Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1312/2023 01.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızına qarşı mülki iş üzrə (Açar sözlər: aliment ödəməkdən azad etmə və aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə İddiaçı nümayəndə və vəkili Vəkil, cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızının iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun himayəsinə verilməsini nəzərə alaraq, onu Xaçmaz Rayon Məhkəməsinin 2(067)-949 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 münasibətdə yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməsi nəzərdə tutulmuş 110 manat aliment məbləğindən azad edilməyi və cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat manat məbləğində aliment tutulmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İsrafılova (Qasımova) Aysel Kamran qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. Sonradan övladı xx.xx.2013-cü il təvəllüdlü X4 onun yanına gedərək onun yanında qalmağını istədi. Uşağın himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 onun himaysinə verildi. Beləliklə övaldının biri onda biri isə cavabdehlə qaldı. Ona görə də hesab edir ki, bir uşağa münasibətdə aliment ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM -nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3225 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit məbləğdə aliment pulunu cavabdehə ödəməlidir. Övladı xx.xx.2013-cii il təvəllüdlü X5 onun himayəsindədir.
3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 949 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 münasibətdə yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməsi nəzərdə tutulmuş 110 manat aliment məbləğinin ödənilməsindən xx.xx.2023-cü il tarixdən etibarən azad edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından xx.xx.2023-cü il tarixdən başlayaraq, 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 39,2 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimentə aid hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).
5. Birinci instansiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almasını, İddiaçı ailə vəziyyətində dəyişiklik olmasını, yəni xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsini müəyyən edərək İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən (qətnamə qanuni qüvvəsini aldığı gündən) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi və himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində aliment tutulması qənaətinə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 3.0.4, 75.1, 78.1, 78.2, 112.1-ci maddələrinə, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edərək əsaslandırmışdır.` Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsinin qismən, “xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından xx.xx.2023-cü il tarixdən başlayaraq, 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi”hissəsində dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, qanunsuzdur, Belə ki, məhkəmə qətnamə qəbul edərkən onun da yanında bir övladının qalmasını, ona görə ödənilən alimentin məbləğini nəzərə almamışdır, Qeyd edir ki, 26 noyabr 2019-cu il tarixli, 2(067)-3225/2019 saylı qətnaməsi ilə iki övladı-23 dekabr 2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X9 onun yanında qalması hər uşaq üçün 110 manat alimentin İddiaçı tutulub ona ödənilməsi qət edilmişdir. Bundan başqa işsizdir, heç bir yerdə işləmir. maddi vəziyyəti imkan vermir ki, yanında bir övladı ola-ola, ona 160 manat məbləğində aliment ödəsin. Ən azından məhkəmə ədalətli şəkildə digər övladına kəsilən aliment məbləğinin-110 manat sabit pul məbləği şəklində alimentin ondan tutulması barədə qətnamə qəbul edə bilərdi. Göründüyü kimi məhkəmə tərəflərin hüquq bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə yalnızca iddiaçı tərəfin dedikləri ilə kifayətlənmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, uşaqlardan biri onunla, biri də atası ilı yaşayır. Ondan aliment tutulmasından narazıdır, işləmir, bu səbəbdən ödəyicilik qabiliyyəti yoxdur. Uşaqlardan biri 2 ildir ki, atanın himayəsindədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək aliment həcminin 100 manat məbləğində müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, uşaqlardan biri məhkəmə qaydasında atanın himayəsinə verilməzdən əvvəl də uzun müddət atanın himayəsində olub. Qarşı tərəfə də təklif ediblər ki, atanın himayəsində olan uşağa görə yığılmış aliment borcundan imtina etsin. Bu zaman alimentə dair iddiadan imtina edər. Lakin qarşı tərəf razılaşmır. Apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 107.2-ci maddəsinin tələblərinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.
15. Apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği 100 manat müəyyən edilməlidir.
17. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 Qasımova (İsrafilova) Aysel Kamran qızından alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
18. İş materiallarında olan ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X7 ilkin mediyasiya sessiyasında iştirak etməmişdir.
19. İş materiallarında olan xx.xx.2023 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediyasiya xərci ödənilmişdir.
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, İddiaçı ailə vəziyyətində dəyişiklik olmuş, yəni xx.xx.2013-cü il təvəllüdlü X6onun himayəsinə verilmiş, belə olan halda İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən (qətnamə qanuni qüvvəsini aldığı gündən) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi və himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində aliment tutulması qənaətinə gəlmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmaqla qismən qanuni və əsaslı hesab edir. Belə ki, uşaqları saxlamaq valideynlərin borcudur. Cavabdeh də uşağın anası olduğu üçün onun Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqları saxlamaq öhdəliyi vardır.
22. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3225/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahında olan xx.xx.2013-cü il təvəllüdlü Ayşənin və xx.xx.2015-ci il təvəllüdlü Əhədin saxlanılması üçün cavabdeh İddiaçı hər uşaq üçün 110 manat aliment tutulmuşdur.
23. Hazırda isə tərəflərin birgə nikahından olan Ayşən iddiaçının himayəsinə keçmiş və iddiaçı cavabdehdən onun saxlanılması üçün 160 manat aliment tələb edir. 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birgə nikahdan olan Əhədin saxlanılması üçün cavabdehə 110 manat məbləğində aliment ödədiyi halda Ayşənin saxlanılması üçün ondan 160 manat aliment tələb etməsi ağlabatan qanunvericiliyə uyğun hesab edilə bilməz. belə olan halda ədalətlilik prinsipi pozulur.
25. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh maddi vəziyyətinin pis olması, işləməməsini bildirərək ondan aliment tutulmamasını xahiş etmişdir.
26. Buna görə də məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini və birgə nikahdan olan digər uşaq üçün hazırki iddiaçının cavabdehə 110 manat məbləğində aliment ödəməsini nəzərə alaraq hesab edir ki, qətnamə ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği 100 manat müəyyən edilməlidir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği 100 manat müəyyən edilməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.3 və 393, 402.1-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-888/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından tutulan alimentin miqdarı 100 (yüz) manat müəyyən edilsin. Qətnamədən şikayət verilə bilməz.