Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1255/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 728,36 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumu, 0,40 qəpik əlavə xidmət haqqı, cəmi 758,76 manat pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakimMirələm Quliyev). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 728,36 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumu, 0,40 qəpik lavə xidmət haqqı, cəmi 758,76 manat pul vəsaitinin"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 saylı qətnaməsini 22 fevral 2022-ci il tarixdə məktub şəklində qəbul etmişdir. Bu barədə öncədən heç bir məlumatı olmayıb. Sözügedən 99MJ349 dövlət nömrə nişanlı avtomobili hadisə törədmiş Cavabdeh1 qanuna uyğun olaraq 30 saylı Natariat kontorunda 10 aylıq sürmə etibarnaməsi ilə vermişdir. Etibarnamə 08.12.2019 tarixədək verilmişdir. 03.02.2019-cu il tarixdə Cavabdeh1 avtomaşını etibarnaməsiz idarə etməsi “Mercedes” markalı 99MJ349 dövlət nömrə nişanlı maşınla qəza edərkən etibarnaməsiz olması səbəbi mülkiyyətçi X1 tərəfindən etibarnamənin ləğv edilməsidir. Odur ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, şikayət sadəcə qətnamənin icrasını uzatmaq məqsədinə xidmət edir. Apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini ona dair hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız Cavabdeh2 münasibətdə müzakirə edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03.02.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Qobustan rayonu Cəyirli kəndində yaşayan Cavabdeh1 Famil oğlu Azərbaycan Respublikasının İXM-in 327.1,332.1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzinati xəta törətmiş və 04.02.2019-cu il tarixli TP ******* saylı qərarla yuxarıda sadalanan maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP əməkdaşının tərtib etdiyi 09.02.2019-cu il tarixli, ***-**** saylı arayışda göstərilir ki, 03.02.2019-cu il tarixdə saat 17:15-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus X4 idarə etdiyi H 029586 dövlət qeydiyyat nişanlı “Volkswagen” Polo markalı avtomaşının qabaq və arxa hissələrinə zərər dəymişdir. İş materiallarında olan “Euro Style” LTD şirkətinin 15.02.2019-cu il tarixli 00001830- 1 saylı təmir aktının surətindən görünür ki, H 029 586 dövlət qeydiyyat nişanlı avtomaşının təmirinə ƏDV daxil olmaqla 826,36 manat tələb olunur. İşdə olan 21.12.2018-ci il tarixli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Volkswagen Polo” Sedan markalı H 029 586 dövlət qeydiyyat nişahlı avtomaşın "xxxx" ASC-də 450 manat sığorta haqqı ödənilməklə 15000 manat məbləğində sığortalanmışdır. İşdə olan 27.02.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, “Volkswagen Polo” Sedan markalı H 029 586 dövlət qeydiyyat nişanlı avtomaşına 828,36 manat zərər dəymiş, sığorta ödənişi isə 728,36 manat olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddia tələbini təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1, 936.2, 1096.1, 1097.1, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, 03.02.2019-cu il tarixdə Cavabdeh1 etibarnamə olmadan idarət etdiyi və etibarnamə əsasında Cavabdeh2 məxsus 99MJ349 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C180 markalı avtoqəliyyat vasitəsi ilə H 029586 dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, 04.02.2019-cu il tarixdə TP2721039 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən Cavabdeh1 inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Göründüyü kimi, hadisə törədən avtomobil etibarnaməyə əsasən Cavabdeh2 məxsus olmuş, hadisə törədilən vaxt Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və yol-nəqliyyat hadisəsi törədərək iddiaçı təşkilat tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə zərər vurmuşdur. Buna görə də Cavabdeh2 da Cavabdeh1 ilə eyni məsuliyyəti yaranmışdır. İş materialları ilə müəyyən edilir ki, sığorta olunan nəqliyyat vasitəsinə 828,36 manat zərər dəymiş, sığorta ödənişi isə 728,36 manat olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbii təmin edərək hər iki cavabdehdən pulun tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı da cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qobustan Rayon Məhkəməsinin 2(026)-301/2019 nömrəli, 21.11.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1255/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1255/2022
31.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver