Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1213/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsinin Cavabdeh1, Cavabdeh2nə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinə qarşı “əmlakdan çıxarılma” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Quba rayonu 11 Nügədi Bələdiyyəsinin balansında olan Mədəniyyət evindən və onun ətrafında olan torpaq sahəsindən çıxarılması, həmin əmlakın (Mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin) Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq Quba rayonu İİ Nügədi Bələdiyyəsinin balansına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən tikilmiş kənd mədəniyyət evi Quba rayonu İİ Nügədi sovxozunun balansında olmuşdur. 1996-cı il ildə o vaxtkı sovxoz direktorunun 26 iyun 1996-cı il tarixli 66 saylı əmri ilə kənd mədəniyyət evi və ətrafındakı torpaq sahəsi ilə birlikdə sovxoz əmək kollektiv şurasında müzakirə olunmadan o vaxtı Dövlət Notariat Kontorunun notariusu işləmiş X1 25 il müddətinə icarəyə verilmişdir. Həmin ildə Azərbaycanda Aqrar İslahat başlamış, sovxoz və kolxozlarının əmlakı barəsində sovxozların verdiyi qərarların əsassız olduğu məlum olmuşdur. Bundan sonra elə həmin il İİ Nügədi kənd X7 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolunda qərara alınmışdır ki, İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996-cı il tarixdən 02 avqust 1996-ci il tarixə kimi yəni sovxozun fəaliyyətinin dayandırıldığı müddətə kimi verilmiş bütün əmr və müqavilələrin ləğv olunması, o cümlədən kənd mədəniyyət evinin Mehriban Quliyevaya icarəyə verilməsi barədə 26 iyun 1996-cı il tarixli, 66 saylı əmr Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 1992-ci il tarixli Fərmanına zidd olduğuna, Mədəniyyət evinin icarəyə verilməsi barədə sovxoz əmək kollektivi şurasının qərarı olmadığına, icra hakimiyyəti orqanı işçilərinin sahibkarlarla məşğul olmasını qadağan edən qanuna zidd olduğuna görə yerli islahat komissiyasının qərarı ilə ləğv olunmuşdur. Bu qərarı əsas götürən İİ Nügədi kənd X7 Komissiyası 03 dekabr 1998-ci il tarixdə 734 saylı məktubla müraciət edərək mədəniyyət evinin binasını və binanın içindəki əmlakı üç gün müddətinə özünün iştirakı ilə bələdiyyə mülkiyyətinin vəzifələrini müvəqqəti icra edən yerli icra nümayəndəliyinə təhvil verməyi M.Quliyevadan tələb elmişdir. Bu tələb o vaxt yerinə yetirilməmişdir. 2000-ci ildə bələdiyyələr yaradılan zaman qanuna müvafiq olaraq keçmiş sovxoz əmlakı kimi mədəniyyət evi də bələdiyyə mülkiyyətinə verildi. Öz əmlakına sahiblik etmək istəyən İİ Nügədi bələdiyyəsi 24 aprel 2000-ci il tarixli, 08 saylı və 23 oktyabr 2000-ci il tarixli, 29 saylı məktublarla M.Quliyevaya müraciət edərək mədəniyyət evinin binasını və oradakı əmlakın bələdiyyə mülkiyyətinə qaytarılmasını ondan tələb etmişdir. Lakin həmin vaxtdan sonra dəfələrlə məhkəməyə müraciət olunması üçün cəhd edilsə də, naməlum səbəblərdən məhkəməyə iddia ərizəsilə müraciət edilməmişdir. Həmin mədəniyyət evi və ətrafında olan torpaq sahəsini kol-kos basmış, tavanı uçmuş, pəncərələri sınmış, bir sözlə baxımsız vəziyyətə düşmüşdür. Mədəniyyət evinin içərisində olan kitablar, həddən artıq qiymətli olan çılçılaraq yoxa çıxmış, həmin vaxtdan bu vaxta kimi bir manatda olsun icarə haqqı ödənilməmişdir. 26 iyun 1996-cı il tarixli, 66 saylı əmri ilə kənd mədəniyyət evi (klub binası) və ətrafındakı torpaq sahəsi ilə birlikdə X1 icarəyə verilməsi barədə icarə müqaviləsi aşkar olunmamışdır. Bundan əlavə icarə müqaviləsinin müddəti xx.xx.1996-cı ildən 25 il müddətinə hesablananda 2021-ci ilin eyni tarixində müqavilənin müddəti bitir. Bələdiyyə 2020-ci ildə məhkəməyə müraciət etmiş, 2022-ci ilin iyun ayına kimi məhkəmələr davam etmişdir. Hazırda şərait dəyişdiyindən, icarə müqaviləsinin müddəti bitdiyindən, artıq tələblər dəyişdiyi üçün yeni tələblə məhkəməyə müraciət etmək zərurəti yarandığından bələdiyyə tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək iddia tələbinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasının getdiyi dövrdə cavabdeh X2 mədəniyyət binasının damını çıxardaraq yeni dam örtüyü vurmuş, halbuki dam örtüyünün dəmiri çox qiymətli dəmir olmuş, dəyişdirilməsinə ehtiyac olmamışdır. Cavabdeh1 bu əməlinin qarşısının alınması üçün iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(027)-1085/2020 saylı qərardadı ilə hazırkı iş üzrə yekun qərar qəbul edilənədək həmin mədəniyyət evinin üzərinə həbs qoyulmuş və əmlak üzərinə hər-hansı bir hərəkətin edilməsi qadağan edilmişdir. Həmin qərardaddan X2 apellyasiya şikayəti versə də şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən iddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası gedən dövrdə bələdiyyə tərəfindən ekspertiza keçirilməsi üçün vəsatət verilmişdir. Bundan sonra kənd Mədəniyyət evinin yerləşdiyi torpaq sahəsinin kimin balansında olması barədə sorğu verilmişdir. Sonradan məhkəmə iclası barədə heç bir məlumat olmamışdır. Məhkəmə iclasının nə vaxt keçirələcəyi ilə maraqlandıqda artıq məhkəmə qərarının qəbul edildiyi bildirilmişdir. Halbuki sübutları var idi, sorğular vasitəsilə həmin sübutları almış və məhkəməyə təqdim etməli idi. Məhkəmə iddianı təmin etməyərkən cavabdehə mədəniyyət evinin və ətrafındakı torpaq sahəsinin 26 iyun 1996-cı il tarixli əmrlə icarəyə verildiyini, daha sonra isə cavabdehlə həmin əmlakın icarəyə verilməsinə dair (yəni mədəniyyət evinin və 1 ha torpaq sahəsinin) 02 oktyabr 1998-ci il tarixli icarə müqaviləsinin bağlandığını, daha sonra X7 Komissiyasının 09 iyun 1999-cu il tarixli, 79 saylı protokolunun qərarı ilə cavabdehin adına özəlləşdirildiyini bildirmişdir. Məhkəmə işin hallarını hərtərəfli tam olaraq araşdırmamış, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisələndirilən Quba rayonu İİ Nügədi kəndində yerləşən Mədəniyyət evi və ətrafındakı torpaq sahəsi ilə bağlı İİ Nügədi sovxozunun xx.xx.1996-cı il tarixli, 66 nömrəli əmri ilə cavabdehə icarəyə verilməsi qeyd edilmişdir. Lakin həmin icarə müqaviləsinin özünün mövcud olması ilə bağlı heç bir sübut yoxdur. Həmçinin həmin mədəniyyət evi ilə birlikdə qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir məlumat yoxdur. Bundan əlavə iddia tələbinə əlavə edilmiş İİ Nügədi bələdiyyəsinin iclasının 21 aprel 2004-cü il tarixli 09 saylı protokolundan görünür ki, İİ Nügədi sovxozunun kənd mədəniyyət evinin və ətrafındakı torpaq sahəsini cavabdehə icarəyə verməsi barədə xx.xx.1996-cı il tarixli, 66 nömrəli əmri X7 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli, 17 saylı protokolunun qərarı ilə ləğv edilmişdir. Ləğvin əsası kimi də mədəniyyət evinin icarəyə verilməsinin Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 1992-ci il tarixli fərmanına zidd olduğu göstərilmişdir. Həmin protokolda mübahisələndirilən əmlakın bələdiyyə mülkiyyətinə aid olması qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilərək, iddianın rədd edilməsinə köklənmiş mübahisələndirilən əmlakın icarəyə verilməsinə dair 02 oktyabr 1998-ci il tarixli icarə müqaviləsi, Quba rayonu X7 Komissiyasının 09 iyun 1999-cu il tarixli 79 saylı protokolunun qərarından çıxarışla bağlı aşağıdakıları qeyd etmək istəyir. Məhkəməyə təqdim edilmiş 02 oktyabr 1998-ci il tarixli icarə müqaviləsinin mövcud olması, belə bir müqavilənin bağlanması ilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla bağlı verilmiş sorğuda belə bir müqavilənin mövcud olması inkar edilmişdir. Məhkəmə iddianı icarə müqaviləsinin bağlanması əsası ilə rədd edirsə, ilk növbədə belə bir icarə müqaviləsinin mövcud olmasını, belə bir icarə müqaviləsinin bağlanmasını müəyyən etməli idi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 02 oktyabr 1998-ci il tarixli icarə müqaviləsi mövcud olmayan icarə müqaviləsi (mötəbər sübut deyil) olduğu üçün icarə müqaviləsinin özünün forma və qaydalara əməl edilməməsini və s. mübahisəndirilməsinə ehtiyac yoxdur. Məhkəməyə (cavabdeh tərəfindən təqdim edilən) təqdim edilmiş İkinci Nügədi X7 Komissiyasının 09 iyun 1999-cu il tarixli 79 saylı protokolunun qərarından çıxarışının mövcud olması, belə bir qərardan çıxarışın olması ilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə həmin qərarın mövcud olması ilə bağlı Azərbaycan Respublikası Dövlət X6na sorğu verildikdə iclas protokolunun filiala təhvil verilmədiyi qeyd edilmişdir. Əgər iclas protokolu arxivə təhvil verilməyibsə həmin iclas protokolunda hansı məsələlərin müzakirə olunması məlum deyildir. Cavabdeh sübut etməli idi ki, əmlakın özəlləşdirilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. Bundan əlavə İİ Nügədi bələdiyyəsinin iclasının 21 aprel 2004-cü il tarixli 09 saylı protokolunda da qeyd edildiyi kimi, cavabdehin həmin dövrdə vəzifəli şəxs olması, sübutların mötəbər olmaması şübhələrini daha da artırır. 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verərək aldığı 08 dekabr 2022-ci il tarixli cavabda da görünür ki, mübahisələndirilən torpaq sahəsi Quba rayonu İİ Nügədi bələdiyyəsinin mülkiyyətindədir. Beləliklə müəyyən olunur ki, cavabdehlə heç bir icarə müqaviləsi bağlanmamışdır. Bağlanıla da bilməzdi, ona görə ki, kənd mədəniyyət evi icarəyə verilə bilməz. Torpaq sahəsi ilə icarəyə verilməsi üçün qeydiyyatdan keçməli idi. İcarə müqaviləsinin mövcud olmasına dair heç bir sübut təqdim edilməmişdir. Mübahisələndirilən mədəniyyət evi Bələdiyyənin əmlakıdır. Torpaq sahəsi isə bələdiyyənin mülkiyyətidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İİ Nügədi Sovxozunun xx.xx.1996-cı il il tarixli, 66 saylı əmrlə İİ Nügədi sovxozunun balansında olan, uzun müddət istifadəsiz qalmış mədəniyyət evi binası içərsindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi ilə birlikdə İİ Nügədi kənd sakini Cavabdeh1 icarəyə verilmişdir. Torpaq sahəsi icarəyə verilərkən respublika ərazisində bələdiyyələr yaradılmamışdı. xx.xx.1998-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 klub binası və binaya məxsus torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Müqavilənin şərtlərinə əsasən icarədarın fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə icarə müqaviləsi öz qüvvəsində qalmalıdır. İcarəyə götürdüyü əmlakın tam və ya qismən ala bilər. Tərəflər müqavilə müddəti qutarmayana kimi bir tərəfli qaydada müqaviləni poza bilməz. Hər iki tərəf 3 ay əvvəl digər tərəfi məlumatlandırmalıdır. Öz həllini tapmasa məhkəmə qaydasında həll edilməlidir. X7 komissiyası xx.xx.1998-ci ildə icarə müqaviləsi bağlanmış, xx.xx.1999-cu il tariuxli, 79 saylı qərarla onun mülkiyyətinə verilmişdir. qeyd edlən əmlaklar təmsil etdiyi şəxsin sahibliyinə, istifadəsinə və mülkiyyətinə qanuni əsaslarla verilmişdir. odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsinin nümayəndəsi sonuncu, Cavabdeh2 və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli arxiv çıxarışından görünür ki, İİ Nügədi kəndində yerləşən, İİ Nügədi sovxozunun balansında olan, uzun müddət istifadəsiz qalmış mədəniyyət evi binası içərsindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi ilə birlikdə İİ Nügədi kənd sakini Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quba rayonu ikinci Nügədi bələdiyyəsi sözügedən mədəniyyət evinin X1 və ya digər şəxsə icarəyə və ya mülkiyyətə verilməsinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli protokoldan görünür ki, İcarə haqqında Respublika Qanunun icarəçi hüquq və vəzifələrini əsaslanaraq, sabiq İİ Nügədi soxvozu ilə M.Quliyeva arasında bağlanılmış icarə müqaviləsinin ləğv olunması, mədəniyyət evinin bələdiyyəyə qaytarılması barədə məhkəmə qarşısında iddia qaldırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 klub binası və binaya məxsus torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan İİ Nügədi Yerli AİK-nin xx.xx.1999-cu il tarixli, 79 saylı protokolunun qərarından çıxarışdan görünür ki, İİ Nügədi kənd sakini Cavabdeh1 klub binasının (sovxozun) özəlləşdirmək istəməsi barəsində ərizəsinin nəzərə alınması, İİ Nügədi kənd sovxozunun büdcə təşkilatları qarşısında kreditor borcları olduğu üçün Azərbaycan Respublikasının “Aqrar İslahat haqqında” olan Qanunun və müvafiq hüquqi normativ aktlarının tələblərinə uyğun olaraq sovxozun klub binası və binaya məxsus olan 01 ha torpaq sahəsi İİ Nügədi kənd sakini Cavabdeh1 mülkiyyətinə verilməsi, Cavabdeh1 klub binasının və binaya məxsus 01 ha torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il, 534 saylı Fərmanına uyğun özəlləşdirilməsinin tapşırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi ərazinin torpaq sahəsi Quba rayonu İİ Nügədi sovxozu tərəfindən icarə əsasında və İİ Nügədi kənd X7 Komissiyası tərəfindən icarə əsasında Cavabdeh1 icarəsinə verilmiş, Quba rayonu İİ Nügədi kəndində yerləşən mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi ərazinin torpaq sahəsi İİ Nügədi kənd X7 Komissiyası qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X6 tərəfindən Quba rayonu İİ Nügədi bələdiyyəsinin 26 yanvar 2012-ci il tarixli, 03 nömrəli məktubuna cavab olaraq göndərilmiş 26. 01. 2012-ci il tarixli 163 nömrəli arxiv çıxarışı ilə sübut olunur ki, Quba rayonu İİ Nügədi sovxozu üzrə 26. Vİ-96 il tarixli əmr № 66 ilə Nügədi kəndində yerləşən, İİ Nügədi sovxozunun balansında olan, uzun müddət istifadəsiz qalmış mədəniyyət evi binası içərisindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi ilə birlikdə İİ Nügədi kənd sakini X1 icarəyə verilməsi məqsədi ilə komissiya yaradılmışdır. Əmrdən göründüyü kimi sovxoza məxsus olan əmlak M.Quliyevaya həmin kəndin sakini olaraq icarəyə verilmişdir. Azərbaycanda Aqrar İslahat başlaması, sovxoz və kolxozlarının əmlakı barəsində Nügədi kənd X7 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolu ilə İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996-cı il tarixdən 02 avqust 1996-cı il tarixə kimi, yəni sovxozun fəaliyyətinin dayandırıldığı müddətə kimi verilmiş bütün əmr və müqavilələrin ləğv olunmasına dair sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin, Nügədi kənd X7 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolu ilə İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996-cı il tarixdən 02 avqust 1996-cı il tarixə kimi verilmiş əmrlərin ləğv edilməsi İİ Nügədi sovxozu ilə M. Quluyeva arasında bağlanmış 26 iyun 1996-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona istinad etmişdir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan İİ Nügədi sovxozunun aqrar islahatı ilə əlaqədar bələdiyyə mülkiyyətinə təhvil verilən əmlak siyahısında mübahisəli mədəniyyət evi də qeyd olunmuşdur (i/v 4). Bu da onu deməyə əsas verir ki, iddiaçının iddia qaldırmağa sübyektiv hüququ vardır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı əmlakdan çıxarılma tələbinə dair iddia qaldırsa da istər iddia ərizəsinin, istərsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, onların etibarsızlığına və ya ləğvinə dair iddia qaldırmasa da iddiaçı eləcə də cavabdehlə bağlanmış müqavilələri mübahisələndirir. İş materiallarından görünür ki, mübahisəli mədəniyyət evi və yerləşdiyi torpaq sahəsi İİ Nügədi sovxozu ilə bağlanmış 26 iyun 1996-cı il tarixli icarə müqaviləsi və İİ Nügədi X7 komissiyasının xx.xx.1998-ci ildə icarə müqaviləsi əsasında Mehriban Quliyevaya icarəyə verilmiş, İİ Nügədi Yerli AİK-nin xx.xx.1999-cu il tarixli, 79 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğu halda hazırkı iddiaya baxıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarlar sovxoz və Yerli X3 müvafiq qərarları əsasında cavabdehə icarəyə verilmişdir. Mübahisələndirilən əmlaka və torpaq sahəsinə hüququn hər hansı mülki-hüquqi əqd (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyil, X3 müvafiq qərarı əsasında aparıldığı nəzərə alınarsa buna dair verilmiş qərarların qanuniliyinin mübhisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir və inzibati orqanın faktiki xarakterli fəaliyyətindən irədli gələn mübahisədir. Bununla da müəyyən edilir ki, hazırki tələb inzibati orqanın qəbul etdiyi qərarların ləğv edilməsi ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Mübahiələndirilən əmlakın və torpaq sahəsinin mülkiyyətə keçməsinə əsas olmuş qərarlar Quba rayon İİ Nügədi Yerli AİK-nin qərarlarıdır ki, həmin qərarların ləğv edilməsinə cavab verməli şəxs inzibati orqan Quba Rayin İcra Hakimiyyətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aidiyyəti üzrə səlahiyyətli (inzibati) məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsinin Cavabdeh1, Cavabdeh2nə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinə qarşı “əmlakdan çıxarılma” tələbinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsinin Cavabdeh1, Cavabdeh2nə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinə qarşı “əmlakdan çıxarılma” tələbinə dair işin icraatına icraatına verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1213/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1213/2023
15.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver