Məhkəmə qərarları › İş №2(105)-1193/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1193/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1193/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X12 Azərbaycan” QSC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-1811/2023 nömrəli qətnaməsindən iddiaçı “X12 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “X12 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X12 Azərbaycan” QSC-nin xeyrinə 340,36 manat (ƏDV 18%)və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın və ödənilmiş 42,31 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli 210/168738 saylı kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə həmçinin cavabdehlər Cavabdeh1 ilə bank arasında xx.xx.2014-cü il tarixdə və Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2014 -cü il tarixli 210/168738 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan X2 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq borcalanın xx.xx.2014 -cü il tarixli 210/168738 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan X8 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X6 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m, yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsiylə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752,77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar CəmiyyəUnin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və X6 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satıması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə Qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyati üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə 06 mart 2019-cu il tarixli, 32/1saylı Hərracın yekun Protokoluna əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. “X12 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 178 saylı ödəniş tapşırığına əsasən 340,36 manat (ƏDV 18%) və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın “X4” MMC-yə ödənilməsinə dair 81 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş məbləğdən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Göründüyü kimi, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X12 Azərbaycan” QSC-dən alınmışdır. Cavabdehlər X3 və Cavabdeh2 iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-1811/2023 nömrəli qətnaməsi ilə “X12 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X12 Azərbaycan” QSC-nin xeyrinə 340,36 manat (ƏDV 18%)və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın və ödənilmiş 42,31 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilmişdir (hakim Elmir Hüsyenov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərrac xərci icra xərci hesab edilir, icra xərcinin də ödənilməsi borcluya aid öhdəlikdir. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Tələbkarın özü könüllü olaraq hərrac xərcini ödəməsi nəzərə alınaraq həmin xərcin əvəzinin borcludan tutulması qanunla tənzimlənmir və icra xərci olan hərrac xərcini borcludan icra xidməti tələb edə bilər. Birinci instansiya məhkəməsi İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2, 61.2, 79.1, 79.2.1, 81.1-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-1811/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752,77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və X6 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə 06 mart 2019-cu il tarixli 32/1saylı Hərracın yekun Protokoluna əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. “X12 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 178 saylı ödəniş tapşırığına əsasən 340,36 manat (ƏDV 18%) və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın “X4” MMC -yə ödənilməsinə dair 81 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Məhkəmə heç bir hüquqi əsası olmadan və maddi hüquq normalarını düzgün tətbiq etmədən, hüquqi yanaşmasını düzgün əsaslandırmadan hesab etmişdir ki, hərrac xərci icra xərci hesab edilir, icra xərcinin də ödənilməsi borcluya aid öhdəlikdir. Tələbkar özü könüllü olaraq hərrac xərcini ödəməsi nəzərə alınaraq həmin xərcin əvəzinin borcludan tutulması qanunla tənzimlənmir və icra xərci olan hərrac xərcini borcludan icra xidməti tələb edə bilər. “İcra haqqında” və “İpoteka haqında” Qanunun aşağıda istinad ediləcək müddəalarından da görünür ki, ipoteka predmetinin satılmasından əldə edilən gəlirin ilk növbədə tələbkara (ipoteka saxlayana) ödənilməsi, ipoteka predmetinin satılması və s. ilə bağlı xərclərin, həmçinin icra ödənişinin isə ipoteka qoyandan (icra işi üzrə borcludan) tutulması birmənalı təsbit edilmişdir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir İstinad edilən maddədə də imperativ olaraq təsbit edilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra sənədi üzrə borcludan (hazırkı halda ipoteka saxlayandan) tutulmalıdır. Burada xüsusilə qeyd etmək lazımdır ki, qanunun bu normasının tətbiqi hər hansı halın (məsələn, ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin tələbdən az olması və s.) baş verməsi ilə şərtldəndirilməmişdir və birbaşa tətbiq olunur. Mübahisənin tənzimlənməsinə tətbiq edilməli olan normalar birmənalı olaraq təsbit edir ki, ipoteka qoyana qaytarılmalı olan vəsaitin ödənilməsindən daha əvvəlki növbədə ipoteka predmetinin satılması və s. ilə bağlı xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə desək, qanunverici həmin xərclərin ödənilməsi vəzifəsini ipoteka qoyanın üzərində saxlamışdır. İpoteka predmetinin satılmasından əldə olunan vəsaitin tələbkarın tələblərini tam ödəmədiyi halda isə ipoteka qoyanın bu vəzifədən azad edilməsini təsbit edən norma yoxdur. Belə olan halda, məhkəmənin konkret qanun normasına istinad etmədən ipoteka qoyanı qeyd edilən xərclərin ödənilməsi vəzifəsindən “azad etməsi”, və əksinə, ipoteka saxlayanı isə bu vəzifə ilə mükəlləfiyyətli etməsi konkret qanunvericinin iradəsinə açıqaşkar zidd mövqedir. Yuxarıdakı bölmələrdə də qeyd edildiyi kimi, hazırkı mübahisədə ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən hərrac yolu ilə əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin tələb edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilən ödəniş tapşırıqlarını araşdırmadan, maddi hüquqi normalarını düzgün tətbiq etmədən, şəxsi mülahizəsini əsas tutmuş, mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış qalmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752,77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar CəmiyyəUnin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və X6 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satıması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Hərracın nəticələri barədə 06 mart 2019-cu il tarixli 32/1saylı Hərracın yekun Protokoluna əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi "xxxx" QSC tərəfindən əldə edilmişdir. “X12 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 178 saylı ödəniş tapşırığından görünür ki, 340,36 manat (ƏDV 18%) və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın “X4” MMC-yə ödənilməsinə dair 81 saylı ödəniş tapşırığı hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərrac xərci icra xərci hesab edilir, icra xərcinin də ödənilməsi borcluya aid öhdəlikdir. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Tələbkar könüllü olaraq hərrac xərcini ödəməsi nəzərə alınaraq həmin xərcin əvəzinin borcludan tutulması qanunla tənzimlənmir və icra xərci olan hərrac xərcini borcludan icra xidməti tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışalaraq qeyd edir ki, yuxarıda sadalanan, eləcə də apellyasiya şikayətində qeyd edilən qanunuvericilik normalarından göründüyü kimi icra xərcinin də ödənilməsi borcluya aid öhdəlikdir. İcra xərci borcludan tutularaq icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra xərcini borcludan icra xidməti tələb edəbilər. Belə olan halda tələbkarın özünün könüllü olaraq hərrac xərcini ödəməsi həmin xərcin əvəzinin borcludan tutulmalı olmasına dəlalət etmir. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən hərrac yolu ilə əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin tutulmasına gəlincə məhkəmə kollegiyası qeyd edir ki, əmlakın hərrac yolu ilə alınması məcburi deyil, bankın könüllü istəyi olub. Belə olan halda da həmin xərcin cavabdehlərdən tutulması qanunuvericliyə uyğun deyil. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-1811/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-1811/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “X12 Azərbaycan” QSC verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar