Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1259/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəındəsi və vəkili Nümayəndə ştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh müvəqqəti yaşamaq üçün icazə verilmiş, əvəzində evin ipoteka ödənişləri etməsi tapşırılmışdır. Lakin cavabdeh tərəfindən ödənişlər edilmədiyi üçün iddiaçının özü ödənişləri ödəməli olmuşdur. Cavabdehdən mənzildən çıxmağını dəfələrlə tələb etsə də o, mənzildən çıxmamışdır. Həmçinin evdə olan əşyaları da işlədib, yararsız hala salmaqla ona maddi zərər vurmağa davam edir və mənzilə dair mülkiyyət hüququnu pozur. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Cavabdeh bu mənzildən çıxmadığı üçün özünün mülkiyyətində olan mənzilə dair sərbəst şəkildə, sərəncam və sahiblik etmə hüquqlarını həyata keçirə bilmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzilindən çıxarılması, Cavabdeh 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilə dair iddiaçının adına xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Mübahisəli yaşayış sahəsinə görə xx.xx.2019-cu il tarixdən mülkiyyətçisi olan Kərimova (Qafarlı) Pərvanə Akşin qızı ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Belə olan halda cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşaması mülkiyyətçi kimi Kərimova (Qafarlı) Pərvanə Akşin qızının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İpoteka ilə yüklü edilmiş mənzilə görə kredit ödəmələrinin cavabdeh tərəfindən əvvəllər ödənilməsi onun mübahisəli mənzildə yaşamasına əsas hesab edilə bilməz, çünki işdən görünür ki, tərəflər arasında bu barədə şifahi razılaşma olmuş, bununla belə bu razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Qüvvədə olan qanunvericiliyə görə yaşayış sahəsi ilə bağlı kirayə müqavilələri yazılı şəkildə bağlanmalıdır və belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı yaranmış münasibətlərdə üstünlük hüququ onun mülkiyyətçisi olan iddiaçıya verilməlidir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mənzil Məcəlləsinin 29.1, 29.2, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, qızıl-zinət əşyalarının alqı-satqısı üzrə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı onun işlədiyi yerə gəlib-getmişdir. Bununla əlaqədar aralarında tanışlıq yaranmışdır. 2019cu ildə hazırkı İddiaçı ona nisyə mal verilməsini xahiş etmiş və malın pulunu ona nisyə verilən əşyanı satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Göstərdiyi kimi artıq Cavabdeh İddiaçı tayırdı. Həm də İddiaçı ona o qədərdə böyük olmayan miqdarda nisyə mal verilməsini xahiş edirdi. Buna görə də İddiaçı etibar edərək nisyə mal vermək qərarına gəlmiş və malları faktiki olaraq İddiaçı vermişdir. İddiaçı da malları satdıqdan sonra Cavabdeh nisyə aldıqları malların pulunu tam ödəmişdir. Beləliklə, Cavabdehla arasında ticarət sahəsində münasibətlər, bunun əsasında qarşılıqlı etibar və inam yaranmışdır. 2020-ci ilin sonlarında İddiaçı cavadeh Cavabdeh bildirmişdir ki, ünvan 1 onun mülkiyyətindədir. Lakin, həmin mənzil Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditə görə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Krediti ödəmək imkanı yoxdur. İstəmir ki, mənzil başqa şəxslərə qismət olsun. Buna görə də ona təklif etmişdir ki, mənzilə görə 23.000 (iyirmi üç min) manat ona ödəsin, qalan pulu isə banka ödəsin. İddiaçı bildirmişdir ki, banka ödənilməli olan məbləğ təxminən 40.000 manat təşkil edir. İddiaçı ünvan 1 mənzilə dair onunla Azərbaycan Beynəlxalq Bankı arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə 23 sentyabr 2020-ci il tarixdə əlavə və dəyişiklik edilməsi haqqında əlavə sazişi, həmçinin onunla Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli 13-xx-xx-2015-AF-X1 kredit müqaviləsinə əlavəni (əlavə №1) ona təqdim etmişdir. Həmin əlavəyə əsasən ümumu ödənilməli olan məbləğ 39.805,89 manat təşkil edirdi. İddiaçı həmçinin ünvan 1 ünvanda yerləşən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, mənzilin texniki pasportunu, mənzilin satılmasına dair elanı, habelə mənzilin xarici və daxili görünüşünü əks etdirən fotoşəkilləri ona təqdim etmiş və kredit tam ödənildikdən sonra mənzili onun adına rəsmiləşdirməyi vəd verdi. Beləliklə, ünvan 1 ünvanda yerləşən mənzil görə İddiaçı 23.000 manat, banka isə 39.805,89 manat ödənilməli idi. Onun və ailəsinin yaşayış sahəsinə ehtiyacı var idi. Buna görə də ünvan 1 ünvanda yerləşən mənzili cavabdeh İddiaçı ilə razılaşdığı şərtlərlə almaq qərarına gəlmiş, ailəliklə göstərilən mənzilə köçərək mənzildə yaşamağa başlamış, hazırda da ailəliklə həmin mənzildə yaşamaqda davam edir. İddiaçı mənzilə görə ödəməli olan 23.000 manat pul məbələğini hissə-həssə 2021-ci ilin əvvəllərinə kimi tam şəkildə ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə X2 vasitəsi ilə 18 dekabr 2020-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 19 yanvar 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 16 fevral 2021-ci iltarixdə 700 manat (əməliyyat nömrəsi ********), Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialında 15 mart 2021-ci il tarixdə 700 manat (mədaxil qəbzi №BPM**********99), həmçinin X2 vasitəsi ilə 19 aprel 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 17 may 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 18 iyun 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 21 oktyabr 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 16 noyabr 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 20 dekabr 2021-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək 7.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialında 24 iyun 2022-ci il tarixdə 700 manat (mədaxil qəbzi № BPM**********591), həmin filialda 21 iyul 2022-ci il tarixdə 700 manat (mədaxil qəbzi № BPM**********89) həmçinin X2 vasitəsi ilə 22 sentyabr 2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 25 oktyabr 2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 23 noyabr 2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), 28 dekabr 2022-ci il tarixdə 700 manat (əməliyyat nömrəsi ********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2022-ci il üzrə 4.200 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, həmçinin İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə X2 vasitəsi ilə 25 yanvar 2023-cü il tarixdə 800 manat (əməliyyat nömrəsi ********), 21 fevral 2023-cü il tarixdə 700 manat (əməliyyat nömrəsi ********), Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialında 18 iyul 2023-cü il tarixdə 718 manat (mədaxil qəbzi № BPM**********57), 18 iyul 2023-cü il tarixdə 682 manat (mədaxil qəbzi № BPM**********85), 15 sentyabr 2023-cü il tarixdə 1400 manat (mədaxil qəbzi № BPM**********23), həmçinin X2 vasitəsi ilə 19 oktyabr 2023-cü il tarixdə 700 manat (əməliyyat nömrəsi ********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2023-cü il üzrə 5000 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə X2 vasitəsi ilə 17 yanvar 2024-cü il tarixdə 150 manat (əməliyyat nömrəsi ********), 17 yanvar 2024-cü il tarixdə 900 manat (əməliyyat nömrəsi ********), 07 mart 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 750 manat (əməliyyat nömrəsi **********), 22 mart 2024-cü il tarixdə emanat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********), 10 may 2024cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********), 18 iyun 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), 21 iyun 2024-cü il tarixdə emanat ödəniş terminalı vasitəsi ilə 500 manat (əməliyyat nömrəsi **********), 08 iyul 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 600 manat (əməliyyat nömrəsi **********), 20 iyul 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 502 manat (əməliyyat nömrəsi **********), 20 avqust 2024-cü il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), 20 avqust 2024-cü il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 100 manat (əməliyyat nömrəsi **********), 25 oktyabr 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), 25 oktyabr 2024-cü il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 600 manat (əməliyyat nömrəsi **********), 15 dekabr 2024-cü il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 680 manat (əməliyyat nömrəsi **********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2024-cü il üzrə 8582 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış ********************0 kredit müqaviləsi üzrə X2 vasitəsi ilə 16 yanvar 2025-ci il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********), 17 fevral 2025-ci il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 800 manat (əməliyyat nömrəsi **********), 17 fevral 2025-ci il tarixdə e-pay ödəniş terminalı vasitəsi ilə 300 manat (əməliyyat nömrəsi **********), 29 mart 2025-ci il tarixdə e-manat ödəniş terminalı vasitəsi ilə 700 manat (əməliyyat nömrəsi **********) məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, 2025-cü il üzrə 2500 manat məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, mənzilə görə cavabdeh İddiaçı 23.000 manat, banka isə 40.000 manat məbləğində pul ödəmişdir. Bu da mənzilin tam dəyərini təşkil edir. Hazırda kredit tam ödəyib qurtarmışdır. Lakin, İddiaçı mənzilin onun adına rəsmiləşdirilməsindən boyun qaçırır. Səbəbini onunla izah edir ki, o kreditin ödənilməsində bir neçə dəfə gecikməyə yol vermişdir. Odur ki, ona öz adına kredit verməyəcəklər. Həmçinin onun tərəfindən nağd şəkildə verilmiş 23.000 manatın və banka ödədiyi 40.000 manatın (cəmi 63.000 manatın) qaytarılmasından boyun qaçırır. Onunla İddiaçı arasında ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı 23.000 nağd şəkildə, Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli 13-xx-xx- 2015-AF-X1 kredit müqaviləsinə əlavə üzrə isə banka 39.805,89 manat ödənilməsinə dair razılığa gəlmələri ilə, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısına dair müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmişdir. Habelə, ünvan 1 ünvanda yerləşən mənzilinin alqı-satqısına dair onunla İddiaçı arasında əldə olunmuş mühüm şərtlər həm İddiaçı və onun tərəfindən faktiki olaraq icra olunmuşdur. Belə ki, yuxarıda göstərildiyi kimi İddiaçı ünvan 1 Azərbaycan Beynəlxalq Bankı arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə 23 sentyabr 2020-ci il tarixdə əlavə və dəyişiklik edilməsi haqqında əlavə sazişini, həmçinin onunla Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli 13-xx-xx-2015-AF-X1 kredit müqaviləsinə əlavəni (həmin əlavəyə əsasən həmin anda borc 31.095,00 manat, sonda isə ümumu ödənilməli olan məbləğ 39.805,89 manat təşkil edirdi) (əlavə №1); həmçinin ünvan 1 ünvanda yerləşən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, mənzilin texniki pasportunu, mənzilin satılmasına dair elanı, habelə mənzilin xarici və daxili görünütüsünü əks etdirən fotoşəkilləri ona təqdim etmiş və mənzili təhvil vermişdir. O isə göstərlən sənədləri, həmçinin ünvan 2 ünvanda yerləşən mənzili İddiaçı qəbul edərək ailəliklə göstərilən mənzilə köçərək mənzildə yaşamağa başlamış və hazırda da ailəliklə həmin mənzildə yaşamaqda davam edir. Həmçinin İddiaçı mənzilə görə ödəməli olduğu 23.000 manat pul məbələğini hissə-həssə 2021-ci ilin əvvəllərinə kimi tam şəkildə ödəmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzilin alqısatqısına dair mühüm şərtləri barədə razılığa gəlinsa də habelə həmin mənzilin alqısatqısına dair şərtlər həm İddiaçı və həm də onun tərəfindən icra edilmiş olsa da mənzilə bağlanmış müqavilə qanunun tələblərinə müvafiq deyildir. Odur ki, həmin müqavilə etibarsızdır. Buna görə də həmin razılaşma üzrə İddiaçı verdiyi 23.000 manat pul məbləği, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 13-xx-xx-2015AF-X1 kredit müqaviləsinə əlavə üzrə isə banka ödədiyi 40.000 manat cavabdeh İddiaçı alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin mənzilə köçməsinin və onun mənzildə yaşamasının hansı əsasla əmələ gəlməsi halları ümumiyyətlə araşdırılmamış, məhkəmə özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillər əsasında və həm də işin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən qətnamə qəbul etmişdir. Mübahisəli yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdən mülkiyyətçisi olan Kərimova (Qafarlı) Pərvanə Akşin qızı ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsinin bağlanmadan, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı yazılı müqavilə bağlanmadığı halda cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşamasının mülkiyyətçi kimi Kərimova (Qafarlı) Pərvanə Akşin qızının hüquqlarının pozulması kimi qiymətləndirilməliməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsində şərh olunan dəlillər işin hallarına uyğun gəlmir. Ona görə ki, yuxarıda göstərildiyi kimi, Cavabdeh mübahisəli mənzilə köşməsi və mənzildə yaşaması əsasını tərəflər arasında mübahisəli mənzilə görə 23.000 manatın nağd şəkildə İddiaçı ödənilməsi, banka olan 39.805,89 manat borcun Cavabdeh tərəfindən ödənilməsi və göstərilən məbləğlər tərəfindən ödənildikdən sonra mənzilin alqı-satqısının rəsmiləşdiriləcəyinə dair tərəflər arasında razılığın əldə olunması təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəındəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər arasında 2020-ci ilin sonlarında razılşama olub, iddiaçı bildirib ki, 23000 manat özünə nağd ödəməklə, 39805 manat banka olan borcu ödəməklə ödəniş başa çatdıqdan sonra mənzilin cavabdehin mülkiyyətinə keçirilməsi mümkündür. Hissə-hissə iddiaçının özünə 23000 manat ödənilib, banka olan ödənişlərdə gecikmə olduğundan aralarında narazılıq yaranıb. Ödənişlərə dair qəbzlər işə əlavə edlib. 64000 manata yaxın məbləğ ödənildikdən sonra ödəniş geri qaytarılmadan onun mənzildən çıxarılması da düzgün deyil. Aralarında notarial qaydada bağlanmış müqavilə yoxdur. Neftçala Rayon Məhkəməsində ödənilmiş 64000 manat məbləğində pulun qaytarılması barədə iddia qaldırılıb. Razılaşma etibarsız olduğundan tərəflər bir-birlərinə verdikləri geri qaytarılmaldır. Hesab edir ki, hazırkı icraat çərçivəsində də cavabdehin veridiyi pulların qaytarılması məsələsi həll oluna bilər. Mübahisə burada həll olunarsa, Neftçala Rayon Məhkəməsində qaldırdığı iddianı geri götürə bilər.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən Neftçala Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırılmışdır. Buna görə də hesab edir ki, tərəflər arasındakı pul münasibətləri hazırkı icraataın predmetinə aid deyildir. Hərçənd ki, tərəflər arasında mənzilin gələcəkdə satılması barədə hər hansı razılaşma olmamışdır. Mənzil satılmasından öncə təmsil etdiyi şəxs dəfələrlə cavabdehdən faizə pul götürüb. Evə gəldikdə isə, razılaşma ondan ibarət olub ki, cavabdeh kirayə haqqı əvəzinə evin ödənişlərini banka ödəməlidir. Cavabdeh 3 ay müddətində ödənişi etsə də sonradan ödənişlərdə gecikmələr olub və problemli kreditlər siyahısına düşüb. Sonradan iddiaçı özü ödəniş edib. Tərəflər arasında kirayə münasibətləri olub. İş materiallarında olan qəbzləri qəbul etmirilər. Tərəflər arasında yazışmalar var. Cavabdehin iddia etdiyi 23000 manat ilkin ödəniş olmamışdır. Qarşılıqlı iddia ərizəsi verilməmişdən öncə qarşı Neftçala Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin məhkəmədə ödənişlərin kim tərəfindən aparılması ilə əlaqədar banka sorğu göndərlib. İddiaçı özü də kirayədə qalır, evi yoxdur. Ödənilmiş pulların təyinatının aydınlaşdırılması hazırki mübahisənin predmeti deyil, Neftçala Rayon Məhkəməsinin icraatında olan işin predmetidir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
İşdə olan sübutlar
12. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 9 saylı binanın 151 saylı mənzili İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib olunmuşdur.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********9105301-093159 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Bu mənzil üzərinə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(053)-13/2025 saylı icra vərəqəsinə əsasən qadağa qoyulmuşdur. Mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İşin mübahisəssiz halına görə isə cavabdeh Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız əqd üzrə verilmiş pulların geri qaytarılması tələbinə dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmış, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(053)-13/2025 saylı qərardadına əsasən müvəqqəti təminat tədbiri qismində həmin əmlakın özgəninkiləşdirilməsi qadağan olunmuşdur.
21. Cavabdeh tərəf mübahisəli mənzilin onun tərəfindən ilkin olaraq 23000 manat ödənilməsi və mübahisəli mənzilin ipoteka ilə yüklü edildiyi kredit müqaviləsi üzrə ödənişlərin onun tərəfindən həyat keçiriməsi şərti ilə iddiaçı ilə arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını, kredit müqaviləsi üzrə ödənişlər tam olaraq həyata keçirildikdən sonra iddiaçının mənzili onun mülkiyyətinə keçirəcəyinə dair öhdəlik götürdüyünü, onun isə həmin ilkin ödənişi və kredit müqaviləsi üzrə ödənişləri tam olaraq həyata keçirdiyini, lakin iddiaçının razılaşmanı pozaraq mənzili onun mülkiyyətinə keçirmədiyini və aralarındakı bu razılaşmanın etibarsız olmasını iddia etməklə, Neftçala Rayon Məhkəməsində razılaşma üzrə ödədiyi pulların geri qaytarılmasına dair iddia qaldırdığını bildirmişdir.
22. İddiaçı tərəf isə cavabdehlə mübahisəli mənzilin alqı-satqısına dair hər hansı bir şifahi razılaşma olmadığını, cavabdeh tərəfindən ilkin olaraq 23000 manat ödənilmədiyini, mübahisəli mənzilin ipoteka ilə yüklü edildiyi kredit müqaviləsi üzrə ödənişlərin cavabdeh tərəfindən ödənilməsi müqabilində mənzilin kirayə verildiyini iddia etmişdir.
23. Məhkəmə kollegiyası mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da tərəflər arasında kirayə münasibətlərinin olması və bu münasibətlərin cavabdeh tərəfindən pozulması ilə bağlı gəldiyi əsasla razılaşmamışdır.
24. Məhkəmə kollegyiası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddia tələbi üzrə müəyyən etməli olduğu hal yalnız mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olub-olmaması faktı olmuşdur ki, bu da cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan mənzildə hansı əsasla yaşaması ilə bağlı etirazına bağlı olan hal olmuşdur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin razılaşması üzrə ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair Neftçala Rayon Məhkəməsinin icraatında cavabdehin iddiaçıya qarşı pul tələbi olmaqla, pul məbləğlərinin tərəflər arasında şifahi qaydada bağlanmış kirayə və ya alqı-satqı müqaviləsi üzrə ödənilməsini müəyyən etmək həmin məhkəmə icraatının predmetinə aid olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci madəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilmədiyindən məhkəmə kollegiyası məhz qeyd edilən əsaslara görə qətnamənin ləğv edilərək yenidən iddianın rədd edilməsini əsasız hesab etmişdir.
25. Məhkəmə kollegiyası mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması faktına münasibətdə isə qeyd edir ki, cavabdehin özü kirayə münasibətlərini istisna edib, iddiaçı ilə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə razılaşmanın etibarsız olmasını iddia etməklə yanaşı, həmin müqavilə üzrə ödədiyi pulların da Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq geri qaytarılması tələbinə dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmışdır ki, bununla da mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması faktı cavabdehin özü tərəfindən etiraf edilmiş hesab olunur. İddiaçı isə cavabdehlə arasında kirayə münasibətlərinin olduğunu, cavabdehin kirayə haqqını ödəmədiyini və buna görə də kirayə münasibətlərinə xitam verildiyini, cavabeh isə iddiaçıya ödədiyi pulların kirayə müqaviləsindən irəli gəlmədiyini iddia etmişdir. Göründüyü kimi istər iddiaçının, istərsə də cavabdehin qeyd olunan dəlillərinin əsaslı hesab olunması faktı cavabdehin mübahisəli mənzilə sahibliyinin qanunsuz olmasını istisna etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mənzilin cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.
26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3144/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.