Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1271/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs1na qarşı ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul etməsi faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 və onun nümayəndəsi X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-233/2023 nömrəli qətmanəsi ilə ərizənin təmin edilməsi, xx.xx.1955-ci Quba rayonu, Rustov kəndində anadan olmuş Maraqlı şəxs2 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə Quba Rayon Məhkəməsinin 2(027)- 1078/2011 saylı, 09 sentaybr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır.
2. Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs2 xx.xx.1979-cu ildə X3 ilə nikaha daxil olmuş və həmin nikah xx.xx.2007-ci ildə pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Maraqlı şəxs1na qarşı məhkəməyə ərizə ilə müraciət edərək Maraqlı şəxs2 qalmış mirası qəbul etməsi faktının müəyyən edilməsi, Maraqlı şəxs2 miras qalmış Torpağa Mülkiyyət Hüququna dair JN-0081, KOD 30321068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN-144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən Maraqlı şəxs2 düşən paya və həmin Torpağın Mülkiyyətə verilməsinə dair JN- 144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 64,8 kv. metr, yaşayış sahəsi 42,0 kv. metr, köməkçi sahəsi 22,8 kv. metr olan 1 (bir) mərtəbəli, 2 (iki) otaqdan ibarət fərdi yaşayış evinə vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs2 ilə 10 avqyst 1979-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Maraqlı şəxs2 ilə birgə nikahda olduqları və yaşadıqları müddətdə fərdi yaşayış evi tikmək üçün onlara Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14saylı qərarı ilə JN-144F Kod 30321068 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0.14 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində 3 otaqdan ibarət fərdi yaşayış evi tikmişlər. Eyni zamanda onlara JN-0081 Kod 30321068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı əsasında 0.43 ha pay torpaq sahəsi verilmişdir. Həyat yoldaşı Maraqlı şəxs2 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Maraqlı şəxs2 geri qayıtmadığına və sağ olması barədə heç bir məlumat olmadığına görə Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə ölmüş elan olunmuşdur. Zeynalov X5 gedəndən sonra birgə nikah dövründə tikdirdikləri yaşayış evində yaşamaqla həmin evi, həyətyanı və pay torpaq sahəsini faktiki olaraq o idarə etmidir. Evdə təmir və təsərrüfat işləri aparmışdır, torpaq sahələrini əkib-becərməklə həmin əmlaklara vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Maraqlı şəxs2 valideynlərinin ayrı təsərrüfatda evləri və torpaq sahələri vardır, onların miras əmlakla heç bir bağlılığı, əlaqələri yoxdur, anası X7 xx.xx.2001-ci il tarixdə vəfat etmişdr. Miras əmlakı faktiki olaraq qəbul edən və faktiki olaraq idarə edən yeganə vərəsə odur. Mirası faktiki olaraq qəbul edən vərəsə kimi evin və torpaq sahələrinin ona məxsus olduğunu bildiyindən notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamış və evi, torpaq sahələrini, mülkiyyətinə rəsmiləşdirməməklə qanunla müəyyən olunan vərəsəliyin qəbul edilmə müddətini keçirmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1na müraciət etmişdir. Ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də məhkəmə qaydasında mirası qəbul etməyinə dair faktın müəyyən olunması və miras əmlaka vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdir.
5. Quba Rayon Məhkəməsinin 27 sentyabr 2018-cü il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi Maraqlı şəxs2 qalmış mirası qəbul etməsi faktı müəyyən edilməsi, Maraqlı şəxs2 miras qalmış Torpağa Mülkiyyət Hüququna dair JN-0081, KOD 30321068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN 144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən Maraqlı şəxs2 düşən paya və həmin Torpağın Mülkiyyətə verilməsinə dair JN-144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 64,8 kv. metr, yaşayış sahəsi 42,0 kv. metr, köməkçi sahəsi 22,8 kv. metrı olan 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət fərdi yaşayış evinə Ərizəçi vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir (hakim Zamin Tahirov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1243.3, 1159.1.1, 1255, 139.1, 139.2, 139-1.1, 240.1, 240.2, 241.1, 241.2, 245, 152.1, 157.8-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Mülki iş üzrə işdə iştirak etməyən, Maraqlı şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(027)-2590/2018 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(027)-2590/2018 saylı qətnaməsinin mülki işdə iştirak etməyən Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunmasının müəyyən edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev).
8. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qətnamə ilə mülkiyyətindən məhrum olmuşdur. Ərizəçi onun əmlakını əvəzsiz olaraq, yəni vərəsəlik qaydasında öz adına keçirmişdir və ölmüş elan edilməsi barədə qətnamə ləğv edildiyi üçün o həmin əmlakları geri tələb etməkdə haqlıdır. Lakin hal-hazırda mübahisələndirdiyi qətnamə əsasında Ərizəçi öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq bütün əmlakı öz adına keçirdiyindən, icrada dönüş etməsi üçün hazırki qətnamə ləğv edilməlidir. Quba Rayon Məhkəməsi ərizəni təmin edərkən heç bir halı araşdırmadan, o cümlədən hətta ölmüş olsaydı belə, atası Hacıbaba Zeynalov da Ərizəçi kimi qanun üzrə İ növbə vərəsələr sırasına daxil olmalı idi və məhkəmə valideyninə məsələ ilə bağlı məlumat versəydi və onu da prosesə cəlb etsəydi, sağ olması 2018-ci ildə məhkəmə prosesində aydınlaşar və bütün əmlakı əlindən çıxmazdı.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 və onun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib təmin olunmasının xahiş etdilər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər.
12. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
13. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
16. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
23. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Verilmiş apellyasiya şikayətindən görünür ki, apellyant Quba Rayon Məhkəməsinin 27 sentyabr 2018-cü il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır.
30. İşin mübahisəsiz hallarından görünür ki, Maraqlı şəxs2 xx.xx.1979-cu ildə X3 ilə nkaha daxil olmuş və həmin nikah xx.xx.2007-ci ildə pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentaybr 2011-ci il tarixli qətnaməsi ilə xx.xx.1955-ci Quba rayonu, Rustov kəndində anadan olmuş Maraqlı şəxs2 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-233/2023 nömrəli qətnaməsi ilə qeyd olunan qətnaməsi ləğv edilmişdir.
31. Ərizəçi Maraqlı şəxs1na qarşı məhkəməyə ərizə ilə müraciət edərək Maraqlı şəxs2 qalmış mirası qəbul etməsi faktının müəyyən edilməsi, Maraqlı şəxs2 miras qalmış Torpağa Mülkiyyət Hüququna dair JN-0081, KOD 30321068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN-144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən Maraqlı şəxs2 düşən paya və həmin Torpağın Mülkiyyətə verilməsinə dair JN- 144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 64,8 kv. metr, yaşayış sahəsi 42,0 kv. metr, köməkçi sahəsi 22,8 kv. metr olan 1 (bir) mərtəbəli, 2 (iki) otaqdan ibarət fərdi yaşayış evinə vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 sentyabr 2018-cü il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Hal-hazırda Maraqlı şəxs2 sağ olduğundan həmin qətnamənin ləğvini xahiş edir.
32. Kollegiya əvvəla vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
33. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
34. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
35. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə səhvə yol vermişdir.
37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
38. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(027)- 2590/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə rədd edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.