Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1212/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X9, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddiaçı X4 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı X10 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26A-da yerləşən 8 saylı mənzilə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 6000 manat kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26A-da yerləşən 8 saylı mənzilə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər X10, X5, X6, X7 və X2 qarşı iddia ərizsəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı oğlu Həsənağa ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3790/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi və mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. Onun oğlu Rəşad ilə cavabdeh ailə qurduqdan sonra bir müddət həmin vaxtlarda xaricdə olan qızı Məlahətin evində, 2012-ci ildə Məlahət evini satdıqdan sonra bir müddət də kirayədə yaşamışlar. Çünki həmin dövrdə 25.8 kvadrat metr sahəsi olan 2 otaqlı kiçik mənzildə o 3 oğlu ilə birlikdə yaşamışdır, onların da onlarla birlikdə yaşaması fiziki cəhətdən mümkün deyildi. 2014-cü ildə oğlu Rəşad həbs olunduqdan sonra o keçmiş gəlini olan mübahisəli mənzildə müvəqqəti yaşamağa başlamışdır. Çünki, 2013-cü ildən o və uşaqları Məlahət, Rövşən, Elnur və Ceyhun mütəmadi olaraq xaricdə olmuşlar, həmin müddətlərdə mənzil boş olmuşdur. Eyni zamanda onunla oğlu Rəşadın arasında tez tez söz-söhbətlər olduğundan cavabdeh mütəmadi olaraq valideynlərinə məxsus mənzilə getmiş, həmin mənzildə o, daimi qeydiyyatda olmuş və həmin mənzilə onun istifadə hüququ vardır. Göründüyü kimi cavabdehin öz valideynlərinin mənzilində daimi yaşamağa yeri var və hal hazırda da cavabdeh həmin mənzildə yaşayır. İddiaçı onların evdə olmamağından istifadə edərək 2015-ci ildə onlardan xəbərsiz evə istifadə hüquqularının tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, onlardan xəbərsiz xx.xx.2015-ci il tarixli qiyabi qətnamə çıxartdırmışdır. Bundan sonra o, 2017-ci ilin əvvəllərində yenidən onlardan xəbərsiz olaraq məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci i tarixli 2(060)-1131/2017 saylı qətnaməsi ilə oğlu Rəşaddan boşanmış, həmin tarixdə də polisə müraciət edərək oğlu Rəşadda narkotik olması barədə məlumat vermiş, oğlunu da həmin gün həbs etmişlər. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə oğlu Rəşad AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu hallar ona oğlu Rəşadın xx.xx.2019-cu il tarixdə həbsdən çıxmasından sonra təsadüf nəticəsində bəlli olmuş, xx.xx.2019-cu il tarixdə tərəflərindən məhkəməyə ərizə ilə müraciət olunaraq qiyabi qətnamə əldə olunmuşdur. Mənzilin icarədarı odur, nə o, nə də ki, oğlanları cavabdehə mənzildə daimi yaşamağa icazə verməmişlər, eyni zamanda cavabdeh onun ailə üzvü deyil, onun mübahisəli mənzilə istifadə hüququ yoxdur, yaranmayıb. O və ailə üzvləri onun heç vaxt evə pasport qeydiyyatına da salmamışlar. Hazırda mənzil o və 4-ü oğlan və 1-i qız olmaqla 5 övladının yaşayış yeridir. Övladlarının hamısı subaydır. Mənzil şəraitinin olmaması səbəbindən onları evləndirə bilmir. Onun evi tam təmirsizdir. Evin ümumi dəyəri 30000 manat civarındadır. Cavabdehin onun evindəki yaşayış şəraitini saxlamaqla yaşaması üçün hər ay 120-130 manat tələb olunur. Hesab edir ki, cavabdehə üç il ərzində kirayə haqqı ödəməklə mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehə 6000 manat kompensasiya verilməklə mənzilə istifadə hüququ itirilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Məhkəmə göstərir ki, iddiaçı və Cavabdeh mənzildə istifadə etməklə bərabər hüquqi əsaslara malikdirlər qənaəti səhvdir. Qeyd edilən mənzil İddiaçıya və onun uşaqlarına vermiş, dövlət tərəfindən mənzil verilərkən cavabdeh orada yaşamamış, onun yaşaması üçün yaşayış sahəsi ayrılmamışdır. İddiaçı ilə cavabdehin mənzildən istifadə hüquqları bərabər ola bilməz, iddiaçı icarədardır, onun mənzili özəlləşdirmək, gözlənilən mülkiyyət hüququ vardır. Lakin cavabdeh onun bu hüququnu həyata keçirməsinə mane olur, mənzilin özəlləşdirilməsinə razılıq vermir, mane olur. Cavabdehin yaşayış hüququ məhkəmə tərəfindən tanınmış hüquqdur. Tərəflərin mənzildə birgə yaşaması mümkün deyildir. Cavabdehin 25 kvdrat, iki otaqlı evdə, o, keçmiş əri, 3 qaynı, 1 baldızı ilə birlikdə yaşaması mümkün olan hal deyil. Odur ki, cavabdehə kompensasiya ödəməklə mənzilə istifadə hüququna xitam verilməsi məqsədəmüvafiqdir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi M.H.Bəşirova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının mübahisəli evdə istifadə hüququnun yaranmasına, mübahisəli evin iddiaçının mülkiyyətində olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(060)-11310/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, iddiaçı X8 ilə cavabdeh X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış, 808 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 anası N.T.Pənahəliyevanın yanında qalması, 2017-ci ilin sentyabr ayından başlayaraq xx.xx.2010-cu il təvəllüdlü H.R.Pənahəlizadənin yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat alimentin R.H.Pənahəliyevdən tutularaq N.T.Pənahəliyevaya verilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3790/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşağı H.R.Pənahəlizadə ilə birlikdə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26a ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3112/2019 saylı qətnaməsi ilə cavabdehlər C.H.Pənahəliyev və İddiaçının verdiyi apelyasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)- 3790/2019 saylı qətnaməsi cavabdehlər C.H.Pənahəliyev və İddiaçıya münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşağı H.R.Pənahəlizadə ilə birlikdə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26a ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1470/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(105)-3112/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli 11 saylı arayışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildə İddiaçı, R.H.Pənahəliyev, R.H.Pənahəliyev, E.H.Pənahəliyev və C.H.Pənahəliyev daimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1989-cu il tarixli Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyat və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş 90 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26a ünvanında yerləşən 8 saylı mənzil İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26a ünvanında yerləşən 8 saylı mənzildə Cavabdeh, H.R.Pənahəlizadə, İddiaçı və E.H.Pənahəliyev qeydiyyatdadırlar. ********** saylı VÖEN əsasında fəaliyyət göstərən X11 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 147 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26a ünvanında yerləşən 8 saylı mənzil sahəsi 28 kv.metr olan 2 otaqdan ibarətdir. Mənzil təmirsiz bir vəziyyətdədir, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, künc hissədə yerləşir, panel, köhnə tikilidir. Bu tip mənzillərin daşınmaz əmlakların satışı bazarında real-dəyəri təxminən 38 min manat civarındadır və bu tip evlərin aylıq kirayə haqqı isə 150 manat təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir. Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi iddiaçının mənzili özəlləşdirmək, gözlənilən mülkiyyət hüququnun olmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə almaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, kompensasiya verilməklə cavabdehin Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26A-da yerləşən 8 saylı mənzilə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə hazırki iddianı qaldıran İddiaçı mənzilin mülkiyyətçisi deyil. Order əsasında sözügedən mənzil İddiaçı və onun ailə üzvlərinə ayrılsa da, mənzil hal-hazırda dövlət fondundadır, yəni mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı və Cavabdeh mənzildən istifadə etməkdə bərabər hüquqi əsaslara malik olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçının iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1391.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X21rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X15 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X15 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına hər iki tərəfin gözlənilən hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)-3267/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1212/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1212/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver