Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1298/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı evdən istifadə hüququnun müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh X1 və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı evdən istifadə hüququnun müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(067)-744/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X9 və X10 xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Cəbrayılov” arvada “Cəbrayılova” soyadı verilmişdir.
2. Tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X11, xx.xx.2006-ci il tarixdə X6, xx.xx.2010-cu il tarixdə X12 anadan olmuşdur.
3. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-146/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X9 arasında 28 iyul 2001-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X7 nikah pozulduqdan sonra İddiaçı himayəsinə verilməsi, iddia ərizəsinin verildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2005-ci ildə anadan olmuş X5, xx.xx.2006-cı ildə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən X3 məxsus 69.5 kv.m sahəsi olan evdə onun üç uşağının - xx.xx-2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X7 yaşamaq hüquqlarının müəyyən edilməsi və onun və uşaqları - xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X7 Xaçmaz şəhəri, Məshəti Gəncəvi küçəsi 19 ünvanda yerləşən X3 məxsus 69.5 kv.m sahəsi olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X9 ilə 28 iyul 2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı quraraq cavabdehə məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçüb orada daimi yaşamışdır. Onların birgə nikahlarından xx.xx.2005-ci ildə bir uşağı (X11), xx.xx.2006-cı ildə bir uşağı (X6) və xx.xx.2010-cu il tarixdə bir uşağı (X12) doğulmuşdur. Hər üç uşaq doğulduqları, cavabdehə məxsus mübahisəli evdə yaşayıb böyüyüblər və hal-hazırda da orada qeydiyyatdadırlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-146/2021 saylı qətnaməsi ilə cavabdehin oğlu X9 ilə iddiaçının arasında 28 iyul 2001-ci il tarixdə bağlanılmış rəsmi nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Cəbrayılov Murad, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X12 iddiaçının yanında qalmış, uşaqların yetkinlik yaş həddinə çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Lakin heç alimenti də ödəməmişdir. İddiaçı cavabdehin oğlu ilə birgə nikahda olduğu dövrdə onun valideynlərinə məxsus evin bir otağı onun sahibliyinə verilmiş, həmin əsasla iddiaçı, cehiz əşyalarını həmin otağa yığıb həmin otaqdan öz əmlakı kimi istifadə etmişdir. Lakin, cavabdehin X20la arasındakı nikah pozulduqdan sonra ev sahibi cavabdeh X8 iddiaçıya həmin evdə yaşamağa imkan verməmişdir. Halbuki, o, cavabdehin oğlu ilə 20 ildir ki, birgə ümumi təsərrüfatı idarə etməklə uşaqlarıyla birlikdə həmin evdə yaşamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edərək iddiaçının və 3 yetkinlik yaşına çatmayan övladlarının həmin evdə yaşamaq hüququnun müəyyən edilməsi və onların həmin yaşayış sahəsinə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-744/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı cavabdeh X8 yazılı etiraz təqdim etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, uşaqlar hazırda onun himayəsindədir və onunla birlikdə yaşayırlar. Xaçmaz Rayon Məhkəməsi haqlı olaraq bu mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərini tətbiq etmişdir. Belə ki, ünvan 6 ünvanında yerləşən mübahisəli ev onun mülkiyyətindir. X20 iddiaçı ilə 28 iyul 2001-ci ildə nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edliməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnun təminatçısıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəçi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, qardaşı ilə birgə hazırda babasının evində yaşayırlar və anasının babasına məxsus evə köçürülməsinə etiraz edir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı:
2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
22. Məhkəmə kollegiyası işin hallarının araşdırılması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verərək, Xaçmaz şəhəri, Məhsəti Gəncəvi küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin, o cümlədən həmin fərdi yaşayış evinin hazıradək kimlərin mülkiyyətində olması və mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
23. Məhkəmənin sorğusuna cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.1989-cu il tarixli, 673 nömrəli qeydiyyat vəsiqəsinə (Xaçmaz rayonu XDS İK-nın xx.xx.1985-ci il tarixli, 15 nömrəli qərarı ilə) və 1989-cu il tarixli texniki pasporta əsasən qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı Xaçmaz şəhəri, Məhsəti Gəncəvi küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinə gəlin köçərkən həmin ev cavabdehin xüsusi mülkiyyətində olmuşdur.
24. X9 və X10 xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və iddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamışdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2001-ci ilin iyul ayında yaranmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən isə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
27. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarına əsasən hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibəti 2001-ci ilin iyul ayında yarandığından mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir.
28. Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
30. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
31. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün onunla cavabdeh arasında notarial qaydada təsdiq edilmiş yazılı razılaşma bağlanmamışdır. Belə olan halda, iddiaçı tərəfin fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır.
32. Məhkəmə kollegiyasının iclasında yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü X11 qardaşı ilə birgə babasının (cavabdehin) evində yaşadığını bildirmiş və anası (iddiaçı) tərəfindən qaldırılmış iddianı müdafiə etməmişdir.
33. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün qanunda konkret şərtlər nəzərdə tutulmuşdur və qeyd edilən şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmədiyindən, onun yaşayış sahəsində 20 ildən çox yaşaması istifadə hüququnun yaranması üçün əsas deyildir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-744/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.