, **********441100 nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən təsisçi X9 öz nizamnamə kapitalındakı 100% payını X2.Çıxarışda qeyd olunmuşdur ki, əvvəlki qanuni təmsilçi X3 qanuni təmsilçi X18. Tarix xx.xx.2014. Göründüyü kimi xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-nin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) X9 olmuşdur. X18 xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-nin icraedici və sərəncamverici səlahiyyətləri ilə direktoru (qanuni təmsilçi) olmamış və Cavabdeh2 ilə 03 fevral 2012-ci ildə müqaviləni imzalaya bilməzdi. Nəzərə alsaq ki, Cavabdeh2 “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın 2014-cü ildən 2018-ci il tarixdədək rəhbəri olmuş, bununla da səlahiyyətlərindən istifadə edərək 2014-cü ildən əvvəlki tarixə, yəni 03 fevral 2012-ci il tarixdə direktor səlahiyyətləri olmayan şəxs tərəfindən müqaviləni imza edərək heç bir ödəniş etmədən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının V blok, ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsini əldə etmişdir. - Torpaq sahəsi telefon nömrəsi, eskiz və işçi layihəsi üzrə məsələlər cavabdeh "xxxx" MTK-ya aid olduğundan o haqda hər hansı məlumat verə bilmir. - İlkin olaraq mübahisələndirilən qeyri-yaşayış sahəsi 20 mart 2007-ci il tarixdə İddiaçı satılmışdır.Onunla bu barədə müvafiq podrat müqaviləsi bağlanılmışdır,həmin müqaviləyə əsasən "xxxx" MMC həmin sahəni inşa edərək iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində müqavilədə müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər olaraq "xxxx" MMC və İddiaçı arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.Lakin "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinə görə ödədiyi pay haqqının müqabilində əldə etdiyi qeyri-yaşayış sahəsini ona təhvil verilməsini tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir. Belə ki,həmin sahə Nizamı Cəfərovun adma dövlət qeydiyyatına alınmamışdır və onun mülkiyyətində deyildir. MM-nin 452.1-ci maddəsinin Cavabdeh2 münasibətdə tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-nin istinad olunan 452.1-ci maddəsinin təhlilindən aydin olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən, fərdi xüsusiyyətlərə malik olan əşyalardan bəhs edilir. - Apellyasiya şikayətində qeyd olunanlar tərəfin əsassız mülahizələridir və hər hansı sübutlarla təsdiq edilmir.Qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yoxdur. Bundan əlavə apellyasiya şikayətinin və qarşılıqlı iddianın digər əsaslı dəlili ilə bağlı, yəni binanın 14 mərtəbəli binaya rekonstruksiya olunmasının 2012-ci ildə baş verməsinə baxmayaraq İddiaçıla bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədə binanın 14 mərtəbəli kimi göstərilməsi, həmin tarixdə qeyri-yaşayış sahəsinin hazırda yerləşdiyi “V” blokunun ümumiyyətlə mövcud olmaması ilə bağlı İddiaçı tərfindən məhkəmə kollegiyasına ünvanlanmış yazılı “Məlumat” da aşağıdakılar qeyd olunmuşdur: “ ..Bu məsələyə dəfələrlə izah verilmiş, kooperativin arayış və etirazlarında bu öz əksini tapmışdır.Belə ki, "xxxx" MMC-nin direktoru X5 bir neçə şirkəti olmuş ("xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) və həmin şirkətlər 14 mərtəbəli yaşayış binası inşa etmişdir.Həmin şirkətlərə dair təqdim edilən ekspertiza sənədlərində bu öz təsdiqini tapır.Məhkəməyə xeyli sayda həmin dövr üçün müqavilələr təqdim edilmiş və onlarda həm 12, həm də 14 mərtəbəli sözləri yazılmışdır.Bundan əlavə məhkəmənin diqqətinə çatdırım ki, bu məsələni qaldıran Cavabdeh2 eyni tarixli xx.xx.2012-ci il tarixli müqavilələrin də belə həm 12, həm 14 mərtəbəli sözləri yazılmışdır.Bu onu göstərir ki, kooperativdə eyni formalı blanklardan istifadə edilmişdir...”. Həmçinin Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilmişdir.Həmin etirazda qeyd olunur ki, 2006-cı ilin sonunda faktiki olaraq 1-ci və 2-ci bloklarda tikinti-qazıntı işləri aparılmağa başlanılmışdır. 2007-ci ilin əvvəlində Statistika İdarəsinin bir hissəsi və Xalıqovlara məxsus kafenin 5-ci bloka aid olan hissəsi sökülməyə başlanılmışdır. Sifarişçilər (payçılar) qarşısında öhdəlik götürülərək pay haqqı ödənilməklə mənzil və ya qeyri-yaşayış sahəsinin təhvil veriləcəyi barədə müqavilələr bağlanılmağa başlanılmışdır.Bu mənada ərazidə tikinti işlərinin 5-ci blokda faktiki gedib- getməsindən asılı olmayaraq tikiləcək yaşayış binasından işçi layihəsinə əsasən vətəndaşlara pay haqqı ödəməklə mənzil və qeyri-yaşayış sahələri satılmışdır.xx.xx.2007-ci ildə İddiaçı da eyni qaydada qeyri-yaşayış sahəsi satılmışdır.Onunla müqavilə bağlanılmış, maliyyə arayışı və ayrılan sahə barədə müvafiq plan cizgi verilmişdir. Həmin etirazda həmçinin qeyd olunmuşdur ki, “...Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC xx.xx.2005-ci il tarixdə, 0207-A13-1003 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.23 oktyabr 2014-cü il tarixdə "xxxx" MMC-nin Pay alqısatqısı müqaviləsi Bakı şəhəri, 54 saylı notariat kontorunda 3M-344 nömrə ilə reyestrdə qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli, **********441100 nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışına əsasən təsisçi X9 öz nizamnamə kapitalındakı 100 % payını X2. xx.xx.2014-cü il tarixdə Çıxarışda əvvəlki qanuni təmsilçi X3 qanuni təmsilçi X18 qeyd edilmişdir. Göründüyü kimi xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-nin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) X9 olmuşdur. Bu bir daha sübut edir ki,X18 xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-nin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) olmamış və Cavabdeh2 arasında 03 fevral 2012-ci ildə mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə bağlaya bilməzdi...”. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" MTK-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan hazırkı mülki işə baxılmasını mümkün hesab etmişdir.Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ilkin iddiası təmin olunmamalı, Cavabdeh2 qarşılıqlı iddiası qismən təmin olunaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə etibarsız hesab edilməli, bunun hüquqi nəticəsi olaraq 119.000 manat Cavabdeh1 MTK-dan alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia digər hissədə təmin olunmamalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m² olan qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqavilə imzalanmış və dəyəri bir kvadrat metr sahə üçün 1000 manat təşkil etməsi göstərilməklə ümumilikdə 119.000 manatın ödənilməsinə dair maliyyə arayışı verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok ümumi sahəsi 119 m² olan qeyri-yaşayış sahəsinə dair 03 fevral 2012-ci il tarixində 97 saylı müqavilə imzalanmış və dəyəri bir kvadrat metr sahə üçün 543 manat təşkil edən 113,52 m² sahə üçün ümumilikdə 61.460 manat ödənilməsinə dair maliyyə arayışı verilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin 1.1-ci maddəsində göstərilmişdir ki, “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbə, ümumi sahəsi 119 m² olan, 5-ci blok qeyri- yaşayış sahəsini “Payçı”ya verməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC-nin sifarişi əsasında hazırlanan "xxxx" MMC və 2007-ci il tarixli yaşayış binasının iş layihəsinə və "xxxx" MMC-nin sifarişi əsasında hazırlanan Azərbaycan Memarlar İttifaqı İ.Y.B-in 2009-cu il tarxili iş layihəsinə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən yaşayış binası 12 mərtəbədən ibarət olmuşdur. Bundan əlavə iş materialarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 899/2016 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, 2007-ci il tarixinə qədər mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair torpaq sahəsi X10 məxsus olmuş, sonradan "xxxx" MMC ilə X17 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498.8 kv.m. qeyri yaşayış binasını payçı "xxxx" MMC- yə vermişdir (1-ci cild, i/v 138-145).Həmin qətnamədə istinad olunan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu 10806 saylı, 30 iyun 2016-cı il tarixli rəyə əsasən X10 məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498.8 kv.m.olan qeyri-yaşayış binasının mövcud olduğu ərazinin bütövlükdə hazırda "xxxx" MMC tərəfindən tikilməkdə olan yaşayış binasının 5-ci bloku ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Abşeron rayon icra hakimiyyəti başçısının 25 avqust 2006-cı il tarixli Sərəncamına əsasən "xxxx" MMC-yə Xırdalan qəsəbəsi,M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 0,4 hektar sahədə birinci mərtəbəsi qeyri-yaşayış olan 12 mərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İşin mübahisələndirilməyən hallarına əsasən həmçinin müəyyən olunur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla "xxxx" MMC arasında 119 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilədə müqavilənin tarixi kimi 20 mart 2007-ci il tarix, yaşayış evinin mərtəbəliliyinin isə 14 olduğu göstərilmişdir.İşin mübahisələndirilməyən hallarına əsasən həmçinin müəyyən olunur ki, İddiaçıla müqavilənin bağlanma tarixi kimi göstərilən dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın “V” bloku mövcud olmamışdır. Bununla əlaqədar qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin dövrdə "xxxx" MMCnin direktoru X5 bir neçə şirkəti : "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC olmalarına, həmin hüquqi şəxslər tərəfindən 14 mərtəbəli yaşayış binası inşa etdiklərindən, müqavilənin bağlanması zamanı kooperativə məxsus eyni formalı blanklardan istifadə edilməsinə dair dəlillərinə məhkəmə kollegiyası əsassız hesab edir.Belə ki, həmin vaxt müqavilənin bağlanmasını əks etdirən eyni formalı blanklardan istifadə edilməmiş, həmin müqavilə formaslnda yaşayış evinin hansı ünvanda yerləşməsi əl yazısı əsasında deyil, texniki vasitələrdən istifadə edilməklə əks olunmuş hərflər əsasında müəyyən edilmişdir.Əksinə binanın 14 mərtəbəli binaya rekonstruksiya olunmasının 2012-ci ildə baş verməsinə görə həmin tarixdən sonra binanın tikintisinin aparıldığı ünvan üzrə hər iki müqavilə formasından istifadə olunması mümkündür. Bundan əlavə Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2019-cu il tarixli rəyi ilə bu nəticəyə gəlinmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 154-cü vərəqəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və İddiaçı adlarından olan 20 mart 2007- ci il tarixli müqavilənin əlyazma mətni ilə mülki işin 159-cu vərəqəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh2 adlarından olan 3 fevral 2012-ci il tarixli 97 nömrəli əlyazma mətni öz aralarında - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Bununla əlaqədar X18 tərəfindən xx.xx.2021-ci il tarixində kassasiya instansiya məhkəməsinin hakiminə ünvanlanmış teleqramda qeyd olunmuşdur ki, xx.xx.2007-ci il tarixli müqavilə və eyni zamanda maliyyə arayışı 2014-cü ildə Novruz bayramı ərəfəsində "xxxx" MMC-nin təsisçisi X5 təkidi ilə onun tərəfindən tərtib edilərək yazılmış və Tağıyev Elman tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən X18 yenidən apellyasiya instansiyası məhkəməsinə teleqramla müraciət edərək əvvəlki teleqramın onun iradə ifadəsini əks etdirmədiyini, Cavabdeh2 Beyləqana gələrək onun tərəfindən hazırlanmış məktublara tələsik imza etdirdiyini göstərmişdir. Bununla əlaqədar növbəti məhkəmə iclasında Cəfərov X13 Rafiq Nəsib oğlu ilə telefon əlaqəsi saxladığını, o isə həmin teleqramın X5 yaxın qohumlarının təkidi ilə vurduğunu bildirmişdir. Bununla əlaqədar həmçinin Cavabdeh2 X12 öz xətti ilə yazılmış və imzası ilə təsdiq olunmuş Cavabdeh1 MTK-nın sədri X11 ünvanlanmış izahatı məhkəmə kollegiyasına təqdim etmişdir.Həmin əlyazmada hər iki müqavilənin və maliyyə arayışının onun tərəfindən tərtib edildiyi, xx.xx.2012-ci il tarixli müqavilənin qanuni əsaslarla, xx.xx.2007-ci il tarixli müqavilənin isə "xxxx" MMC-nin təsisçisi X5 təkidi ilə yazıldığı göstərilmişdir. Bundan əlavə Abşeron Rayon Məhkəməsi 09 aprel 2018-ci il tarixli, 2(012)- 1519/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbi təmin edilmişdir. Həmin işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi kimi iştirak edən Rafiq Nəsirov 20 mart 2007-ci il tarixli müqavilənin mövcudluğu barədə məhkəməyə hər hansı məlumat verməməklə iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin araşdırılan hallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin tarixi "xxxx" MMC tərəfindən qeyri-qanuni xx.xx.2007-ci il tarixə yazılmaqla eyni qeyri-yaşayış sahəsinə dair xx.xx.2012-ci ildə Cavabdeh2la bağlanmış müqavilə üzrə sonuncunun hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı qanunsuz hərəkətləri ilə 5000 manat məbləğində Cavabdeh2 mənəvi zərər vurmasına dair hissədə qarşılıqlı iddia təmin edilməməlidir.Belə ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair əvvəl Cavabdeh2la bağlanmış müqavilənin mövcud olmasından İddiaçı məlumatlı olması, bununla əlaqədar onun Cavabdeh2la bilərəkdən qərəzli münasibətdə olması iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edilməli olduğundan, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 119.000 manat "xxxx" MMC-nin hazırda hüquqi varisi olan Cavabdeh1 MTK-dan alınaraq İddiaçı verilməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 01 may 2017-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqaviləyə xitam verilməsi haqqında” Cavabdeh1 MTK və "xxxx" MTK arasında bağlanılmış 12 noyabr 2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən, həmçinin hazırkı iş materiallarının 3-cü cildinin 36-cı vərəqində olan 13 mart 2019-cu il tarixli İddiaçı adına Cavabdeh1 MTK-nın sədri E.T.Səməndərov tərəfindən təsdiq olunmuş maliyyə arayışında "xxxx" MMC-nin hüquqi varisinin Cavabdeh1 olduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, 03 fevral 2012-ci il tarixli müqavilənin "xxxx" MMC-nin direktoru kimi R.N.Nəsirovun imzalamağa səlahiyyətinin olmamasına dair qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-nın dəlilləri əsassızdır. Belə ki, işin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin təsisçisi E.H.Tağıyevin imzası ilə təsdiq olunmaqla 10 oktyabr 2011-ci il tarixli 10 nömrəli əmrlə X18 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə uyğun olaraq icraedicisərəncamverici səlahiyyətlərlə direktor vəzifəsinə təyin olunmuşdur. Həmin əmrin əsli Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 2(105)-1101/2020 nömrəli qərardadı (hakimlər Səyyad Qafari(sədrlik edən və məruzəçi), L.Məmmədova və Fuad Məmmədov) ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair apellyasiya icraatı dayandırılmış işin 41-ci vərəqinə , surəti isə hazırkı iş materiallarının 1-ci cildinin 122-ci vərəqinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Buna görə məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə ekspertiza tədqiqatının dəyəri olaraq 124 manat qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə İddiaçı iddiası təmin olunmasın. Cavabdeh2 qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MTK-dan 119.000 (yüz on doqquz min) manat alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia digər hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 124 manatın 62 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 62 manat hissəsi isə qarşılıqlı iddia üzrə Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin hesabına (X6 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1180/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1180/2022
15.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver