Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1312/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpiyin Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə idarə etdiyi “BMW 525 i” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunda hərəkət edərkən X3 məxsus, "xxxx" Sığorta Şirkətində avtonəqliyat vasitələrinin Könüllü Sığorta növü ilə sığortalanmış “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin 252690 saylı inzibati tənbəh vermə haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablama aktına uyğun olaraq, “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə 4260 (dörd min iki yüz altmış manat ziyan dəymişdir. 09 dekabr 2013-cü il tarixli 002312 saylı sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti ümumi zərər məbləğindən müqavilə üzrə nəzərdə tutulmuş 300 manat azadolma çıxılmaqla 3960 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin avtomobili "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalı olduğundan qanunvericiliklə müəyyən olunmuş qaydada "xxxx" ASC tərəfindən 2315,69 manat sığorta ödənişi "xxxx" Sığorta Şirkətinə ödənilimşdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, ümumi zərər məbləğindən 300 manat azadolma məbləği və mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçı tərəfindən ödənilmiş 2315,69 manat çıxılmaqla (4260-300- 2315,69=1644,31) qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" sığorta şirkətinə dəymiş 1644,31 ( bir min altı yüz qırx dörd otuz bir qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə 2013-cü il tarixdə baş vermişdir. Həmin müddətdə sığota ödənişlə bağlı ona heç bir məlumat verməmişdir. O, ancaq həmin vaxt qanuna uyğun olaraq BYP 252690 nömrəli, xx.xx.2013-cü il tarixli protokol əsasında İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin, "xxxx" Sığorta Şirkəti ASC məhkəməyə qaldırdığı iddiasında özü ilə digər avtomobilin sürücü arasında bağlanmış sığorta müqaviləsinə istinad etmişdir. Həmin müqavilə tərəflər arasında 2013-cü il tarixdə bağlanmışdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25 okyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi E.H.Rəhimov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, sığorta şirkəti tərəfindən ödənilən zərərin, cavabdehin hərəkətlərindən əmələ gəlməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2013-cü il tarixli 1887 saylı “sığorta akt”ından müəyyən edilir ki, 29 dekabr 2010-cu il tarixində X4 məxsus “Chevrolet Cruze” makralı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixə qədər 15300 manat məsuliyyət həddi dəyərində sığorta edilmiş, sığorta hadisəsi xx.xx.2013-cü il tarixdə Bakı-Quba yolunda avtonəqliyyat vasitəsi idarə edilərkən “BMV 525İ” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, zərbədən həmin avtomobil “Mercedes Benz 230” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Chevrolet Cruze” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, xx.xx.2013-cü il tarixli nöqsan aktına əsasən, 4260 manat məbləğində hesablanmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli X7 surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən R.Ə.Bayramova 3960 manat sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olan “inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” BYP № 252690 saylı, xx.xx.2013-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “BMVV” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə ara manevri düzgün keçmədiyi üçün İXTM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinətək 40 manat cərimə edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat Vasitələrinin sığorta Şəhadətnamə”sinin surətindən görünür ki, R.Ə.Bayramov mülkiyyətində olan “Cehvrolet Cruze” minik markalı nəqliyyat vasitəsini xx.xx.2010-xx.xx.2013-cü il tarixə kimi "xxxx" Sığorta ASC-də sığorta elətdirmişdir. İşdə olan “General Motors”un preyskurantından görünür ki. “Chevrolet Cruze” minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 4260 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan SMS, məhkəmə bildirişlərin kötüyündən və məhkəmə iclas protokolundan müəyyən olunur ki, Cavabdeh məhkəmə iclasların yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş, məhkəmə prosesində iştirak edərək, iddianın qəbul edilməməsini bildirmişdir. (i.v.76, 81, 87-88). Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 25 oktyabr 2021-ci il tarixli 2(060)-5219/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1312/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1312/2022
13.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver