Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1287/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı X3 Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-2679/2022 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə Cavabdeh arasında Abşeron rayonu qeydiyyat şöbəsində 13 yanvar 1987-ci ildə bağlanan, nikahın bağlanması haqqında qeydlər kitabına 14 nömrəli qeyd ilə daxil edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-2679/2022 nömrəli qərardadı ilə iddiaçı X3 Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. (hakim E.Kazımov) İddiaçı X1 Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-2679/2022 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinin geri qaytarılma səbəbi kimi iddia ərizəsi və sənədlərin Elektron Məhkəmə Sisteminə iddiaçı X5 tərəfindən deyil, onun vəkili və nümayəndəsi İddiaçı tərəfindən yüklənildiyi göstərilmişdir. İddia ərizəsinin Elektron Məhkəmə Sisteminə iddiaçı X5 adından deyil, onun vəkili və nümayəndəsi İddiaçı adından yüklənilməsinin obyektiv səbəbləri vardır. Belə ki, iş materiallarında göründüyü kimi iddiaçı X2 Federasiyası vətəndaşıdır və respublikada müvəqqəti və ya daimi yaşamaq icazəsi yoxdur. Bu səbəblə iddia ərizəsini və digər sənədləri Elektron Məhkəmə Sistemi vasitəsi ilə onun adından sistemə yükləmək mümkün deyildir. Bundan başqa onun adından X9 vasitəsi ilə rüsumu da ödəmək mümkün deyildir. Məlum olduğu kimi Mülki Prosessual Məcəllənin imperativ tələblərinə görə iddia ərizəsinin Elektron Məhkəmə Sistemi vasitəsi verilməsi və dövlət rüsumunun X9 vasitəsi ilə ödənilməsi məcburidir. Lakin bu məcburiyyəti faktiki olaraq icra etmək isə mümkün deyil. İddiaçı X3 vəkili və nümayəndəsi olaraq bu problemi necə həll edə biləcəyini öyrənmək məqsədi ilə Elektron Məhkəmə Sisteminə telefon ilə müraciət etmişdir. Oradan verilən məlumatda onun iddiaçının vəkili və nümayəndəsi olaraq iddiaçı X4 aid iddia ərizəsini onun adından Elektron Məhkəmə Sisteminə daxil edə biləcəyi deyilmişdir. Yenə dövlət rüsumunu X9 vasitəsi ilə öz adından ödəyə bilər. Bütün bunlar səbəbi ilə iddiaçı X4 aid iddia ərizəsi və əlavə edilmiş sənədləri vəkili və nümayəndəsi olaraq öz adından Elektron Məhkəmə Sisteminə yükləmiş və rüsumu da öz adından X9 vasitəsi ilə ödəmişdir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2679/2022 saylı iş üzrə qəbul etdiyi 13.04.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş iddia ərizəsi icraata qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-2679/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e- 2(012)-2362/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə edir ki, AR MPM-in 4.6-cı maddəsinin tələblərinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin iş materiallarında belə bir sübut yoxdur. AR MPM-in 152.1 və 152.1.6-1-ci maddələrinin tələblərinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qytarılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində X5 ilə Cavabdeh arasında nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş nikahın etibarsız sayılması xahiş edilsə də, X5 iddia ərizəsində iddiaçı qismində qeyd edilməmiş, iddiaçı qismində iddiaçının nümayəndəsi və vəkili İddiaçı qeyd edilmiş və İddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmək hüququnun olmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilən 10 fevral 2022-ci il tarixli etibarnamədən isə görünür ki, qeyd edilən etibarnamə Ə.Məmmədov tərəfindən İddiaçı iddia ərizəsinin imzalanması və onun məhkəməyə verilməsi məqsədilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 395- 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-2679/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1287/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1287/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver