Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1269/2023 18.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 X6 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X16 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, qarşılıqlı iddia üzrə cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması mənzildən çıxarılması tələbinə və iddiaçı Cavabdeh1 cavabdeh X6 qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,89 kv metr, yaşayış sahəsi 47,31 kv metr, yardımçı sahəsi 20,58 kv metr olan 56 saylı mənzil 1990-cı ildən X1 olmuşdur, xx.xx.2007-ci il tarixdə o, həmin mənzili özəlləşdirmişdir.
2. Sumqayıt şəhəri, 12-ci mikrorayonda istifadədə olan 0,16 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəbəsində yerləşən 67,89 kv metr ümumi, 47,31 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin dəyəri 19503,50 manat təşkil edir. Hesabata əlavə edilmiş fotoşəkillərdən görünür ki, mənzil hissəvi olaraq yaşayış üçün qismən yararlı vəziyyətə gətirilmişdir.
4. AN-İ № ******* xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X10 mülkiyyətində olan Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilini İddiaçı 60000 manata satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
5. X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılma və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,89 kv metr, yaşayış sahəsi 47,31 kv metr, yardımçı sahəsi 20,58 kv metr olan 56 saylı mənzil qanunu əsaslarla 1990-cı ildən X1 olmuşdur. xx.xx.2007-ci il tarixdə də iddiaçı həmin mənzili özəlləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş seriya MH, № ******* saylı çıxarış əsasında həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.
7. Cavabdeh1 iddiaçının qardaşıdır, digər Cavabdeh2 isə sonuncunun arvadıdır. Cavabdehlər Gürcüstan Respublikasının vətəndaşlarıdır. Daimi yaşayış yerləri Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçılı kəndidir. Qardaşı Cavabdeh1 Gürcüstandan Azərbaycana köçdükdən sonra iddiaçıya məxsus mənzildə məskunlaşmışdır. Bir müddətdən sonra o, Cavabdeh2 ilə ailə qurmuş və iddiaçının razılığı ilə onlar iddiaçıya məxsus mənzilə köçərək orada yasayırlar. İşi ilə əlaqədar olaraq iddiaçı bir müddət Rusiya Federasiyasında yaşadığına görə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 56 saylı mənzili müvəqqəti yaşamaq üçün cavabdehlərin əvəzsiz istifadəsinə vermişdir. Rusiyadan qayıtdıqdan sonra iddiaçı ailə qurmuş və arvadını da həmin mənzilə köçürtmüşdür. Hal-hazırda iddiaçı, arvadı və xx.xx.2014-cü il təvəllüdlü oğlu Məhəmməd İsayev cavabdehlərlə birgə iddiaçıya məxsus mənzildə yaşayırlar. Cavabdehin iki yetkinlik yaşına çatmayan uşaqları da həmin mənzildə yaşayırlar. Son zamanlar cavabdehlərlə mənzillə bağlı mübahisələr və münaqişələr baş verdiyinə görə, onlarla birgə yaşamaqları qeyri-mümkündür. Bir neçə dəfə cavabdehlərə iddiaçıya məxsus mənzilin boşaldılması təklifini etsə də, bu təkliflər cavabsız qalmışdır. Cavabdehlər qanuna zidd hərəkətləri ilə aşkar şəkildə iddiaçının mənzil üzərində olan mülkiyyət hüququnu pozurlar. Belə bir vəziyyətin saxlanılması iddiaçını qane etmir, çünki mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir və mənzildən istifadə etmək hüququndan faktiki olaraq məhrum olunmuşdur. Mənzilin üzərində mülkiyyət hüququnun bərpası başqa yolla mümkün olmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin təmirinə çəkdiyi 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun X3 tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci il tarixində yuxarıda göstərilən ünvanda anasının vəsaiti ilə üç otaqlı mənzil alınmışdır. Ev iddiaçının (cavabdeh) adına sənədləşdirilib çıxarış alınmışdır. Onlar köçüb getdikdən sonra anası, qardaşları və bacısı sözü gedən mənzilə köçmüşdür. Ev təmirsiz və bərbad halda olmuşdur. Normal yaşamaq mümkün olmamışdır. Bacısı ailə həyatı qurub ər evinə köçmüşdür. Qardaşının biri geri ata yurduna yaşamaq üçün köçmüş, iddiaçı (cavabdeh) iki ildən sonra Rusiyanın Kemerova şəhərinə köçmüşdür. Cavabdeh1 ailəsi birlikdə sözü gedən mənzildə qalaraq bu günə kimi həmin mənzildə yaşayır. Bacısı və qardaşları köçdükdən sonra evi təmir etmək məcburiyyətində qalmışdır. Əslən Gürcüstan vətəndaşı olan kəndliləri usta X11 ilə görüşmüşdür. Ona yaşadığı evi təmir etdirmək istədiyini bildirmişdir. Yerində mənzillərə baxış keçirib təmir üçün zəhmət haqqı 3000 manata razılaşmışlar. Əvvəlcə ona ilkin olaraq 1000 manat, işi tamamlamağa az qalmış yenə 1000 manat, iş tamamlanandan sonra isə ona 1000 manat da pul vermişdir. Amma usta materialların alınmasında şəxsən iştirak etmişdir. Ustanın iştirakı ilə alınmış materiallara 16000 manat pul vermişdir. Hələ pulu çatmadığından otağın birinin döşəməsini vurdurmuş, qalan hissəni isə təmir edə bilməmişdir. Həmin pul ilə mənzillərin döşəməsini, qapılarını, pəncərələrini dəyişmişdir. Hamam və ayaqyolunu yenidən qurmuş, istilik sistemini, hər iki tərəfdən eyvan yığdırmışdır. Evin giriş qapısını metaldan düzəltdirərək dəyişmişdir. Elektrik naqillərini dəyişərək, mis naqillərlə əvəz etmişdir. Tavanı alçıbanla, fiqurlarla yığdırmışdır. Bu gördüyü işlər barəsində X8 və X5 da məlumatlıdırlar. Ona görə də mənzilin təmiri ilə əlaqədar çəkilən xərcin alınması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
10. İddiaçı X4 qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbində göstərir ki, guya o, mənzilin təmirinə təxminən 12 il əvvəl 19000 manat məbləğində xərc çəkmiş, həmin məbləğin 3000 manatı mənzili təmir edən ustaya zəhmət haqqı kimi ödənilmiş, qalan 16000 manatı isə material almaq üçün ustaya verilmişdir. Həmin vaxt pulu çatmadığına görə mənzilin 1 otağını təmir etdirə bilməmişdir. Cavabdeh1 mənzilin bir hissəsini təmir etdirsə də, həmin təmirin həcmini və təmirə çəkilən xərclərin məbləğini həddindən artıq şişirtmişdir. Mənzil təmir olunan zaman tikinti materialların alınmasına cavabdeh tərəfindən göstərilən xərclərin çəkilməsi reallığı əks etdirmir və heç bir mötəbər sübutla təsdiq olunmur. Bundan əlavə sanitar qovşaq təxminən 15-20 il əvvəl onun tərəfindən necə təmir olunubsa buğunə kimi də olduğu kimi qalır. O, ailəsi ilə birgə Rusiya Federasiyasında bir müddət yaşadığına görə cavabdeh ailəsi ilə birgə təmir etdiyi mənzildə yaşamaqla ondan faydalanmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş edir.
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı nümayəndəsi Nümayəndə Möhsüm oğlu göstərmişdir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli mənzili qızı İddiaçı almışdır. Mənzili alarkən orada kənar şəxslərin yaşamasını bilməmişdir, alqısatqı müqaviləsində satıcı öhdəlik götürmüşdür ki, ev boş vəziyyətdə təhvil veriləcək. İlkin iddia tələbinin təmin edilməsini, mənzilin boşaldılmasını xahiş etmiş, qarşılıqlı iddia tələbi maraqlarına toxunmadığı üçün bu barədə fikir bildirməmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X11 göstərmişdir ki, Cavabdeh1 evində usta işləmişdir. Həmin evi təxmini 13-14 il əvvəl təmir etmişdir. İsayev Namaz onda Rusiya Federasiyasında yaşayırdı. İbrət ona təmir üçün 3000 manat zəhmət haqqı pul vermişdir, əlavə təmir üçün İbrətlə birgə material almağa getmişdir. Materialın pulu təxminən 15000-16000 manat əhatə edirdi. Evin qapı-pəncərəsi, istilik sistemi dəyişmişdir, hər iki tərəfdən eyvan yığılmış, tavan alçıbanla yığılmışdır. İbrət evin 1 otağından başqa hər yeri təmir etdirmişdir. Hətta evin hamamına 1500-2000 manat məbləğində xərc çəkmişdir. Evi 13 il əvvəl təmir etdiyindən sahəsinin nə qədər olduğunu xatırlamır.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərmişdir ki, X20 İsayev qardaşdırlar, o (F.Qurbanov) İbrət və Namazın qonşusu, həmçinin kəndlisidir. Hazırda İbrət və Namazın yaşadığı bina ilə üzbəüz binada yaşayır. İbrətin yaşadığı 3 otaqlı mənzil Namaza məxsusdur. Namaz 3 ilə yaxındır ki, Rusiyadan qayıdıb. Bu vaxta qədər həmin evdə İbrət yaşamış, yaşadığı evi təmir etdirmişdir.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin ümumi məbləği hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 19009,20 manat məbləğində müəyyən olunmuşdur.
15. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) X4 Cavabdeh1 və Cavabdeh2 qarşı özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması və mənzildən çıxarılması tələbinə dair ilk iddiası təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, uşaqları X17 və X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 X6 qarşı mübahisəli mənzilin təmiri üçün çəkilən 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə müəyyən etmişdir ki, iddiaçı Namaz İsayev mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 56 saylı mənzili Cavabdeh1 əvəzsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, iddiaçıya məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına əsasən həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra iddiaçının öz mənzilinə ehtiyacı yaranmış və cavabdehlərdən mənzilin boşaldılmasını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmışlar. İddiaçı pula ehtiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı vasitəsi ilə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür.
17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 1991-ci ildən cavabdeh Namaz İsayevə məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildə əvəzsiz olaraq yaşamışdır, bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, cavabdehə məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra cavabdehin öz mənzilinə ehtiyacı yaranmış və onlardan mənzilin boşaldılmasını xahiş etdikdə, onlar mənzildən çıxmayaraq, təmirə xərclədikləri vəsaiti cavabdehdən tələb etmişlər. Məhkəmə "xxxx" MMC-nin 14 saylı, xx.xx.2021-ci il tarixli hesabatına və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyində əksini tapan nəticələrə qiymət verərək hesab edir ki, mənzil yaşayış üçün yararlı vəziyyətdə olmadığından Cavabdeh1 tərəfindən hissəvi təmir edilərək istismaraistifadəyə yararlı vəziyyətə gətirilmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil X4 mülkiyyətindədir və həmin mənzil Cavabdeh1 əvəzsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, mülkiyyətçi X6 məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına əsasən həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra iddiaçının öz mənzilinə ehtiyacı yaranmış və cavabdehlərdən mənzilin boşaldılmasını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmışlar. İddiaçı pula ehtiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı yolu ilə digər şəxsə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 60-cı maddələri, Mülki Məcəllənin 152, 157.2, 157.4, 397.2, 572.1, 572.2, 732, 733.1, 734.1, 736.1, 736.2, 736.3, 737, 738, 680.1, 680.1.1, 680.2, 1087.1, 1087.2, 1090.1, 1090.2 və 1090.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmşidir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Mülki iş məhkəmə icraatında olarkən mənzil İddiaçı 60000 manata satılmışdır. İddiaçı da sözügedən mənzilə xx.xx.2022-ci il tarixdə AH-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında çıxarış almışdır. Bununla da Namaz İsayev iddiaçı olmaq statusunu itirmişdir. O, məhkəmədə iddiaçı qismində çıxış edə bilməzdi. Lakin məhkəmə bu halları nəzərə almamışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1837/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakimlər X12 (sədrlik edən və məruzəçi), X7 və X2) ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsi ilə eyni məzmun daşımışdır və birinci instansiya məhkəməsi tərəfindən həmin hallar tam araşdırılaraq qiymət verilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən əlavə sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun düzgün qiymətləndirmişdir.
24. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 43.1 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsi 152, 157.2, 157.4, 397.2, 572.1, 572.2, 680.1, 680.1.1, 680.2, 732, 733.1, 734.1, 736.1, 736.2, 736.3, 737, 738, 1087.1, 1087.2, 1090.1, 1090.2 və 1090.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin baxılması üçün yenidən apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1100/2023 nömrəli 03 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1837/2022 nömrəli mülki iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman mənzil iddiaçı X10 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə 60000 manata satılmış və sonuncunun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin 02 iyun 2022-ci il tarixli protokol qərarı ilə İddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
28. Göründüyü kimi mübahisə edilən hüquq münasibətində, yəni ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən cavabdehlərin çıxarılmaları və mənzilin boşaldılması barədə mübahisə üzrə X10 iddiaçı kimi sıradan çıxmışdır, onun həmin mənzillə əlaqədar mövcud olan hüquq münasibətlərinin subyekti olmaq və iddianı müdafiə etmək imkanı itirilmişdir. Mənzilin mülkiyyətçisinin dəyişməsi ilə mənzillə əlaqədar maddi hüquq münasibətlərində şəxslərin dəyişməsi baş vermişdir. Belə olan halda məhkəmə iddiaçı X4 prosessual hüquq varisi olan İddiaçı ilə əvəz etmək əvəzinə, sonuncunu üçüncü şəxs kimi işə cəlb etməklə işə baxılmasını davam etdirmiş, bununla da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual qanun pozuntusuna yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin səhvi aradan qaldırmamaqla səhvə yol vermişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi ilə mənzillə əlaqədar maddi hüquq münasibətlərində şəxslərin dəyişməsi baş verdiyindən, hazırkı apellyasiya icraatı zamanı iddiaçı X10 mübahisəli mənzillə əlaqədar mövcud olan hüquq münasibətlərinin subyekti olmaq və iddianı müdafiə etmək imkanını itirdiyindən, onların ərizəsinə əsasən MPM-in 58.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı X10 prosessual hüquq varisi olan İddiaçı ilə əvəz edilmişdir.
30. Belə ki, MPM-in 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə, vəkili və nümayəndəsi Vəkil2 ilk iddia tələbinin təmin edilməsini xahiş etdilər.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi.
35. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (...)
Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
Maddə 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
Maddə 733.1. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır.
Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.
Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
Maddə 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
Maddə 737. Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.
Maddə 738. Kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür.
Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir.
Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1100/2023 nömrəli 03 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1837/2022 nömrəli mülki iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edildiyindən, həmin qərarda qeyd olunan mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi qismən – ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, uşaqları X17 və X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. İşdən görünür ki, mübahisə edilən hüquq münasibətində, yəni ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən cavabdehlərin çıxarılmaları və mənzilin boşaldılması barədə mübahisə üzrə X10 iddiaçı kimi sıradan çıxsa da, o, həmin mənzillə əlaqədar mövcud olan hüquq münasibətlərinin subyekti olmaq və iddianı müdafiə etmək imkanını itirsə də, birinci instansiya məhkəməsi iddiaçı X4 prosessual hüquq varisi olan İddiaçı ilə əvəz etmək əvəzinə, sonuncunu üçüncü şəxs kimi işə cəlb etməklə işə baxılmasını davam etdirmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də məhz göstərilən məsələ olmuşdur.
41. Hazırkı apellyasiya icraatı zamanı MPM-in 58.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı X10 prosessual hüquq varisi olan İddiaçı ilə əvəz edilmişdir.
42. İşin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Namaz İsayev mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 56 saylı mənzili Cavabdeh1 əvəzsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, iddiaçıya məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Bundan sonra cavabdehin öz mənzilinə ehtiyacı yaranmış və onlardan mənzilin boşaldılmasını xahiş etdikdə, onlar mənzildən çıxmayaraq, təmirə xərclədikləri vəsaiti tələb etmişlər. Mənzil iddiaçıya satılarkən və onun tərəfindən mənzilə baxış keçirilərkən bu cür mübahisəli məsələlər barədə ona məlumat verilməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin əsaslı olması üçün qeyd edilən normanın dispozitiv şərtləri hazırki işin hallarına uyğun olmalıdır. Bunun üçün iddiaçı iddia etdiyi əmlakın mülkiyyətçisi olmalı, əmlak özgəsinin sahibiyində olmalı və özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır.
44. İlk iddia üzrə cavabdehlərin həmin əmlaka sahibliyinin hər hansı bir qanuni əsası yoxdur. Mübahisəli mənzil onlara müddəti müəyyənləşdirilmədən əvvəllki mülkiyyətçi tərəfindən müvəqqəti olaraq əvəzsiz istifadəyə verilmiş, daha sonra qaytarılması tələb edilmişdir.
45. Mülki Məcəllənin 736.3-cü maddəsinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
46. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzili iddiaçının mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, həmin mənzildən cavabdehlərin çıxarılması barədə ilk iddia tələbi əsaslıdır.
47. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşır və qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaq üçün mübahisəli mənzili iddiaçıya məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X11 ifadəsində həmçinin göstərmişdir ki, mübahisəli mənzili 13 il əvvəl təmir etmişdir.
48. Məhkəmə kollegiyası, qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli mənzilin əvəzsiz olaraq istismarı üçün 13 il əvvəl etdiyi tam olmayan təmirə görə hazırda həmin mənzili uzun müddət ona əvəzsiz istifadəyə verən qarşılıqlı iddia üzrə cavabdehdən (əvvəllki mülkiyyətçi) çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsini tələb etməsini mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən əsassız və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
49. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
50. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi qismən – ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, uşaqları X17 və X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi qismən – ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, uşaqları X17 və X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.