Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1223/2023 18.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi cəlb olunmaqla) işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli, e-2(*12)-1237/2*23 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X4 ilə İddiaçı arasında bağlanmış 29.*9.2*21-ci il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən, Tağıyeva X1 şəhəri 2 nömrəli tam orta məktəbin tədris işləri üzrə aparıcı müavini vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır.
2. Abşeron Rayon Təhsil Şöbəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X4 tərəfindən verilmiş işçinin irəli çəkilməsi barədə 29.*9.2*21-ci il tarixli 1*5 №-li əmrdən çıxarışa əsasən, məktəbin ali təhsilli riyaziyyat müəllimi 11 il pedaqoji iş təcrübəsinə malik İddiaçı məktəbdə yaranmış 1 ştat vahidinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması və onunla 14.*6.2*22-ci il tarixə kimi müddətli əmək müqaviləsinin bağlanması əmr edilmişdir. Əsas: Abşeron rayon Təhsil şöbəsinin 13.*9.2*21-ci il tarixli 27(2)-256/18 nömrəli məktubu.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən N.İsmayılova tərəfindən verilmiş 29.*9.2*21-ci il tarixli 164 №-li əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli riyaziyyat müəllimi 11 il pedaqoji iş təcrübəsinə malik İddiaçı məktəbdə yaranmış 1 ştat vahidinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması və onunla müddətsiz əmək müqaviləsinin bağlanması əmr edilmişdir. Əsas: Abşeron Rayon Təhsil Şöbəsinin 13.*9.2*21-ci il, 27(2)-27(6)-256/18 nömrəli məktubu.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən N.İsmayılova tərəfindən verilmiş *1.*7.2*22-ci il tarixli 1*3 №-li əmrdən çıxarışa əsasən, İddiaçı *1.*7.2*22-ci il tarixdən etibarən 56 gün növbəti yay məzuniyyəti verilmişdir.
5. Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova tərəfindən verilmiş 29 avqust 2*22-ci il tarixli 112 №-li əmrdən çıxarışa əsasən, məktəbin direktor müavini İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi 14.*6.2*22-ci ildə başa çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və İddiaçı riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi əmr edilmişdir. Əsas: Abşeron rayon Təhsil Şöbəsinin 13.*9.2*21-ci il tarixli 27(2)-256/18 nömrəli məktubu.
6. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı ilə 19.1*.2*22-ci ildə əmək müqaviləsi (müddətsiz) bağlanmış, o, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi kimi 19.1*.2*22-ci il tarixdə işə başlamışdır, əmək haqqı 346.17 manatdır.
7. Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X4 ilə İddiaçı arasında bağlanmış 2*.*9.2*19-cu il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən, İddiaçı Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi kimi *1.12.2*1*-cu il tarixdə işə başlamışdır. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinin rəhbərliyinə ünvanlanmış 26 oktyabr 2*22-ci il tarixli 2213*422864 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı əmək hüquqlarının pozulması barədə nazirliyə ünvanladığı müraciətinə aidiyyəti üzrə X5 Xidmətinin Abşeron Xızı regional şöbəsində baxılmış, məktəb aşkar olunmuş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 26.1*.2*22-ci il tarixli MN **2*749 nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunaraq 15** (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın 2* gün müddətində icra olunmaq üçün Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə göndərildiyi, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməli olmadığı, əks təqdirdə inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu bildirilmişdir.
9. *1.12.2*1*-cu il tarixdə doldurulmuş **83267 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Tağıyeva X1 şəhəri 2 nömrəli tam orta məktəbdə 219 №-li əmrə əsasən *1.12.2*1*-cu il tarixdə riyaziyyat müəllimi vəzifəsinə, 164 №-li əmrə əsasən 29.*9.2*21-ci il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, 112 №-li əmrə əsasən 29.*9.2*22-ci il tarixdə əmək müqaviləsi müddətinin başa çatması səbəbindən onunla təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilməsi və riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi (Əsas: Abşeron rayon Təhsil şöbəsinin 13.*9.2*21-ci il tarixli 27(2)-256/18 nömrəli məktubu) qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
1*. İddiaçı cavabdeh Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru Gülnaz Kərimova tərəfindən verilən 29.*9.2*22-ci il tarixli 112 №-li əmrin ləğv edilməsi, iddiaçının 29.*9.2*21-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi və 29.*9.2*22-ci il tarixdən əvvəlki vəzifəsinə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “xahiş olunur” hissəsində texniki səhv nəticəsində müvafiq əmrin tarixinin 29.*9.2*22-ci il göstərilsə də, əslində 29.*8.2*22-ci il formasında qəbul edilməsi və habelə 29.*8.2*22-ci il tarixindən işə bərpa ediləcəyi günə qədər keçən dövr üçün məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması kimi qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı *1.12.2*1*-cu il tarixindən Xırdalan şəhər 2 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Abşeron Rayon Təhsil Şöbəsinin (hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi) 13.*9.2*21-ci il, 27(2)- 27(6)-256/18 nömrəli məktubuna əsasən iddiaçı ilə məktəb arasında 29.*9.2*21-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, müqavilə ilə iddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, eyni zamanda onun məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi məktəb direktorunun 29.*9.2*21-ci il tarixli, 164 saylı əmri ilə də rəsmiləşdirilmişdir. Bununla yanaşı, mərkəzləşdirilmiş elektron informasiya sistemində də iddiaçının direktor müavini vəzifəsinə təyin edilməsi barədə müvafiq qeydlər aparılmış, o cümlədən əmək müqaviləsinin “müddətsiz” bağlandığı göstərilmişdir. İddiaçı həmin vəzifədə çalışdığı müddət ərzində də vicdanla və layiqincə əmək funksiyalarına tam əməl etməklə öz vəzifəsini icra etmiş və müəssisədaxili intizam qaydalarına riayət etmişdir. Məktəbin 29 avqust 2*22-ci il tarixli 112 saylı əmri ilə iddiaçının təlim-tərbiyə üzrə direktor müavini vəzifəsindən azad edilməsi, riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi əmr edilmişdir. Əmək müqaviləsinin xitam verilməsinin əsası kimi əmək müqaviləsinin müddətinin 14.*6.2*22-ci ildə başa çatması göstərilmişdir; Əmrə əsas kimi: Abşeron Rayon Təhsil Şöbəsinin 13.*9.2*21-ci il, 27(2)-256/18 nömrəli məktubu göstərilmişdir. İddiaçının təlim-tərbiyə üzrə direktor müavini kimi əmək müqaviləsinə qanunsuz əsaslarla xitam verildiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ünvanlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən şikayətə baxılaraq, qanun pozuntusuna yol verildiyi aşkarlanaraq məktəb barəsində 26.1*.2*22-ci il tarixli, MN **2*749 nömrəli inzibati xəta haqqında qərar tərtib edilmişdir. Həmin qərara əsasən məktəb 15** (min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, həmçinin məktəbin üzərinə qanun pozuntusunun aradan qaldırılması, yəni iddiaçının işə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Lakin, bu günə kimi məktəb tərəfindən 26.1*.2*22-ci il tarixli inzibati xəta haqqında qərarın tələbləri yerinə yetirilməmiş və iddiaçı tutduğu vəzifəyə bərpa edilməmişdir.
13. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun işdən azad edilməsi ilə bağlı 29 avqust 2*22-ci il tarixli 112 saylı əmr, ümumiyyətlə, bu sahədə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, sözügedən əmri imzalayan Gülnaz Kərimova məktəbin direktoru, işəgötürən və yaxud müəssisədə bu vəzifəni yerinə yetirən hər hansı səlahiyyətli şəxs olmamışdır. O, həmin dövrdə məktəbin təsərrüfat işləri üzrə məsul şəxs olmuşdur və işəgötürən olmadığı üçün iddiaçının işdən azad olunması ilə bağlı əmri imzalamaq səlahiyyəti yoxdur. Məktəbin hazırki direktorunun adı da Gülnazdır, lakin həmin şəxs İddiaçı məktəbin təlim-tərbiyə üzrə direktor müavini vəzifəsini icra etdiyi və qanunsuz şəkildə işdən azad edildiyi dövrdə məktəbin direktoru vəzifəsini icra etməmiş, sonradan bu vəzifəyə təyin edilmişdir. Yəni, 29 sentyabr 2*22-ci il tarixli 112 saylı əmri imzalayan Gülnaz Kərimova ilə hazırki direktor Gülnaz xanım ayrı-ayrı şəxslərdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim ediləcək sənədlərdən də görüləcəyi kimi, həm müəssisənin əmrlər kitabında, həm də “X6”nda İddiaçı barədə əmək müqaviləsi müddətsiz olaraq işlənmişdir. Belə olan halda iddiaçı barədə özbaşına olaraq yeni bir əmrin verilməsinin sözügedən mübahisəyə heç bir təsiri yoxdur. Bu səbəbdən iddia tələbinin haqlı olduğu qənaətindədirlər.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etdiyini bildirmişdir.
15. Abşeron Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli, e-2(*12)-1237/2*23 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən verilən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 29.*8.2*22-ci il tarixli, 112 saylı əmrin ləğv edilməsi, İddiaçı Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbində 29.*8.2*21-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbindən İddiaçı 29.*8.2*22-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbindən 1** manat məbləğində dövlət rüsumuna görə pulun dövlət büdcəsinin nəfinə tutulması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində işdən azad olma barədə əmr verilmişdir.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 8.1, 8.4, 45, 47.f, 68.2, 73.1, 83, 84.1, 84.2, 3**.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
18. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu Cavabdeh müddətsiz müqavilə əsasında riyaziyyat müəllimi kimi işə qəbul edilmişdir, direktor müavini vəzifəsi üzrə müddətli, 14.*6.2*22-ci il tarixə kimi işə qəbul edilmişdir. Müqavilə müddəti bitdiyi vaxt məzuniyyət müddətinə düşdüyündən 29.*8.2*22-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Digər məqam isə ondan ibarətdir ki, direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqə əsasında həyata keçirilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
2*. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
23. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları 8.1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8.4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
Maddə 45. Əmək müqaviləsinin müddəti 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər;
Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.*5.2*23-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı *1.12.2*1*-cu il tarixindən cavabdeh Xırdalan şəhər 2 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim kimi pedaqoji fəaliyyətə başlamış, 29.*9.2*21-ci il tarixdə Cavabdehdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. 29.*8.2*22-ci il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsi 14.*6.2*22ci ildə başa çatdığı üçün xitam verilmişdir. İş materiallarında olan Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X4 ilə İddiaçı arasında bağlanmış 29.*9.2*21-ci il tarixli əmək müqaviləsindən görünür ki, Tağıyeva X1 şəhəri 2 nömrəli tam orta məktəbin tədris işləri üzrə aparıcı müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi isə müddətsiz bağlanmışdır. İddiaçının təlim-tərbiyə üzrə direktor müavini kimi əmək müqaviləsinə qanunsuz əsaslarla xitam verildiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ünvanlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən şikayətə baxılaraq, qanun pozuntusuna yol verildiyi aşkarlanaraq məktəb barəsində 26.1*.2*22-ci il tarixli, MN **2*749 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən məktəb 15** manat məbləğində inzibati cərimə edilmiş, həmçinin məktəbin üzərinə qanun pozuntusunun aradan qaldırılması, yəni iddiaçının işə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Lakin hazıra kimi iddiaçı işə bərpa edilməmişdir. Odur ki, iddiaçı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. 3*. Birinci instansiya məhkəsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində işdən azad olma barədə əmr verilmişdir.
31. Məhkəmə kollegiyası iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən N.İsmayılova tərəfindən verilmiş 29.*9.2*21-ci il tarixli 164 №-li əmrdən çıxarış, 29.*9.2*21-ci il tarixli əmək müqaviləsi və əmrlər kitabından çıxarış təsdiq edir. Əmək kitabçasının təsdiq olunmuş surətindən də görünür ki, iddiaçı 164 №-li əmrə əsasən 29.*9.2*21-ci il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
32. Bundan başqa, iddiaçının əmək hüquqlarının pozulması barədə nazirliyə ünvanladığı müraciətinə aidiyyəti üzrə X5 Xidmətinin Abşeron Xızı regional şöbəsində baxılmış, məktəb aşkar olunmuş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 26.1*.2*22-ci il tarixli MN **2*749 nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunaraq 15** (min beş yüz) manat məbləğində cərimə edilmişdir.
33. Məhkəmə kollegiyası, direktor müavini vəzifəsi üzrə işə qəbulun müsabiqə əsasında həyata keçirilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə qeyd edir ki, 29.*8.2*22-ci il tarixli əmrdə ümumiyyətlə həmin əsasa toxunulmamışdır.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsi əsassız olduğundan, mövcud iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və hazırki işdə mübahisələndirilən hissədə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli, e-2(*12)- 1237/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli, e-2(*12)-1237/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.