Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1192/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, tədəbin ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2019cu il tarixli müqaviləsinin ləğv olunması, 08.07.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borcun, 1270,69 manat faiz borcun, 118,50 manat cərimə borcun, cəmi 5794,49 manat pulun, 18.12.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 7194,89 manat əsas, 1603,42 manat faiz, 242,57 manat cərimə borcu, cəmi 9040,88 manat pulun, ipoteka predmetinə tutma yönəldilməsi sarədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh Ləğv Prossesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın 18 dekabr 2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilnə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin R.O.X1 xeyrinə tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AtaBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli 016NFFK saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir. "AtaBank” ASC-ti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2018-ci il tarixli 5392NF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş 18 dekabr 2018-ci il tarixli 5392NF saylı kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.08.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ Cavabdeh məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-ci məhəllə, ev 59, mənzil 140 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında 18 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.12.2018-ci il tarixli, RX saylı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********460 saylı 12.07.2021-ci il tarixli, **********459 saylı, 12.07.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. 03 mart 2022-ci il tarixdə məhkəmə iclasında hakim tərəfindən Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi haqqında qərardad qəbul edilmişdir. İş üzrə icraat dayandırılmışdır. Həmin qərardadı əsassız hesab edir. Abşeron Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan 18 dekabr 2018-ci il tarixli 5392NF saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. İşdə olan 08 iyul 2019-cu il tarixli 016NFFK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi LPO İddiaçı ASC ilə Cavabdeh arasında 18 dekabr 2018-ci il tarixli 5392NF saylı və 08 iyul 2019-cu il tarixli 016NFFK saylı kredit müqavilələri üzrə yaranmış öhdəliklər və onların icrası ilə əlaqədar şübhə və anlaşılmazlıqları aradan qaldırmaqdan ötrü mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın rəyi alınanadək mülki işin icraatı dayandırılması qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən ərizəyə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 03 mart 2022-ci il tarixli e-2(012)-1305/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1192/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1192/2022
25.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver