Məhkəmə qərarları › İş №2(105)-1209/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1209/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1209/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)- 115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan ünvan 1 ünvanına köçürülməyi və orada mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə cavabdeh X5 ilə rəsmi nikaha daxil olaraq onun daimi qeydiyyatda olmaqla yaşadığı ünvan 2 ünvanına gəlin köçmüş, təxminən 20 ilə yaxın müddətdə cavadehə məxsus sözügedən mənzildə yaşayıb onunla brgə ümumi təsərrüfat aparmışdır. Cehiz əmlakı da hazırda həmin mübahisəli evdədir. Bu ərizəyə əlavə etdiyi 3 ədəd doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdehlə birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adında üç övladı vardır. 2021-ci ildən başlayaraq cavabdeh X5 ilə onun təqsiri ucbatından münasibətləri pisləşmiş və nəhayət Şamaxı Rayon Məhkəməsinin 2(074)- 84/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiqli surətini ərizəsinə əlavə edir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o 17 iyun 2004-cü il tarixdən Şamaxı şəhəri, X16, ev 2 ünvanına qeydiyyatdadır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh X3 məxsus olan Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən 50 saylı evə köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1209/2023 nömrəli qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh qardaşıdır. İş üzrə qəbul edilmiş qətnamə ədalətsizdir. Həmin evdə 86 yaşlı anası yaşayır. İddiaçı 3 uşaqla həmin evə köçsə, yaşlı anasına problem yaradacaq. Bundan əlavə qeyd etmək istəyir ki, mübahisəli mənzil 3 otaqlıdır və onun 2 otağı iddiaçının əşyalarından ibarətdir. Heç bir əşyasını aparmır. İddiaçı o evə köçsə, evdə başqa hadisələr də yaşana bilər. Ev atasından miras əmlak kimi qardaşına 2003-cü ildə keçib. Tərəflər faktiki 2002-ci il də evləniblər, amma nikah 2004-cü ildə bağlanılıb. İddiaçı artıq iki ildir ki, həmin evdən çıxıb, onun evə köçməsinə heç bir halda razı deyillər. Onu evdən qovan olmayıb. Öz razılığı ilə evdən çıxıb və atasının evinə gedib. Orada da yaşamaqdadır. Atasının evinin sahəsi kifayət qədər böyükdür. Qardaşım 4-5 ildir ki, Rusiyadadır. Hər ay aliment öhdəliyini vaxtında icra edir. Amma orada iflasa uğradığına görə ölkədən çıxa bilmir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixliu, 2(105)- 1209/2023 nömrəli qərardadı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materialları ilə müəyyən olur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. İşdən görünür ki, cavabdeh X2 adından Nümayəndə adında etibarnamə 11 aprel 2022-ci il tarixində 1 il müddətinə verilmişdir. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh X2 nümayəndəsi kimi Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə, yəni etibarnamənin müddəti bitdikdən 10 gün sonra apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti verilərkən Nümayəndə apellyasiya şikayəti verməsinə dair səlahiyyəti olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini məhkəməyə ünvanlamış nümayəndənin şikayəti verən şəxsin adından imzalamaq səlahiyyətinin olmaması əsası ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin nümayəndə tərəfindən imzalamağa hüququ müəyyən edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi vəkil tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, qətnamənin apellyasiya şikayətini imzalayan şəxsin onu imzalamağa səlahiyyətinin olub-olmamasını araşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, apellyasiya şikayəti mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından və həmin qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1209/2023 nömrəli (mümkünlük barədə qərardadı) qərardadı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar