Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1182/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X30 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdehin vəkili X11 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1822/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktor müavini X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2022-ci ilin oktyabr ayından Cavabdeh MMC-də satış nümayəndəsi vəzifəsində işləyir. Vəzifənin iş prinsipi ərazidə satış nöqtələrində məhsulların satışının təmin edilməsi və satılmış məhsulların pullarının yığılmasından ibarətdir. İşlədiyi müddət ərzində Cavabdeh MMC-nə məxsus malları bölgələrdə satışını təmin etdikdən sonra satış məntəqələrindən satılan malların pullarını tam olaraq yığmışdır. Yığılan pulların hamısı onda olmuşdur. 2023-cü ilin mart ayından satdığı malların ümumi dəyərindən 67.000 manatını Cavabdeh MMC-nin xəzinədarlığına verməmişdir. Belə ki, həmin 67.000 manatı dostları ilə birlikdə oynadığı qumar oyununda uduzmuşdur. Bu əməlin pis əməl olduğunu anlayır. Atası qumar oynadığını və müəssisəyə məxsus pul vəsaitini uduzduğunu bilmiş və onu buna görə danlamış və cəzalandırmışdır. MMC-nin elektron məlumat sistemində 67.000 manat uduzduğuna görə düzgün olmayan məlumatlları yerləşdirmişdir. Bu məlumatlar satılmış mallar və onların pullarının yığılması ilə əlaqədar məlumatlardır. Atası qumarda uduzduğu müəssisənin 67.000 manatını müəssisəyə ödəməyə köməklik göstərəcəyini bildirmişdir. Çalışıb daha yaxşı işləməyə və yüksək nəticələr əldə etməyə söz vermişdir. Müəssisənin malını satmış və yığdığı müəssisəyə ödəmədiyi 67.000 manatı qısa zaman ərzində müəssisənin xəzinədarlığına ödəməyə söz vermişdir. Səhv iş gördüyünü başa düşmüşdür. Əməlində cinayət tərkibinin olmasını bilir. Lakin buna baxmayaraq ona yenidən şans verib, işləməyinə icazə verilməsini xahiş etmişdir. Mənimsədiyi 67.000 manatı atası və qardaşının köməkliyi ilə birlikdə gətirib Cavabdeh MMC-yə ödəyəcəkdir. Onun bu əməlindən atasının da xəbəri olmuşdur. Ona köməklik edəcəkdir. Onun cavan olmasını və bir daha belə səhv olmayacağının nəzərə alınmasını xahiş etmişdir.
2. Cavabdeh MMC-nin satış X5 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış məlumatlardan görünür ki, Cavabdeh satış nümayəndəsi İddiaçı 01 avqust 2023-cü il, 02 avqust 2023-cü il, 03 avqust 2023-cü il və 04 avqust 2023-cü il tarixlərdə işdə olmamış, olmamasının səbəbi barədə ona heç bir məlumat verməmişdir. Telefon vasitəsi ilə əlaqə yaratmaq istəsə də mümkün olmamışdır. İddiaçı işdə olmamasının qeydə alınmasını xahiş etmişdir.
3. Cavabdeh MMC-nin mühasibi Nümayəndə tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış məlumatlardan görünür ki, Cavabdeh satış nümayəndəsi İddiaçı 01, 02, 03 və 04 avqust 2023-cü il tarixlərdə işdə olmamış, olmamasının səbəbi barədə şirkətə nə rəsmi, nə də şifahi məlumat verməmişdir. Telefon vasitəsi ilə əlaqə yaratmaq istəsələr də mümkün olmamışdır. Bundan başqa onunla birlikdə Cavabdeh Satış X5, İddiaçı şirkətə təqdim etdiyi Bakı şəhəri, Yasamal rayonu, Kristal ünvan 1 ünvanında və eyni zamanda rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanında, bir neçə dəfə, İddiaçı işə gəlməməsinin səbəbini müəyyənləşdirmək məqsədi ilə, olmuş lakin, nə İddiaçııla nə də onun ailə üzvlərindən kiminləsə görüşə bilməmişlər. Bu səbəbdən onun işə gəlməməsinin səbəbini müəyyənləşdirə bilməmişlər. İddiaçı yuxarıda göstərilən tarixlərdə şirkətdə işdə olmamasının qeydə alınmasını və müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir.
4. Cavabdeh MMC-nin mühafizəçisi X26 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış işçilərin işə davamiyyəti barədə gündəlik verilən məlumatdan görünür ki, Cavabdeh işçiləri olaraq aşağıda adları göstərilən şəxslər 01 avqust 2023-cü il tarixdə işə vaxtında gəlməmişlər. Bir nəfər isə tamamilə işdə olmamışdır. X9-saat 09:05-də işə gəlmişdir. X15-saat 09:10-da işə gəlmişdir. X27-saat 09:12-də işə gəlmişdir. İddiaçı işə gəlməmişdir.
5. Cavabdeh MMC-nin mühafizəçisi X26 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış işçilərin işə davamiyyəti barədə gündəlik verilən digər üç məlumatdan da görünür ki, İddiaçı 02 avqust, 03 avqust və 04 avqust 2023-cü il tarixlərində işə gəlməmişdir.
6. Cavabdeh MMC-nin satış müdürü X25 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış məlumatlardan görünür ki, Ağdaş, Ağcabədi, Kürdəmir, Mingəçevir, Yevlax, Zərdab və Ucar rayonlarında olan Cavabdeh X6 məxsus santexnika və digər malları satan satış məntəqələrinin, mağazaların sahibləri və orada işləyən digər işçilər tərəfindən ona mütəmadi zənglər olaraq həmin ərazidə işləyən satış nümayəndəsinin onların işlədikləri satış məntəqələrinə çox gec gəlməsini bildirirlər. Həmçinin həmin şəxslər qeyd edirlər ki, satış nümayəndəsi gec gəldiyindən bəzən isə heç gəlmədiyindən onlar lazım olan malları vaxtında sifariş verilməsində çətinlik çəkirlər. Bu isə onların satışlarına mənfi təsir edir. Yuxarıda göstərilən rayonlarda satış nümayəndəsi olan İddiaçı ilə bu barədə söhbətlər aparılmış və nəticə etibarı ilə sonuncu - İddiaçı bildirmişdir ki, bu hallar həqiqətən olmuş və aradan qaldırılmasına söz vermişdir. Lakin göründüyü kimi onunla digər işçilərin qarşısında aparılan söhbətlər öz müsbət nəticəsini verməmişdir. Göründüyü kimi satış nümayəndəsi vaxtaşırı ona təhkim edilmiş ərazidə olmaq əvəzinə işdə olmur. Bu da mağaza və satış məntəqələrinin sahiblərini haqlı narazılıqlarına səbəb olur. İddiaçı mütəmadi olaraq işdə olmaması faktının qeydə alınması xahiş edilmişdir.
7. Cavabdeh MMC-nin direktoru X3 tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 043A/T23 nömrəli işə gəlməmək barədə əmrdən görünür ki, Cavabdeh MMC-nin satış nümayəndəsi işləyən İddiaçı 01 avqust 2023-cü il tarixdə, 02 avqust 2023-cü il tarixdə, 03 avqust 2023-cü il tarixdə və 04 avqust 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb bildirmədən tam iş günü ərzində işə (iş yerinə) gəlmədiyinə görə həmin iş günü üçün “iş vaxtının uçotu tabelində” işə gəlməməsi kimi qeydə alınçası əmr edilmiş, Cavabdeh MMC-nin mühasibi X2 məsələni araşdırması və qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
8. Cavabdeh MMC-nin 10 iyul 2023-cü il tarixli, 5 nömrəli iclas protokolundan görünür ki, Cavabdeh MMC-nin satış müdürü X25 çıxış edərək bildirmişdir ki, Cavabdeh MMC-nin satış nümayəndəsi İddiaçı işlədiyi rayonlarda yerləşən satış məntəqələrində və mağazalarda son zamanlar mütəmadi olaraq üzərinə düşən iş fəaliyyətini həyata keçirmir. Belə ki, Ağdaş, Ağcabədi, Kürdəmir, Mingəçevir, Yevlax, Zərdab və Ucar rayonlarında olan mağaza və satış məntəqələrinin sahibləri və ya orada işləyən digər işçilər onunla telefon əlaqəsi yaradaraq İddiaçı onların işlədikləri mağazalara gəlməməsi nəticəsində onlarda mal zakaz verilməsində problemlərinin yaranmasını bildirirlər. Göründüyü kimi İddiaçı şirkətin rəhbərliyinin razılığı və xəbəri olmadan rayonlarda olma vaxtında öz iş fəaliyyəti ilə demək olar ki, məşğul olmur. Buradan da müəyyən edilir ki, İddiaçı həftənin müəyyən günlərində, vaxtlarında işdə olmur. Bu da satış məntəqələrinin və mağazaların sahiblərinin əsaslı narazılıqlarına səbəb olur. İddiaçı işdə olmaması barədə artıq rəhbərliyə yazılı müraciət edilmişdir. Hesab edir ki, satış nümayəndəsinin rəhbərliyi xəbərdar etmədən işdə qalma faktı şirkətin iş fəaliyyətinə də əks təsirini göstərə bilər. Göstərilən faktla bağlı İddiaçı barəsində müvafiq tədbirlərin görülməsini xahiş etdi. Cavabdeh MMC-nin satış nümayəndəsi İddiaçı çıxış edərək bildirmişdir ki, satış X5nun dediklərində həqiqət vardır. Belə ki, o, bir neçə dəfə rayonlarda olarkən evdən ona zəng edərək bildirmişlər ki, evdə müəyyən problemləri yaranmışdır. Bu səbəbdən o, vaxt azlığından rəhbərliklə əlaqə saxlayaraq işdə olmaması barədə məlumat verə bilməmişdir. Uşağı xəstə olmuş, həkimə aparmalı olduğu üçün işdə olmamışdır. Amma iş fəaliyyətini layiqincə yerinə yetirmişdir. Satışı həmişə yüksəlmişdir. İşdə olmamanın üzrlü hesab edilməsini xahiş etmişdir. Bir daha belə hallara yol verilməyəcini bildirmişdir. Cavabdeh MMC-nin satış müdiri X15 çıxış edərək bildirmişdir ki, satış X5nun dedikləri həqiqəti əks etdirsə də, satış təmsilçisi İddiaçı iş buraxma səbəbi hesab edir ki, üzrlü hesab edilməlidir. İddiaçı iş buraxması müsbət qiymətləndirilə bilməz. Amma İddiaçı verdiyi izahatı onu göstərir ki, o, məcburiyyət qarşısında qalaraq rəhbərliyi xəbərdarlıq etmədən işdən yayınmalı olmuşdur. İddiaçı iş buraxması ilə əlaqədar ilkin olaraq şifahi xəbərdarlıq edilməsini təklif etmişdir. İclasa Sədrlik edən çıxış edərək bildirmişdir ki, X14 çıxış edərək Cavabdeh MMC-nin satış müdürü X8 dediklərinə fikir bildirərək qeyd etdi ki, İddiaçı rəhbərliyi xəbərdar etmədən işburaxması müsbət bir hərəkət olmasa da onun gənc ailə olduğunu və himayəsində bir övladının olmasını nəzərə alaraq ona şifahi xəbərdarlıq edilməsini bildirmişdir. İclasda iştirak edən digər işçilər İddiaçı şifahi xəbərdarlıq edilməsini məqsədə uyğun hesab etdiklərini bildirmişlər. İddiaçı şirkətin rəhbərliyini xəbərdarlıq etmədən, icazə almadan, işə gəlməməsinə görə onun ailə vəziyyəti yəni gənc ailə olduğu nəzərə alınaraq birinci dəfə şifahi xəbərdarlıq edilməsi qərara alınmışdır.
9. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə satış üzrə nümayəndə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70 “ç” bəndinə əsasən (72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir.
10. xxxxxxx0004X0 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə 070-T/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən 70 “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud pozulması əsası ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
11. Cavabdeh MMC-nin direktoru X3 tərəfindən qəbul edilmiş 070-T/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh MMC satış bölməsində “satış üzrə nümayəndə” vəzifəsində işləyən İddiaçı Namiq oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 21 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X22 Xidməti yanında X23 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli müraciətə cavabdan görünür ki, Cavabdeh MMCnin rəhbərliyinin xx.xx.2023-cü il tarixli 30/23 nömrəli və xx.xx.2023-cü il tarixli 43/23 nömrəli məktublarına, təqdim etdiyi müvafiq sənədlərə əsasən müəyyən olunmuşdur ki, onunla “Trust Lux" MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanılaraq Cavabdeh MMC-də satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin məktubda onun cəmiyyətdə işlədi müddətdə cəmiyyətə məxsus 67000 manat pul vəsaitini mənimsədiyi, bununla bağlı X18 müraciət edildiyi və hazırda Abşeron rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilmişdir. Cəmiyyət rəhbərliyi təqdim olunmuş aktlara və ödəniş tapşırıqlarına baxılarkən onun işlədiyi müddətdə əmək haqlarının əmək müqavilənizdə qeyd olunan əmək haqqı məbləğinə uyğun olaraq hesablanıb ödənildiyi, 2023-cü ilin avqust ayından hal hazırki vaxta qədər heç bir üzrlü səbəb olmadan işə gəlməməyi, 2023-cü ilin iyun və iyul ayları üzrə əmək haqlarınızın xx.xx.2023-cü il tarixində əmək haqqı kartına köçürüldüyü müəyyən olunmuşdur. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 172-ci (əmək haqqının verilməsi müddətləri) maddələrinin tələbləri pozulmuş, belə ki, əmək müqavilənizdə əmək haqqının ödənilməsi müddətinin növbəti ayın 05-nə qədər olması nəzərdə tutulsa da, 2023-cü ilin iyun və iyul ayları üzrə əmək haqları gecikdirilərək xx.xx.2023-cü il tarixində əmək müqaviləsində qeyd olunan əmək haqqı məbləğinə uyğun hesablanaraq əmək haqqı kartına köçürülmüşdür. Aşkar olunmuş qanun pozuntusuna əsasən onlar tərəfindən işəgötürən, "xxxx" MMC-nin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verillən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) müvafiq olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. O, X22 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə xx.xx.2023-cü il tarixində təqdim etdiyi izahatda xx.xx.2022-ci il tarixdə “Trust Lux’ MMC-də satış nümayəndəsi vəzifəsinə işə qəbul olunduğunu, 2023-cü ilin may ayı daxil olmaqla əmək müqaviləsində qeyd olunan 360 manat əmək haqqı məbləğinə uyğun olaraq əmək haqlarının əmək haqqı kartına köçürüldüyünü, 2023-cü ilin iyun və iyul ayları üzrə əmək haqqınızın ödənilmədiyini, qeyri rəsmi ödənilən əmək haqqı ilə bağlı təsdiqedici sənədinin olmadığını, may ayından sonra əmək haqqı kartının rəhbərlik tərəfindən alındığını bildirmişdir. Həmçinin izahatda şikayət və tələbin 2023-cü ilin iyun və iyul ayları üzrə rəsmi və qeyri rəsmi əmək haqlarının, məzuniyyət pulunun ödənilməsi və işdən azad olunmağı ilə bağlı olduğunu qeyd etmişdir. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunıa bağlanmış əmək müqaviləsində əmək haqqının 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilmiş, əmək haqqına əlavələr və mükafatlar verilməsi nəzərdə tutulmamışdır. “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilən zaman onun əmək müqavilənizə "xxxx" MMC-nin işəgötürəni tərəfindən xx.xx.2023-cü il tarixli 070-T/2023 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi müəyyən olunmuşdur. Müraciətlə bağlı münasibət bildirilməsi və müvafiq sənədlərin təqdim olunması məqsədi ilə onlar tərəfindən yenidən “Trust-Lux" MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-41126/2023 nömrəli məktub ünvanlanmışdır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Müraciətinizdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
13. Abşeron Rayon Prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, ilkin araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı işlədiyi müddətdə müştərilərdən aldığı külli miqdarda (73.840,74) manat satış pulunu cəmiyyətin kassasına mədaxil etməmiş, mənimsəmişdir. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə cinayət işi başlanılmalı və ibtidai araşdırma aparılmalıdır. Göstərilənlərə əsasən 377-C-23 saylı ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, cinayət işi üzrə istintaqın aparılmasının rayon prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X28 tapşırılması qərara alınmışdır.
14. Cavabdeh MMC tərəfindən tərtib olunmuş 04 avqust, 11 avqust, 18 avqust, 25 avqust, 01 sentyabr, 08 sentyabr, 15 sentyabr, 22 sentyabr 2023-cü il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi ilə aktlardan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü və ya üzrsüz səbəb göstərmədən ilk həftə 4 (dörd) tam iş günü, qalan həftələrdə 5 (beş) tam işi günü ərzində işə getməmişdir.
15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində X34 Abşeron bina 39, mənzil 22-də yaşayan İddiaçı məktub göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır.
16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində X34 Abşeron bina 39, mənzil 22-də yaşayan İddiaçı göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır.
17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ünvan 6 ünvanında yaşayan İddiaçı göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır.
18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində ünvan 6 ünvanında yaşayan İddiaçı məktub göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır.
19. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023, xx.xx.2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı müvafiq olaraq 18 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixə və 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
20. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 04 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 01 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
21. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 11 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 07 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
22. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 14 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
23. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 25 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 21 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
24. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 01 sentyabr 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 28 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMCnin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
25. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 08 sentyabr 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 04 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMCnin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir.
26. Cavabdeh MMC-nin direktoru X1 İddiaçı tərəfindən ünvanlanmış müraciətdən görünür ki, Cavabdeh MMC-nin 05 oktyabr 2023-cü il tarixli, 070-T/2023 saylı əmrinin surəti ona rəsmi olaraq 26 oktyabr 2023-cü il tarixində təqdim edilmişdir.
27. 070-T/2023 saylı, xx.xx.2023-cü il tarixli istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması barədə sənəddən görünür ki, 253.01 manat məbləğində pulun ödənilməsi hesablanmış və SP0000100 nömrəli ödəniş tapşırığına əsasən həmin məbləğ İddiaçı hesabına köçürülmüşdür.
28. xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-nin satış nümayəndəsi vəzifəsində çalışan İddiaçı ünvanlanmış 37/23 nömrəli məktubdan görünür ki, o, 01 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək heç bir üzrlü səbəb olmadan işə getməmiş və getməməsinin səbəbləri barədə Cavabdeh MMC-yə nə yazılı, nə də şifahi olaraq heç bir məlumat verməmişdir. Bununla əlaqədar işə getməməyinin səbəbi barədə məlumat verilməsi üçün Cavabdeh MMC-nin inzibati binasına 5 iş günü ərzində yaxınlaşması xahiş edilmişdir.
29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Abşeron-Xızı regional şöbəsinin Cavabdeh MMC-nin rəhbəri X1 16 oktyabr 2023-cü il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə uyğun olaraq qərarda qeyd olunan məbləğin 1 ay müddətinə X22 Xidmətinin aşağıda göstərilən bank hesabına ödənilməsi təmin edilmişdir.
30. MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru X3 barəsində tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli prokurorun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq İddiaçı əmək məzuniyyət haqqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş müavinət və digər ödəmələrin hesablamasında ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusunun yol verilməsi nəticəsində X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
31. İddiaçı - Cavabdeh MMC-nə qarşı “əmrin ləğvi və sair” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 070-T/2023, xx.xx.2023 tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və işə bərpa edilən tarixə qədər əmək haqqının Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
32. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin 070-T/2023, xx.xx.2023 tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. İşdən azad edilməsinə səbəb MMC-nin rəhbərliyi tərəfindən istirahətsiz işə cəlb edilməsi səbəbindən, 2023-cü ilin aprel ayında "xxxx" bayramı günü MMC-yə məxsus avtomobillə qəza keçirməyi, bununla MMC-nin əmlakına dəymiş ziyanın tam şəkildə onun tərəfindən qarşılanması barədə mübahisədən sonra MMC-nin rəhbəri Namiq Əhmədxanov tərəfindən ona qarşı təzyiqlərin edilməsi, əmək haqqı kartının əlindən alınması, bu səbəbdən onun tərəfindən bir sıra dövlət orqanlarına etdiyi şikayətlər olmuşdur. Belə ki, o, keçirdiyi qəzadan sonra təhdidlər və təzyiqlərdən yaxa qurtarmaq və işini itirməmək üçün avtoqəza nəticəsində avtomobilə dəymiş ziyanı bir neçə dəfəyə borcxərc edərək, MMC-yə ödəmişdir. Lakin buna baxmayaraq, MMC-nin rəhbəri Namiq Əhmədxanov tərəfindən ondan əsassız olaraq, dəymiş ziyanı şişirdərək əlavə pullar tələb etməyə başlamışdır. O, buna etiraz etdikdə öz otağında ona təzyiq altında guya şirkətə borclu olmağı barədə izahat yazdırmış və bundan sonra sifariş əsasında polis çağıraraq, onu polisə təhvil verib barəsində cinayət işi başlanılmasına göstəriş vermişdir. Bundan sonra o, məcburi şəkildə Qobu polis bölməsinə aparılmış və 13 saatdan artıq polisdə saxlanılmışdır. Bu müddət ərzində polislər ona Namiq Əhmədxanova təzyiq altında yazılmış pulun ödənilməsini, əks təqdirdə barəsində həbs seçiləcəyini bildirmişlər. Uzun zamandan sonra atasının DİN-nin 102 qaynar xəttinə müraciətindən sonra o, polis bölməsindən sərbəst buraxılmışdır. Bundan sonra onun tərəfindən əmək müfəttişliyinə şikayət ərizəsi ilə baş verənləri bildirərək, Cavabdeh MMC tərəfindən əmək haqqı kartının əlindən alındığını, işlədiyi 2 aydan artıq əmək haqqının verilmədiyi, şifahi olaraq onun işdən azad edildiyini bildirilməklə əmək kitabçası və işdən azad edilmə barədə əmrin surətinin ona verilmədiyi üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Əmək müfəttişliyi tərəfindən Cavabdeh MMC barəsində aparılan araşdırma zamanı barələrində inzibati protokol tərtib edilməklə cərimə edilmişdir. Bundan sonra MMC tərəfindən ona əmək kitabçası verilən zaman məlum olmuşdur ki, heç bir əsas olmadan ona qarşı qərəzlilikdən dolayı barəsində köhnə tarixlərə AKT-lar tərtib etməklə, əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam vermişdirlər. Bu barədə əmək müfəttişliyinə mürəciət etdikdən sonra Cavabdeh MMC-yə müraciət edərək, onun qeydiyyatda olduğu ünvanda yaşamadığı və telefon nömrəsi şirkətin rəhbərliyində olmasına baxmayaraq, barəsində tərtib edilmiş aktlar və göndərilən məktublar barədə ona məlumat verilmədiyi, bu xüsusatların qanuna uyğunluğunun müzakirə edilməsi və yaranmış mübahisənin mediasiya yolu ilə həll edilməsini təklif etmişdir. Lakin MMC müraciətinə cavab verməmiş və mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Daha sonra ona qarşı edilmiş haqsızlıq və qanunsuzluqlarla bağlı bir sıra dövlət orqanlarına müraciətlər etmişdir. Yuxarıda qeyd edilənlər və cərəyan edən hadisələrlə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən ona qarşı qərəzli münasibətlərin olması səbəbindən, aralarında bağlanılmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə xitam vermişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, onun tərəfindən barəsində olan qanunsuzluqlarla bağlı şikayət ərizələri ünvanlanılmış, ərizəsi əsasında araşdırmalar aparılmaqla MMC məsuliyyətə cəlb edilmişdir.
33. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 070-T/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa edilən tarixədək əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə görə İddiaçı iddia tələbini əsassız hesab edirlər. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərkən məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilənləri heç bir rəsmi sənədlə sübut edə bilməmişdir. İddia tələbində göstərilmişdir ki, işdən çıxarmanın səbəbi şirkətin rəhbərliyi ilə onun arasında olan münasibətlər olmuşdur. Bu münasibətlərin yaranması isə iddiaçının idarə etdiyi şirkətə mənsub avtomobilin onun tərəfindən qəzaya uğratmasıdır. İlkin olaraq iddiaçı şirkətə mənsub avtomobili idarə etdiyini bildirsə də bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Çünki belə bir sənədin məhkəməyə təqdim edilməsi qanunla qeyri-mümkündür. Belə ki, iddiaçı heç vaxt Cavabdehnə mənsub avtomobili idarə etməmiş və ona Cavabdehnə mənsub olan avtomobilin idarə edilməsinə dair heç bir hüquq verilməmiş və şirkətin balansında olan avtomobillə iddiaçı iddia ərizəsində göstərdiyi kimi, 2023-cü ili aprel ayında Ramazan bayramı günü avto qəza etməmişdir. Göründüyü kimi əgər şirkətə mənsub avtomobili iddiaçı iddia tələbində göstərdiyi kimi qəzaya uğratmamışdırsa onda bu barədə ziyandan söhbət gedə bilməz. İddia ərizəsində göstərilmişdir ki, onu əmək haqqı olan bank kartı onun əlindən alınmışdır. Bu isə tam əsassız bir ittihamdır. Belə ki, bank kartı ona rəsmi olaraq təqdim edilmiş və o, imza edərək bank kartını qəbul etmişdir. Əgər o, bank kartını itirsə belə bankın istənilən filialına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edib pulunu həmin filialın xəzinədarlığından ala bilər. İddia ərizəsində göstərilmişdir ki, guya şirkətin rəhbəri olaraq iddiaçıya təzyiq göstərilmiş və borclu olduğu barədə izahat yazdırılmışdır. Göründüyü kimi iddiaçı uydurduğu yalanlara özü belə inanmaq istəyərkən işin faktiki halların unutmuşdur. Belə ki, iddiaçı şirkətin direktor müavininə, şirkətin xəzinədarlığına təhvil verməyərək mənimsədiyi pulların aqibəti barədə izahat yazmış və izahatında göstərmişdir ki, 67000 manat pulu dostları ilə birlikdə qumar oynayarkən uduzmuşdur. İddiaçı özünün qumar oyunları ilə məşğul olduğunu öz izahatında göstərmişdir. Görünür əvvəllərdə «evdə xəstəm var» deyərək işdən mütəmadi qalması bəlkə də ona qumar oynamaqda vaxt keçirmək üçün lazım idi. Ümumiyyətlə iddia tələbində göstərilənlər absurd və əsassız bir söz yığımıdır. İddiaçı dolayısı yolla tələbini əsaslandırmağa çalışmış, lakin bu cəhdlər qanuni tələblərə əsaslanmamışdır. Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Cavabdeh Azərbaycan Respublikasında santexnika və hamam aksessuarları mallarının topdan satışını təşkil edən ən böyük şirkətlərdən hesab edilir. Şirkətdə xeyli işçi fəaliyyət göstərir. Həftənin müxtəlif günlərində Respublikanın müxtəlif rayonlarına yük maşınlar ilə mallar aparılır. Bu malların satışını rayonlarda yerləşən satış məntəqələrinin və ya mağazaların sahibkarları ilə təmasda olan şirkətin satış nümayəndələri təşkil edirlər. İddiaçı şirkətə işə düzələrkən şirkətin ofisinə yaxınlaşmış və rəhbərliklə görüşməyi xahiş etmişdir. İşə düzələn zaman başqa yerlərdə işə düzələ bilmədiyini, gənc ailə olduğunu, himayəsində bir uşağının olduğunu və kimsəsiz bir gənc olduğunu bildirmişdir. Bundan sonra rəhbərlik onunla söhbət etdikdən sonra işə qəbul etmiş, ona işləmək üçün bütün lazımı şəraiti yaratmışdır. Bütün bayramlarda ona maddi yardım edilmişdir. Dəfələrlə şirkətin rəhbərliyinə yaxınlaşaraq evdə xəstəsinin olduğunu demiş və maddi yardım almışdır. Şirkət rəhbərliyi tərəfindən onun gənc ailə sahibi olduğu üçün daima ona köməkliklər göstərilmişdir. Hətta bu barədə şirkətin iclasında o, çıxış edərək şirkətin rəhbərliyinə daima ona dəstək olduğuna görə öz minnətdarlığını bildirmişdir (bu barədə video görüntü də var). Lakin İddiaçı şirkətin rəhbərliyinin ona olan inamından istifadə edərək Cavabdehnə mənsub küllü miqdarda pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına xərcləmiş və eyni zamanda dostları ilə birlikdə qumar oyunlarında uduzmuşdur (iddiaçının qumar oyunlarında iştirak edərək mənimsədiyi pulları uduzması barədə izahatı qoşmaya əlavə edilmişdir). Cavabdeh olaraq İddiaçı mənimsədiyi pulların qaytarılması üçün şərait yaratmış, işləməsi üçün yenədə ona köməklik edilmişdir. Lakin hazırki iş üzrə iddiaçı yenə də öz çirkin əməllərindən qalmamışdır. Şirkət İddiaçı qanunsuz əməlləri barədə onun valideyinlərinə məlumat vermiş lakin son nəticədə iddiaçının atası oğlunun qumar oynayaraq pul uduzmasında xəbəri olduğunu bildirmişdir. Bu qanunsuz əməllər barədə məcburiyyət qarşısında qalaraq X18 müracəit edilmişdir. Abşeron rayon Prokurorluğu tərəfindən İddiaçı qarşı AR-nın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə xx.xx.2024-cü il tarixdə «Cinayət işi» qaldırılmışdır. Qarayev X12 Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə istina edilməklə üzürsüz işburaxmaya görə tutduğu vəzifədən azad edilmişdir. Belə ki, o mütəmadi olaraq rəhbərliyi xəbərdar etmədən və ya icazə almadan iş vaxtı dəfələrlə işdən yayınmışdır. Onun işdə olmaması barədə satış X5 rəsmi olaraq Şirkətin rəhbərliyinə müracəit etmiş və bu halın qeydə alınmasını xahiş etmişdir. (müraciətin surəti qoşmaya əlavə edilmişdir.) Bundan sonra İddiaçı işə gəlməməsi ilə əlaqədar məhkəməyə şirkətin iclasında baxılmış, onun gənc ailə olduğunu nəzərə alaraq şifahi xəbərdarlıq edilməsi qərara alınmışdır. Göründüyü kimi şirkət tərəfindən ona qarşı maksiumum hər işində köməklik göstərilmişdir. Son nəticədə isə iddiaçı öz əməli ilə 100-ə yaxın işçisi olan bir şirkətə 73000 manat ziyan vurmuşdur. Ziyan vurma faktı müvafiq yoxlamalarla öz əksini tapmışdır. Audit yoxlaması aparılmış ziyanın məbləği müəyyən edilmişdir. Eyni zamanda Abşeron prokurorluğu tərəfindən iş üzrə müvafiq ekspertiza keçirilməsi qərara alınmış və bu ekspertizanın nəticəsi də özündə İddiaçı küllü miqdarda pul vəsaitinin mənimsədiyini protokolunun surəti qoşmaya əlavə edilmişdir). İddiaçı işə gəlmədiyi halda onun işdə olmaması barədə şirkətin rəhbərliyinə rəsmi məlumatlar verilmişdir. Bundan sonra müvafiq əmr verilmiş, qanuna müvafiq tədbirlər görülmüşdür. Tərtib edilən aktlar, məktublar və digər rəsmi sənədlər iddiaçının həm rəsmi həm də faktiki yaşadığı ünvanlara rəsmi olaraq poçt vasitəsi ilə göndərilsə də qapını açan olmadığından məktublar geri qaytarılmışdır. İddiaçı üzürsüz olaraq iş buraxmaya görə müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçı Cavabdehnə satış nümayəndəsi vəzifəsində çalışarkən üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmədiyindən, səlahiyyət həddini aşaraq, rayonlarda olan satış məntəqələrinin, mağazaların sahiblərinin haqlı narazılıqlarına səbəb olduğundan, işə üzrsüz səbəbdən gəlmədiyindən və bununla da işəgötürənin mənafeyinə ziyan vurduğundan, işəgötürən tərəfindən iddiaçının işdən azad edilməsinə dair əmr qəbul edilərkən əmək qanunvericiliyin tələblərinə əsasən hesab edirlər ki, düzgün əməl edilmişdir. İddiaçı üzürsüz səbəbdən işə gəlməyərək işdən yayındığından şirkətin iş ahəngini pozmuş olmuşdur. Bu isə şirkətə dəyən ziyan deməkdir. Göründüyü kimi iddiaçı işə qəbul olduğu vaxt şirkət tərəfindən ona daima köməklik göstərilmişdir. Sonda isə iddiaçı barəsində mənimsəmə faktı ilə AR CM-nin müvafiq maddəsi ilə «Cinayət işi» başlanılmışdır. İddiaçı işə gələrək işləmək əvəzinə qaçıb işdən yayınmağa üstünlük vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-1822/2024 saylı mülki iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. İddiaçı məhkəməyə yazılı izahat təqdim etmiş və bildirmişdir ki, məhkəmə tərəfindən təmin edilmiş vəsatətinə əsasən, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə tanış olmuşdur. Təqdim edilmiş sənədlərdən aktlar və poçt xəbərnamələri sonradan tərtib edilmiş və göstərilənlər həqiqətləri əks etdirmir. Onun işdən çıxarılmasına səbəb MMC-yə məxsus avtomobillə keçirdiyi avtoqəza nəticəsində cavabdehin əmlakına dəymiş ziyanın tam şəkildə onun tərəfindən qarşılanması barədə mübahisədən sonra MMC-nin rəhbəri Namiq Əhmədxanov tərəfindən qərəzli şəkildə verilmiş qərar olmuşdur. Bu qərəz MMC-nin rəhbəri Namiq Əhmədxanovun ondan əsassız olaraq, avtomobilə dəymiş ziyanı şişirdərək əlavə pullar tələb etməsi ilə başlamışdır. O, buna etiraz etdikdə xx.xx.2023 tarixdə öz otağında ona təzyiq altında işdən azad edilməyi barədə ərizə və guya şirkətə borclu olmağı barədə izahat yazdırmış və bundan sonra sifariş əsasında polis çağıraraq, onu polisə təhfil verib barəsində cinayət işi başlanılmasına göstəriş vermişdir. Həmin vaxt o, məcburi şəkildə Qobu polis bölməsinə aparılmış və 13 saatdan artıq polisdə saxlanılmışdır. Lakin deyilənlərin və ondan edilən tələblər təsdiq edilmədiyi və atasının DİN-nin 102 qaynar xəttinə müraciətindən sonra o, polis bölməsindən sərbəst buraxılmışdır. O zaman onun MMC-yə hər hansı məbləğdə ziyan vurması təsdiqini tapmamışdır. Sonradan bir neçə dəfə iş yerinə getsə də MMC rəhbərliyi onu içəri qəbul etməmiş, barəsində daxili araşdırma aparıldığı, araşdırma nəticəsindən sonra məlumat veriləcəyi bildirilmişdir. Uzun müddət sonra o, əmək müfəttişliyinə müraciət etdikdən sonra məlum olmuşdur ki, onu guya işə gəlməməyi səbəbi ilə işdən kənarlaşdırılmışdır. Cavabdehlə aralarında bu kim münasibətlərin mövcudluğu halında necə ola bilər ki, onun guya işə gəlməməyi əsas göstərilməklə işdən azad edilməyi barədə əmr verilir? Cavabdeh dediyi və aktlarda qeyd etdiyi kimi onu doğurdan da işə çağırmaq niyyətləri olsaydı onunla telefon vasitəsilə əlaqə saxlayardı. Eyni zamanda MMC rəhbərliyində onun faktiki yaşadığı ünvan barədə məlumatlar olmuş, onun və atasının telefon nömrəsi də onlarda olmuşdur. Çünki, keçirdiyi qəzadan sonra MMC rəhbəri atası ilə mütəmadi əlaqə saxlamış, görüşmüş və avtomobilə vurulmuş ziyanla bağlı atasından əlavə pullar tələb edərək almışdır. Məhkəməyə təqdim edilmiş poçt qəbzlərinə nəzər yetirilərkən həmin qəbzlərin eyni anda eyni şəxs tərəfindən tərtib edildiyi açıq-aydın görünür. Belə ki, həmin qəbzlərin qaimə nömrələrinə nəzər yetirilərkən bəlli olur ki, məktubların ayrı-ayrı tarixlərdə göndərildiyi qeyd edilsə də qaimələrin sıra nömrələri ardıcıl davam etmiş, bu zaman qaimələrin sıralaması arxadan əvvələ doğru sıralanmışdır. (numunə istinad: 312894 nömrəli qaimə xx.xx.2023 tarixdə tərtib edildiyi halda, 312895 nömrəli qaimə xx.xx.2023 tarixdə, tərtib edildiyi göstərilmişdir). Bu zidiyyət bütün qaimələr üzrə müşahidə olunur. Bundan əlavə əgər doğurdan da həmin məktublar ona göndərilmişdirsə, bu zaman ünvana gələn poçtalyon tərəfindən Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarının 9.23 bəndinə uyğun olaraq ünvana məktubun daxil olması barədə bildiriş qoymalı olmuşdur. Lakin qeyd edildiyi kimi həmin məktub və qaimələr formal tərtib edildiyi üçün bu qaydalara riayyət edilməmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanılması barədə qərar onun hazırki iddia tələbi ilə məhkəməyə müraciətindən sonra MMC rəhbərliyi tərəfindən ona təzyiq edilməsi məqsədi ilə edilmiş müraciət əsasında fakta görə başlamışdır. Onun guya MMC-yə məxsus pul vəsaitini mənimsəməsinə dair hər hansı bir fakt və dəlil yoxdur. Bu reallıqda da belədir. Hətta onunla birlikdə MMC rəhbərliyi tərəfindən yerlərdə yoxlama və üzləşmə aparılmış, bu zaman hər hansı bir çatışmamazlığın aşkar edilmədiyi müəyyən edilmiş, bu barədə onun da iştirakı ilə aktlar tərtib edilmiş və həmin satış dükkanları təhvil-təslim əsasında başqa şəxsə verilmişdir. Əgər o, doğurdan da MMC-nin əmlakını və pulunu, məniməmişdirsə, o zaman bu Qobu polis şöbəsi tərəfindən səkkiz ay öncədən araşdırılarkən təsdiq edilməli olmuşdur. Qeyd etdiyi kimi şikayət ərizəsi haqlı iddia tələbində ona qarşı təzyiqlər göstərilməsi məqsədi ilə verilmişdir.
35. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1822/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).
36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə, 72-ci maddənin “a” bəndinə, 80.1-ci, 186.2-ci, 83cü, 84.1-ci, 83.2-ci, 300.1-ci, 71.2-ci, 72-ci, 239-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
37. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1822/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işi araşdıran hakim iddia tələbinin əsasını təşkil edən halları və sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, subutları prosessual qaydalara uyğun qiymətləndirməmiş, nəticədə maddi hüquq normalarını pozmaqla əsassız bir qətnamə çıxarmışdır. İşə baxan hakimin ona qarşı əvvəldən qərəzli və aqressiv olması iclas görüntüləri ilə təsdiqini tapır. Onun bütün məhkəmə baxışlarında eyni izahatı verməyinə baxmayaraq, qətnamədə guya hər məhkəmə iclasında fərqli və həqiqətləri əks etdirməyən izahatlar verməyi barədə yalnış ifadələr yazılmışdır. Məhkəmə işin əvvəlindən ona qarşı qərəzli olmuş, hətta cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş saxta sənədləri belə ona verməkdən yayınmış, rəsmi yazılmış və dəftərxana vasitəsilə verilmiş ərizəsindən sonra iş materialları ilə tanış olmaq və sənədlərin surətlərini götürmək hüququ bərpa olunmuşdur. İddia tələbi obyektiv araşdırılmadığı üçün gəlinmiş qənaət və tətbiq edilmiş maddi hüquq norması Əmək Məcəlləsinin 70-ci maddəsi düzgün tətbiq edilməmişdir.
39. İddia tələbinin əsasını təşkil edən hallar, faktlar və cavabdehlə arasında olan münasibətlər aşağıdakılardan ibarət olmuşdur. O, cavabdeh "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləmişdir. Cavabdehlə arasında olan münasibətlərin pozulması və ona qarşı olan qərəz 2023-cü ilin aprel ayında "xxxx" bayramı günü faktiki olaraq MMCyə məxsus avtomobillə qəza keçirməyindən sonra başlamışdır. Bu qəzadan sonra, MMC rəhbəri Namiq Əhmədxanov tərəfindən ondan əsassız olaraq, avtomobilin təmiri xərclərini tələb edilməyə başladı. O, işini itirməmək üçün razılaşmaq məcburiyyətində qaldı və atasının dəstəyi ilə avtomobilə dəymiş ziyan ödənildi. Bir müddət sonra qəza keçirdiyi avtomobilin motoru dağıldığı və bu halı da qəza ilə əlaqələndirən MMC rəhbəri Namiq Əhmədxanov bu zərəri də onun qarşılamalı olduğunu tələb etdi. O, evdə atası ilə məsləhətləşdikdən sonra, şirkətə gedərək buna etiraz etdikdə Namiq Əhmədxanov öz otağında ona təzyiq altında guya şirkətə borclu olmağı - qumar oynamağı və şirkətə məxsus pulları qumar oyununda uduzmağı barədə izahat yazdırdı və bundan sonra sifariş əsasında polis çağıraraq, xx.xx.2023 tarixdə onu polisə təhvil verib, barəsində cinayət işi başlanılmasına göstəriş verdi. Aparılmış araşdırma zamanı ona atılan böhtanlar öz təsdiqini tapmadı. O, bir neçə dəfə MMC-nin ofisinə getsə də, onu işə qəbul etməmiş və işdən çıxarıldığı bildirilmiş, lakin əmək kitabçası ona verilməmişdir. O, həmin müddətdə əmək müfəttişliyinə şikayət verməmişdir. O, həmin müddətdə əmək müfəttişliyinə şikayət ərizəsi ünvanlamış, şikayəti əsasında cavabdeh MMC cərimə də edilmişdir. Bundan sonra cavabdeh MMC tərəfindən guya ona 2023-cü ilin avqust-sentyabr aylarında bildirişlər göndərərək işə gəlməyi bildirilmişdir. Halbu ki, həmin vaxt ərzində o və atası bir neçə dəfə MMC rəhbərliyi ilə əlaqə saxlamışdır. Həmin vaxt onun barəsində polisdə, MMC-nin barəsində isə Əmək müfəttişliyi və Vergilər İdarəsində araşdırmalar aparılmışdır. Bu müddət ərzində o, faktiki olaraq işdən kənarlaşdırılmışdır.
40. Cavabdeh MMC-nin həm ondan polisə şikayət edərək guya pul mənimsədiyi barədə araşdırma aparılmasını tələb etmiş, həm də ona bildiriş ünvanlayaraq işə çıxmağımı tələb etmişdir?. Bu həqiqətləri əks etdirmir və barəsində qanunsuz verilmiş işdən azad edilməsi barədə əmrin qanuni verilməsi təssuratı yaratmaq üçün sonrakı tarixlərə tərtib edilmiş saxta sənədlərdir. Etiraz ərizəsində ona göndərilmiş məktubların və poçt göndərişlərinin reallıqda mövcud olmaması, sonradan tərtib edilməsi barədə dəlilləri göstərilmiş, lakin məhkəmə buna məhəl verməmişdir. Çünki, hakimin məqsədi öncədən bəlli olmuş və bu səbəbdən də sübutları və faktları səthi araşdıraraq prosesi iddia tələbini rədd edilməsi istiqamətində aparmışdır. Məhkəmə qətnaməsini əsaslandırarkən, heç bir fakta və sübuta istinad etmədən cavabdehin məhkəmədə işin araşdırıldığı müddətdə ondan Abşeron Rayon Prokurorluğuna etdiyi şikayət ərizəsinə istinadən guya onun cavabdehə məxsus külli miqdarda pulun mənimsədiyi qənaətinə gəlinmişdir. Bu qənaət əsassızdır və qanunsuzdur. Ərizə əsasında fakta görə cinayət işinin başlanıldığı qeyd edilsə də, ona qarşı ittihamlar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hansı əsasla və sübuta istinad edərək qətnamədə onun mənimsəmə cinayətini törətməyi müəyyən edildiyi qənaətinə gəlmişdir?! Fakta görə başlanılan cinayət işi onun hələ təqsirli olmağı qənaətinə gəlinməsi üçün əsas deyil. Əksinə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh MMC-nin fəaliyyəti qanuna zidd, satışa təqdim edilən malların vergidən yayınmaq məqsədilə qara buxalteriya ilə aparıldığı, hətta MMC-yə məxsus malları daşıyan faktiki olaraq MMC-yə məxsus olan avtomobillərin də əmlak vergisindən yayınmaq üçün başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Hətta şikayəti əsasında vergi orqanı tərəfindənMMC-də vergi araşdırması da aparılmışdır.
41. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddia tələbinin əsassız olması barədə yekun qənaəti onun 04 avqust 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixinədək üzrlü səbəb olmadan işə gəlməməsi barədə əsaslandırması işin faktiki halları ilə zidiyyətli olmuşdur. Çünki, istinad edilən bu müddətlər ərzində MMC-nin şikayət ərizəsi əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, bu səbəbdən də MMC tərəfindən faktiki olaraq işdən kənarlaşdırılmış və işə buraxılmamışdır. Aparılmış araşdırmada təqsiri təsdiq edilmədiyi üçün əvvəlki tarixlərə guya onun işə dəvət edilməsi barədə bildirişlər tərtib edilmiş və poçt göndərişləri yazılmışdır ki, bunların da saxta olması həmin qəbzlərin tərtibatından belə görünür.
42. Cavabdeh MMC-nin xx.xx.2023 tarixdə ondan şikayət edərək polis şöbəsinə göndərdiyi, barələrində şikayət ərizələri əsasında inzibati cərimə və vergi orqanı tərəfindən vergi yoxlaması aparıldığı halda guya ona bildiriş göndərərək işə çıxmağının xahiş edilməsi, nəticədə həmin vaxtlarda (avqust-sentyabr) üzürsüz səbəbdən işdə olmaması göstərilməklə xx.xx.2023 tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi həqiqətləri əks etdirmədiyi göz qarşısındadır. Xahış edir ki, iş üzrə sübutlar obyektiv araşdıraraq ədalətli qərar verilsin.
43. Məhkəmə araşdırması zamanı MPM-nin 81-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qətnamənin əsaslandırılmasına görə cavabdehin etirazının əsası kimi iddia ərizəsinin məhkəməyə verilməsindən sonra Abşeron rayon prokurorluğuna ünvanladığı ərizəsinə istinad edilərək, onun guya MMC-nin pul vəsaitini mənimsəməyi müəyyən edildiyi bildirilmişdir. Halbu ki, barəsində işdən azad edilməyi barədə əmrin əsasları onun MMC-yə məxsus pulu mənimsəməsi deyil, işə gəlməməsi ilə əlaqədar olduğu göstərilmişdir. Cavabdeh tərəfindən ona təzyiq vasitəsi kimi prokurorluğa etdiyi şikayət ərizəsi məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi əsası kimi göstərilə bilməz. Çünki, bu əsas barəsində verilmiş işdən azad edilməsi barədə əmrin əsaslarını təşkil etmir. Cavabdehin etirazının bu əsasına istinad edilməklə qətnamənin əsaslandırılması işdən azad edilməsi ilə əlaqəsi olmayan başqa sübutlar olmuşdur. Məhkəmə araşdırması zamanı MPM-nin 88-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, ona qarşı qərəzli olmuşdur. Bunlar aşağıdakılardır. Vəsatəti təmin edilərək cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bildiriş və göndərildiyi poçt qəbzlərini mübahisələndirdiyi halda məhkəmə etirazın əsaslarına məhəl verməmiş, yəni poçt göndərişlərindəki zidiyyətləri araşdırmamışdır. Belə ki, yazılı izahatında da göstərdiyi kimi, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş poçt qəbizlərinə nəzər yetirilərkən həmin qəbzlərin eyni anda eyni şəxs tərəfindən tərtib edildiyi açıq-aydın görünür. Həmin poçt göndərişlərinin qaimə nömrələrinə nəzər yetirilərkən bəlli olur ki, məktubların ayrı-ayrı tarixlərdə göndərildiyi qeyd edilsə də qaimələrin sıra nömrələri ardıcıl davam etmiş, bu zaman qaimələrin sıralaması arxadan əvvələ doğru sıralanmışdır. (numunə istinad: 312894 nömrəli qaimə xx.xx.2023 tarixdə tərtib edildiyi halda, 312895 nömrəli qaimə xx.xx.2023 tarixdə, tərtib edildiyi göstərilmişdir). Bu zidiyyət bütün qaimələr üzrə müşahidə olunur. Eyni zamanda onun guya 01-04 avqust tarixlərində işdə olmamağı və göndərilmiş məktubların poçt bildirişləri 01-04 avqust tarixlərindən sonra ona göndərilmişdir. Halbu ki, həmin dövrdə cavabdeh MMC barədə X22ndə şikayəti əsasında araşdırma aparılırdı. Bu barədə sənədlər iş materiallarında mövcuddur. Bundan əlavə əgər doğurdan da həmin məktublar ona göndərilmişdirsə, bu zaman ünvana gələn poçtalyon tərəfindən Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarının 9.23 bəndinə uyğun olaraq ünvana məktubun daxil olması barədə bildiriş qoymalı olmuşdur. Lakin qeyd edildiyi kimi həmin məktub və qaimələr formal tərtib edildiyi üçün bu qaydalara riyyət edilməsi mümkünsüz olmuşdur. İstifadəsində olan və qəza keçirdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki MMC-yə aidiyyatı müəyyənləşdirilməmişdir. Cavadehin biznes fəaliyyətində istifadə etdiyi avtomobilin tərəfindən istifadə edilməsi xüsusatı həmin avtomobillərə yazılmış cərimələrlə də təsdiq edilir. Eyni zamanda məhkəmə tərəfindən iddia tələbinə etirazın əsasları araşdırılmamış, iddia tələbi üzrə faktları təsdiq edən şahidlərin məhkəməyə dəvət edilməsinə şərait yaradılmamışdır. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması nəticədə əsassız bir qənaətə gəlinməsi və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
44. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
45. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
46. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X20 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
47. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
48. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
49. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
50. Maddə 72. “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
51. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1822/2024 nömrəli qətnaməsinin ləğvini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişdir.
61. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
64. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə satış üzrə nümayəndə qismində işə götürülmüşdür. İşçinin xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmiş və İddiaçı işdən azad edilmişdir. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh MMC satış bölməsində “satış üzrə nümayəndə” vəzifəsində işləyən İddiaçı Namiq oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifəsindən azad olunmuşdur. Cavabdeh MMC tərəfindən tərtib olunmuş 04 avqust, 11 avqust, 18 avqust, 25 avqust, 01 sentyabr, 08 sentyabr, 15 sentyabr, 22 sentyabr 2023-cü il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi ilə aktlardan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü və ya üzrsüz səbəb göstərmədən ilk həftə 4 (dörd) tam iş günü, qalan həftələrdə 5 (beş) tam işi günü ərzində işə getməmişdir.
65. İddiaçı apellyasiya şikayətində işə dəvət edilməsi barədə bildirişlərin və poçt göndərişlərin ziddiyyətli olmasına, 2023-cü ilin aprel ayında MMC-yə məxsus avtomobillə qəza keçirdiyindən, MMC tərərfindən ondan avtomobilin təmir xərcləri tələb edildiyindən, cavabdehlə arasında olan münasibətlərin pozulmasına istinad edərək, işəgötürən tərəfindən işçinin işdən azad olunmasını qanunvericiliyin pozulması ilə olduğunu bildirmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işə getməməsinin səbəbi kimi işəgötürənin onu işə buraxmaması ilə əsaslandırsa da, lakin bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyantın həmin dəlili əsassızdır.
67. Kollegiya digər dəlillərlə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində onun tərəfindən şirkətə məxsus avtomobilə zərər vurulması nəticəsində işəgötürən Cavabdeh MMC-nin ona qarşı qərəzli olmasını və işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verildiyini göstərsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən işlədiyi təşkilatda əmək funksiyaların icrasının kobud pozulması halı öz təsdiqini tapdığından, mübahisələndirilən əmrin əsaslılığına birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət maddi hüquq normalarına uyğun olmuşdur.
69. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
70. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
72. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
73. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
74. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
75. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1822/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.