Məhkəmə qərarları › İş №2(105)-12/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-12/2025

13.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-12/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublı̇ kasının İ̇qtı̇ sadı̇ yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Azərbaycan Respublı̇ kasının İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi» tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-101/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Əmlak Məsələləri Dövlət Xidməti məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən dövlətə məxsus 3343.3 kv.metr torpaq sahəsinin 330.5 kv.metr hissəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-101/2022 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia tələbinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən dövlətə məxsus 3343.3 kv.metr torpaq sahəsinin 324 kv.metr hissəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən azad edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq X2 hesabına keçirilməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

3. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-101/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən olunmuş hallar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 18 fevral 2025-ci il tarixdə cavabdehin hüquqi varisin nümayəndəsi və vəkili Vəkil Elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikasının İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Əmlak Məsələləri Dövlət Xı̇ dməti ilə aralarında torpağın alqı-satqısı həyata keçirilmiş, hüquqları bərpa olunmuşdur. Bu səbəbdən icraatın təzələnməsi xahiş olunur.

5. 13 mart 2025-ci il tarixdə cavabdehin hüquqi varisin nümayəndəsi və vəkili Vəkil Elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mübahisə predmeti olan torpaq sahəsinin 19ha hissəsinin artıq onların mülkiyyətində olduğunu bildirərək, apellyasi şikayətindən imtina etdiyini bildirmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətindən imtina etməsi barədə ərizəni iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtinası qəbul edilsin. Azərbaycan Respublı̇ kasının İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi» tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-101/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar