Məhkəmə qərarları › İş №2(105)-1320/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1320/2024

30.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1320/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(060)-40/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X9 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək qonşuluqda yaşayan şəxs tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə cəhd göstərildiyini, həmin şəxs istifadəsində olan torpaq sahəsində qanunsuz tikinti apararaq maneçilik törətdiyini və giriş yolunu kəsdiyini bildirmişdir. Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 900 kvadrat metr olan həyətyanı torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq tikinti işləri aparılır. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh1 zəbt etdiyi Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılmasını, orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh1 sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 900 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə tərəfindən birinci instasniya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 1300 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(060)-40/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 663 (altı yüz altmış üç) kvadrat metr olan həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın iddiaçı Sumqayıt Bələdiyyəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(060)-40/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Sumqayıt Bələdiyyəsi yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən yerli vergi ödəniş kodu (YVÖK) 29011xxxxxxx olan rəqəm və hərf kombinasiyasından ibarətdir. xx.xx.2022-ci il tədiyyə bildirişinə əsasən Sumqayıt şəhəri Dəmiryol ST, məhəllə 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinə dair müvafiq torpaq vergi ödənişləri dövlət büdcəsinə borcun olması müəyyən edilmişdir. Həmin tədiyyə bildirişində göstərilən borclar dövlət büdcəsinə ödənilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müəyyən edilir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Bundan əlavə, iddiaçı ona tədiyyə bildirişi göndərməklə mübahisəli torpaq sahəsinə dair dövlət büdcəsinə ödənilməli olduğu torpaq vergisinin olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını pozmuşdur. Əlavə olaraq, iddiaçı mübahisəli torpaq sahəsini iddia ərizəsində adı qeyd edilən X3 istifadəsinə verməklə, uzun müddətdir davam edən mübahisənin bünövrəsini qoymuşdur. Görünür ki, cavabdeh mübahisəli torpaq sahəsini digər şəxsin istifadəsinə verməklə, gəlir əldə etmiş və nəticədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Bələdiyyəsinə vəkil sorğusu ilə müraciət olunaraq, xx.xx.2022-ci il tədiyyə bildirişinə əsasən Sumqayıt şəhəri Dəmiryol ST, məhəllə 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinə dair müvafiq vergi borcunun ödənilməsi əsasları barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin hazırki tarixədək vəkil sorğusuna cavab verilməmişdir. Bu isə öz növbəsində iddiaçının qanunsuz əməllərinin daha bir göstəricisidir. Yuxarıda göstərilənlərə rəğmən məhkəmə iddia tələbini təmin etməklə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamədə özbaşına tikili məsələsinə toxunaraq, onun torpaqları özbaşına zəbt etməyini bildirmişdir. Lakin o, həmin torpaqlardan istifadəyə görə dövlət büdcəsinə vergi və rüsumları vaxtında ödəyir. Belə halda məhkəmə məsələyə özbaşına tikinti aspektindən deyil, iddiaçının subyektiv hüququnun olub-olmaması aspektindən baxmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə sorğusu əsasında əldə edilən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilən 27 may 2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən 0.0944 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. 0.03 ha torpaq sahəsi isə dövlət qeydiyyatından keçməklə bələdiyyə mülkiyyətindədir. Göründüyü kimi, bələdiyyə yalnız 0.03 ha torpaq sahəsinə subyektiv hüquq əldə etməklə, 0.0944 ha torpaq sahəsinə hər hansı hüquq əldə etməkdən məhrum olmuşdur. Belə olan halda məhkəmə yalnız dövlət qeydiyyatından keçirilmiş əmlaka münasibətdə şəxsin hüququnu tanımalıdır. Digər hallarda məhkəmə şəxsin subyektiv hüququ olmadığı üçün onun faktiki istifadəsində olan torpaq sahəsinin boşaldılması barədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Bundan əlavə, məhkəmənin qəbul etdiyi qətnamə üzrə təmin edilən iddia tələbi də anlaşılan deyildir. Belə ki, təmin edilən 0.06 ha torpaq sahəsi əslində X5 bələdiyyənin qərarı əsasında verilmişdir. O, isə həmin əmlaka dair etibarnamə almış və orada fərdi yaşayış evi tikmişdir. Buradan belə nəticə çıxır ki, məhkəmə etibarnamə əsasında verilən əmlaka münasibətdə şəxsin mülkiyyət hüquqlarını tanımış və həmin hissədə iddia tələbini təmin etməmişdir. Lakin həmin torpaq sahəsindən istifadəyə görə dövlət büdcəsinə ödənilən vergi və rüsumların olmasını nəzərə almamışdır. Bu xüsusatdan çıxış edərək qeyd etmək istəyir ki, məhkəmə yuxarıda qeyd etdiyi məsələyə diqqət yetirməklə, yalnız şəxsin tələb etdiyi torpaq sahəsinə münasibətdə subyektiv hüququnun olub-olmamasını yoxladıqdan sonra iddia tələbinə münasibət bildirə bilərdi. Hazırki işdə isə məhkəmə şəxsin özbaşına tikinti aparılması prizmasından çıxış edərək, onun illərdir ki, dövlət büdcəsinə ödədiyi vergi və rüsumları nəzərə almamış və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil Nurməmmədov X7 torpaq sahəsinin 303 kv.m. hissəsinə dair çıxarışı olduğundan həmin hissədə apellyasiya şikayətinin təmin olunmamasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə da faktiki tərəflər arasında barışıq sazişi əldə olunduğunu bildirərək qeyd olunan hissədə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 da 303 kv.m. bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair hissədə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə 303 kv.m. torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin “vətəndaş X6 fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 11 noyabr 2005-ci il tarixli, 50 nömrəli qərarından görünür ki, Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq, Sumqayıt stansiyası yaşayış ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə vətəndaş X6 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X4 ünvan 2 ünvanladığı **********359 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt Şəhər Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli (Protokol № 50) qərarına əsasən Sumqayıt Stansiyası yaşayış ərazilərində fərdi yaşayış evi tikintisi məqsədilə əri X6 ayrılmış, ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin Memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin ərazi üzrə nəzarətçiləri –Muradzadə Araz, Səfərli İsmayıl, Xəyyam İsmayıloğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhərinin inzibati ərazisi hüdudlarında daxilində yerləşən Stansiya Sumqayıt (dairəvi yolun kənarı) ərazisində xidməti araşdırmalar apararkən tərəflərindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan sahəsi 900 kv.m. olan torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Tərəflərindən edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, vətəndaş Cavabdeh1 zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən 0.0303 ha torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1884 nömrəli sorğuya cavab məktubundan görünür ki, mübahisələndirilən torpaq sahəsinin bir hissəsi olan və Sumqayıt şəhəri, Sumqayıt Baş Dəmiryol stansiyası, 1-ci məhəllə ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 21 saylı həyətyanı torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı qərarı ilə X6 ayrıİmışdır. Lakin Sumqayıt Bələdiyyəsində həmin torpaq sahəsinin vergi ödəyicisi olaraq Cavabdeh2 qeydiyyatdan keçmişdir. Belə ki, Cavabdeh2 Sumqayıt şəhəri, Sumqayıt Baş Dəmiryol stansiyası, 1-ci məhəllə ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 21 saylı həyətyanı torpaq sahəsini X1 aldığını və torpaq sahəsinin faktiki istifadəçisi olduğunu bildirərək özünü torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. Tədiyyə bildirişində vergi ödənilməli olan torpaq sahəsinin ölçüsünün 0,13 ha olaraq göstərilməsinə səbəb isə Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin ölçüsü barədə bələdiyyə qulluqçularına yanlış məlumat verməsi və aidiyyəti bələdiyyə işçilərinin həmin məlumatı yoxlamadan tədiyyə bildirişində göstərmələri olmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, zəbt olunmuş torpaq sahəsi kimi boşaldılması tələb edilən torpaq sahəsinin 600 kvadrat metri Sumqayıt Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı qərarı ilə X6 ayrılmış torpaq sahəsi olsa da, nə həmin torpaq sahəsi, nə də əlavə zəbt edilmiş torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7912 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 faktiki istifadəsinə olan 0,09 ha torpaq sahəsinin və digər 0,04 ha (ümumi sahə 1300 kv.m.) torpaq sahəsinin “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adlarına Sumqayıt şəhəri ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qeyd edilən torpaq sahəsinə tərəflərin iştirakı ilə texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsinin 0,1263 ha təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud elektron kadastr məlumat bazasına əsasən 0,0944 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin 0,03 ha hissəsi **********68 reyestr nömrəli çıxarış ilə Sumqayıt bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,319 ha torpaq sahəsinin isə 6 kVlıq orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi təyin olunmuşdur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin iddia ərizəsindən qismən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, apellyasiya baxışı mərhələsində cavabdeh tərəfindən ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edilərək 360 kv.m. torpaq sahəsinin onun adına sənədləşməsi xahiş edildiyindən iddia tələbinin qismən təmin edilmiş 663 kv.m. torpaq sahəsinə dair hissəsində 360 kv.m. hissəsindən imtina edilməsi barədə ərizə təqdim edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlari daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. İş materiallarına əsasən müəyyən edilir ki, torpaq sahəsinin 360 kv.m. hissəsi cavabdehin adına sənədləşməsi xahiş edildiyindən, həmçinin özbaşına tikililər həmin torpaq sahəsində yerləşdiyindən həmin hissədə iddiaçı iddia tələbindən imtina etmişdir. Digər 303 kv.m. hissəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin mmülkiyyətində xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır.Həmçinin məhkəmə kollegiyasının iclasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin 303 kv.m. hissəsinə dair çıxarış olduğunu qəbul edərək həmin hissədə apellyasiya şikayətinin təmin olunmamasına cavabdehin nümayındəsi və digər cavabdeh etiraz etmədiklərini bildirmişlər.Göründüyü kimi 303 kv.m. torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsi olduğundan yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən həmin torpaq sahəsindən cavabdehlərin zəbt edərək istifadə etməsi qanunsuz olduğundan bələdiyyənin cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə 303 kv.m. torpaq sahəsindən cavabdehlərin çıxarılması və eksprtiza tədqiqatının dəyərinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(060)-40/2024 nömrəli qətnaməsi Sumqayıt Bələddiyyəsinin mülkiyyətində olan 303 kv.m. torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsində və ekspertiza tədqiqatının dəyərinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar