Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1309/2025 26.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi və qanunsuz əməllərə son qoyulması tələbinə dair mülki iş üzrə (mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər və sübutetmə vəzifəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-27/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Şamaxı şəhəri Qanlı 20 Yanvar küçəsi, ev 38 a, yeni qaydalarla ünvan 1 ünvanında 0,01651 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 88,3 kv.m. olan fərdi yaşayış evi vardır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli, 3-16-16/2-10/10197/2024 saylı ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2-2967/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi 192 kv.m təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, ona məxsus 165,1 kv.m torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 kv.m torpaq sahəsinin xaricində yerləşir. Mübahisə predmeti olan 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə (cavabdehin fərdi yaşayış evinə doğru) inşasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, yeni hasarın inşa olunduğu torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 m2 torpaq sahəsinin xaricində yerləşir. Apellyasiya icraatı zamanı əldə edilmiş:
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6630 nömrəli ekspert rəyində göstərilir ki, qərardadın 1 və 2-ci suallarında göstərilən məsələlər məhkəmə tikinti-texniki ekspetin səlahiyyətlərinə aid olmadığından suallarda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır. Qərardadın 3-cü sualı üzrə- Şamaxı rayonu, Şamaxı şəhəri, 20 yanvar küçəsində yerləşən mübahisəli su çənin iddiaçı ilə cavabdehin arakəsmə divarının üzərində yerləşmədiyi, tədqiq olunan su çəninin plastik materialdan olmaqla, yerdən 2.4 metr hündürlükdə cavabdehə məxsus həyətyanı torpaq sahəsində quraşdırılmış talvarın alt hissəsinə bərkidilmiş metal künclüklər üzərində quraşdırıldığı müəyyən edilmişdir. Baxış zamanı həmin çəndən su axması müəyyən edilməmişdir. İddiaçının həyətyanı sahəsinin talvar olmayan hissəsində hasarın üzərində nəmişlik olduğu müşahidə edilmişdir. (baxış keçirilən tarixdə hava şəraiti yağmurlu idi) Qərardadın dördüncü sualında göstərilən məsələnin həlli üçün xüsusi biliy tələb olunmadığından sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın beş və altıncı sualları üzrə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümurniləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Bu səbəbdən də suallar üzrə tədqiqat aparılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evinin həyətində onun evinin həyətinə baxan hissəsində 1 metr aralıda onun hesabına divarın çəkilməsi, mülkiyyətində olan evinin üzərində cavabdehin qurduğu dəmir rəfin sökülüb, dəmirləri onun evinin yanından uzaqlaşdırılması, aralarında olan divarın üstündən çənin götürülməsi, cavabdehin onlara qarşı dediyi təhqir, tənqid və eyhamlara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. O və qardaşı Şamaxı şəhəri, Qanlı 20 Yanvar küçəsi 38 (yeni qaydalarla 52) saylı evdə qeydiyyatdadırlar, həmin ünvanda öz ailələri ilə yaşayırlar. Yaşadığı ev xüsusi mülkiyyət olmaqla, ümumi sahəsi 65,2 kv.metr, torpaq sahəsi isə 0,0172 hektardır. Bacısı Rima onun xeyrinə, digər bacısı Həcər isə Vaqifin xeyrinə imtina etməklə, valideynlərindən qalan ev onlar arasında bərabər paylara bölünmüş, evin və həyətin 1/2 hissəsinə mülkiyyət hüququ yaranmışdır. Payların 1/2 hissəsinə mülkiyyət hüququ yaranmasına baxmayaraq, onlar təxmini olaraq evlər arasında mişar daşı ilə divar tikdirmişlər. Vaqifin onlara pis münasibət bəsləməsi səbəbindən, münasibətləri pozulmuş, hətta ziddiyyətlidir. Fikirləşirdi ki, birbirlərini görməz, nə də, arada söz-söhbət olmaz. Vaqif onun evinin divarı üzərində rəflər qurub, ağır dəmirləri orada saxlayır, pəncərəsinin qarşısına dəmir təbəqə tutulmaqla, evdən istifadəsinə imkan vermir. Dəmir təbəqədən yağış yağış evə axır, sular evin divarını yararsız hala salır. Dəfələrlə xahiş etmişdir ki, bu dəmir təbəqini çıxarsın. Lakin, cavabında söyülüb, eyhamlar, hətta “nə edirimsə əcəb edirəm, get kimə deyirsən de” sözlərini eşitmişdir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müharibə veteranıdır, şəkər xəstəsidir, Vaqifin bu hərəkətləri onun vəziyyətinin gündən-günə pisləşməsinə səbəb olur. Artıq onun bu hərəkətlərinə dözə bilmir. Onun evinin artıq yaşamaq üçün yararsız hala düşübdür. Cavabdehin bu hərəkətlərinə son qoyulmalıdır. Divarın üstünə su çəni qoyulub, çəndən axan su həyətini pis vəziyyətə qoyur. Əvvəl də, məhkəməyə müraciət etmişdir, sonradan sənədlərini geri götürdü ki, bəlkə cavabdeh öz hərəkətlərinə son qoyar, lakin belə olmadı, bu hərəkətləri davam edir, indi də, çəni onun divarının üstündə yerləşdirib. Evinin Vaqifin həyətinə düşən hissəsində aralıdan divar tikilərsə; Vaqif tərəfindən onun evinə vurulan ziyanın qarşısı alınar. Əvvəliki məhkəməyə müraciətində iş üzrə təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəyində də göstərilir ki, 65 kv.metr sərbəst torpaq sahə var. Mütəxəssis deyir ki, bu sahə kiçik hissələrə bölünə bilməz. Bu məsələnin ən asan həll yolu var. Belə ki, 65 kv. metr torpaq sahəsinin hesabına yarım və ya bir metr aralıda divar çəkilərsə, bu da təxminən 10-15 kv.m. təşkil edir. Həmin divarın çəkilməsi evini cavabdehin hərəkətlərindən qoruyacaq, bundan sonra aralarında mübahisə qalmayacaqdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-27/2025 nömrəli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia qismən təmil edilmiş: - Şamaxı şəhəri, 20 Yanvar küçəsində yerləşən İddiaçı ilə Cavabdeh yaşadıqları ünvanda olan faktiki sərhəd hasarından bir metr məsafədə, Cavabdeh fərdi yaşayış evinə doğru, 13 metr uzunluğunda, 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının İddiaçı hesabına çəkilməsi, - İddiaçı məxsus evin üzərində Cavabdeh tərəfindən qurulmuş dəmir rəfin sökülməsi, dəmirlərin iddiaçının evinin yanından uzaqlaşdırılması və sərhəd hasarının üzərində olan su çəninin götürülməsi, - Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərcinin Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il qeydiyyat tarixli **********39-10301 reyestr nömrəli çıxarışa əsasən, ümumi sahəsi 88,3 kv.m. olan fərdi yaşayış evi və 0,01651 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus evin əsas divarında ağır dəmir konstruksiyalar yerləşdirilməklə, dəmir rəflər düzəldilmiş və eyni zamanda, iddiaçıya məxsus olan evə işıq düşən yeganə pəncərəsinin qarşısını dəmir təbəqə ilə örtməklə, cavabdeh tərəfindən, tərəflərin evləri arasında olan 1.2-1.5 metr məsafədə saxlanc yeri düzəldilmişdir. Həmçinin, cavabdehə məxsus su çəni də, iddiaçının divarı üstünə yerləşdirilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 kv.m. torpaq sahəsinin xaricində yerləşir. Eyni zamanda, ekspert rəyi ilə 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə inşasının texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Cavabdeh isə iddiaya qarşı etirazını bildirsə də, etirazının əsası kimi dəlillərini məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə yuxarıdakı nəticəyə gəlmişdir.
8. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2025-ci il tarixli, 3-16-16/2-10/10197/2024 saylı ekspert rəyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-41/2-2967/2024 nömrəli mütəxəssis rəyinə istinad etsə də həmin rəylər iddiaçının yazdıqlarını təsdiq etməmişdir. Belə ki, 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-41/2-2967/2024 nömrəli mütəxəssis rəyində yazılmışdır ki, “İddiaçı iddia etdiyi sərbəst qalan 65 kv.m torpaq sahəsində divarın çəkilməsinin mümkünlüyünün tikinti-texniki normalarına uyğunluğunu və həmin divarın çəkilməsi Cavabdeh hər hansı məhdudiyyət yaradıb-yaratmamasını müəyyənləşdirmək yerquruluşu mütəxəssisinin səlahiyyətləri daxilində deyildir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2025-ci il tarixli, 3-16-16/2- 10/10197/2024 saylı ekspert rəyində yazılmışdır ki, “Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 kv.m torpaq sahəsinin xaricində yerləşir. Mübahisə predmeti olan 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə (cavabdehin fərdi yaşayış evinə doğru) inşasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir.” Qeyd edir ki, həmin sərhəd hasarının çəkilməsi texniki cəhətdən mümkün ola bilər, amma bu onlar üçün məhdudiyyət yaradacaqdır. Göründüyü kimi məhkəmə birtərəfli mövqe tutaraq ekspert rəyində hansısa bir hasarın çəkilməsinin texniki cəhətdən mümkünlüyünü vurğulamış, lakin bu halın onun hüquqlarını pozub-pozmayacağı barədə qətnamədə heç nə yazmamışdır. Qətnamədə guya cavabdeh olaraq onun heç bir sübut təqdim edə bilməməsi kimi ümumi sözlər yazılmışdır. Bununla da onun əsaslandırılmış etirazı, izahatı və təqdim etdiyi sübutlar barədə qətnamədə heç nə yazılmaması Şamaxı Rayon Məhkəməsinin iş üzrə maraqlı şəxs olmasını təsdiq etmişdir. Ekspert rəyləri ilə təsdiq olunub ki, İddiaçı istifadəsində olan torpaq sahəsi 8.8 kv.m artıqdır. Digər tərəfdən su çəninin yerləşdiyi divar isə ona məxsusdur. Bundan başqa, apellyasiya şikayətinə daxil etdiyi fotoşəkillərdən görünür ki, iddiaçının evinin pəncərəsi onun həyətinə açıldığı üçün dəfələrlə xəbərdarlıq etsə də heç bir ölçü götürmədiyindən həmin pəncərələrin ona aid hissədə kənardan qarşısı bağlanıb. Məhkəmənin qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4-cü maddələrinə formal istinadlar etməsi əsassızdır. Çünki, o iddiaçıya hər hansı formada maneə yaratmamış və iddiaçı bunu sübut edə bilməmişdir. Bundan başqa iddiaçı eyni iddia tələbi ilə bundan əvvəl də Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin əvvəlki iş üzrə ekspert və mütəxəssis rəylərinə görə onun eyni xarakterli iddiasının təmin olunmayacağını görüb iddiasını geri götürmüşdür. Bu səbədən iş üzrə icraata xitam verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, eyni tərəflər arasında, eyni predmetə aid eyni əsaslarla məhkəmə mübahisəsi olmuş və iddiaçı iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Bu qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, əvvəllər iddiaçının evi ilə onların evi arasında məsafə var idi. Torpaq sahələri arasında arakəsmə divarı mövcud idi. İddiaçı sonradan evini arakəsmə divarına qədər artırmışdır. Artıq evlər arasında məsafə qalmadığından yağış suyu hər iki həyətə ziyan vurur. Yağış sularının evə ziyan vurmasının qarşısını almaq üçün evin damından bir qədər artıq hissədə dəmir şit quraşdırmışdı. İddiaçı tərəf bildirdi ki, həmin dəmir şit onların həyətinin ərazisinə düşür. Bu səbəbdən atası həmin dəmiri də kəsməli oldu. Hazırda iddia olunan dəmir şitlər cavabdehin öz ərazisindədir. Evin çardağından asılıb. İddiaçı tərəf onların həyətinə pəncərə açdığından həmin yerdə dəmir şit quraşdırmışdır. Hazırda evlər arasında boş ərazi olmadığından orada hasarın çəkilməsinə etiraz edir. Çünki hasar yalnız onun torpaq sahəsində çəkilə bilər ki, bu yolverilməzdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iş üzrə verilmiş ekspert rəyini qəbul etmir. Belə ki, ekspert rəydə qeyd edib ki, tədqiqat zamanı hava şəraiti yağışlı olmuşdur. Halbuki həmin vaxt mübahisəli su çəni olan ərazi nəm, açıqda olan qalan ərazilər isə islanmamışdır. Buna səbəb su çənindən su axması olmuşdur. Yəni yağış suyu olsa, digər açıq ərazilərdə nəm olmalı idi. Bundan başqa cavabdeh tərəf ekspert gəlməzdən öncə həm su çəninin yerini dəyişdirmiş, həm də dəmir şitlərin vəziyyətini dəyişmişlər. Cavabdeh usta olduğundan bu kimi işləri rahat icra edə bilir. Hazırda iddiaçının tələbi torpaq sahəsi ilə bağlı deyil. Onlar mülkiyyətlərinin-evin müdafiəsindədirlər. Belə ki, həm su çəni, həm də ki, arada quraşdırılmış dəmir şitlər iddiaçının evinə ciddi ziyan vurur. Evdə ciddi şəkildə nəmişlik yaranmışdır. Yağış yağanda evi su basır. Nəticədə evin divarında ciddi çat yaranmışdır. Cavabdehin evinin çardağının ayağı, iddiaçının evinin damına qoyulub. Bütün bu vəziyyətə son qoyulması mütləqdir.Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.” 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır . 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır
Maddə 173. Çıxıntılı binalar 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.”
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator qətnamənin tam ləğvini xahiş etsə də, əslində iddianın təmin olunan hissəsini mübahisələndirmişdir.
17. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-27/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə (təmin olunan hissədə) yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmuş hissəsində) ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilməməlidir.
19. Baxılan işdən bəlli olur ki, hazırkı iddia tələbi 3 hissədən ibarət olmaqla, faktiki olaraq iki qonşu torpaq sahəsi arasında iddiaçının hesabına hasarın çəkilməsi, iddiaçıya məxsus evin üzərində Cavabdeh tərəfindən qurulmuş dəmir rəfin sökülərək ərazidən uzaqlaşdırılması və sərhəd hasarının üzərində olan su çəninin götürülməsi barədədir.
20. Araşdırılan iş üzrə tərəflərin qohum olmaqla yanaşı, faktiki vəziyyətdə qonşu olmaları işin mübahisəsiz halıdır. İddiaçı bəyan edir ki, tərəflər arasında qohumluq münasibətləri pozulmuşdur. Valideynlərdən qalan miras əmlak-ev üzərində onların bərabər payları müəyyən edilmişdir. Faktiki olaraq ayrı-ayrı evlərdə yaşayırlar. Cavabdeh onun evinin divarı üzərində dəmir rəflər qurub, ağır dəmirləri orada saxlayır, pəncərəsinin qarşısına dəmir təbəqə tutulmaqla, evdən istifadəsinə imkan vermir. Dəmir təbəqədən yağış yağış evə axır, sular evin divarını yararsız hala salır. Divarın üstünə su çəni qoyulub, çəndən axan su həyətini pis vəziyyətə qoyur. Cavabdeh isə iddia tələbinə etiraz edir.
21. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə həll edilərkən, yəni iddiaçının mülkiyyətdən istifadə etmək hüququna müdaxilənin olub-olmadığı məsələsi araşdırılarkən, ilk növbədə şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərindəki hava məkanı da həmin şəxsin mülkiyyətinə aid olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
23. Göründüyü kimi, Azərbaycan Respublikasında torpaq sahəsinin mülkiyyətçisinin həmin sahənin üzərindəki hava məkanına dair mütləq (tam) hüququ yoxdur, çünki qanunvericilik yalnız istifadə etmək imkanından bəhs edir.
24. Belə olan halda, Cavabdeh mülkiyyətində olan binanın divarında quraşdırılmış avadanlıqların iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olması (o cümlədən cavabdehə məxsus torpaq sahəsində quraşdırılmış talvarın alt hissəsindəki su çəninin) belə qənaətə gətirməməlidir ki, həmin avandanlıqlar mütləq çıxarılmalıdır. Əksinə, bu avadanlıqların torpaq sahəsinin sahibi üçün bu sahənin üstündə olan hava məkanından istifadəsinə maneələr törədib-törətməməsi məsələsi araşdırılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı cavabdeh tərəfindən qoyulmuş avadanlıqların onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneənin həqiqətən də onun hüquqlarını pozmasına dair hər hansı bir sübutları məhkəməyə təqdim edə bilməmişdir.
26. Belə olduğu halda, qeyd olunan avadanlıqların (su çəninin, dəmir rəfin) cavabdehə məxsus talvarın altında yerləşməsi və binanın divarında ağlabatan hündürlükdə yerləşməsi, hazırkı vəziyyətdə faktiki olaraq torpaq sahibinin hüquqlarını pozmur, torpaq sahəsinin istifadəsinə mane olmur, təhlükə və ya zərər riski daşımır.
27. Kollegiya, iddia tələbinin cavabdehin həyətində, onun evinin həyətinə baxan hissəsində 1 metr aralıda öz hesabına divarın çəkilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə də razılaşmır.
28. Belə ki, baxılan iş üzrə təyin edilmiş ekspert (MEM–in 27 may 2025-ci il tarixli, 3-16- 16/2-10/10197/2024 saylı) rəyində göstərilir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi 192 kv.m təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, ona məxsus 165,1 kv.m torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan 165,10 kv.m torpaq sahəsinin xaricində yerləşir.
29. Rəydə həmçinin qeyd olunmuşdur ki, yeni hasarın inşa olunduğu torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 kv.m torpaq sahəsinin xaricində yerləşir.
30. Beləliklə, işin hallarından, həmçinin ekspert rəyindən görünür ki, hasarın çəkilməsi tələb olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində olması müəyyən edilməmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin oluna bilməz.
31. Sadalananları ümumiləşdirərək kollegiya qeyd edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
32. Kollegiya hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pulun 100 manatı iddiaçıya, 100 manatı isə cavabdehə aid edilməlidir.
33. Qeyd edilənlərə ümumiləşdirəm məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 386 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-27/2025 nömrəli qətnaməsi qismən (mübahisələndirilən hissədə), yəni - Şamaxı şəhəri, 20 Yanvar küçəsində yerləşən İddiaçı ilə Cavabdeh yaşadıqları ünvanda olan faktiki sərhəd hasarından bir metr məsafədə, Cavabdeh fərdi yaşayış evinə doğru, 13 metr uzunluğunda, 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının İddiaçı hesabına çəkilməsi; - İddiaçı məxsus evin üzərində Cavabdeh tərəfindən qurulmuş dəmir rəfin sökülməsi, dəmirlərin iddiaçının evinin yanından uzaqlaşdırılması və sərhəd hasarının üzərində olan su çəninin götürülməsi və ekspertiza xərcinin cavabdehə aid edilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) (100+100) manat pulun 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.