Məhkəmə qərarları › İş №2(105)-129/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-129/2021

25.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-129/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2, onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə qadağa qoyulması, həmin torpaq sahəsi üzərində qanunsuz tikilinin iddiaçının hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, Abşeron rayon icra hakimiyyəti tərəfindən Cavabdeh1 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu, X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsinin qadağa olunması, həmin torpaq sahəsi üzərində qanunsuz tikililərin (hasar və darvazalar) İddiaçı2 hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk ddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2781/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilk iddia üzrə İddiaçı2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(102)7991/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2781/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 99 illik müddətə icarəyə verdiyi RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə qadağa qoyulması, həmin torpaq sahəsi üzərində qanunsuz tikilinin iddiaçının hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılmasına dair qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət edərək İddiaçı2 Abşeron rayon icra hakimiyyəti tərəfindən ona 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsinin qadağa olunması, həmin torpaq sahəsi üzərində İddiaçı2 tərəfindən qanunsuz tikilinin (hasarın və darvazaların) iddiaçının hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, X9 ərazisındə yerləşən 1,85 ha torpaq sahəsini 1910-cu ildə əvvəlcə babaları, sonra isə atası, dayısı və hazırda özü və qardaşları əkib becərirlər. 2010-cu ildə dayısı torpaq sahəsini daş hasarla əhatəyə alaraq 2 ədəd darvaza qoydurmuşdur. Cavabdeh1 2015-ci ildə əraziyə gələrək həmin ərazinin ona məxsus olmasını iddia edib onun və qardaşlarının ərazidən çıxmasını tələb etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı göstərərək X9 ərazisində yerləşən 1,85 ha torpaq sahəsinin 99 illik müddətə icarə müqaviləsi əsasında ona məxsus olduğunu bildirmişdir. Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə əraziyə gəlib 0,20 ha torpaq sahəsini X10 adlı şəxsə, 0,05 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 99 illik icarə müqaviləsi əsasında verilən çıxarışlarının və xüsusi mülkiyyət üçün nəzərdə tutulan çıxarışlarla eyni tərtibatda olması fərdi ev tikmək məqsədi ilə torpaq sahəsi satın almaq istəyən şəxslərdə çaşqınlıq yaradır. Məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Babası Sovet dövründə uzun müddət Hövsan kəndinin ərazisində olan və həmin torpaq sahəsini də əhatə edən Dmitrov adına kolxozun sədri işləmişdir. Hövsan kəndində kolxoz ləğv edildikdən sonra kolxozun torpaq sahələrini kənd sakinləri əkib becərmişlər. Mübahisəli torpaq sahəsini də onlar istifadə etmişdir. 2010-cu ildə dayısı torpaq sahəsini daş hasarla əhatəyə alaraq darvaza qoydurmuşdur. Buna baxmayaraq qədimdən babalarına məxsus olan və faktiki babalarının, atasının və onun istifadəsində olan və uzun illər əkib becərdiyi əkinə yararlı torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən onunla deyil, Hövsan qəsəbə sakini olmayan Cavabdeh1 ilə 99 il müddətinə xx xxxxxxxx 2014-cü il tarixli 459 saylı icarə müqaviləsi bağlanaraq guya icarəyə verilmişdir. Həmin torpaq sahəsi əkinə yararlı olmasına baxmayaraq ki, Abşeron rayon İH-nin torpaq sahəsini icarəyə götürdükdən sonra Cavabdeh1 2015-ci ilin iyul ayında onun 0,05 ha hissəsini X8 adlı şəxsə, 0,20 ha hissəsini isə Samil Vəliyevə satmışdır. İcarə müqaviləsində 0,20 ha torpaq sahəsinin 7500 manata, yəni hər sotunun 375 manata satıldığı qeyd edilsə də faktiki həmin torpaq sahəsinin hər sotu 2000 manatdan satılmışdır. 1,85 ha torpaq sahəsinin hissələrə bölünərək satılması faktı Cavabdeh1 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı üzrə deyil, fərdi yaşayış sahəsinin tikilməsi məqsədilə satdığını sübut edir. Məhkəmə heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının vəkili Elvin Rzayev apelyasiya şikayətinin dəlillərini müdafiə edib göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(102)7991/2019 saylı qərarı təmsil etdiyi şəxsin istfiadəsində olan torpaq sahəsi ilə qarşılıqlı iddiaçının tələb etdiyi torpaq sahəsinin eyni olub-olmaması məsələsinin araşdırılması qeyd edlib. Bu faktın araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(105)129/221 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı2 cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı2 cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 2(012)- 489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsini müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi müzakirə edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayon icra hakimiyyəti tərəfindən 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 icarə hüququ adına daşınmaz əmlakin dövlət reyestrində **********22 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx xxxx 2015-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 özünə məxsus Abşeron rayonu X9 ərazisində yerləşən 0,02 ha torpaq sahəsini X2. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu X9 ərazisində yerləşən 0,02 ha torpaq sahəsi X5 adına daşınmaz əmlakin dövlət reyestrində **********01 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu X9 ərazisində yerləşən 0,05 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakin dövlət reyestrində **********00 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi Abşeron rayon icra hakimiyyəti tərəfindən 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakin dövlət reyestrində **********22 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alındığını, Cavabdeh1 öz əmlakına sərbəst surətdə sahib olmaq, ondan istifadə edə bilmək və ona dair sərəncam vermək hüququnun məhdudlaşdırılmasını, icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməli olmasını müəyyən edərək qarşılıqlı iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 711, 712,180-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 711.1-ci maddəsinə görə icarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. Həmin Məcəllənin 711.2-ci maddəsinə görə icarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 712-ci maddəsinə görə-icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki; torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasma yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 99 illik müddətə icarəyə verilən RX seriyalı ******* saylı çıxarışda göstərilən torpaq sahəsindən qanuni əsas olmadan istifadə edir, ona məxsus olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə Cavabdeh1 tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, Abşeron rayon icra hakimiyyəti tərəfindən 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində **********22 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan əlavə mübahisələndirilən torpaq sahəsinin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 məxsus olması məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə də təsdiq edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2169 saylı ekspert rəyindən görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin korrdinatlarının, həmin torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin korrdinatları ilə yerdə (naturada) uyğun gəldiyi müəyyən edilir. İddiaçı2 tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan mübahisəli 1,85 ha torpaq sahəsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X9 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh1 məxsus ,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı2 tərəfindəndaş hasara alınaraq faktiki olaraq tam istifadə olunduğu, eləcə də, İddiaçı2 tərəfindən daş hasara alınaraq faktiki istifadə edilən 1,85 ha torpaq sahəsində hər hansı tikili mövcud olmadığı müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi müzakirə edilən hissədə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Telman Məmmədov Şəmsəddin Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar