Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1217/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki işin ərazi məhkəmə aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olması məsələsinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair iddia ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin reyestrində 1071 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xeyrinə hüququ yüklü edilmiş yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1 otaqlı özbaşına tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-169/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair 2(008)169/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir (hakim Həqiqət Mahmudova). Abşeron Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(012)-243/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyatının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (X4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4.maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 45.5.maddəsinə görə işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. İşin materiallarında olan xx.xx.2005-ci il tarixli 050 nömrəli icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli, 3M-38 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında DƏDRX-də icarə hüququ üzrə sahəsi 0,06 ha. olmaqla İddiaçı adına qeydə alınmış Çıxarışa əsasən həmin torpaq sahəsinin Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşməsi qeyd edilir. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 2396 nömrəli məktubundan görünür ki, mübahisəli ərazi Sabunçu rayonu, Ramana qəsəbə inzibatı ərazisinə aiddir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi dövlət reyestrində Abşeron rayonu, X2 ərazisi kimi qeyd edilsə də, faktiki olaraq Sabunçu rayonu, Ramana qəsəbə inzibatı ərazisi daxilindədir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, son dövrlər formalaşan məhkəmə təcrübəsinə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi və bu kimi ərazilərin torpaq mübahisələrinə dair işlərin məhkəmə aidiyyatının müvafiq olaraq həmin torpaq sahələrinin yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq məhkəmələrdə baxılmalı olması təcrübəsi formalaşmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi inzibati ərazi vahidi kimi Sabunçu rayonunun ərazisi olduğundan hazırki işə də Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayonn Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayonn Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1217/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1217/2023
05.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver