Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-122/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) ərizənin təmin edilməsi, vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə olan 13533 (on üç min beş yüz otuz üç) manat 97 (doxsan yeddi) qəpik vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix xx xxxx 1955-ci il, doğulduğu yer Azərbaycan, Qusar, şəxsiyyətini təstiq edən sənədin FİN nömrəsi 11YGXVVK, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdaralması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs oğlunun dövlət büdcəsinə olan 13.533,97 manat məbləğində vergi borcunun ödənilməsini təmin edilməsi üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 18 iyul 2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) 13.533,97 manat məbləğində (o cümlədən, vergilər üzrə 10.679.7 manat, faizlər üzrə 2.814,27 manat, maliyyə sanksiyası üzrə 40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyəcisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 17 aprel 2019-cu il tarixli **********972900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, həmin borc məbləği ilə razılaşmadığından borcun silinməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, hazırda baxılma mərhələsindədir. Vergi tərəfindən ona əlavə vergi məbləğinin hansı həcmdə mal qalığına və hansı rentabellik əsasında hesablanması tam qeyri-müəyyəndir. Onun fəaliyyəti 31 yanvar 2018-ci il tarixdən dayandırılmış və bununla bağlı müvafiq arayış cavabdeh vergi orqanına təqdim edilmişdir. Cavabdeh vergi orqanı isə həmin arayışı qəbul etmiş və onun sahibkarlıq fəaliyyətinin dayandırılmasını nəzərə almışdır. Məhkəmə qətnamə qəbul edərkən bu halları araşdırmalı idi. Yəni borcun əsaslı olub-olmaması barədə vnergiyə sorğular göndərməli idi. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Qusar Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(029)-920/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, maraqlı şəxs tərəfindən vergi borcunun ödənilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, vergi ödəyicisi R.İ.Alırzayev (VÖEN: **********) 13533,97 manat məbləğində vergilər üzrə ( o cümlədən vergilər üzrə 10679,7 manat, faizlər üzrə 2.814.27 manat, maliyyə sanksiyası üzrə 40 manat, vergi ödəyicisinə 17 aprel 2019-cu il tarixli **********972900 nömrəli bildiriş göndərilsə də, lakin vergi ödəyicisi borc məbləğini ödəməmişdir. İşə əlavə edilmiş hüququ şəxs haqqında məlumatın surətindən görünür ki, Maraqlı şəxs vergi ödəyicisidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizlə tətbiq edilmiş maliyyət sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməlm olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 15.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarına hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355.5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədə şikayətin verilməsi onun icrasını dayandırmır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2-1(105)-219/2021 saylı qərardadından müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(118)-1197/2020 saylı qərarı ləğv edilib, iddiaçı Maraqlı şəxs Agakərim oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «cavabdeh tərəfindən tərtib olunmuş 09 imyul 2020-ci il tarixli **********797400 nömrəli və 07 sentyabr 2020-ci il tarixli **********46900 saylı vergilərin, sosial sıgorta və işsizlik sıgortası haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilmişdir, iddiaçıya izah olunmuşdur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 08 avqust 2019-cu il tarixli 2(029)-920/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-122/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-122/2021
02.08.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver