Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1295/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsi tələbinə dair Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Quba Rayon Məhkəməsinin ləğv edilmiş 02 fevral 2017-ci il tarixli qətnaməsi və həmin qətnamə ilə əlaqəli, qanuni qüvvəyə malik Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(105)- 941/2020 nömrəli qərardadı üzrə mülki iş materiallarında olan 09 sentyabr 2016-cı il tarixli, **********69№-li AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum atası X1 adına Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Quba rayonu Tİ və MHQ İdarəsinin reyestrində edilmiş 81 reyestr nömrəli qeydiyyat əsasında qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” haqqında heç bir məlumat aşkar edilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Quba Rayon Məhkəməsinin ləgv edilmiş 07 mart 2019-cu il tarixli, № 2(105)-184/2019 nömrəli qətnaməsi və həmin qətnamə ilə əlaqəli, qanuni qüvvəyə malik Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, № 2(105)-3349/2019 nömrəli qətnaməsi üzrə mülki iş materiallarında olan 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətinə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı ilə Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsi qardaşı X4 mülkiyyətinə verilmişdir. Hazırki iddia ərizəsi ilə bağlı mübahisəyə səbəb ondan ibarətdir ki, mərhum qardaşı X4 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair mövcud olmayan 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətində göstərilən torpaq sahəsi, həmin dövrə qədər, Quba rayonu Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinin reyestrində edilmiş 81 nömrəli qeyd və həmin qeyddən verilmiş qeydiyyat vəsiqəsi əsasında mərhum atası X1 mülkiyyətində olan Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Vərəsəlik və ya bağışlama hüququ olmadan, atası X1 mülkiyyətində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, atasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qardaşı İlyasın mülkiyyətinə verilə bilməzdi. Hesab edir ki, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X4 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı mövcud deyildir, həmin şəhadətnamə ilə bağlı hüquqlar uydurmalardır. Göründüyü kimi, aqrar islahat komissiyaları yaradıldığı dövrə qədər Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə atası X1 mülkiyyət hüququ Quba rayonu Tİ və MHQ İdarəsində 81 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və həmin qeyd əsasında atasının adına 81 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Yuxarıda istinad edilən məhkəmə aktlarından göründüyü kimi Quba rayon Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X4 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixi JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” rəsmiləşənə və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərara qədər həmin torpaq sahəsi X4 istifadəsində olmamış, torpaq üzərindəki ev isə ona məxsus olmamışdır. 13 mart 2003cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” surətinə əsasən şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 009 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X5 verilib, ikinci nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Lakin, ikinci nüsxəsinin hansı şöbədə saxlanıldığı müəyyən deyildir. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” həmin Şəhadətnamənin surətindən göründüyü kimi şəhadətnamə Dövlət Yerquruluşu Layihə İnstitutunun, səlahiyyəti bəlli olmayan şəxsin, yəni F.Cəfərovun imzası və institutun möhürü ilə təsdiq olunsa da, həmin hüquqverici sənədin doğruluğunu təsdiq etməli digər dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri Allahverdi Xudaverdiyevin imzası və Komitənin möhürü ilə təsdiq edilməmişdir, 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mövcud olmadığı həm də onunla təsdiq olunur ki, həmin şəhadətnamənin əsli yoxdur, Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”nın surətinə əsasən ünvan 1zibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X10 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş 02 may 2014-cü il tarixli, 934 saylı “Arxiv çıxarışı”nın surətinə əsasən Quba rayonu Vladimirovka kəndi X14 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Vladimirovka kəndi üzrə təsərrüfatbaşına kitabında H.M.Abasov təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 1986-1990-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(105)-3349/2019 nömrəli qətnaməsinə əsasən həmin mülki iş üzrə iş materiallarda olan Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli “Arxiv arayışı”na əsasən Quba rayonu Vladimirovka kəndi X14 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitabında X6 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin məhkəmə aktlarından göründüyü kimi X17 filialının 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”na əsasən ünvan 1zibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X10 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-ci illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Yenə də həmin məhkəmə aktlarından göründüyü kimi həmin mülki işlər üzrə iş materiallarında olan Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1797 saylı “Arxiv arayışı”na əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı Aqrar islahatın aparılması ilə əlaqədar "Xınalıq” kolxozunun fəaliyyətnə xitam verilməsi haqqında "Xınalıq” kolxozunun ümumi yığıncağının 23 dekabr 1997-ci il tarixli, 06 saylı qərarının təsdiqi barədədir. Həmin qərarda Vladimirovka kəndində aqrar islahatın aparılması barədə heç bir qeyd yoxdur. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 4 saylı « ASAN xidmət» Mərkəzində notariat kontorunda olan V-390/2024 vərəsəlik işinin materiallarında olan Bakı şəhəri, Sabunçu rayon İHB-nın A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin 2014-cü il tarixli arayışının surətindən göründüyü kimi X10 1991-ci ildən Bakıxanov qəsəbəsində pasport qeydiyyatında olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş, vəfat edənə kimi həmin ünvanda yaşamışdır. Həmin fakt X4 ünvan 1zibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991 - 1995-cı illər üzrə təsərrüfat başına kitabında təsərrüfat başçısı olması barədə qeydin uydurma olduğunu təsdiq edir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş 26 may 2014-cü il tarixli, 1194 saylı “Arxiv çıxarışı”ndan göründüyü kimi Quba rayon aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir, Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli, 1797 saylı “Arxiv çıxarışı”ndan göründüyü kimi Quba rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı protokolunun 03 saylı qərarı aqrar islahatın aparılması ilə əlaqədar “Xınalıq” kolxozunun fəaliyyətinə xitam verilməsi haqqında “Xınalıq” kolxozunun ümumi yığıncağının 23 dekabr 1997-ci il tarixli, 06 saylı qərarının təsdiqi barədədir. Göründüyü kimi 13 mart 2003-cü il tarixli, JN - 009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş aqrar islahat komissiyasının qərarı mövcud deyildir. Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur ( hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni qaydada əsaslandıraraq göstərmişdir ki, 09 sentyabr 2016-cı il tarixli, **********69 №-li AR ƏMDK-nin 5 saylı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum X1 adına Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Quba rayonu Tİ və MHQ İdarəsinin reyestrində edilmiş 81 reyestr nömrəli qeydiyyat əsasında qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinə dair DTXK tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” haqqında heç bir məlumat aşkar edilməmişdir. İddiaçının mərhum qardaşı X4 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair mövcud olmayan 13 mart 2003-cü il tarixli, JN-009 nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin surətində göstərilən torpaq sahəsi iddiaçının atası mərhum X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Vərəsəlik, bağışlama, alqı-satqı olmadan həmin yaşayış evi və yerləşdiyi torpaq sahəsi iddiaçının qardaşı X4 mülkiyyətinə verilə bilməzdi.İddiaçı hesab edir ki, həmin şəhadətnamə və onunla əlaqəli Quba rayon AİK-nin qərarı mövcud deyildir. Mübahisəli fərdi yaşayış evi 1965-ci ildən X1 mülkiyyətində, 0,20 ha torpaq sahəsi isə şəxsi mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi və fərdi yaşayış evi heç bir qanuni əsas olmadan yeni sənədlərdə X4 adına qeydiyyata alınmışdır. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydasını müəyyən edən “ Torpaq islahatı haqqında” AR-nın qanununun 9-cu maddəsinin tələblərinə görə aqrar islahat komissiyasının qərarları ilə vətəndaşların istifadəsində və icarəsində olan torpaq sahələri yalnız həmin şəxslərin mülkiyyətinə verilə bilər. X1 mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi digər şəxsin-X4 mülkiyyətinə verilə bilməzdi. İddia ərizəsi ilə birgə iş materiallarına əlavə edilən Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(105)- 941/2020 nömrəli qərardadı ilə əlaqəli mülki iş materiallarında olan AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********69 saylı arxiv sənədlərində mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə", ləğv edilmiş DTXK tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında heç bir məlumatın olmadığı, Şəhadətnamədə göstərilən AİK-nın xx.xx.1998-ci il tarixli qərarının Vladimirovka kəndində aqrar islahata aid olmaması (“Xınalıq” kolxozunun qərarının təsdiqi barədə olması), X4 1991-ci ildən Bakıxanov qəsəbəsində qeydiyyatda olması və 2014-cü ilədək - vəfat edənədək həmin ünvanda yaşaması barədə məlumatları əks etdirən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunan faktiki halların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığı göstərilərək Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə digər cavabdehlərin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009F seriyalı, kod 30311028 saylı şəhadətnamənin surətindən görünür ki, X3 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 182,9 kv.metrdən ibarət fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2, ¼ hissədə X11 və ¼ hissədə Cavabdeh3 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********3510301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 54,9 kv.m yaşayış, 128,0 kv.m yardımçı və 182,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi 27,7 kv.m sahədən ibarət təndirxana, hin, 16,0 kv.metrdən ibarət sanitar qovşağı, 6,5 kv.metrdən ibarət hasar (mişar daşı), 6,7 kv.metrdən ibarət hasar (metal tor), darvaza (metal) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X17 Filialı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli arxiv arayışdan görünür ki, Quba rayonu RİHB-nın Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-ci illlər üzrə təsərrüfatbaşına kitabında X8 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-ci illərdə ümumu 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan 21 fevral 2015-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsələri, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 5-da qeydiyyatda olanlar arvadı Cavabdeh1, qızı X12, yetkinlik yaşına çatmayan xx.xx.1997-ci il təvəllüdlü qızı Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü oğlu X9r və onların hər biri miras əmlakdan bərabər hissələrdə miras almalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(105)-3349/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-184/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(105)-941 nömrəli qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)434/2017 saylı, 02 fevral 2017-ci il tarixli, qətnaməsi ləğv olunmuş, İddiaçı Quba rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanmışdır. Quba rayonu Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən X6 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. X6 xx.xx.1990-cı vəfat etmişdir. Bundan sonra təsərrüfatbaşı kitabda qeyd edilən torpaq sahəsi və orada inşa edilmiş yaşayış evinin istifadəçisi kimi X10 qeyd edilmişdir. Aparılmış torpaq islahatı zamanı qeyd edilən 0,20 ha torpaq sahəsi qanuni istifadəçi kimi 30311028 saylı şəhadətnamə ilə X4 mülkiyyətinə verilmişdir. Torpaq islahatı aparılan zaman iddiaçı özünün izahatına əsasən Azərbaycan Respublikasında yaşamamış, Azərbaycan Respublikası vətəndaşı olmamışdır. X10 xx.xx.2014-cü ildə vəfat etmiş və miras əmlak - Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 21 fevral 2015-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 182,9 kv.metrdən ibarət fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2, ¼ hissədə X11 və ¼ hissədə Cavabdeh3 adına qeydə alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin araşdırılmış halları və İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli, 2(105)- 3349/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov-sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov, S.A.Qafari) müəyyən olunur ki, Quba rayonu Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən X6 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. X6 xx.xx.1990-cı vəfat etmişdir. Bundan sonra təsərrüfatbaşı kitabda qeyd edilən torpaq sahəsi və orada inşa edilmiş yaşayış evinin istifadəçisi kimi X10 qeyd edilmişdir. Quba rayonu RİHB-nın Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-ci illlər üzrə təsərrüfatbaşına kitabında X8 təsərrüfat başçısı olduğu X17 filialı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arxiv arayışı ilə də təsdiq olunur.Belə olduğu halda iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair hər hansı subyektiv hüququ olmadığından, mübahisələndirilən torpaq sahəsinə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün də subyektiv hüququ yoxdur.Məhz buna görə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(027)-1837/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1295/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1295/2022
30.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver