Məhkəmə qərarları › İş №2(105)-1231/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1231/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1231/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və X5 cavabdehlər X10, X8, X3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin açıq hərracda satılması və satış pulunun paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-1498/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddiaçılar İddiaçı1, X6, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər X7, X4, X2 Sumqayıt şəhəri, məhəllə 41a, ev 5b, mənzil 27-də yerləşən ümumi sahəsi 70,4 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin açıq hərraca çıxarılaraq satılması və satış pulunun aralarındakı paylara uyğun, hər birinə 1/6 pay hüququ əsasında bölünməsi, digər cavabdehlərin də mənzil hüquqlarına xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və X5 qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddiaçılar İddiaçı1, X6 nümayəndəsi vəkil X11, İddiaçı2, İddiaçı3 və X5 ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina olunması və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş iddiaçıların apellyasiya şikayəti əsasında başlanıldığından və iddiaçılar apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən imtina etdiyindən, apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264., 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçılar İddiaçı1, X6 nümayəndəsi vəkil X11, İddiaçı2, İddiaçı3 və X1 apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar