Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1243/2023 15.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı Cavabdeh1 Şəhabəddin oğlunun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şəhabəddin oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-460/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 Şəhabəddin oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun azyaşlı övladı Məhəmmədlə birgə cavabdehlərdən atası Cavabdeh1 Şəhabəddin oğlunun mülkiyyətində, digər cavabdehlərin isə faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 7 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-460/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı azyaşlı övladı X1 ilə birlikdə Cavabdeh1 Şəhabəddin oğlunun mülkiyyətində, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 isə faktiki istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən (2 mərtəbəli, 7 yaşayış otaqlı) evə istifadə hüququ tanınmaqla, həmin yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən Cavabdeh1 Şəhabəddin oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Şəhabəddin oğlunun nümayəndə və vəkili Vəkil2 bildirdi ki, məhkəmə kollegiyasıyasına barışıq sazişi təqdim edərək sazişdə qeyd olunan şərtlərlə tərəflərin razılığa gəldiyini bildirir. Eyni zamanda barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı barışıq sazişini oxuduğunu, sazişə əlavəsinin olmadığını, onu imzalamağa imtina etmədiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış 15 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:
1. İş üzrə cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu və X4 iş üzrə İddiaçı nümayəndə və vəkili Vəkil2 vasitəsi ilə nağd olaraq 75000 (yetmiş beş min) manat məbləğində pulödəyirlər ki, həmin pul müqabilində İddiaçı hazırki işüzrə iddia tələbindən, yəni ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 7 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və evə köçürülməsi barədə iddia tələbindən imtina edir, bundan sonra həmin evlə bağlı heç vaxt heç bir tələbinin olmayacağını, cavabdehləri həmin evlə bağlı gələcəkdə heç vaxt narahat etməyəcəyini rəsmi olaraq təsdiq edir.
2. İş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu və X2 nümayəndə və vəkili Vəkil2 vasitəsi ilə nağd olaraq ona ödədikləri 75000 (yetmiş beş min) manat məbləğində pulu qəbul edir, həmin pul müqabilində İddiaçı hazırki iş üzrə iddia tələbindən, yəni ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 7 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və evə köçürülməsi barədə iddia tələbindən imtina edir, bundan sonra həmin evlə bağlı heç vaxt heç bir tələbinin olmayacağını, cavabdehləri həmin evlə bağlı gələcəkdə heç vaxt narahat etməyəcəyini rəsmi olaraq təsdiq edir.
Barışıq sazişindən görünür ki, İddiaçı cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 75000 (yetmin beş min) manat məbləğində pulu nağd olaraq təhvil aldı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. [254] 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən, hesab edir ki barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-460/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263-264, 370, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı ilə cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu və Cavabdeh4 arasında bağlanmış 15 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İş üzrə cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu və X4 iş üzrə İddiaçı nümayəndə və vəkili Vəkil2 vasitəsi ilə nağd olaraq 75000 (yetmiş beş min) manat məbləğində pulödəyirlər ki, həmin pul müqabilində İddiaçı hazırki işüzrə iddia tələbindən, yəni ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 7 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və evə köçürülməsi barədə iddia tələbindən imtina edir, bundan sonra həmin evlə bağlı heç vaxt heç bir tələbinə olmayacağını, cavabdehləri həmin evlə bağlı gələcəkdə heç vaxt narahat etməyəcəyini rəsmi olaraq təsdiq edir.
2. İş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu və X2 nümayəndə və vəkili Vəkil2 vasitəsi ilə nağd olaraq ona ödədikləri 75000 (yetmiş beş min) manat məbləğində pulu qəbul edir, həmin pul müqabilində İddiaçı hazırki iş üzrə iddia tələbindən, yəni ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 7 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və evə köçürülməsi barədə iddia tələbindən imtina edir, bundan sonra həmin evlə bağlı heç vaxt heç bir tələbinin olmayacağını, cavabdehləri həmin evlə bağlı gələcəkdə heç vaxt narahat etməyəcəyini rəsmi olaraq təsdiq edir.
İddiaçı ilə cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu və Cavabdeh4 arasında bağlanmış 15 sentyabr 2023-cü il tarixli barışıq sazişi edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-460/2023 saylı, 03 aprel 2023-cü il tarixli ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.