Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1285/2023 25.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə4 və üçüncü şəxs Maraqlı şəxs publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək vəzifələri yerinə yetirilən zaman xəsarət alınması ilə bağlı zərərin əvəzi kimi ödənilməli olan borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-524/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 1982-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “Metallurqtəmir” Təmir-Tikinti-Quraşdırma İdarəsində əmək fəaliyyətinə başlamışdır.
2. 1993-cü ildə həmin müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində peşə xəstəliyinə tutulmuş və ona ömürlük əlillik təyin edilmişdir.
3. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1062 nömrəli sərəncamı ilə “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “Metallurqtəmir” Təmir-Tikinti-Quraşdırma İdarəsinin bazasında "xxxx" X5 Cəmiyyəti yaradılmışdır. Təsisçilərinin xx.xx.2010-cu il tarixli qərarına əsasən "xxxx" X5 Cəmiyyəti yenidən təşkil olunaraq Cavabdehnə çevrilmişdir.
4. Əmək xəsarəti aldığı müəssisə iddiaçıya təyin olunmuş müavinəti ödəmədiyinə görə 2003-cü ildə məhkəməyə müraciət etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2-262/2003 nömrəli, 13 oktyabr 2003-cü il tarixli qətnaməsi ilə peşə xəstəliyinə görə ödənilməli olan müavinət üzrə Cavabdeh ATSC-nin İddiaçı olan borcunun 2003-cü ilin oktyabr ayınadək 9.382.217 (doqquz milyon üç yüz səksən iki min iki yüz on yeddi) manat məbləğində hesablanması və həmin məbləğin İddiaçı ödənilməsi, qətnamənin icra edilməsi üçün Cavabdeh ATSC-yə 1 (bir) ay möhlət verilməsi qət edilmişdir.
6. Həmin qətnamə əsasında iddiaçıya "xxxx" ATSC tərəfindən ödəniş edilmiş, lakin bundan sonra hazırki vaxta kimi müavinət ödənilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxsna qarşı əmək vəzifələri yerinə yetirilən zaman xəsarət alınması ilə bağlı zərərin əvəzi kimi ödənilməli olan borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi ona ödənilməli olan aylıq ödəncin xx.xx.2003-cü il tarixindən məhkəmə qərarı çıxarılanadək olan müddətdə ödənilməmiş məbləğinin (aylıq ödənc üzrə borcun) cavabdehdən tutularaq ödənişin birdəfəlik aparılmaqla ona ödənilməsi və məhkəmə qərarı çıxdığı tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdehdən hər ay onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, peşə xəstəliyi ilə əlaqədar təyin edilmiş müavinətin 2003-cü ildən hazırki vaxta kimi ödənilməmiş məbləğinin hesablanaraq ona ödənilməsinə köməklik göstərilməsinə dair ərizə ilə X2 Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh MMC cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı xəsarətlə bağlı ödəncin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2017-ci il tarixü, 2-1(118)- 4010/2017 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli, 2-1(105)-148/2018 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Dövlət Sosial Müdafıə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1516/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasmm 08 may 2018ci il tarixli, 2-1(105)-48/2018 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh MMC-nin iddiası mümkün sayılmamışdır. Bundan sonra yenidən ərizə ilə X2 Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən müraciətinə cavab olaraq verilmiş 25 aprel 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci hissəsinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Göstərilənləri nəzərə alaraq və “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarını rəhbər tutaraq istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ona təyin edilmiş ödəncin 2003-cü ilin oktyabr ayından etibarən hazırki vaxta kimi hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ödənilməsinə dair ərizə ilə həmin Fonda müraciət etmişdir. Fond tərəfindən ona verilmiş 13 iyul 2022-ci il tarixli cavabda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən aidiyyəti üzrə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fonduna qarşı ona xx.xx.2003-cü il tarixindən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin tələbinə inzibati icraat qaydasında baxılarkən Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və yə idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi Qaydaları”na və “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş, işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarına əsasən Fond tərəfindən ödənişlər yalnız özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və yə idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi Qaydaları” qüvvəyə minənədək yaranmış borclara münasibətdə həyata keçirilir. Məhkəmənin hüquqi yardım göstərməsindən sonra Dövlət Sosial Müdafiə Fonduna qarşı irəli sürülmüş iddia tələbinin yanlış olduğunu, həmin tələbi mülki iddia qaydasında Cavabdehnə qarşı irəli sürə biləcəyini anlayaraq inzibati icraat qaydasında verdiyi iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi ona ödənilməli olan aylıq ödəncin xx.xx.2003cü il tarixindən məhkəmə qərarı çıxarılanadək olan müddətdə ödənilməmiş məbləğinin (aylıq ödənc üzrə borcun) cavabdehdən tutularaq ödənişin birdəfəlik aparılması və məhkəmə qərarı çıxdığı tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdehdən hər ay onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, onun istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödənc almaq hüququna sahib olmağı, cavabdehin ona aylıq ödənc ödəmək vəzifəsini daşıması qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edildiyinə görə işin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etmişdir.
9. Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə mülahizə təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-yə əmək münasibətləri üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi üzrə yaranmış öhdəliklər üçün DSMF məsuliyyət daşımır. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərınə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müsssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçıyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümuml əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamliğının pozulması ilə bağlı əlavə çəkdiyi xərclar ödənilir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nətıcəsində sağlamlığı pozulduqda və ya bu səbəbdsn həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatar (bundan sonra - təqsirkar işəgötürən (təqsırkar müəssisə) işciyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qeyd edirlər ki, iddiaçı xəsarətə görə ödəncin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" ATSC-yə qarşı müavinətin ödənilməsi ilə bağlı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və iddiaçının iddiası təmin edilərək 2003-cü il tarixədək xəsarətə görə ödənc 9.382.217 manat məbləğində hesablanaraq ona ödənilməsi barədə 2-262 nömrəli 2003-cü il tarixli qətnamə qəbul edilmişdir. Beləliklə, sözügedən məhkəmə qərarının preyudisial əhəmiyyəti nəzərə alınaraq Fonda qarşı iddia yolverilməzdir. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü iİ tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının” 2-ci maddəsinə əsəsən bu Qaydalar: Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində və “Azəbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Adı çəkilən Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərər çəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Qeyd edirlər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31 oktyabr 2022-ci il tarixli, **********41 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasında 1995-1998-cı illərdə dövlət mülkiyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Komitəsinin xx.xx.1998-ci il tarixli, 1052 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət şirkətinin tabeliyində olmuş “Azermetaltəmirtikinti” X1 təmir quraşdırma idarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin Özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövtət Xidmətinin 31 oktyabr 2022-ci il tarixli **********41 nömrəli məktubuna əsasən "xxxx" X5 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2010-ci il tarixli qərarına əsasən yenidən təşkil olunaraq “Metallurq təmir-1" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Sadalanan hüquqi əsasları nəzərə alaraq, İddiaçı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddiasının maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna münasibətdə xitam verilməsini xahiş etmişdirlər.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-524/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilərək, istehsalat qəzası nəticəsində xəsarət almış İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi, xx.xx.2023-cü il tarixdən etibarən isə İddiaçı əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin hər ay Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1118.1, 1119-cu, Əmək Məcəlləsinin 239-cu maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında Qaydaları”nın 1.1, 2.1, 2.2, Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5-ci bəndinin, Mülki Prosessual Məcəllənin 82.3, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
12. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki Cavabdeh MMC xx.xx.1998-ci il tarixində özəlləşdirilmişdir. Azərbaycan Respublikası Konustitusiyasının 149-cu maddəsinin Vİİ bəndində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi hazırki məhkəmənin istinad etdiyi normativ hüquqi akt, hüquqi şəxs olan Cavabdeh ASC-nin vəziyyətini ağırlaşdıran normativ aktlar siyahısına daxil olduğundan hazırki mülki işə tətbiq oluna bilməz. Hal-hazırda Cavabdeh MMC-nin heç bir gəliri olmadığına görə İddiaçı xx.xx.2005-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ödənilməli olan ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi və xx.xx.2023-cü il tarixdən etibarən isə İddiaçı əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin hər ay Cavabdeh tərəfindən İddiaçı ödənilməsi qeyri-mümkündür. Belə ki, Cavabdeh MMC-nin vergi orqanına təqdim etdiyi bəyamnamlərdən də görünür ki, hal-hazırda səhmdar cəmiyyətin heç bir gəliri mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. (...)
Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. (...) 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. (...)
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”:
1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında Qaydaları”:
1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
22. Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları:
V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-262/2003 nömrəli 13 oktyabr 2003-cü il tarixli qətnaməsinin surətindən görünür ki, peşə xəstəliyinə görə ödənilməli olan müavinət üzrə Cavabdeh ATSC-nin İddiaçı olan borcunun 2003-cü ilin oktyabr ayınadək 9.382.217 (doqquz milyon üç yüz səksən iki min iki yüz on yeddi) manat məbləğində hesablanması və həmin məbləğin İddiaçı ödənilməsi, qətnamənin icra edilməsi üçün Cavabdeh ATSC-yə 1 (bir) ay möhlət verilməsi qət edilmişdir.
27. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. İş materiallarında olan Maraqlı şəxs İddiaçı ünvaladığı xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu (əməyin mühafizə normalarının pozulması nəticəsində isçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) maddəsinin 2ci bəndinə uyğun olaraq, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Qeyd edilirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1.1-ci bəndinə əsasən işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.
29. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********428500 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Cavabdeh X5 Cəmiyyətinin (VÖEN **********) xx.xx.1998-ci il tarixdə D-2853 nömrə ilə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2010-cu il tarixli qərarına əsasən yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə məlumat mövcuddur.
30. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********41 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1062 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “Metallurqtəmir” Təmir-Tikinti- 1 Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır.
31. Cavabdeh apellyasiya şikayətində müəssisənin xx.xx.1998-ci il tarixində özəlləşdirilməsinə istinad edərək birinci instansiya məhkəməsinin istinad etdiyi normativ hüquqi aktların onun vəziyyətini ağırlaşdırdığını göstərsə də, işdən müəyyən edilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmış, təsisçilərinin xx.xx.2010-cu il tarixli qərarına əsasən yenidən təşkil olunaraq "xxxx" MMCyə çevrilmişdir.
32. Göründüyü kimi cavabdeh müəssisənin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə başa çatdığından, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarına düzgün istinad etmiş və istehsalat qəzası nəticəsində xəsarət almış iddiaçıya xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia ərizəsinin verildiyi tarix) ödənilməli olan ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada, xx.xx.2023-cü il tarixdən etibarən isə iddiaçının əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin hər ay cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
33. Apellyasiya şikayətinin hal-hazırda Cavabdeh MMC-nin heç bir gəliri olmadığına görə ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla ödənilməsinin qeyrimümkünlüyü ilə bağlı dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu barədə cavabdeh məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Digər tərəfdən belə hal istehsalat qəzası nəticəsində xəsarət almış iddiaçıya ödənilməli olan ödənclərin verilməsi barədə tələbinin rədd edilməsi üçün əsas deyildir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin mövcud dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-524/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.