Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1196/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh6 iştirakları ilə, İddiaçı «xxxx» MMC BOKT-nın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Məmmədov Daglar Arif oğluna qarşı evin boşaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi A.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı “xxxx” MMC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evin boşaldılması tələbinə dair iddiasının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 münasibətdə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı «xxxx» MMC BOKT-nın Cavabdeh1 münasibəidə xitam verilməsi qərara alınmışdır (vəfat etmişdir). İ Ş İ N H A L L A R İ: İddiaçı “xxxx” MMC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə «xxxx» MMC-yə məxsus fərdi yaşayış evindən çıxarılaraq, həmin evin boşaldılması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddiasını onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-493/2014 saylı qətnaməsinə əsasən X1 23525,74 manat əsas, 2043,17 manat faiz borcu və 179,66 manat cərimə, cəmi 25748,57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus Xaçmaz rayonunun Canaxır kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,10 kv.metr yaşayış, 25,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilib. Qeyd olunan daşınmaz əmlak «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçib, lakin cavabdehilərin istifadəsindədir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının İdarə Heyətinin sədri A.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, Cavabdeh4 Təşkilata borcu hissə-hissə ödəməyi təklif etdiyini, lakin razılıq verilmədiyini bildirmişdir. Tərəflərindən dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq istər Cavabdeh4 tərəfindən, istərsə də digər cavabdehlər tərəfindən müraciətlərə məhəl qoyulmamış, onlara heç bir cavab və ya müraciət daxil olmamış və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Evdə yaşayan kənar şəxslərin qanunsuz hərəkətləri “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının əmlakına xüsusi mülkiyyət hüququ əsasında tam sahib olmasını, öz əmlakından tam mülkiyyət hüququ ilə istifadə etməsini istisna edir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-2063/2020 saylı qətnaməsini tamamilə ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi S.S.Verdiyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh6 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehlərin başqa yaşayış yerinin olmaması və cavabdehlərin borcun hissəhissə ödəməklərinə iddiaçının razılığının olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)- 493/2014 saylı qətnaməsinə əsasən X1 23525,74 manat əsas, 2043,17 manat faiz borcu və 179,66 manat cərimə, cəmi 25748,57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus Xaçmaz rayonunun Canaxır kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,10 kv.metr yaşayış, 25,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Canaxır kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,10 kv.metr yaşayış, 25,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi hazırda “xxxx” MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad edərək qeyd edir ki, yeni mülkiyyətçi ilə kirayə müqaviləsi bağlanır. Yeni mülkiyyətçi imtina edərsə keçmiş mülkiyyətçi kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Qanundan göründüyü kimi, kirayə müqaviləsi bağlanmazsa, yeni mülkiyyətçi deyil, keçmiş mülkiyyətçi kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İkinci bir tərəfdən cavabdehlərin hamısının ipoteka müqaviləsi bağlanan zaman razılıqları barədə ərizələri notariat tərəfindən təstiq edilərək qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının tələbi onun mülkiyyətində olan adı çəkilən əmlakın boşaldılması və evdə yaşayan şəxslərin bu əmlakdan istifadəsinin məhdudlaşdırılmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə əmlakın girov qoyulması şərtləri prizmasından deyil, mülkiyyət hüququnun müdafiəsi prizmasından baxılmalıdır. Evdə yaşayan kənar şəxslərin qanunsuz hərəkətləri «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının əmlakına xüsusi mülkiyyət hüququ əsasında tam sahib olmasını, öz əmlakından tam mülkiyyət hüququ ilə istifadə etməsini istisna edir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, cavabdehlər iddiaçıya qarşı onlarla kirayə müqaviləsinin bağlanması barədə heç bir iddia tələbi irəli sürməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı «xxxx» MMC BOKT-nın İdarə Heyətinin sədri Arif Əliyevin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(067)-2063/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı «xxxx» MMC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Arif oğluna qarşı evin boşaldılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 Arif oğlu iddiaçıya məxsus olan Xaçmaz rayonu, Canaxır kəndində 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55.10 kv.m yaşayış, 25.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsınlar və həmin ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1196/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1196/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver