Məhkəmə qərarları › İş №2(105)-1304/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1304/2024

17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1304/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilən şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə icasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının soyadı:Allahverdiyeva, adı:Bəsti, ata adı:Davud qızı doğum tarixi:xx.xx.1957-ci il, doğum yeri:Azərbaycan Respublikası, Oğuz rayonu, atasının tam adı:X2, atasının milliyyəti:ləzgi, anasının tam adı:X1, anasının milliyyəti:ləzgi qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınması faktını müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Əli Cəlilov). Ərizəçi həmin qərardaddan şikayəti vermişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadı ilə Ərizəçi Qusar Rayon Məhkəməsinin 2(029)-388/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından verilmiş şikayət ərizəsi elektron qaydada imzalanmadığından və elektron qaydada məhkəməyə göndərilmədiyindən həmin şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Ərizəçi vəkili Vəkil Qusar Rayon Məhkəməsinin 2(029)-388/2024 saylı 20 may 2024cü il tarixli qərardadından şikayət vermiş, həmçinin qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi vəkili Vəkil ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı xx.xx.2024-cü il tarixdə Qusar rayon Məhkəməsinin 2(029)-388/2022 saylı iş üzrə xx.xx.2024-cü tarixli qərardadından şikayət vermişdir. Ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin əvvəlki praktikasını nəzərə alaraq şikayəti 30.05.202 cü il tarixdə adi poçt vasitəsilə təqdim etmişdir və məhkəmədən “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının tətbiqinin istisna edilməsini xahiş etmişdir. Lakin Qusar rayon Məhkəməsinin 2(029)- 388/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmiş və şikayətin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qət edilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, şikayət elektron qaydada imzalanıb, elektron qaydada məhkəməyə göndərilməmişdir. Hazırda Qusar rayon Məhkəməsinin 2(029)- 388/2022 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından ərizəçinin vəkili olaraq şəxsi kabinetindən istifadə etməklə elektron qaydada şikayət verir. Ərizəçi Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2022 saylı qərardadından elektron qaydada olmasa da, qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yazılı qaydada (adi poçt vasitəsilə göndərməklə) şikayət verib. Bununla da ərizəçi məhkəmənin həmin qərardadından razı olmadığına dair öz iradəsini ifadə etmişdir, həmçinin o, şikayəti qanunvericilikdə nəzərdə tutulan müddətdə vermişdir. Ərizəçinin Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2022 saylı qərardadından qanunvericiliklə nəzərdə tutulan müddətdə adi poçt vasitəsilə şikayət verdiyi nəzərə alınaraq həmin qərardaddan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulan buraxılmış prosessual müddət üzürlü hesab edilməlidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Ərizəçi vəkili Vəkil Qusar Rayon Məhkəməsinin 2(029)-388/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından apellyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəbdən buraxıldığından bərpa edilməsi, Ərizəçi vəkili Vəkil Qusar Rayon Məhkəməsinin 2(029)-388/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi vəkili Vəkil Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadından verilmiş şikayəti müdafiə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qusar Rayon Məhkəməsi buraxılmış prosessual müddəti üzrlü hesab edib bərpa etsə də mübahisələndirilən, yəni xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 saylı qərardaddan verilmiş şikayətə heç bir münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini yerinə yetirmədən, qərardaddan verilmiş şikayətə heç bir münasibət bildirmədən işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir. Qeyd olunan hal hazırkı şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-388/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar