Məhkəmə qərarları › İş №2(105)-1321/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1321/2022

31.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1321/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(074)-54/2021 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(074)-54/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, ilk iddia üzrə Cavabdeh tərəfindən zəbt edilmiş ilk iddia üzrə cavabdeh İddiaçı məxsus Şamaxı rayonu Saqiyan kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 0,0375 ha hissəsi boşaldılması, həmin torpaq sahəsindəki tikili (fərdi yaşayış evi) cavabdeh X1 hesabına sökülməsi və torpaq sahəsi İddiaçı sahibliyinə qaytarılması, qarşılıqlı iddia üzrə İddiaçı qarşılılqı iddia üzrə Cavabdeh qarşı RX № ******* saylı çıxarışın ləğv edilməsi barədə iddiasının rədd edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 311,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspetiza xərcinin alınıb Kapitalbankın 1 saylı Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.(hakim E.Hümbətov) Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(074)-54/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şamaxı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadı ilə apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadı ilə Şamaxı rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməməsi, şikayətin mülki işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(103)-731/2022 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadından Cavabdeh şikayəti elektron qaydada verilmədiyindən apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Bundan sonra Şamaxı Rayon Məhkəməsinin eyni iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmənin 27 dekabr 2021-ci il tarixli, 2(074)-54/2021 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və şikayətin qəbul edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şamaxı Rayon Məhkəməsinə 13 dekabr 2021-ci il tarixdə müraciət edərək apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri göndərmişdir. Lakin Şamaxı Rayon Məhkəməsi şikayət üzrə 2(074)-54/2021 saylı, 27.12.2021-ci il tarixli əsassız qərardad qəbul edərək apellyasiya şikayətini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 05.01.2022-ci il tarixdə “Elektron məhkəmə kabineti” sisteminə keçmişdir. Lakin onun apellyasiya şikayəti 13 dekabr 2021-ci il tarixdə verildiyindən, bunun geriyə olan müddətə tətbiq edilməsi düzgün deyildir. Bundan əlavə, Şamaxı Rayon Məhkəməsi apellyasiya şikayətini və ona əlavə olunmuş sənədlərin geriyə qaytarılmasına dair 2(074)- 54/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadını qəbul etsə də, ona yalnız qərardadın özünü qaytarmışdır, iş üzrə apellyasiya şikayətinin özünü və ona qoşma digər bütün sənədlərin heç birisini qaytarmamışdır. Ona görə də şikayət ərizəsini yazmaqda əlavə çətinliyə düşmüşdür. Apellyasiya şikayətini tam müdafiə edir. Lazımi sənədləri və sübutları elektron qaydada göndərmişdir. Hazırda o Şamaxı Rayon Məhkəməsinin 2(074)-54/2021 nömrəli, 08.04.2022-ci il tarixli yeni qərardadından hazırki yeni şikayət ərizəsini elektron məhkəmə kabineti vasitəsilə göndərib. Sadalanan hallar nəzərə alınmalı və şikayət təmin edilməlidir. Şamaxı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(074)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci və 363.1.5-ci maddələrinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadından verdiyi şikayətin forma və məzmunu Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun deyildir. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadından verdiyi şikayət elektron kabinet vasitəsi ilə həyata keçirilməmişdir. Daha öncə qeyd edildiyi kimi bu səbəbədən də, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(103)-731/2022 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(074)-54/2021 saylı qərardadından Cavabdeh şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, bundan sonra Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmənin 27 dekabr 2021-ci il tarixli, 2(074)-54/2021 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda mübahisələndirilən qərardaddan şikayətin elektron qaydada verilməsi onun təmin edilməsi üçün əsas ola bilməz. Başqa sözlə, hazırki halda mübahisələndirilən qərardadın ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Bununla belə, tərəfə izah olunur ki, hazırki qərardad, sadalanan nöqsanlar aradan qaldırılmaqla, mübahisələndirilən qətnamədən prosessual müddətlər daxilində yenidən apellyasiya şikayəti verilməsini istisna etmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(074)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar