Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1275/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. (hakim C.Məmmədov) Qətnamədən Cavabdeh9 və qeyriləri apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh9 şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1020\2021 saylı, xx xxxxx 2021-ci il tarixli qərardadı ilə Cavabdeh9 şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş apelyasiya şikayətinin müddəti bərpa edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 28 saylı evin 2 saylı mənzili xx.xx.2013-cü il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən, onun mülkiyyətindədir. Həmin mənzili o, cavabdehlərdən dəyərini tam ödəməklə xx.xx.2013-cü il tarixdə almışdır və elə həmin vaxtdan da mülkiyyət hüququ əsasında ona məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər mənzili satdıqdan sonra, söz verdilər ki, qısa vaxt ərzində pasport qeydiyyatından çıxacaqlar, lakin onlar vədlərinə əməl etməmişlər. Hal-hazırda məcburdur ki, mənzillə heç bir əlaqəsi olmayan şəxslərin əvəzindən də komunal xərcləri ödəsin. Bu isə onun mülkiyyət və mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin onun mülkiyyətində olan qeydiyyatları formal xarakter daşıyır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli mənzil xx.xx.1993-cü il tarixdə bağışlama müqaviləsinə əsasən cavabdehlərdən Cavabdeh9 bağışlanmış və onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Onlar hamısı bu mənzilə qeydiyyata alınmış və birlikdə yaşamışlar. Bir müddətdən sonra ailə üzvlərindən bir neçəsinin Bakı şəhərində müxtəlif ali məktəblərin əyani şöbəsinə qəbul olunması, Cavabdeh1 işi ilə əlaqədar Bakı şəhərində yaşamalı olması və digər səbəblərdən yaranmış zərurətlə əlaqədar mübahisəli mənzili 2005-ci ildə ev əşyaları ilə birlikdə Ağdam rayonundan məcburi köçkün Allahverdiyev Qabil Novruz oğluna kirayəyə vermişlər. Bundan sonra, Qabil Allahverdiyev onların etibarından suiistifadə edərək mənzilin sənədlərini ələ keçirmiş və sənədləri saxtalaşdırmaq yolu ilə xx.xx.2013-cü il tarixdə X1 adından çıxış edərək onlara məxsus mənzili alqı-satqı yolu ilə İddiaçı satmış, o da öz növbəsində mənzilin mülkiyyətçisi kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsinə nail olmuşdur. Mübahisə üzrə bütün məhkəmə iclasları onların iştirakı olmadan keçirilmiş, qeydiyyatda olduqları ünvana göndərilən məhkəmə bildirişləri isə qəsdən və bilərəkdən onlara təqdim olunmamışdır. Hələ bu azmış kimi, cavabdehlərdən Cavabdeh2 adından naməlum şəxs tərəfindən apellyasiya şikayəti yazılmış, onun əvəzindən imza edilmiş və məhkəməyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İştirak etdikləri məhkəmə kollegiyasının iclasında cavabdehlər X4, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh5 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən təkrar olaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdeh9 xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməməsi əsası ilə iclasın təxirə salınması barədə teleqramla müraciət etmiş, lakin xəstəliyi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilinin mülkiyyətçisi xx xxxxxxxx 2013-cü il tarixdən İddiaçıdur. Yenə iş materiallarında olan AN-İ ******* saylı, xx xxxxxxxx 2013-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, X1 adından etibarnamə əsasında çıxış edən Allahverdyev Qabil Novruz oğlu Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilini 40000 manata İddiaçı satmışdır. Yenə də iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 10 saylı ətraflı arayışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzili xx.xx.1986-cı il tarixli, 13/269 saylı orderə əsasən X7 məxsus olmuşdur. Mənzildə hazırkı tarixədək 11 nəfər (o cümlədən bütün cavabdehlər) qeydiyyatda olmuşdur. Mənzil xx.xx.2013-cü il tarixdə alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə keçsə də, o, buarad qeydiyyatda deyildir. İşə əlavə edilmiş xx xxxx 1993-cü il tarixli müqavilənin surətindən görünür ki, Xəlilov Ağasəf Ağaxəlil oğlu Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilini əvəzsiz Cavabdeh9 bağışlmışdır. Yenə işə əlavə edilmiş 8019 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh9 olmuşdur. Yenə də işə əlavə edilmiş 8019 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilinin mülkiyyətçisi xx xxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsindən sonra X2r. Məhkəmə kollegiyasının sorğusu əsasında verilmiş DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzil Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun xx.xx.1993cü il tarixli, M-2/514 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında Cavabdeh9 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2006-cı il tarixli, 4Ə/131 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05/744 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 3M- 986 reyestr nömrəli ipoteka müqaviləsi əsasında mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 3M-1082 reyestr nömrəli sonrakı ipoteka müqaviləsi əsasında mənzil üzərində sonrakı ipotekanın dövlət qeydiyyatı aparılmış və “xxxx” ASC-nin xeyrinə dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 3M-281 reyestr nömrəli sonrakı ipoteka müqaviləsi əsasında mənzil üzərində ipotekanın əlavə qeydiyyatı aparılmış və “xxxx” ASC-nin xeyrinə dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzil Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun xx.xx.1993- cü il tarixli, M-2/514 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında Cavabdeh9 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2006-cı il tarixli, 4Ə/131 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05/744 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da faktiki olaraq orada uzun müddətdir ki, yaşamırlar. Bu səbəbdən iddiaçı cavabdehlərin mənzildə formal qeydiyyatda olmalarının onun mülkiyyət hüquqlarının həyata keçirməsinə maneəçilik törətdiyini əsas gətirərək onların mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Daha öncə qeyd olunduğu kimi Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2006-cı il tarixli, 4Ə/131 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd olunan mənzil X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərin apelyasiya şikayətindən məlum olur ki, onlar yaşayış yerini dəyişərək mənzili 2005-ci ildən tərk etmiş və həmin vaxtdan da orada yaşamırlar. Qeyd olunan mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. İş materiallarından görünür ki, mənzil barədə həm xx xxxx 2006-cı il tarixli, həm də xx.xx.2013-cü il tarixli alqı-satqı müqavilələri qüvvədədir, bu və ya digər qaydada mübahisələndirilməmişdir. Digər tərəfdən mənzilə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı hazırda qüvvədədir və ləğv edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdehlər apelyasiya şikayətində mübahisəli mənzilin onların iradəsi əlehinə, saxta yolla özgəninkiləşdirlməsi barədə dəlillər irəli sürsə də, məhkəməyə bu halı təsdiq edə biləcək heç bir sübut təqdim etməmişlər. Digər tərəfdən isə daha öncə qeyd olunduğu kimi həmin mənzilin özgəninkiləşdirilməsi onlar tərəfindən uzun müddət keçməsinə baxmayaraq mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, mübahisəli mənzilə dair qeyd edilən alqı-satqı müqavilələri və onların əsasında aparılmış qeydiyyat mübahisələndirilməmişdir və qüvvədədir, həmin mənzilin özgəninkiləşdirilməsi mənzilə istifadə hüququ olmuş cavabdeh şəxlərin iradı ifadəsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, onların həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi deməkdir. Şərh olunan səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı, cavabdeh şəxslərin Sumqayıt şəhəri, 13-cü mkr., 28 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin qeyd edilən mübahisəli mənzildən istifadə hüquqlarını itirilmiş hesab etməklə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayət verən şəxsin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1594/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1275/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1275/2021
09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver