Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1200/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 tərəfindən ona məxsus olan və sahəsi 22.5 m² təşkil edən Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən torpaq sahəsi üzərində tikilmiş tikilinin onun torpaq sahəsinə düşən 6.2 m² ölçüdə sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətə cavabdehin vəsaiti hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhər, 10-cu mikrorayon ərazisində M.Abdullayev küçəsində yerləşməklə sahəsi 22.5 m² təşkil edir. Bu torpaq sahəsi ona şəhid qardaşı X1 Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə həlak olduğuna görə ayrılmış, Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 376 nömrəli sərəncamı ilə kommersiya obyektinin layihələndirilərək tikinti quraşdırılmasına icazə verilmişdir. O, həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə AR Prezident Administrasiyasına müraciət etmiş və həmin müraciət baxılması üçün AR İqtisadiyyat Nazirliyinə göndərilmiş və həmin müraciətə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ona göndərdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sağında və solunda yerləşən **********87 və **********88 reyestr nömrəli torpaq sahələri üzərində 2011-ci ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınarkən kadastr məlumat bazasında qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə uyğun aparılmış, torpaq sahələri üzərində 2011-ci ildə qeydiyyat aparılarkən ərazidə hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmiş, lakin sonradan hər iki torpaq sahəsinin icarəçiləri tərəfindən tikinti işləri aparılarkən qeydiyyata alınmış torpaq sahələrinin sərhədlərindən kənara çıxılmışdır. Ayrılması nəzərdə tutulan qeyd edilən torpaq sahəsinin 6.2 m² hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, ona ayrılmış həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Nəticədə, o, qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində təsdiq edilmiş plan, ölçü və eskiz əsasında tikinti işlərini apara bilmir və torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması da mümkünsüzdür. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiaçı Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmiş, vəsatət təmin edilmiş, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən 22,5 kv.m. torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən tikilmiş tikilinin iddiaçının torpaq sahəsinə düşən hissəsi üzrə 6.2 m² ölçüdə sökülməsi və həmin ərazinin Cavabdeh2 vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh2 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manatın Cavabdeh2 tutularaq X2 (Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamədə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR MM-nin 152, 157-ci, АR Konstitusiyasının 13, 29-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. İddiaçının iddiası tam qanunsuz və əsassızdır. Sumqayıt Şəhər Məhkəməsində heç bir araşdırma aparılmadan yalnız iddiaçının subyektiv fərziyyələri əsasında qətnamə qəbul edilmişdir. Belə ki, torpaq sahəsi şəhid anası kimi anası Cavabdeh1 ayrılmışdır. Anası torpaq sahəsinə dair çıxarış aldıqdan sonra torpaq sahəsini ona bağışlamışdır. Torpaq sahəsi üzərində Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi eskiz layihəsi əsasında tikinti işləri aparılmışdır. Tikinti işləri aparılarkən Sumqayıt şəhər Bələdiyyəsinin, istərsə də Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşları tərəfindən tikiliyə baxış keçirilmiş, hər şeyin qanuni və əsaslı olduğunu göstərmişlər. DƏDRX torpaq sahəsinə çıxarış verərkən torpaq sahəsinin koordinatlarını müəyyən etmiş və çıxarış vermişdir. Həmin ərəfədə ətraflarında digər torpaq sahələrinə dair tikinti işləri aparılmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi torpaq sahəsini 2008-ci ildə alsa da, torpaq sahəsini sənədləşdirmək üçün yalnız 12 il sonra müraciət etmişdir. Həmin ərəfədə də onlara məlum olmuşdur ki şəhid ailələrinə tikinti məqsədi ilə ayrılmış ərazidəki torpaq sahələrində sürüşmə baş vermişdir. Yəni iddiaçının torpaq sahəsinin onların tərəfindən zəbt edilməsi hər hansı bir rəsmi sənətdə öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı dəfələrlə ekspertiza təyin edilməsi və ekspertizanın tərəflərin işitrakı ilə yerində keçirilməsini tələb etsələr də, heç bir ekspert hadisə yerinə gəlməmiş və mənbəyi bəlli olmayan mütəxəsis rəyinə əsaslanaraq rəy vermişlər ki, onlara məxsus tikili ayrılmış torpaq sahələrinin ölçüləri daxilində yerləşmir, ölçüsü isə 29.8 m² müəyyən edilir. Həmçinin ekspert göstərir ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığından iddiaçının torpaq sahəsinə müdaxilənin hansı ölçüdə olması məsələsini həll etmək mümkün olmamışdır. Yəni belə olan halda ümumiyyətlə İddiaçı subyektiv hüququ mövcud olmur. Ona torpaq sahəsi ayıran istər Sumqayıt şəhər Bələdiyyəsi, istərsə də Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi onlara Səkinə adlı şəxsin torpaq səhəsini zəbt etməsini heç vaxt deməyiblər və indi də demirlər. Əksinə onlar Səkinə xanımın da şəhid bacısı olduğunu nəzərə alaraq ondan heç bir sənəd də tələb etmədən ona ayrılmış torpaq sahəsini onlara satmasını təklif etmişlər. Hətta məhkəmə baxışı zamanı da nümayəndələri torpağın real qiymətindən 2 dəfə artıq qiymət təklif etmişdir. Lakin Səkinə xanım bununla razılaşmamışdır. Onlar ümumiyyətlə Səkinə xanımın iddiasını qəbul etmirlər. Onun torpaq sahəsi varsa, sağ, sol və yaxudda arxa tərəfdəki qonşunun zəbt etməsi bu gün də mübahisə predmetidir. Dəfələrlə xahiş etmişlər ki, Sumqayıt şəhər Bələdiyyəsi, Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi hadisə yerinə gəlsinlər, hər kəsin torpaq sahəsini yerində ölçüb göstərsinlər, baxmayaraq ki, onların çıxarışları var, buna ehtiyacları yoxdur. Lakin işin ədalətli həlli üçün onlar bunun tərəfdarıdırlar. Məhkəmənin 6.2 m² ölçüdə tikilinin sökülməsi qənaətinə gəlməsi isə tam əsassız yanaşmadır. Həmin hissənin tikilinin harasından sökülməsi də sual olaraq qalır. Bu qətnamənin icrası belə mümkün deyil. Səkinə xanım iddia ərizəsində göstərilir ki, 20 m² torpaq sahəsi iddiaçıya ayrılıb. Məhkəmə qətnaməsində isə iddiaçıya ayrılmış torpaq sahəsi 22.5 m² kimi göstərilir. Yəni, ümumiyyətlə heç bir müvafiq hüquq müəyyənedici sənədi olmayan bir şəxsin yuxarıda qeyd etdiyi subyektiv fərziyyəsi bundan ibarətdir. O, özü tikilini müstəqil ekspertlə ölçmüşdür və artıq müəyyən etmişdir ki, ustalar tikilini qoşa daş divardan hörərkən səhvən bir daş divar boyu artıq tikiblər. Bunun Səkinə xanıma aid hissə olduğunu ekspertiza ona sübut etdikdən sonra bir daşın sökülməsi məsələsini həll edə bilər. Bu isə o demək deyil ki, həmin hissədə o, iddianı qəbul edir. İddia tam qanunsuz və əsassızdır. iddianın ona qarşı yalnız Sumqayıt şəhər Bələdiyyəsi qaldıra bilər və yaxud yenidən komission ekspertiza keçirilməli, Sumqayıt Bələdiyyəsinin və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinin, həmçinin mütəxəssislərin və tərəflərin iştirakları ilə yerində ölçülməli və hər kəsin torpaq sahəsi göstərilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********05 nömrəli, 16 oktyabr 2020-ci il tarixli Sumqayıt Bələdiyyəsinə ünvanlanmış məktuba cavabından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində sahibkarlıq məqsədi ilə inşa edilmiş sahəsi 22.5 m² olan torpaq sahəsinin 6.2 m² hissəsinin **********87 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyünü və həmin 6.2 m² fərqin aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, 2892 nömrəli məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar onlar tərəfindən 15 oktyabr 2020-ci il tarixli, **********89 nömrəli məktubla Sumqayıt şəhəri Memarlıq və Şəhərsalma İdarəsinə sorğu ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********23 nömrəli, 21 sentyabr 2020-ci il tarixli Sumqayıt Bələdiyyəsinə ünvanlanmış məktuba cavabından görünür ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci madəssinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış **********25 nömrəli, 14 iyul 2020-ci il tarixli yerquruluşu planının hazırlanması barədə məlumatdan görünür ki, ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Elektron məlumat bazasında araşdırma aparılarkən məlum olmuşdur ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin 6.2 m² hissəsi **********87 reyestr nömrəli çıxarış ilə üst-üstə düşür. Uyğunsuzluq və ya yüklülük aradan qaldırıldıqdan sonra yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat mərkəzi” MMC-nin Sumqayıt Bələdiyyəsinə ünvanlanmış **********32 nömrəli, 18 mart 2020-ci il tarixli məktuba cavabından görünür ki, Sumqayıt Bələdiyyəsi ərazisindən sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulan 22.5 m² torpaq sahəsi ümumi istifadədə olan ərazidə yerləşir. Bu səbəbdən yerquruluşu planının hazırlanması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 02 mart 2020-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə cizgidə göstərilən torpaq sahəsi, aidiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Əgər ayrılması nəzərdə tutulan torpaq sahəsində əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa, həmin xətt sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılmalıdır. Torpaq sahəsinin ayrılması barədə qərar verildikdən sonra Sifarişçi Memarlıq və Şəhərsalma İdarəsindən müvafiq sənədlər və inşaat pasportu almalıdır. Sifarişçi tikintini Memarlıq və Şəhərsalma idarəsi nəzdində Tikintiyə Dövlət Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçirməlidir. Bütün bunları nəzərə alaraq göstərilən şərtlər daxilində Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, 10-cu mikrorayon ərazisində sahibkarlıq məqsədi ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olaraq 22,5 (iyirmi iki tam, onda beş) m² torpaq sahəsinin ayrılmasına etiraz etmirlər. Torpaq sahəsinin ayrılması barədə qərardan iki nüsxə Memarlıq və Şəhərsalma İdarəsinə təqdim olunmalıdır. Rəyin müddəti bir ildir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Q-87/3-032/2 nömrəli, 11 dekabr 2019-cu il tarixli İddiaçı ünvanlanmış ərizəyə cavabdan görünür ki, şəhər Memarlıq və şəhərsalma idarəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçilərinin iştirakı ilə ayrılmış sahəyə yenidən baxılmış, hazırda məsələnin müsbət həlli istiqamətində iş aparıldığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 13 yanvar 2020-ci il tarixli, 02/08-PA/Q-56-57 nömrəli İddiaçı ünvanlanmış müraciətə cavabından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanan müraciətə əlavə olunmuş fotoşəkillər əsasında Komitənin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və M.Abdullayev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında (9,0 metr məsafədə) qeyri-yaşayış obyektləri sırasının olduğu müəyyən edilmişdir. Tikintisi planlaşdırılan qeyri-yaşayış obyektinin arxa hissəsində birinci mərtəbədəki mənzillərin təbii işıqlanmasının nəzərə alınmasını və həmin mənzillərin sakinləri ilə razılaşdırılması şərti ilə 22,5 m² torpaq sahəsinin ayrılmasına etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Q-26-039 nömrəli, xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, Memarlıq və Şəhərsalma idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ona ayrılmış torpaq sahəsindən digər şəxs tərəfindən 0,9 metr torpaq sahəsi zəbt olunaraq obyekt inşa edilmişdir. Memarlıq və Şəhərsalma idarəsinə müraciət etmiş digər şəhid ailəsi X3 da müraciəti əsasında yerində təkrar baxış keçirilərək hər birinə əlavə məlumatın veriləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********59 nömrəli, 20 avqust 2021-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sağında və solunda yerləşən **********87 və **********88 reyestr nömrəli torpaq sahələri üzərində 2011-ci ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınarkən kadastr məlumat bazasında qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə uyğun aparılmışdır. Torpaq sahələri üzərində 2011-ci ildə qeydiyyat aparılarkən ərazidə hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Lakin sonradan hər iki torpaq sahəsinin icarəçiləri tərəfindən tikinti işləri aparılarkən qeydiyyata alınmış torpaq sahələrinin sərhədlərindən kənara çıxılmışdır. Ayrılması nəzərdə tutulan, qeyd edilən torpaq sahəsinin 6,2 m² hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə müəyyən olunmuşdur ki, həmin əraziyə dair qonşular tərəfindən iddia vardır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinə aid inşaat pasportunun surətindən görünür ki, şəhid bacısı İddiaçı sifarişçi olmaqla, 10-cu mikrorayon ərazisində təyinatı kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılması məqsədi ilə sahə verilmişdir. Qeydiyyat nömrəsi 3 olmaqla xx.xx.2009-cu il tarixdə iş hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, 25 noyabr 2008-ci il tarixli sərəncamından görünür ki, şəhid bacısı İddiaçı müraciətini, 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsinə kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin mövqe planını, Memarlıq və şəhərsalma idarəsinin layihələndirmə və tikinti-quraşdırma aparılmasının mümkünlüyünə dair rəyini, aidiyyatı orqanlarla müvafiq razılaşmaları əsas tutaraq qərara alınmışdır ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsində nəzərdə tutulmuş 20 (iyirmi) m² torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun olaraq kommersiya obyektinin layihələndirilərək tikintiquraşdırılmasına icazə verilmişdir. Obyektin layihələndirilməsi dövrü başa çatdıqdan sonra mövcud sərəncam inşaat pasportu, işçi layihə, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti-quraşdırma işlərinin aparılması üçün əsasdır. İş materiallarında texniki pasporta əlavə olunmuş mövqe planını və ümumi hissəni əks etdirən sxemlər və cədvəllər mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin 18 nömrəli, 17 yanvar 2007-ci il tarixli Sumqayıt şəhərinin baş memarı cənab B.Həsənzadəyə ünvanlanmış müraciətə cavabdan görünür ki, şöbə şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzədə tutulan torpaq sahəsini obyektin ətrafında yaşıllaşdırma və abadlaşdırma işləri aparılması şərti ilə razılaşdırmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Memarlıq və Şəhərsalma İdarəsinə ünvanlanmış ******* nömrəli, 26 fevral 2008-ci il tarixli məktuba cavabından görünür ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsindən Sumqayıt Elektrik Şəbəkə Rayonunun balansında olan 0,4-6-19 kV-luq kabel və hava elektrik veriliş xətləri keçmir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 18 yanvar 2008-ci il tarixli rəyindən görünür ki, tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində ticarət obyektinin layihələndirilməsi üçün ayrılmış ..... 0,002 ha torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericilik və normativ aktların o cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “ictimai bina və qurğular” TN və Q-nin, 2.01.02-85 “yanğına qarşı normalar” TN və Q-nin, “EQQQ”-nin, “tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydaları” –nın (YTQ 05- 86) tələblərinə, yəni ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatına görə istifadə olunmalı, mövcud bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi, şərti ilə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xeyrinə hüquq yüklü edilən şəxs Cavabdeh2, hüququ yüklü edilən şəxs Sumqayıt Şəhər Bələdiyyəsi olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 0.002 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) olmaqla xx.xx.2012-xx.xx.2027-ci il tarix aralığında ********** nömrə ilə xx.xx.2018- ci il tarixində yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN seriyalı, 221169 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Plan və ölçünün tərtib edilməsinə əsas ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Torpaq sahəsinin planı və ölçüsü, 010747, xx.xx.2012; Sumqayıt “ASAN xidmət” mərkəzi notarius Əhmədli B.M tərəfindən təsdiq olunmuş şəhadətnamə №100; 3M-86, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. İş materiallarında olan 007657 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 müddətsiz olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 22 may 2023-cü il tarixli, 3-21-3-31/2-1676/2023 nömrəli müraciətə cavabdan görünür ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmadığı üçün, torpaq sahəsinə dair bazar məlumatlarının və qeyd olunan sənədlərin surətinin göndərilməsinin mümkün olmaması bildirilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus tikili ona ayrılmış torpaq sahəsinin ölçüləri daxilində yerləşmir, torpaq sahəsi üzərində yerləşən tikilinin tikinti altı sahəsinin ölçüsü 29,8 kv.metr təşkil edir (yerləşmə yeri ortofotoda qeyd olunmuşdur). İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığından müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7603 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-3138/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 məxsus tikilinin ona ayrılmış torpaq sahəsinin ölçüləri daxilində yerləşmədiyi və torpaq sahəsi üzərində yerləşən tikilinin tikinti altı sahəsinin ölçüsünün 29,8 m² təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığından qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 m² tikilinin 4.64 kv.metr hissəsi İddiaçı ayrılmış torpaq sahəsinə düşür. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində 6.8 m² ölçüdə sərhəddi aşmışdır. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərindəki tikili sol tərəf istiqamətində hər hansı ölçüdə torpaq sahəsinin sərhədlərini keçmir. İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşir. İş materiallarında olan 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/294 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-393/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 kv.metr tikilinin 4.64 kv.metr hissəsinin İddiaçı ayrılmış torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikilinin sağ tərəf istiqamətində 6.8 kv.metr ölçüdə sərhəddi aşdığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərindəki tikili sol tərəf istiqamətində hər hansı ölçüdə torpaq sahəsinin sərhədlərini keçmədiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı ayrılmış torpaq sahəsinin Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat olmaqla, ümumillikdə 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, 25 noyabr 2008-ci il tarixli sərəncamına əsasən şəhid bacısı İddiaçı müraciətini, 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsinə kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin mövqe planını, Memarlıq və şəhərsalma idarəsinin layihələndirmə və tikinti-quraşdırma aparılmasının mümkünlüyünə dair rəyini, aidiyyatı orqanlarla müvafiq razılaşmaları əsas tutaraq qərara alınmışdır ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsində nəzərdə tutulmuş 20 (iyirmi) m² torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun olaraq kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılmasına icazə verilmişdir. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsinin 4,64 kv.m. hissəsini qanunsuz zəbt etmişdir. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində 6.8 m² ölçüdə sərhəddi aşmışdır. İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tikilinin 6.2 m² hissəsinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığından yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarına əsasən özbaşına tikili sayılır. Həmçinin iş materiallarında olan ekspert rəyləri ilə də cavabdeh tərəfindən ona məxsus tikilinin sağ tərəf istiqamətində iddiaçının torpaq sahəsinə doğru 6.2 m² hissədə iddiaçının hüquqlarını pozduğu təsdiq edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Lakin birinci instansiya məhkəməsi qətnaməsi Sumqayıt şəhəri, 10cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili hansı hissədə sökülməsi dəqiq qeyd edilmədiyindən həmin hissədə dəyişdirilməlidir.Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 6,2 kv. m. ölçüdə qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülməli olduğundan, bu isə nəticə etibarı ilə özbaşına tikiliyə aid hissədə ərazinin əvvəlki vəziyyətinin bərpasını özündə ehtiva etdiyindən bunun qətnamənin nəticə hissəsində bir daha qeyd olunmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsi iddia tələbinə aid hissədə dəyişdirilsin. Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində İddiaçı ayrılmış torpaq sahəsinə doğru 6.2 m² ölçüdə Cavabdeh2 vəsaiti hesabına sökülsün. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1200/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1200/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver