Məhkəmə qərarları › İş №2(105)-1203/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1203/2022

21.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1203/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 1208/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(060)-1208/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir (hakim Azər İsmayılov). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 01 oktyabr 2021ci il tarixli, 2(105)-2589/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(060)-1208/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1688/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)2589/2021 nömrəli qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Cavabdeh1 içki aludəçisidir və Sumqayıt şəhər Narkoloji Mərkəzdə qeydiyyatdadır. Cavabdeh2 subaydır. Cavabdeh1la arvadı faktiki nikaha girmişlər. O, içki düşkünü olduğu üçün arvadı ilə yola getməmişlər. Cavabdeh2 isə uzun müddət nənəsi Sona Əsgərova saxlamışdır. Son vaxtlara kimi o, həmin evdə yaşamışdır, lakin nənəsi öldükdən sonra onu evə buraxmamışlar. İddiaçı isə içki aludəçisi olan qardaşına bildirmişdir ki, ona pul verəcək, həmin pula o, özünə ev alar, borclarını da ödəyər. Bu minvalla İddiaçı mənzili öz mülkiyyətinə keçirmişdir. Bu hallar məhkəmə iclasında nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehlər təmsil etdiyi şəxsə məxsus mənzildə qeydiyyatda olsa da mənzildə yaşamır. Belə ki, mənzil əvvəllər onların anasının adına olmuşdur. Cavabdeh1 1998-ci ildə ailə qurmuş, 4-5 ay arvadı ilə mənzildə yaşadıqdan sonra, anası ilə yola getməyərək mənzildən köçmüşdür. Həmin vaxtdan cavabdeh ailəsi ilə birlikdə mənzildə yaşamır. Hal-hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayır. Cavabdeh anasının sağlığında həmin mənzili tərk edərək getmiş, mənzilə olan payını könüllü surətdə qardaşına bağışlamışdır. Bununla da cavabdeh mənzili müvəqqəti deyil, daimi tərk etmişdir. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da qeyd edilmişdir. Kompensasiya məsələsinə gəldikdə isə, cavabdeh öz payını iddiaçıya bağışlamışdır. Həmin mənzildə yaşamasına 15 ildən çox müddət ərzində ehtiyacı olmamışdır. Həmçinin məhkəmə iclasında bildirmişdir ki, ilk öncə qeydiyyatdan çıxmağa razı olsa da sonra qeydiyyata düşməyə yeri olmadığına görə fikirindən daşınmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(060)-1208/2021 saylı qətnaməsidəyişdirilmədən sxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Cavabdeh1 isə mübahisəli mənzildə yaşamamışdır. Cavabdeh1 Corat qəsəbəsində yaşamışdır. Hal-hazırda da Cavabdeh1 mübahisəli mənzildə yaşamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, iddiaçını və cavabdehi tanıyır. Belə ki, onlar qonşu olmuşlar. Cavabdeh1 isə mübahisəli mənzildə yaşamamışdır. Cavabdeh1 Corat qəsəbəsində yaşamışdır. Bundan başqa tərəflərin mərhum anası X6 vəfat edən zaman da, bütün xərcləri İddiaçı çəkmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Cavabdeh1 həyat yoldaşıdır. Onlar 1998-ci ildə ailə qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin vaxt İddiaçı mübahisəli mənzildə yaşamamış, Ceyranbatan qəsəbəsində yaşamışdır. Onlar 4-5 ay mübahisəli mənzildə yaşasalar da sonradan aralarında mübahisə yaranmış, onu mənzildə yola verməmişlər və onlar məcburiyyət qarşısında qalaraq Corat qəsəbəsinə köçərək kirayədə yaşamışlar. Hal-hazırda da onlar Corat qəsəbəsində kirayədə yaşayırlar. Belə ki, iş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzili X4 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə ölmüş X4 vərəsələri İddiaçı və Cavabdeh1 miras qalmış Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilində ½ hissədə pay almışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 12 saylı MKS tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilində yaşamır. Birinci instansiya məhkəməsi Cavabdeh1 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə bir müddət mənzildə yaşaması, lakin münasibətləri pozulduğuna görə ailəsi ilə birlikdə mənzildən köçərək hal-hazıradək Corat qəsəbəsində yaşaması, bu müddət ərzində onun, mənzilə köçməyə cəhd etməməsi, hətta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzildən ona düşən payını iddiaçıya bağışlamasını, digər Cavabdeh2 da anadan olandan öz valideyinləri ilə birlikdə yaşaması, hazırda isə ailə həyatı quraraq, ailəsi ilə birlikdə yaşaması, bununla da cavabdehlərin uzun müddətdir ki, digər yaşayış məntəqəsinə gedərək, daimi yaşayış yerlərini dəyişmələrini müəyyən edərək iddianıt əmin etmiş, gəldiyi nəticəni də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) 60, 87-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesb edərək qeyd edir ki, məhkəmə qanunveicilik normalarına düzgün istinad edərək iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə bir müddət mübahisəli mənzildə yaşamış, lakin münasibətləri pozulduğuna görə ailəsi ilə birlikdə mənzildən köçərək hal-hazıradək Corat qəsəbəsində yaşayır. 1998-ci il tarixdən mübahisəli mənzildə yaşamamış, bu müddət ərzində həmin mənzilə köçmək barədə hər hansı tələbi olmamışdır. Həmçinin mübahisəli mənzil iddiaçı və cavabdehin anasına məxsus olmuş, hətta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilə onların ½ payı müəyyən edilmiş, Cavabdeh1 özünə düşən payı iddiaçıya bağışlamışdır. Eyni zamanda digər cavabdeh 2003-cü il təvəllüdlü Cavabdeh2 da anadan olandan öz valideyinləri ilə birlikdə yaşamış, mübahisəli mənzildə yaşamamışdır. Valideynləri ilə birlikdə başqa ünvanlarda yaşamışdır. İş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, mübahisəli evi anasının sağlığında tərk edərək müxtəlif ünvanlarda yaşamış, anası öldükdən sonra özünə düşən payını qardaşına bağışlamış, mübahisəli mənzildən qeydiyyatdan çıxmağa əvvəllər razı olsa da sonradan qeydiyyata düşməyə yeri olmadığından fikrindən daşınmışdır. Bununla da müəyyən edilir ki, cavabdeh mənzildə olan payını könüllü olaraq qardaşına bağışladığını etiraf etməklə yanaşı, həmin bağışlamaya dair hər hansı mübahisələndirmə qismində etirazı olmasını bildirməmiş, hətta bunun üzərinə mənzildən qeydiyyatdan çıxmaq üçün ilk əvvəl razı olmuşdur. Bu hal da təsdiq edir ki, cavabdeh mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmiş, mənzillə əlaqəsi kəsildiyi üçün o, mənzildəki payını bağışlamaqla yanaşı, mənzildən qeydiyyatdan çıxmağa da razı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da uzun müddət mübahisəli mənzildə deyil, özlərinə məxsus yaşayış sahələrində yaşamaları iş materialları ilə təsdiq olunur. Eyni zamanda hazırki günədək mübahisəli mənzilə köçüb yaşamaqla bağlı hər hansı iddiaları olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına görə daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getmənin və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçmənin yalnız hər hansı rəsmi sənədlə təsdiq olunması tələb olunmur. Bu halın təsdiqi üçün digər sübutlar da yetərlidir. Hazırki işdə bu hal iş materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası cavabdehlərin 1998-ci ildə mübahisəli mənzildə yaşamamalarını, iddiaçının ailə üzvləri olmamasını, bu müddət ərzində mənzildən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini onların qeyd olunan mənzildə istifadə hüquqlarını saxlamaq niyyətinin olmaması, onların mənzildən birdəfəlik getməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əssən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hazırki işdən müəyyən edilir ki, iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evində yaşamırlar, eləcə də həmin evə köçüb yaşamaq barədə tələbləri yoxdur. Onların mənzildə qeydiyyatda olmaları iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işi tam araşdıraraq əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Cavabdeh2 mübahisəlki mənzildə nənəsi ilə son illərə kimi yaşadığını, sonradan onu mənzilə buraxmadıqlarını, evə köçürülməsi barədə məhkəməyə müraciət edəcəyini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmiş, həmçinin hazırki günədək mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə mürciət etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1208/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1208/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar