Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1297/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi olaraq verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması barədə iddia ərizəsinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi olaraq verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə tanış olduqdan sonra sonuncunun biznes fəaliyyəti ilə məşğul olduğunu öyrənmişdir. Y.T.X1 və Dubay şəhərindən müxtəlif tipli texnikalar gətirərək burada satışını həyata keçirir. O, “xxxx” MMCnin rəhbəri olmaqla ona özüboşaldan yük avtomobilləri lazım olduğundan Cavabdeh “Mercedes” markalı texnikalardan gətirməsini xahiş etmişdir. Cavabdeh Dubay şəhərindən 6 ədəd “Mercedes” markalı özü yükboşaldan yük avtomobilinin gətirilməsinə görə 131500 ABŞ dolları məbləğində pulu ondan almışdır. Lakin cavabdeh göndərməli olduğu texnikaları ona göndərməmiş və göndərilən pulları mənimsəmişdir. Cavabdeh Azərbaycana gəldikdən sonra aralarında bağlanmış yazılı razılığa əsasən ona aldığı 131500 ABŞ dolları məbləğində pulu qaytarmağı öhdəsinə götürsə də, bundan yayınmışdır. O, cavabdehdən pulun qaytarılması barədə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci i tarixli qətnaməsi ilə Cavabdeh 126000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniləcək günə məzənnə üzrə manatla alınıb ona verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1787/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1943/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh borcun bir hissəsinin əvəzinə özünə məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əvəz edilməsi barədə təklif etmiş, həmin torpaq sahəsinin 50000 ABŞ dolları məbləğində qiymətləndirərək ona etibarnamə əsasında vermişdir. Belə ki, həmin etibarnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinı etibarnamə əsasında sərəncam verməyi, ümumilikdə qanunvercilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin onun adından etməyi ona etibar etmişdir. Lakin, cavabdeh yenidən onu aldadaraq, yalandan vədlər verməklə torpaq sahəsini qaytarmağı söz verir. Cavabdeh torpaq sahəsinin satılmasını bildirsə də həmin torpaq sahəsinin hazırda naturada yerindədir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qətnamə qəbul etmişdir. Cavabdeh Abşeron rayonu Novxanı kəndində 0,1512 ha torpaq sahəsini ona borc pulun əvəzi olaraq vermişdir və həmin torpağa etibarnamə əsasında qanunvercilikdə nəzərdə tutulan bütün səlahiyyətlərdə verilibdir. Lakin buna baxmayaraq cavabdeh açıq aşkar məhkəmədə bildirmişdir ki, həmin torpaq sahəsini başqa birisinə satmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək onun pulunu mənimsəmişdir. Məhkəmə qeyd etmişdir ki, onun tərəfindən heç bir sübut təqdim olunmamışdır. Məhkəmə birtərəfli və qeyri-obyektiv mövqeyini nümayiş etdirməklə işin faktiki hallarına uyğun gəlməyən ədalətsiz bir qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdehə məxsus olan torpağın ona verilməsinə söz verməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən reyestr nömrəsi **********03 olan 0,15 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-ti tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində xx.xx.2008ci il tarixdə **********03 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İşə əlavə olan xx.xx.2014-cü il tarixli AR-İ № 328554 saylı etibarnamədən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-ti tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünün mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə sərəncam verməyi, bağışlamağı, girov qoymağı, kirayə və icarəyə verməyi, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı imzalamağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 1 saylı arayışı almağı, bank əməliyyatlarını aparmağı, o cümlədən bütün idarə, müəssisə və təşkilatlarda adından bütün hərəkətləri etməyi etibar etmiş, həmin etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədədir. İşdə olan məhkəmə qərarlarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 126000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniləcək günə məzənnə üzrə manatla alınıb İddiaçı verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(105)-1787/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(102)- 1943/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa mülki işin materiallarında olan Bakı şəhərı Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(001)-6757/2016 saylı qətnaməsindn müəyyən edilir ki, “xxxx” MMC-dən (direktoru İddiaçı) 47 adda müxtəlif avtomobillərin ehtiyat hissələrinə ******* ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə alınaraq Cavabdeh verilməsi qət edilmiş, Qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12017/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)4250/2018 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları müəyyən edilmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Cavabdeh özünə məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə sərəncam verməyi, bağışlamağı, girov qoymağı, kirayə və icarəyə verməyi, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı imzalamağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, DƏDRX-də 1 saylı arayışı almağı, bank əməliyyatlarını aparmağı, o cümlədən bütün idarə, müəssisə və təşkilatlarda adından bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsi tərəfindən onun təqdim olunmuş etibarnaməni sübut növü kimi qəbul edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, həqiqətən də etibarnamə əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd deyil və həmin etibarnaməyə əsaslanmaqla iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsində göstərilmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göndüyü kimi, mülki qanunverciliyin normasının məna görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı verilmiş etibarnamə sonuncunun ona verilmiş etibarnamə əsasında cavabdehin adından müəyyən edilmiş hərəkətləri etməyi nəzərdə tutur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli AR-İ № 328554 saylı etibarnamədən görünür ki, həmin etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədədir. Həmin etibarnamənin müddəti bitdiyindən ona xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.1-ci maddəsində göstərilmişdir ki, etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, İddiaçı Cavabdeh ona olan borcunun Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əvəz edilməsi barədə dəlilinə gəldikdə məhkəm bu dəlilləri qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçılardan alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)- 3608/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1297/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1297/2021
05.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver