Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1239/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 qızından ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mais qızına qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-303/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Mirzəfərova) iddia tələbinin təmin edilməsi, cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh5 Mais qızı, (övladları, xx.xx.2017-ci il təvəllüdlü Atakişiyev Telman Tacı oğlu və xx.xx.2019cu il təvəllüdlü X4 ilə birlikdə), xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 (övladları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə birlidkə), xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 (övladları, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh1 Vidadi qızı və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə) Şabran rayonu, Mollakamallı kəndində yerləşən 0,43 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 49,60 kv.metr olan İddiaçı evindən çıxarılması qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mais qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh5 Mais qızını, (övladları, xx.xx.2017-ci il təvəllüdlü Atakişiyev Telman Tacı oğlu və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə), xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 (övladları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə birlidkə), xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 (övladları, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh1 Vidadi qızı və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə) Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən 0,43 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 49,60 m2 olan evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Şabran rayonu, Mollakamallı kəndində 0,43 ha olan həyətyanı torpaq sahəsi üzərində 49,6 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında mərhum atası X7 məxsus olmuşdur. Həmin ev mərhum babasından miras kimi mərhum atasının adına keçmişdir. xx.xx.1951-ci il təvəllüdlü mərhum atası X10 xx.xx.2024-cü il tarixdə "beyin ödəmi" səbəbindən vəfat etmişdir. Mərhum atası sağlığında sözügedən evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ona hədiyyə etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 49,6 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Cavabdehlər onların həmkəndliləridir. Onlar nənəsinin vəfatından sonra evi zəbt etmişdirlər. Hələ atasının sağlığında cavabdeh ailənin başçısı Atakişiyev X12 Rayon Məhkəməsində əqdin etibarlı hesab edilməsi tələbi ilə mərhum atasına və bibisinə qarşı iddia qaldırmışdır. Mərhum atası həmin iş üzrə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-91/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Atakişiyev Telman Tacı oğlunun X8 və X7 qarşı əqdin etibarlı hesab edilməsi tələbi barədə ilkin iddia əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri ilə birlikdə X7 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 kv.m. olan fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Atakişiyev Telman Tacı oğlu daha sonra Şabran Rayon Məhkəməsinin verdiyi qətnamədən narazı qalaraq Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Telman Tacı oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)- 91/2021 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddia "Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri X7 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılsın” hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın həmin hissədə təmin edilməməsi, qarşlıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. Qətnamə "Atakişiyev Telman Tacı oğlunun X11 və X7 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair ilk iddia təmin edilməsin və qarşılıqlı iddia Atakişiyev Telman Tacı oğlu X7 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Atakişiyev Telman Tacı oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-191/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məkəməsi və Ali Məhkəmə Atakişiyev Telman Tacı oğlunun evdən çıxarılmasını qüvvədə saxlasalar da, ailə üzvlərinin adları və soyadları qətnamədə çəkilmədiyi üçün o hissədə qətnaməni təmin etməmişdirlər. İcraçılar bunu əsas gətirərək qətnaməni icra etmirlər, Atakişiyev Telman Tacı oğlunu istənilən vaxt çıxara biləcəklərini, lakin digər ailə üzvlərinin məhkəmə qətnaməsində göstərilmədiyini bildirmişdirlər. Atakişiyev Telman Tacı oğlu bütün vasitələrlə ona təzyiq etməyə çalışmışdır. Onun kimsəsizliyindən istifadə edərək uzun illərdir ki, mülkiyyətlərində olan evdən çıxmamaq üçün bütün vasitələrə əl atırlar və hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə mülkiyyətində olan evdən çıxmırlar. Cavabdehləri mülkiyyətində olan evdən çıxarılmalarına dair xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 Şabran Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-303/2025 nömrəli qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Həmin qətnaməni mübahisələndirir. Belə ki, iddiaçının iddiasını qəbul etmir, onun iddiası ona və ailə üzvlərinə aid hissədə rədd edilməli idi. Çünki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, həmçinin maddi hüquq normaları pozulmuşdur. Onun, ailə üzvlərinin (həyat yoldaşı Cavabdeh5 Mais qızı, övladları Atakişiyev Telman Tacı oğlu və X4) həmin evdən istifadə hüquqları vardır. Belə olmasa idi, o və ailə üzvləri həmin evdə qeydiyyata alınmazdı. Həmin evdə istifadə hüququna xitam verilmədiyinə görə də iddiaçı onları həmin evdən çıxara bilməz. İş materialarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh4 xx.xx.2012-ci ildə Dəvəçi İƏD-nin 587 nömrəli arayışı əsasında Dəvəçi kəndinə, Cavabdeh5 Mais qızı xx.xx.2017-ci ildə Dəvəçi İƏD-nin 262 nömrəli çıxarışı əsasında Mollakamallı kəndinə, Cavabdeh1 xx.xx.2005-ci ildə ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən Şabran rayonu, Təzəkənd kəndinə, Cavabdeh2 xx.xx.2010-cu ildə və Cavabdeh3 xx.xx.2010-cu ildə ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən Şabran rayonu, Mollakamallı kəndinə daimi qeydiyyata alınmışdır. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edilməmiş, qeyd olunan maddənin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. X1 sözügedən evi miras əmlak olaraq qanunsuz şəkildə sənədləşdirərək xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında qızı İddiaçı hədiyyə etmişdir. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Onun və ailə üzvlərinin həmin evdən çıxarılması üçün heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə istinad edilməmiş, qeyd olunan maddənin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, iddiaçının iddiası tamamilə rədd ediləcəkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Mais qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini İddiaçı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ona hədiyyə olaraq verilmiş Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evinin ona məxsus olması ilə bağlı məhkəməyə sübut olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etməsi, çıxarışa əsasən sözügedən torpaq sahəsinin ona məxsus olduğu müəyyən edilməsi, cavabdehlər isə torpaq sahəsinin onlara məxsus olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdehlərdən yalnız Cavabdeh3 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. İşdən görünür ki, Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınması və mənzilin hazırda iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi mənzildən çıxarma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin çıxarılması tələb olunan mənzil iddiaçının mülkiyyətindədir və hazırda həmin mənzil cavabdehlərin sahibliyində olmaqla sonuncuların sahiblikləri qanunsuz olduğu öz təsdiqini tapır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1239/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1239/2025
30.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver