Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1282/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3907/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,0225 ha torpaq sahəsi üzərinə tikilən ümumi sahəsi 156,4 kv.m olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə "xxxx" KB ASC-nin mülkiyyətindədir.
2. xx.xx.2019-cu il tarixli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 55/08 nömrəli protokoldan görünür ki, ipoteka saxlayan "xxxx" KB ASC ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evini 45900 manat əldə etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət dərək, AC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsindən və üzərində olan 16A saylı fərdi yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılmaqla, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evini satın almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası “İpoteka” haqqında Qanunun 59.3-cü maddəsinə əsasən, “ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Qeyd olunduğu kimi Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC və orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi olaraq Cavabdeh və onun ailə üzvlərinin Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı evdən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Ona görə də iddia tələbi təmin olunmalıdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3907/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh tutulması və iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 55/08 nömrəli protokoldan görünür ki, ipoteka saxlayan "xxxx" KB ASC ipoteka predmeti olan ona məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evini 45900 manata əldə etmişdir. Məhkəmə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirmiş və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin real bazar dəyəri 45900 manat qiymətləndirilmiş və bu qiyməti onun iştirakı olmadan müəyyən etmişdir. Ekspertizanın təyin olunması və mənzil qiymətləndirilməsinin aparılmasından heç bir xəbəri olmamışdır. Ekspertiza qiymətləndirilməsi zamanı onun hüquqları kobud surətdə pozulmaqla mənzilin dəyəri dəyərindən dəfələrlə aşağı qiymətləndirilərək reallığı əks etdirməyən qiymət müəyyən edilmişdir. Çünki həmin ərazidə bu mənzilin qiyməti təxminən 500.000 manat dəyərindədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
14. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
16. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. (...)
18. Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi (...) 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
23. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. xx.xx.2019-cu il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 55/08 nömrəli protokoldan görünür ki, ipoteka saxlayan "xxxx" KB ASC ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evini 45900 manat əldə etmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr təəfindən çıxarış verilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin əsaslı olması üçün qeyd edilən normanın dispozitiv şərtləri hazırki işin hallarına uyğun olmalıdır. Bunun üçün iddiaçı iddia etdiyi əmlakən mülkiyyətçisi olmalı, əmlak özgəsinin sahibiyində olmalı və özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır.
28. İddiaçı bank mübahisəli əmlakın mülikyyətçisidir. Belə ki, keçirilmiş hərracın yekununda həmin ev banka təklif edilmiş və bankın evə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır.
29. Cavabdehin həmin əmlaka sahibliyinin hər hansı bir qanuni əsası yoxdur. Çünki tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
30. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, həmin mənzildən cavabdehin çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
31. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mülkiyyətçi kimi hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
33. İpoteka predmeti olan daşınmaz əmlakın real dəyərindən bank tərəfindən əldə edilməsi barədə apellyasiya şikayətinin dəlili hazırki mübahisənin predmetinə aidiyyəti yoxdur.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3907/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.