Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1222/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-2955/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-2955/2022 nömrəli qərardadı ilə (hakim Rəşad Qoşqarlı) İddiaçı сavabdeh Cavabdeh MMС-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və iddiaçıya iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMС arasında 01.10.2018-сi il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 06 aprel 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən əmək mübahisələri ilə əlaqədar məhkəməyə müraciət edilərkən pretenziya qaydasına əməl edilmədiyini əsas gətirmişdir. Halbuki Mülki Prosessual Məcəllə və Əmək Məcəlləsinə əsasən əmək mübahisələri üzrə məhkməyə müraciət edilərkən mediasiya mərhələsindən keçilməsi zəruridir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən öncə mediasiyaya müraciət edilmiş və mediasiyaya müraciət olunması barədə arayış iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Mülki Posessual Məcəllənin 149, 152.1.1, 152.1.6-cı maddələrinə istinad edərək göstərmişdir ki, İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Posessual Məcəllə Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 4.5. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İddia tələbinin mahiyyəti əmək münasibətlərindən irəli gələn mübahisədir. Sadalanan normaların tələbindən də göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu halda, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini nəzərdə tutan qayda nəzərdə tutulmamışdır. Mülki Posessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Posessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-2955/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-2955/2022 nömrəli qərardadı ləğv edilib, İddiaçı сavabdeh Cavabdeh MMС-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Posessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-2955/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)- 2955/2022 nömrəli qərardadı qərardadı ləğv edilsin. İddiaçı сavabdeh Cavabdeh MMС-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1222/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1222/2022
04.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver