Məhkəmə qərarları › İş №2(105)-1218/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1218/2025

09.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1218/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdən Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi haqqında Cavabdeh təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin etibarsız hesab edilməsi və mediasiya təşkilatına müraciəti ilə bağlı ödədiyi 60 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli, 04 saylı əmr ilə cavabdeh hüquqi şəxs Cavabdehndə sex rəisi vəzifəsinə təyin edilmiş və həmin gün onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmri Cavabdeh MMC-nin direktoru X10 imzalamışdır. Onunla bağlanmış müddətsiz əmək müqaviləsinə dair məlumatlar işəgötürənin səlahiyyətlərini yerinə yetirən Cavabdeh MMC-nin direktoru X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000500 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə də əksini tapmışdır. Qüvvədə olan nizamnaməyə görə Cavabdeh MMC-nin iki təsisçisi vardır: nizamnamə kapitalında 30% payı olan fiziki şəxs X8 və nizamnamə kapitalında 70% payı olan hüquqi şəxs "xxxx" MMC. Təsisçi hüquqi şəxs "xxxx" MMC-ni onun direktoru N.Q.Cəlilov təmsil etmişdir. Nizamnaməsinin 5.1-ci bəndinə görə Cavabdeh MMC-nin fəaliyyətinə cari rəhbərlik onun təkbaşına icra orqanı olan direktoru tərəfindən həyata keçirilir. Nizamnamənin 4.3-cü bəndinə əsasən isə Cavabdeh MMC-nin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən, icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması ümumi yığıncağın səlahiyyətlərinə aid edilmişdir. Nizamnamənin 4.4-cü bəndinə görə Cavabdeh MMC-nin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsinin 1(012)- 33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə və onu qüvvədə saxlayan yuxarı məhkəmələrin qərarlarında onun xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsində işləməsini təsdiq edən sənəd qismində Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrə istinad edilmişdir. Ona görə də bu əmrin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına, onun imzalanmasının səbəb və əsasların tam və hərtərəfli araşdırılmasına zərurət yaranmışdır. Belə ki, Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdə sex rəisi vəzifəsinə təyin ediləndən sonra o, başqa işə keçirilməsi, konkret olaraq, orada direktor vəzifəsinə dəyişdirilməsi barədə müraciət etməmiş və ərizə yazmamışdır. Bir daha qeyd edir ki, o, Cavabdeh MMC-də sex rəisi vəzifəsindən direktor vəzifəsinə keçirilməsi barədə ərizə yazmamış və buna razılığı olmamışdır. Onunla Cavabdeh MMC-nin direktoru qismində əmək müqaviləsi bağlanmamışdır. Lakin Cavabdeh MMC-nin təsisçisi hüquqi şəxs "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrdə göstərilir ki, o, xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə isə onun ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Qeyd edir ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsindən məlumatsız olması həm də onunla təsdiq edilir ki, o, əmrlə tanış edilməmiş, direktor təyin olunması ilə bağlı kollektivə təqdim olunmamış, Cavabdeh MMC-nin əmlakını idarəetməyə qəbul etməmiş, bu barədə hər hansı təhvil-təslim aktı imzalamamış və onunla direktor qismində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Ona görə də adıçəkilən əmrin, onun verilməsinə əsas olmuş ərizənin və əmək müqaviləsinin təsdiq edilmiş surətlərinin ona rəsmi qaydada təqdim edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Yazılı müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubundan aydın olmuşdur ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin verilməsinə əsas olmuş ərizəsi və əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin qeyd edir ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə onun hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi - "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən təkbaşına imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə təyin edilmişdir. Əlbəttə direktor vəzifəsinə təyin edilməsinə dair əmr nizamnamə kapitalında payı 70% olan bir təsisçi tərəfindən imzalandığına görə qanuni sayıla və onun üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Çünki o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə onun nizamnamə kapitalındakı payların 75 %-ə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncağın qərarı ilə təyin edilsə idi, nizamnamənin 4.4-cü bəndinə əsasən bu qanuni sayılardı. Bunlardan əlavə xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə onunla xx.xx.2020-ci il tarixdə direktor qismində əmək müqaviləsinin bağlanmadığı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)3768/2024 nömrəli sorğusuna ƏƏSMN yanında X3 Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli cavabında da təsdiqini tapmışdır. xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə onun Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə elektron informasiya sistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Bu faktla təsdiq edilir ki, barəsində qeyd edilən əmr veriləndə xx.xx.2020-ci il tarixdə cavabdeh “Cast-Metə MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair onunla yazılı əmək müqaviləsi bağlanmamış və EİS-də əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Belə vəziyyətdə isə onunla cavabdeh "xxxx" MMC-nin direktoru qismində əmək münasibətləri yaranmış hesab edilə bilməz, onun əmək funksiyası və öhdəlikləri müəyyən edilə bilməz. Ən nəhayət, məlum olmuşdur ki, o, Cavabdeh MMC-nin direktoru vəzifəsinə özünün ərizəsi olmadan təyin edilmiş və əmrin surəti ona təqdim edilməmişdir. Göründüyü kimi, onunla Cavabdeh MMC arasından xx.xx.2020-ci il tarixdə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə dəyişikliklər edilməmiş, başqa sözlə ifadə edildikdə, Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Beləliklə, sadalanan faktlara əsasən belə nəticəyə gəlmək olur ki, təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmr başqa işə keçirilməsinə razılığı və bu barədə ərizəsi olmadığına, onunla əmək müqaviləsi bağlanmadığına, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmadığına, ən nəhayət isə əmr nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi tərəfindən imzalandığına görə qanuni və etibarlı sayıla bilməz. Eyni zamanda bildirir ki, Cavabdeh MMC-də direktor vəzifəsinə təyin edilməsinə və onunla xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin bağlanmasına dair Cavabdeh MMC-nin direktoru təsisçilərdən biri olan X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” də xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin qanuniliyi üçün hüquqi əsas sayıla bilməz. Belə ki, xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edildiyi xx.xx.2020-ci il tarixdə bu vəzifədə təsisçilərdən biri X8 olmuşdur. Təsisçilərdən biri olan X5 özü Cavabdeh MMC-nin direktoru olduğu halda, boş olmayan bu vəzifəyə onun təyin edilməsi hüquqi baxımdan qətiyyən mümkün deyildir. Çünki nizamnaməsinə əsasən Cavabdeh MMC-də bir direktor vəzifəsi nəzərdə tutulmuş, həmin vəzifəni tutan X8 isə bu vəzifədən azad edilməmiş və bu barədə heç bir rəsmi sənəd mövcud deyildir. Bundan əlavə xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə Cavabdeh MMC-nin direktorunun təsisçilərdən biri X5 olduğu təsdiq edildiyi halda həmin vəzifəyə onu təyin etməsi X1 həddində deyildir və həmin şəxs tərəfindən imzalanan bu sənəd onun üçün heç bir hüquqi nəticə yarada bilməz. Bundan başqa əgər o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilərdisə, onda onunla əmək müqaviləsi bundan dörd ay əvvəlki xx.xx.2020-ci il tarixə deyil, elə həmin gün bağlanmalı idi. Lakin onunla xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı müstəqil əmək müqaviləsi bağlanmamışdır. Daha sonra xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə qurtardığı bildirilir. Ən nəhayət, xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə göstərilənlərdən fərqli olaraq, onun xx.xx.2020-ci tarixdən Cavabdeh MMC-nin direktor vəzifəsinə təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmr mövcuddur. Bu əmri isə cavabdeh "xxxx" MMC-nin təsisçisi N.Q.Cəlilov imzalamışdır. Orada yazılanlara görə əmrin verilməsinə guya onun ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Lakin bunların heç biri həqiqətə uyğun deyildir və bununla bağlı dəlillərini yuxarıda göstərmişdir. Beləliklə, sadaladığı hallarla təsdiq edilir ki, Cavabdeh MMC-nin direktoru təsisçilərdən biri olan X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” də qanunsuz olduğuna görə onun üçün cavabdeh "xxxx" MMC-nin direktoru qismində əmək münasibətləri, əmək funksiyası və öhdəlikləri yarada bilməz. Həm də ona görə ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə bir təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrə əsasən təyin edildiyi bildirilsə də özünün xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru olduğu digər təsisçi X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən də boş olmayan həmin vəzifəyə onun təyin edildiyinin bildirilməsi qanuna və məntiqə uyğun deyildir.

3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz verilərək qeyd edilmişdir ki, əmək qanunvericiliyinə əsasən 3 ay müddət gözlənilməmişdir, 5 il müddət ötmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə İddiaçı Cavabdeh MMC-nin direktoru kimi cinayət məsuliyyətinə cəlb olunaraq barəsində ittiham hökmü çıxarılmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3368/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ödənilmiş sığorta haqqının subroqasiya qaydasında Cavabdeh MMC-nin direktoru kimi İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hökm və qətnamə ilə İddiaçı Cavabdeh MMC-nin direktoru olması faktı təsdiq olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin fakt yenidən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 82.4-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş hökm mülki iş üzrə mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi hesab edilir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmri mübahisələndirməməklə iddia müddətini ötürmüşdür.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1, 296.2, Mülki Məcəllənin 372.1, 372.2, 375.2, Mülki Prosessual Məcəllənin 82.3, 82.4-cü maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün iki dəlilə istinad etmişdir. Dəlilin birincisi ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə İddiaçı Cavabdeh MMC-nin direktoru kimi cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində ittiham hökmü çıxarılmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-163/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3368/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ödənilmiş sığorta haqqının subroqasiya qaydasında Cavabdeh MMC-nin direktoru kimi İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hökm və qətnamə ilə İddiaçı Cavabdeh MMC-nin direktoru olması faktı təsdiq olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin fakt yenidən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 82.4-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş hökm mülki iş üzrə mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-ci və Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 82.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış hökmündə onun Cavabdeh MMC-nin direktoru vəzifəsində tutmasını təsdiq edən yeganə sənəd qismində Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrə istinad edilmişdir. Hökmdən görünür ki, qeyd edilən əmrin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğunluğu, iddiaçının əmək müqaviləsinin (kontraktının) bağlanıb-bağlanmaması və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi halları yoxlanılmayıbdır. İddiaçıya münasibətdə Cavabdeh MMC tərəfindən Əmək Məcəlləninin tələbləri kobudcasına pozulmuşdur. İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdə sex rəisi vəzifəsinə təyin edilmiş başqa işə, konkret olaraq, orada direktor vəzifəsinə dəyişdirilməsi barədə müraciət etməmiş, ərizə yazmamış və ya razı olduğunu bildirməmişdır. Bununla bağlı Cavabdeh MMC məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh MMC-nin direktoru qismində əmək müqaviləsi ümumiyyətlə bağlanmayıbdır. Cavabdeh MMC-nin təsisçisi hüquqi şəxs "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrdə göstərilir ki, xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə isə İddiaçı ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Bu faktla da bağlı Cavabdeh MMC məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsindən məlumatı olmayıb, həmin vaxt o orada sex rəisi vəzifəsində işləmişdir. Bu hal həm də onunla təsdiq edilir ki, əmrlə tanış edilməmiş, direktor təyin olunması ilə bağlı kollektivə təqdim olunmayıbdır. Bundan başqa, o, Cavabdeh MMC-nin əmlakını idarəetməyə qəbul etməmiş, bu barədə hər hansı təhvil-təslim aktı imzalamamış və onunla direktor qismində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmayıbdır. Cavabdeh MMC məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də adıçəkilən əmrin verilməsinə əsas olmuş ərizənin və əmək müqaviləsinin təsdiq edilmiş surətlərinin rəsmi qaydada təqdim edilməsinə dair ərizəsinə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan aydın olur ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrin verilməsinə əsas olmuş ərizə və əmək müqaviləsi aşkar aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə onun hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi - "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrlə təyin edilmişdir. Halbuki, direktor vəzifəsinə təyin edilməsinə dair əmr nizamnamə kapitalında payı 70% olan bir təsisçi tərəfindən imzalandığına görə qanuni sayıla və onun üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Çünki, xx.xx.2020-ci il tarixdə həmin əmri Cavabdeh MMC-nin nizamnamə kapitalında 75 % paya malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncağın qərarı ilə təyin edilməmişdir (Nizamnamənin 4.4-cü bəndi). xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrlə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə elektron informasiya sistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınmayıbdır. Bu faktla təsdiq edilir ki, qeyd edilən əmrin verildiyi xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə yazılı əmək müqaviləsi bağlanmayıb və EİS-də əmək müqaviləsi bildirişi qeydiyyata alınmayıbdır. Belə vəziyyətdə isə Cavabdeh MMC-nin direktoru qismində əmək münasibətləri yaranmış hesab edilə bilməz, onun əmək funksiyası və öhdəlikləri müəyyən edilə bilməz. Göründüyü kimi, onunla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə dəyişikliklər edilməməklə, Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Beləliklə, sadalanan faktlara əsasən, belə nəticəyə gəlmək olur ki, təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair xx.xx.2020-ci il tarixli 35 nömrəli əmr onun işə keçirilməsinə razılığı və bu barədə ərizsi olmadığına, onunla əmək müqaviləsi bağlanmadığına, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmadığına, ən nəhayət isə əmr nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi tərəfindən imzalandığına görə qanuni və etibarlı sayıla bilməz. Eyni zamanda Cavabdeh MMC-də direktor vəzifəsinə təyin edilməsinə və onunla xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin bağlanmasına dair Cavabdeh MMC-nin direktoru təsisçilərdən biri olan X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” də xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrin qanuniliyi üçün hüquqi əsas sayıla bilməz. Belə ki, xx.xx.2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi xx.xx.2020-ci il tarixdə bu vəzifədə təsisçilərdən biri X8 olmuşdur. Təsisçilərdən biri olan X5 özü Cavabdeh MMC-nin direktoru olduğu halda, boş olmayan bu vəzifəyə onun təyin edilməsi hüququ baxımdan qətiyyən mümkün deyildir. Çünki, nizamnaməsinə əsasən Cavabdeh MMC-də bir direktor vəzifəsi nəzərdə tutulmuş, həmin vəzifəni tutan X8 isə bu vəzifədən azad edilməmiş və bu barədə heç bir rəsmi sənəd mövcud deyildir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə Cavabdeh MMC-nin direktorunun təsisçilərdən biri X5 olduğu təsdiq edildiyi halda, həmin vəzifəyə onu təyin etməsi X1 həddində deyildir və onun tərəfindən imzalanan bu sənəd onun üçün heç bir hüquqi nəticə yarada bilməz. Bundan başqa, əgər Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilərdirsə, onda onunla əmək müqaviləsi bundan dörd ay əvvəlki xx.xx.2020-ci il tarixə deyil, elə həmin gün bağlanmalı idi. Lakin, onunla xx.xx.2020-ci il tarixdə Cavabdeh MMCnin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı müstəqil əmək müqaviləsi bağlanmamışdır. Daha sonra, xx.xx.2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə qurtardığı bildirilir. Ən nəhayət, xx.xx.2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə göstərilənlərdən fərqli olaraq, xx.xx.2020-ci tarixdən Cavabdeh MMC-nin direktor vəzifəsinə təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli 35 nömrəli əmr mövcuddur. Bu əmri isə Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov imzalamışdır. Orada yazılanlara görə əmrin verilməsinə guya onun ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Lakin bunların heç biri həqiqətə uyğun deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi ikinci dəlili onunla bağlıdır ki, işin faktiki hallarından göründüyü kimi o, qanunvericiliklə müəyyən edilmiş müddətdə xx.xx.2020-ci il tarixli 35 nömrəli əmri mübahisələndirməməklə iddia müddətini ötürmüşdür. Bu xüsusat da cavabdehin ərizəsi əsasında məhkəməyə iddianın rədd edilməsinə əsas verir. İşə baxan hakimi bu dəlili ilə razılaşmaq olmaz. Belə ki, xx.xx.2020ci il tarixli 35 nömrəli əmrlə cavabdeh "xxxx" MMC-nindirektoru vəzifəsinə təyin edilməsi barədə onunla xx.xx.2020-ci il tarixdə direktor qismində əmək müqaviləsinin bağlanmadığı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3768/2024 nömrəli sorğusuna ƏƏSMN yanında X3 Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli cavabında da təsdiqini tapmışdır. Beləliklə, sadaladığı hallarla təsdiq edilir ki, Cavabdeh MMC-nin direktoru təsisçilərdən biri olan X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” də qanunsuz olduğuna görə onun üçün Cavabdeh MMC-nin direktoru qismində əmək münasibətləri, əmək funksiyası və öhdəlikləri yarada bilməz. Həm də ona görə ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə bir təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrə əsasən onun təyin edildiyi bildirilsə də, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktorunun özünün olduğu digər təsisçi X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən də boş olmayan həmin vəzifəyə onun təyin edildiyini bildirilməsi qanuna və məntiqə uyğun deyildir. Göründüyü kimi işə baxan hakim MPM-nin 82.4-cü maddəsinə istinad etməklə iddia ərizəsini təmin etməməkdə haqlı olmayıbdır. Hazırkı iş üzrə tərəflər o və Cavabdeh MMC-dir. Bu tərəflər arasında indiyədək məhkəmədə mülki mübahisəyə baxılmayıbdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-932/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsində isə tərəflər iddiaçı "xxxx" ASC və cavabdeh İddiaçıdur. Bu mülki işdə sübut qismində Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrinə istinad edilməmişdir. Belə vəziyyətdə isə işə baxan hakimi MPM-nin 82.3-cü maddəsini bu mülki iş üzrə tətbiq etməsi qanuni və əsaslı sayıla bilməz.

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əvvəl sex rəisi vəzifəsinə təyin olunmuş, maaşı 500 manata yaxın olmuşdur. Sonradan maaş qaldırılmışdır. Direktor vəzifəsi təklif olunub istəməmiş, ona bildiriblkər ki, Ayxan adlı türk vətəndaşını təyin edəcəklər direktor, lakin layihəni o, idarə etmişdir. Ona görə əmək haqqısı artırılmış, 1500 manat olmuşdur. Nuşirəvan Cəlilov 35 nömrəli əmr vermişdi, şirkətdən başqa yerə getməyə buraxmırdılar, ona görə vəzifədən azad olunmağı barədə ərizə yazmışdır. Hesab edir ki, müəssisənin qanunsuz direktoru olmuşdur.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əmr 2020-ci il tarixlidir, Bakı Apellyasiya Məhkəməsi tərəfindən sorğu verilərkən məlub olub ki, İddiaçı direktor vəzifəsinə təyin edilmək üçün hər hansı müraciəti olmayıb, rəsmi ərizəsi də olmayıb. Halbuki əmrdə bildirilir ki, təyin olunmaya əsas şəxsin ərizəsi və əmək müqaviləsi olmuşdur. Müqavilə və ərizə olmayıb. Əmək müqaviləsi elektron sistemdə də mövcud deyildir. xx.xx.2020-ci il tarixdə 35 nömrəli əmr təsisçi Nuşirəvan Cəlilov tərəfindən imzalanmışdır. Nizamnamədə göstərilib ki, təsisçilərin ümumi yığıncağının qərarı ilə direktor müəyyən edilir. Nuşirəvan Cəlilovun 75% payı var, onun belə əmr imzalamağa səlahiyyəti yoxdur. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş, həmin dövrdə Məmmədov Anar adlı şəxs direktor vəzifəsində olmuş, Anar Məmmədov direktor olduğu halda necə eyni vəzifəyə təmsil etdiyim şəxs direktor təyin olunması aydın olmamışdır. Əmr həm nizamnamənin tələblərinə, həm də əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. İddia müddətinin ötürülməsinə gəldikdə isə əmr barədə məlumat 2024-cü ilin avqust- sentyabr aylarında məlum olub. Əmrin etibarsızlığına əsas ondan ibarətdir ki, şəxsin ərizəsi və müqavilə olmadan verilmiş və müqavilə elektron sistemdə mövcud deyildir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin sbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bidirişindən görünür ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla, o, Cavabdeh MMC-yə sex rəisi işinə qəbul edilmiş, aylıq əmək haqqısı 350 manat olmuşur.

14. Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdeh MMC-yə direktor vəzifəsinə təyin edilmişdir.

15. Elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bidirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdeh MMC-yə direktor vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqısı 1660 manat olmuşur.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)3768/2024 nömrəli sorğusuna ƏƏSMN yanında X3 Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli cavabında göstərilmişdir ki, İddiaçı adına "xxxx" MMC tərəfindən Əmək və Məşğullluq alt sisteminə aktiv əmək müqaviləsi bildirişləri aşkar olunmamışdır.

17. İddiaçı 20 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsindən işdən azad olunmasını xahiş etmişdir.

18. Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı 17 avqust 2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən Cavabdeh MMCnin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və Cavabdeh MMCnin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X7 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X7 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70- 75%-ni əhatə edən 1-11 dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq 27 noyabr 2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən Cavabdeh MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da İddiaçı üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Həmin hökmə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, İddiaçı təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il sınaq müddətinin təyin edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması və İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması hökm edilmişdir.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-932/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3368/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(008)-932/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi və cavabdeh İddiaçı 107500 manat məbləğində sığorta ödənişi əvəzi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 397,50 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidməti və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 199 manat olmaqla cəmi 108096,9 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3368/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3368/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir.

Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

Maddə 59. Başqa işə keçirmə

İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi

1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

24. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin mübahisəsiz halı kimi iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla, iddiaçı Cavabdeh MMC-yə sex rəisi işinə qəbul edilmişdir.

27. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməklə, iddiaçı Cavabdeh MMC-yə direktor vəzifəsinə keçirilmiş və bu dəyişiklik elektron informasiya sistemində (ƏMAS) qeydə alınmaqla yanaşı, işəgötürənin əmri ilə rəsmiləşdirilmişdir. İddiaçı əmək müqaviləsinə dəyişikliyin onun razılığı olmadan aparıldığını və bundan məlumatsız olduğunu iddia edərək, həmin dəyişikliyin aparılması üçün ərizəsinin olmamasını əsas gətirmişdir ki, iddiaçının bu dəlili işdə olan sübutlarla təkzib olunmuşdur.

28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda istinad olunan Əmək Məcəlləsinin 46 və 59-cu maddələrinin tələbinə əsasən başqa işə keçirmə işçinin razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanmaqla həyata keçirilir ki, hazırkı mübahisə üzrə iddiaçının başqa işə keçirilməsi əmək müqaviləsinə edilmiş dəyişiklik yolu ilə baş vermişdir. Qanunvericilikdə başqa işə keçirmənin işçinin razılığı ilə həyata keçirilməsi nəzrdə tutulsa da bu zaman razılığın ərizə formasında, yəni yazılı şəkildə olması qanunvericilikdə mütləq tələb kimi nəzərdə tutulmamışdır. İşdə olan sübutlarla isə müəyyən olunur ki, iddiaçının Cavabdeh MMC-də sex rəisi vəzifəsindən direktor vəzifəsinə keçirilməsində razılığı olmuşdur. Belə ki, iddiaçı ilə ilk dəfə əmək müqaviləsi bağlanarkən sex rəisi kimi aylıq əmək haqqısı 350 manat müəyyən edilsə də direktor vəzifəsinə keçirildikdən sonra əmək haqqısı 1660 manatadək artmış, iddiaçı da artırılmış əmək haqqını almışdır ki, bu artım da məhz olunun direktor vəzifəsinə keçirilməsi ilə bağlı olmuşdur. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus 20 iyul 2021-ci il tarixli ərizədən görünür ki, o "xxxx" MMC-nin direktoru qismində ərizə ilə baş direktora müraciət edərək, dirketor kimi işdən azad olunmasını xahiş etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin də qətnaməsində qeyd etdiyi kimi iş materiallarında olan qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 1(012)- 33/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3368/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də iddiaçının cavabdeh olan hüquqi şəxsin direktoru olması, sex rəisi vəzifəsindən direktor vəzifəsinə keçirilməsinin onun razılığı ilə baş verməsi təsdiq edilməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçının onun razılığı və məlumatı olmadan sex rəisi vəzifəsindən direktor vəzifəsinə təyin olunması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Müqaviləyə edilmiş dəyişiklik mübahisələndirimədiyi və etibarsız hesab edilmədiyi halda isə kargüzarlıq işini tənzimləmək məqsədi ilə işəgötürənin mülahizəsinə əsasən buna dair verilmiş əmrin etibarsızlığı və ya ləğvi tələbi də əsaslı hesab oluna bilməz.

29. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh MMC-nin direktoru vəzifəsinə hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən təkbaşına imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə təyin edilməsi, bunun isə Cavabdeh MMC-nin nizamnaməsinin 4.4-cü bəndinə əsasən qanunsuz olması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı qeyd olunan əsasla əmək müqaviləsinə edilmiş dəyişikliyi və ya işəgötürənin mülahizəsinə əsasən buna dair onun əmrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaqla, həmin hüquq iddiaçının iddia etdiyi kimi nizamnaməyə əsasən buna hüququ olan digər təsisçiyə aid olmuşdur. İddiaçının Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edildiyi xx.xx.2020-ci il tarixdən sonra isə iddiaçı ilə eyni əmək funksiyasını yerinə yetirən X8 adlı şəxsin isə həmin hüquqi şəxsin direktoru olmasını təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilmədiyindən buna dair əlavə hüquqi dəyərləndirilmə aparılmasına da zərurət olmamışdır.

30. İddiaçının xx.xx.2020-ci il tarixdə direktor qismində əmək müqaviləsinin bağlanmamasının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 3768/2024 nömrəli sorğusuna cavab olan X3 Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda da əks olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin məktubda İddiaçı adına "xxxx" MMC tərəfindən Əmək və Məşğullluq alt sisteminə aktiv əmək müqaviləsi bildirişlərinin aşkar olunmadığı qeyd olunmuşdur ki, iddiaçının 2021-ci il tarixdən işdən azad olunması nəzərə alındıqda həmin sistemdə "xxxx" MMC ilə bağlı iddiaçıya dair aktiv əmək müqaviləsinin olması da mümkünsüzdür.

31. Bundan başqa məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən iddiaçının müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması və cavabdehin hər hansı bir pozuntuya yol verməsi müəyyən edilməmişdir. Bununla yanaşı qeyd olunamlıdır ki, iddiaçı mübahisələndirilən əmrin verilməsindən ən pis halda barəsində cinayət işinin başlanması anından etibarən məlumatlı olmuşdur ki, həmin müddətdən də iki ildən artıq müddət keçmişdir. Hərçənd ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sex rəisi vəzifəsindən direktor vəzifəsinə təyin olunması ilə bağlı əmrdən əmrin verildiyi vaxtdan məlumatlı olmuşdur. Yuxarıda istinad olunan Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1520/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar