Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1308/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X5rşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, tibb işçilərinin sertifikasiyası, peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Rəcəbov Samı̇ r Hakı̇ m oğlunun cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" publı̇ k hüquqi şəxsinə qarşı "əmrin ləğv edilməsi və işə bərpa" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrinin ləğv edilməklə həmin müəssisənin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 406-K nömrəli əmri ilə həmin xəstəxananın poliklinika şöbəsində 1.0 ştat vahidi həkim-stomatoloq vəzifəsinə təyin edilmişdir. Həkim stomatoloq ixtisası üzrə iş təcrübəsi isə 2012-ci ildən başlayır. Həmin vəzifədə işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və heç bir intizam cəzası almamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri ilə onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022ci il tarixli elektron məktubu göstərilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri qanunsuzdur və ona görə həmin əmr ləğv edilməklə o, əvvəlki işlədiyi poliklinika şöbəsinin stamotologiya bölməsinin həkim-stamotoloqu vəzifəsinə işə bərpa olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. O, xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından hər iki nəticə üzrə, yəni test suallarının nəticələri üzrə keçid balı 40 olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə keçid balı 16 olduğu halda 23 bal toplamışdır. Göründüyü kimi, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi halda xx.xx.2022-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanından zəruri keçid balı toplamışdır
3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan Əmək Məcəlləsinin 67- ci maddəsinin 1-ci bəndinin tələbləri hazırkı mübahisənin həllinə tətbiq edilməli olmasına baxmayaraq, həmin Məcəllənin 67-ci maddəsinin 2-4-cü bəndlərinin tələbləri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, hazırkı halda işçinin başqa işə keçirilməsi haqqında attestasiya komissiyasının tövsiyyəsi olmamış, iş yerlərinin kütləvi şəkildə ixtisar edilməsinə, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi hallarına yol verilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin (c) bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Sertifikasiya ilə bağlı kəsilən şəxslər barədə “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 göndərilmiş xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, Sertifikasiyadan təkrarən keçə bilməyən stomatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli və bununla əlaqədar müvafiq tədbirlər görülərək Səhiyyə Nazirliyinə məlumat verilməlidir. Ona görə də, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmr əsasında “Qusar RMX” X7 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə görə Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin qeyd hisəssinə görə də bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İddiaçının xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından test suallarının nəticələri üzrə 40 keçid balı olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə 16 keçid balı olduğu halda 23 bal toplaması hazırkı işə heç bir aidiyyəti yoxdur və bu başqa mübahisə predmetinin mövzusudur.
5. “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrdən görünür ki, “Qusar RMX” X7 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir.
6. 0480017 nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 67-ci maddəsinin 5ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir.
7. xx.xx.2022-ci il tarixli Sertifikasiya imtahan nəticələrindən görünür ki, iş nömrəsi ******* olan şəxs keçid balı 40 olan test suallarının nəticələri üzrə 57 bal, keçid balı 16 olan kliniki tapşırıların nəticələri üzrə isə 23 bal toplamışdır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AH 044696 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 15 aprel 2022ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
9. “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 1245/07-22 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə keçirilən test imtahanında qeyri-məqbul nəticə göstərmişdir. Bu səbəbdən də, İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli, 1785/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. İddiaçı peşə hazırlığı keçmək üçün həmin X7 xx.xx.2021-ci il tarixli, 1867/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək ixtisası üzrə kurs keçmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Kurs keçdikdən sonra xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanından təkrar keçə bilmədiyi üçün Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu əsas tutularaq onunla bağlanmış əmək müqaviləsinə “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir.
10. “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli, 1785/21 nömrəli əmrinin surətindən görünür ki, həmin X7 Stomatologiya bölməsinin həkimstomatoloqu İddiaçı xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır.
11. Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 ünvanlandığı bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə test imtahanı keçirilmişdir. Həmin publik hüquqi şəxsdə stomatoloq işləyən İddiaçı 38 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir.
12. “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli, 1867/21 nömrəli əmrinin surətindən görünür ki, həmin X7 Stomatologiya bölməsinin həkimstomatoloqu İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə uyğun olaraq “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir.
13. Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 ünvanladığı bildirişdən görünür ki, nazirlik tərəfindən həmin X8 bildirilmişdir ki, sertifikasiyadan təkrarən keçə bilməyən stomatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1- ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Bununla əlaqədar müvafiq tədbirlər görərək Səhiyyə Nazirliyinə məlumat verilməsi xahiş olunmuşdur.
14. 16 may 2022-ci il tarixli, 2022-17764 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayışdan görünür ki, İddiaçı və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən ünvanlanmış rəsmi məktubuna əsasən xx.xx.2022-ci il tarixində, 15:30-16:00 saatlarında keçirilən (işə bərpa olunması tələbinə dair) ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X7ə qarşı işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilib, “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2022-ci il tarixli, 327 saylı əmri ləğv edilərək İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin-həkimlərin həmin fəaliyyətlə məşğul olmaları ilk öncə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sertifikasiyadan keçməklə 5 il müddətinə həmin fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər və bundan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müvafiq əmək müqaviləsi əsasında tibb müəssisələrində çalışırlar. Müvafiq tibb müəssisələrində işləyən həkimlər sertifikasiyadan keçmədikdə onların iş yeri 6 ay müddətində saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçməyə cəlb edilir və onlara 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları verilir. İmtahanlarda iştirak etmək üçün müraciətlərin sayı isə dəqiq müəyyən olunmamış və hər hansı sayla məhdudlaşdırılmamışdır.
17. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının iş yerini 6 ay müddətində saxlamaqla onu işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmişdir. Bununla da, cavabdeh tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, o cümlədən iddiaçının əmək hüquqları pozulmuş, həmin şəxsin 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır.
18. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmri həm də özünün xx.xx.2021-ci il tarixli əmrinə zidd olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının iş yeri 6 ay müddətinə saxlanılmışdır və həmin müddət keçmədən əmək müqaviləsinə xitam verilə bilməzdi.
19. Məhkəmə, həmçinin cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Səhiyyə Nazirliyinin tapşırığına əsasən xitam verilməsi barədə dəlillərini qanuni və əsaslı hesab etməyərək bildirmişdir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası hər hansı nazirliyin göstərişi ilə deyil, yalnız qanunla və Əmək Məcəlləsi ilə müəyyən olunur.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 67, 67-1, 287, 292(1), 295, 300(1)-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 saylı Qərarının 5.1, 5.2, 6.1, 6.2-ci bəndlərinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
21. Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)- 637/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmr əsasında “Qusar RMX” X7 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifıkasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur.“Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 49-1-ci maddəsinin 6 və 7-ci bəndləri, Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndi, 67-1-ci maddəsinin 5-ci bəndi, 70-ci maddəsinin “c” bəndlərinə görə sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hisəssinə görə də bu maddənin “c” bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Birinci instansiya məhkəməsi isə hüquq normalarını düzgün tətbiq etməmiş və belə bir səhv nəticəyə gəlmişdir ki, işə götürən İddiaçı işdən azad etmək üçün, guya xx.xx.2021-ci il tarixdən sonrakı 6 ay müddəti mütləq gözləməli və həmin müddət tamam olmadan işçini işdən çıxarmamalı idi. Halbu ki, yuxarıda qeyd olunan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun və eləcə də Əmək Məcəlləsinin qeyd olunan hüquqi normalarında da açıq şəkildə göstərilir ki, işçinin sertifikasiyadan keçmədikdən sonra, iş yerinin saxlanıldığı 6 ay müddətində sertifikasiyadan təkrarən keçməməsi faktı, onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması üçün hüquqi əsasdır və sertifikasiyadan təkrarən keçməyən işçilərin işdən azad edilməsi üçün 6 ay müddətin gözlənilməsinə heç bir ehtiyac yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(105)-2023/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il qətnaməsi ilə (hakimlər Telman Quliyevin sədrliyi və məruzəsi ilə, Gülnarə Tağızadə və Lətifə Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(102)- 1205/2023 nömrəli Qərarı ilə cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X7 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2023/2023 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin sertifikasiyadan təkrar keçməmiş işçinin işdən azad edilməsini onun işdən kənarlaşdırıldığı müddətin sonuna istinad etməklə qanunsuz hesab etməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə zidd olmuşdur.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
29. Etiraz onunla əsaslandırılmışdır ki, o, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunsuz və əsassızdır, ona görə də həmin şikayət təmin edilməməlidir. Etirazın dəlili olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə bağlı hallar sadalanmışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
30. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
31. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 67(1). Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67-1(1). Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Maddə 67-1(5). Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə.
Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
34. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
35. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmişdir) Bənd 6.1. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Bənd 6.2. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etmişdir.
27. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək birinci instansiya məhkməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı mövqeyini aşağıdakı şəkildə əsaslandırır:
28. Məhkəmə kollegiyiası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə keçirilən test imtahanında qeyri-məqbul nəticə göstərmiş, bu səbəbdən, xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ixtisası üzrə peşə hazırlığı kursu keçmək üçün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. İddiaçı xx.xx.2021ci il tarixdə keçirilən sertifikasiya imtahanından da keçməmişdir.
30. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir.
31. Birinci instansiya məhkəməsi “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə və Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsində istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh özünün xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının iş yerini 6 ay müddətində saxlamaqla onu işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmişdir. Bununla da, cavabdeh tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, o cümlədən iddiaçının əmək hüquqları pozulmuş, həmin şəxsin 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
33. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər)... dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər... Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
34. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsi isə nəzərdə tutur ki, sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
35. Göründüyü kimi qanunvericilik ilk dəfə sertifikasiyadan keçmədiyinə görə müəyyən müddətə işdən kənarlaşdırılan işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilməsini işçinin işdən kənarlaşdırıldığı müddətdən deyil, təkrar sertifikasiyanın nəticəsindən asılı etmiş, işçinin sertifikasiyadan təkrarən keçməməsini onunla əmək müqaviləsinə xitam verilməsi üçün birbaşa əsas kimi müəyyən etmişdir.
36. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə keçirilmiş imtahanda sertifikasiyadan təkrarən keçməmişdir. Bununla da işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yaranmışdır. İddiaçının sonradan, yəni üçüncü dəfə –xx.xx.2022-ci il tarixdə sertifikasiyadan keçməsi həmin qanuni əsasın aradan qalxması kimi qiymətləndirilə bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sertifikasiyadan təkrar keçməmiş işçinin işdən azad edilməsini onun işdən kənarlaşdırıldığı müddətin sonuna istinad etməklə qanunsuz hesab etməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə ziddir.
38. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" publı̇ k hüquqi ninisxəş̇ nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Rəcəbov Samı̇ r Hakı̇ m oğlunun cavabdeh "Qusar Rayon Mərkəzi "isanaxətsəẊ publı̇ k hüquqi ənisxəş̇ qarşı "əmrin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.