Məhkəmə qərarları › İş №2(105)-1187/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1187/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1187/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalıoğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 nümayəndəsi və vəkili X20 oğlunun və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2334/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2334/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı özəlləşmənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, xx xxxx 2018-ci il tarixli qeydiyyatın, Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğvi edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 9 saylı evin 7-ci mənzili 1 otaqdan ibarət olub, ümumi sahəsi 36,6 kv.metr, yaşayış sahəsi 17,3 kv.metrdir. Mənzil Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1982-ci il tarixli, 236.19 saylı qərarı ilə İsmayıl Mövsüməli oğlunun istifadəsinə verilmişdir. İsmayıl Mövsüməli oğlu vəfat etdikdən sonra Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1983-cü il tarixli, 2-86 saylı qətnaməsi ilə mənzilin şəxsi hesabının Cavabdeh adına açılması qət edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1983-cü il tarixli, 88 saylı qərarı ilə mənzilin şəxsi hesabı Cavabdeh adına açılmışdır. Qeyd edilən mənzildə İddiaçı1 xx xxxx 1990-cı il tarixdən, X9 xx xxxxxx 1992-ci il tarixdən, İsmayılova (Nurlu) Rəvanə Bayram qızı xx xxxx 1992-ci il tarixdən və İddiaçı2 xx xxxxxx 1994-cü il tarixdən qeydiyyatdadırlar. Mənzil 1992-ci ildən hal-hazıradək İddiaçı1 və əri, yəni cavabdehin qardaşı mərhum X2 istifadəsində olmuş, digər iddiaçı İddiaçı2 həmin mənzildə doğularaq böyümüşdür. Cavabdeh mənzildə yaşamır, 2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. 2018-ci ilin iyun ayında Cavabdeh və Bayram İsmayılov onlara mənzilin sənədlərində saxtakarlıq olmasını deyib aldadaraq onları “ASAN xidmət” mərkəzinə aparmış və mənzilin Cavabdeh adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələrini almışlar. Həmin ərizələrə əsasən mənzil Cavabdeh adına özəlləşdirilmiş və bu barədə xx xxxx 2018-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh çıxarışı aldıqdan 1 ay keçməmiş Abşeron Rayon Məhkəməsində onlara və qardaşı Bayram İsmayılova qarşı mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi tələbinə dair iddia qaldıraraq onların mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılmaları, 27.000 manat mənzil kirayə haqqının tutulması və məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bayram İsmayılov həmin iş üzrə məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı Cavabdeh iddiasını qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunaraq, X8, X9 və X3 həmin mənzilə olan istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəsini almışdır. Cavabdeh mənzildə yaşamadığı və qeydiyyatda olmadığı halda, mənzil onun adına özəlləşdirilmişdir. Mənzil yalnız orada faktiki yaşayan şəxslərdən birinin və ya bir neçəsinin mülkiyyətinə verilə bilər. Mənzildə 1992-ci ildən özəlləşdirmə olan anadək və hal-hazırda da yalnız onlar, X9, İsmayılova (Nurlu) Rəvanə Bayram qızı və mərhum Bayram İsmayılov yaşamışlar. Mənzil Cavabdeh adına aldatma və əvvəldən mövcud olan pis niyyətlə özəlləşdirilmişdir. Belə ki, onlar mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə aldadılaraq razılıq vermişlər. Bu hal mübahisəsiz şəkildə sübuta yetir. Belə ki, Cavabdeh onlara qarşı verdiyi iddia ərizəsində göstərmişdir: “...1993-cü ilin avqust ayında Bayram ailə üzvləri ilə mənzilə köçdülər... Təxminən bir il əvvəl mən həmin mənzilə qeydiyyata düşmək üçün müraciət etmək istəyərkən mənə məlum oldu ki, Bayram mənim razılığım olmadan özü və ailə üzvləri mənzilə qeydiyyata düşmüşlər... B.İsmayılova bildirdim ki, mənim mənzilə ehtiyacım var, oğlumu evləndirmişəm, hazırda kirayədə qalırlar, ona görə də mənzili boşaldıb çıxsın. O, əvvəlcə dedi ki, bir ay vaxt ver, mənzil tapım çıxım, sonradan isə buna əməl etmədi, dedi ki, mən çıxmaq istəyirəm, lakin arvadım etiraz edir, qalmışam pis vəziyyətdə. Dedim ki, əgər mənzili könüllü boşaltmasan, mən məcburam Sizi məhkəmə qaydasında çıxarım..” Qeyd edilənlərdən göründüyü kimi, onlar 1993-cü ildən mənzildə yaşayırlar, mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə heç zaman razılığı və niyyətləri olmayıb. Əksinə, onların buna etirazının olmasını Cavabdeh özü ərizəsində etiraf edir. Cavabdeh və qardaşı Bayram İsmayılov onları aldadaraq razılıq ərizəsi almış, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirmişlər. Qeyd edilən mənzil 1 otaqlı olmaqla, mənzildə ailəlikcə onlar yaşayırlar, Cavabdeh isə özünə məxsus olan və qeydiyyatda olduğu başqa bir evdə yaşayır. Cavabdeh və qardaşı Bayram İsmayılov onları aldadaraq pis niyyətlə mənzili Cavabdeh adına özəlləşdirməklə onları evdən çıxarmaq niyyəti həm də onunla təsdiq olunur ki, mənzili özəlləşdirdikdən dərhal sonra Cavabdeh məhkəmədə onların mənzildən çıxarılması ilə bağlı iddia qaldırmış, Bayram İsmayılov isə həmin iddianı yazılı ərizə verməklə etiraf etmişdir. Bu isə hər iki şəxsin onlara qarşı əvvəldən pis niyyətlə razılığa gəlmələrini və onları aldadaraq mənzili Cavabdeh adına özəlləşdirmələrini təsdiq edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının səhv tətbiq edilməsi, həmçinin işin mühüm əhəmiyyətli hallarının düzgün və tam müəyyən edilməməsi ilə çıxarılmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 9 saylı evin 7-ci mənzili 1 otaqdan ibarət olub, ümumi sahəsi 36,6 kv.metr, yaşayış sahəsi 17,3 kv.metrdir. Mənzil Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1982-ci il tarixli, 236.19 saylı qərarı ilə İsmayıl Mövsüməli oğlunun istifadəsinə verilmişdir. İsmayıl Mövsüməli oğlu vəfat etdikdən sonra Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1983-cü il tarixli, 2-86 saylı qətnaməsi ilə mənzilin şəxsi hesabının Cavabdeh adına açılması qət edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1983-cü il tarixli, 88 saylı qərarı ilə mənzilin şəxsi hesabı Cavabdeh adına açılmışdır. Qeyd edilən mənzildə İddiaçı1 xx xxxx 1990-cı il tarixdən, X9 xx xxxxxx 1992-ci il tarixdən, İsmayılova (Nurlu) Rəvanə Bayram qızı xx xxxx 1992-ci il tarixdən və İddiaçı2 xx xxxxxx 1994-cü il tarixdən qeydiyyatdadırlar. Mənzil 1992-ci ildən və halhazıradək İddiaçı1 və əri, yəni cavabdehin qardaşı mərhum X2 istifadəsində olmuş, digər İddiaçı2 həmin mənzildə doğularaq böyümüşdür. Cavabdeh mənzildə yaşamır, 2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. 2018-ci ilin iyun ayında Cavabdeh və Bayram İsmayılov onlara mənzilin sənədlərində saxtakarlıq olmasını deyib aldadaraq onları “ASAN xidmət” mərkəzinə aparmış və mənzilin Cavabdeh adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələrini almışlar. Həmin ərizələrə əsasən mənzil Cavabdeh adına özəlləşdirilmiş və bu barədə xx xxxx 2018-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh çıxarışı aldıqdan 1 ay keçməmiş Abşeron Rayon Məhkəməsində onlara və qardaşı Bayram İsmayılova qarşı mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi tələbinə dair iddia qaldıraraq onların mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılmaları, 27.000 manat mənzil kirayə haqqının tutulması və məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bayram İsmayılov həmin iş üzrə məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı Cavabdeh iddiasını qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunaraq, X8, X9 və X3 həmin mənzilə olan istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 1905/2020 saylı qərardadı ilə hazırki işə baxılıb qurtaranadək Cavabdeh onlara qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işin icraatı dayandırılmışdır. Qətnamənin əsasını yalnız notarial qaydada verilmiş özəlləşdirməyə razılıq ərizələrinin mövcudluğu təşkil edir. Məhkəmə belə ərizəni onların özəlləşməyə razılıqlarının ifadəsi kimi qəbul etmişdir. Halbuki, yeganə yaşayış yerləri olan bu bir otaqlı mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıqları olmaması kifayət qədər sübutlarla, o cümlədən cavabdehin öz ərizəsi ilə sübuta yetirilmişdir. Belə ki, Cavabdeh iş materiallarına əlavə edilmiş onlara qarşı verdiyi iddia ərizəsində göstərmişdir: "...1993-cü İlin avqust ayında Bayram ailə üzvləri ilə mənzilə köçdülər... Təxminən bir il əvvəl mən həmin mənzilə qeydiyyata düşmək üçün müraciət etmək istəyərkən mənə məlum oldu ki, Bayram mənim razılığım olmadan özü və ailə üzvləri mənzilə qeydiyyata düşmüşlər... B.İsmayılova bildirdim ki, mənim mənzilə ehtiyacım var, oğlumu evləndirmişəm, hazırda kirayədə qalırlar, ona görə də mənzili boşaldıb çıxsın. O, əvvəlcə dedi ki, bir ay vaxt ver, mənzil tapım çıxım, sonradan isə buna əməl etmədi, dedi ki, mən çıxmaq istəyirəm, lakin arvadım etiraz edir, qalmışam pis vəziyyətdə. Dedim ki, əgər mənzili könüllü boşaltmasan, mən məcburam Sizi məhkəmə qaydasında çıxarım...". Cavabdehin öz ərizəsində qeyd etdiklərindən aşkar göründüyü kimi, onlar 1993-cü ildən mübahisəli mənzildə yaşayır, mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə heç zaman razılıqları və niyyətləri olmamışdır. Əksinə, buna etirazlarının olmasını Cavabdeh özü ərizəsində etiraf edir. Cavabdeh və qardaşı Bayram İsmayılov onları aldadaraq razılıq ərizəsi almış, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirmişlər. Qeyd edilən mənzil 1 otaqlı olmaqla, onlar 6 nəfər ailə üzvləri ilə birlikdə orada yaşayırlar, Cavabdeh isə özünə məxsus olan və qeydiyyatda olduğu başqa bir evdə yaşayır. Onlar yeganə yaşayış yerləri olan 1 otaqlı mənzili Cavabdeh mülkiyyətinə verə bilməzdilər. Əslində aralarındakı bütün mübahisələr də məhz elə bu razıqlarının olmaması üçün başlamışdı. Cavabdeh və qardaşı Bayram İsmayılovun onları aldadaraq pis niyyətlə mənzili Cavabdeh adına özəlləşdirməklə onları evdən çıxarmaq niyyəti həm də onunla təsdiq olunur ki, mənzili özəlləşdirdikdən dərhal sonra, heç 1 ay keçməmiş Cavabdeh məhkəmədə iddiaçıların mənzildən çıxarılması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə göstərilən hallara obyektiv qiymət verməmiş, Cavabdeh və Bayram İsmayılovun birlikdə onları aldadaraq notarial ərizə almalarının tam sübuta yetdiyini nəzərə almamışdır. Onlar mənzilin Cavabdeh adına özəlləşdirilməsi barədə xəbər alan kimi dərhal 2018-ci ildə özəlləşdirmənin etibarsızlığı barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mənzilin Cavabdeh adına özəlləşdirilməsinə etirazlarını bilən Cavabdeh və Bayram İsmayılov qardaşları mənzilin sənədlərinin saxtalığını deyərək İddiaçı2 və bacılarını aldadıb “ASAN xidmət” Mərkəzinə, İddiaçı1 isə ayrı gündə Bayram İsmayılov notariat kontoruna aparıb ərizə almış, mənzil Cavabdeh adına özəlləşdirildikdən dərhal sonra isə mənzildən çıxarılmaları barədə iddia qaldırmışlar. Bayram İsmayılovun isə mənzildən çıxmağa razı olduğunu etiraf edən ərizə ilə məhkəməyə müraciət etməsi hər iki şəxsin əvvəldən onlara qarşı pis niyyətlə razılığa gəlmələrini və onları aldadaraq mənzili Cavabdeh adına özəlləşdirmələrini təsdiq edir. Qeyd edilən özəlləşdirmə anından başlayaraq artıq 2 ildir onların arasında dördüncü məhkəmə çəkişməsi baş verir ki, bu da iradə ifadələrinin olmadığını və aralarındakı narazılıqların mövcudluğunu sübut edən haldır. İşin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh mənzildə yaşamadığı və qeydiyyatda olmadığı halda, mənzil onun adına özəlləşdirilmişdir. Cavabdeh formal olaraq icarədarı kimi qaldığı, yaşamadığı mənzili öz mülkiyyətinə keçirmək hüququ olmamışdır. Mənzil yalnız orada faktiki yaşayan şəxslərdən birinin və ya bir neçəsinin mülkiyyətinə verilə bilər. Mənzildə 1992-ci ildən özəlləşdirmə olan anadək və hazırda da yalnız onlar yaşayırlar. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı1 nümayəndəsi X15 məhkəmə iclasında apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçılar məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X18 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx xxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X4, İddiaçı1, X7, X5 və İddiaçı2 qarşı mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, X2, X6 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsi, 9 saylı evin 7 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X11 tələb edilərək işə əlavə edilmiş Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7 saylı mənzilinin iddiaçı Cavabdeh adına özəlləşdirilməsi üçün əsas olan sənədlərdən görünür ki, həmin mənzilə dair İsmayıl Mövsüməli oğlunun adına 24 dekabr 1973-cü il tarixdə 75 saylı order verilmiş, onun vəfatı ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 88.4 saylı, xx xxxxx 1983-cü il tarixli qərarı ilə mənzilin şəxsi hesabı Cavabdeh adına dəyişdirilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 1 saylı MTİİTS tərəfindən verilmiş 26 saylı, x xxxx 2018-ci il tarixli, 2 saylı forma üzrə arayışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7-ci mənzilinin icarədarı Cavabdehdur, həmin mənzildə onun qardaşı X8, qardaşının yoldaşı İddiaçı1, qardaşı qızı X10, qardaşı qızı X16 və qardaşı oğlu İddiaçı2 daimi qeydiyyatdadırlar. X8, İddiaçı2, X16 və X10 8 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat kontorunda xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək 7E-1323 nömrə ilə reyestrdə qeyd edilmiş birgə ərizələrlə, İddiaçı1 8 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat kontorunda xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək 7E-1347 nömrə ilə reyestrdə qeyd edilmiş ərizə ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etməmişlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 4, 5, 8, 9-cu maddələrinə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə və Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Belə ki, işdən görünür ki, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7 saylı mənzili 24 dekabr 1973-cü il tarixdə 75 saylı orderlə İsmayıl Mövsüməli oğluna verilmiş, onun vəfatı ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 88.4 saylı, xx xxxxx 1983-cü il tarixli qərarı ilə mənzilin şəxsi hesabı Cavabdeh adına dəyişdirilmiş və o, həmin mənzilin icarədarı olmuşdur. Cavabdeh mənzilin özəlləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, həmin vaxt mənzildə qeydiyyatda olan X8, İddiaçı2, X16, X10 və İddiaçı1 notariat kontorunda təsdiqlənmiş ərizələr verərək mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiklərini bildirmişlər. Qanunvericilikdə nəzərədə tutulmuş digər sənədlər də təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsini həyata keçirmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Həmin qanunun 8-ci maddəsinin 3-cü hissəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı əlavə etməlidir. İş materialları, işdə iştirak edən şəxslərin izahatları və yuxarıda qeyd edilən sənədlərlə sübuta yetirilmişdir ki, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7 saylı mənzilinin icarədarı Cavabdeh olmuş, mənzil özəlləşdirilərkən onun mənzildən istifadə hüququ olmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin 7 saylı mənzili qanuni əsasla Cavabdeh adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından, iddiaçıların apellyasiya şikayətindən görünür ki, iddia tələblərini mənzilin özəlləşdirilməsinə razılıq ərizələrinin aldadılmaqla alınması ilə əsaslandırmışlar. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. İş materiallarından görünür ki, hazırki mübahisə ilə bağlı belə hallar mövcud deyildir, həmin halların mövcud olması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur və bu halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına da təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün olaraq iddia təmin edilməmişdir. İddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2334/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar