Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1210/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, üçüncü şəxs X1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(060)- 2184/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, üçüncü şəxs X1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, 57 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla ailə münasibətləri dözülməz həddə çatdıgı üçün boşanma tələbi ilə məhkəməyə müraciət edir və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5367/2023 saylı qətnaməsi ilə tərəflər bağlanmış nikah qeydi pozulmuşdur. Məhkəməyə müraciət etməyinin səbəbi budur ki, Sumqayıt şəhəri, 9- cu mikrorayon, ev 73, mənzil 57-də yerləşən 3 otaqlı yaşayış sahəsini 2011-ci ildə alıb, hazırda da mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin cavabdeh şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilinə buraxmır, mənzilin giriş qapısının açarını dəyişərək ona məxsus olan əmlaklarını belə ona vermir. Demək olar ki, ona məxsus bütün əmlakları mənzildədir. O, bir müddət dözərək gözləmiş, lakin cavabdehə edilən xəbəqdarlıqlara baxmayaraq onu yenə də mənzilinə buraxmır, hay-küy salaraq onu şantaj edir, mənzildən istifadə hüququnu məhdudlaşdırır. Halbuki, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Onun isə yaşamağa başqa yaşayış yeri yoxdur. Qeyd olunan mənzildə o, keçmiş həyat yoldaşı Cavabdeh və qızı X2 qeydiyyatdadırlar. Qızı ailə həyatı qurub başqa ünvanda yaşayır, öz mənzilləri vardır. Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(060)-2184/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, 57 saylı mənzilə köçürülməsi, Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(060)-2184/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. İddiaçı ilə ailə münasibətləri dözülməz həddə çatdığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5367/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hələ nikahları pozulmamışdan 4 il öncə iddiaçı onunla yaşamaq istəmədiyini əsas gətirərək, şəxsi əşyalarını götürərək evi tərk etmiş, özünə başqa yaşayış sahəsi seçmiş və sərbəst yaşamaq istədiyini bildirmişdir. Hal-hazırki iddia isə tam əsassızdır. Yəni, könüllü şəkildə tərk etdiyi mənzilə xəstəyəm, başqa yerdə qala bilmirəm, iddiası ilə yenidən köçmək doğru deyil. Belə ki, onların birgə yaşamaqları mümkün deyil. Birinci instansiya məhkəməsinin iddiaçını tam mülkiyyətçi sayması da, doğru yanaşma deyil. Mübahisəli mənzil birgə nikah dövründə alındığı üçün hər ikisinin mülkiyyəti sayılır. Boşandıqdan sonra iddiaçı birgə nikah dövrü əldə edilmiş əmlakın bölgüsünü tələb edə bilər ki, öz paylarına düşən məbləğdən yararlansınlar. Birgə nikah dövrü mənzillə yanaşı böyük bir sex və avtomaşın əldə etmişlər. İddiaçıya da bu əmlakların bölünməsini təklif etmişlər. Yəni, onların bir evdə yaşamağı nikah pozulmadan əvvəl mümkünsüz idisə, nikah pozulduqdan sonra heç mümkün ola bilməz. Ona görə də əmlaklarının hüquqi statusunu müəyyən etməlidirlər, birgə nikah dövrü əldə etdikləri əmlakları aralarında bölməlidirlər və bundan sonra ayrı-ayrılıqda yaşamalıdırlar. Bu cür davranış övladlarının da mənafeyinə uyğundur. Belə ki iddiaçı onun barəsində ağlına gələn istənilən pis fikir söyləməyə həvəslidir. Ona görə də məhkəmə işi araşdırmadan tez tələsik iddiaçının mənzilə köçürülmə qərarını qəbul etməklə, əksinə onların münasibətlərini biraz da gərginləşdirmişdir. Ona görə də hesab edir ki, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddiaçıya izah olunmalıdır ki, birgə nikah dövrü əldə etdikləri əmlaklar üzrə payları müəyyən edilsin və onların bölgüsü həyata keçirilsin. İddiaçı 4 ildən çoxdur ki, mənzillə bağlı heç bir hüquq və vəzifə yerinə yetirmir. Bir dəfə də olsun könüllü şəkildə mənzilə qayıtmağa cəhd etməmişdir. Məhkəmə kollegiyasının 22 avqust 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iddia tələbindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir.Bununla əlaqədar həmçinin qeyd etmişdir ki,mənzilə köçürüldüyü halda keçmiş həyat yoldaşının sağlamlıq vəziyyəti daha da ağırlaşacaq, buna görə iddia tələbindən imtina etmək qərarına gəlmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, gələcəkdə mənzil bölgüsü ilə əlaqədar iddia qaldıra biləcəyini nəzərə alaraq, hazırki dövrdə mübahisə predmeti olan mənzilə yoldaşının əsəbi xəstəliyi olduğundan köçmək istəmir və buna görə də iddiadan imtina edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil tərəflərin arasınnda qarşılıqlı razılıq olduğunu, buna görə də icrataa xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(060)-2184/2024 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-1387/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(060)- 2184/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh, üçüncü şəxs X1 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73 nömrəli evin 57 nömrəli mənzilinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1210/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1210/2024
22.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver