Məhkəmə qərarları › İş №2(105)-1325/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1325/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1325/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı mənzillərin istifadələrinə və sahibliklərinə verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5027/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı iddia qaldıraraq mənzillərin istifadələrinə və sahibliklərinə verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5027/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan narazı qalan İddiaçı1 qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5027/2025 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsi və sənədlərin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, arvadı İddiaçı2 ilə cavabdeh "xxxx" MTK-ya qarşı mənzillərin iddiaçıların sahibliyinə və istifadəsinə verilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ərizədə göstərmişdirlər ki: Cavabdeh "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli 33 nömrəli alqısatqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tikilən 14 mərtəbəli yaşayış evinin “A” blok, 6-cı mərtəbə, ümumi sahəsi 102,5 kv.metr olan 2 otaqlı 31 nömrəli mənzil 66625 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə 33 nömrəli 20 oktyabr 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli 38 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tikilən 14 mərtəbəli yaşayış evinin “A” blok, 9-cu mərtəbə, ümumi sahəsi 62,5 kv.metr olan 1 otaqlı 53 nömrəli mənzil 40625 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə 38 nömrəli 20 oktyabr 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 20 oktyabr2014-cü il tarixli 39 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tikilən 14 mərtəbəli yaşayış evinin “A” blok, 10-cu mərtəbə, ümumi sahəsi 62,5 kv.metr olan 1 otaqlı 59 nömrəli mənzil 40625 manata iddiaçıya satılmışdır. Müqavilədə mənzilin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Cavabdeh "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 20 oktyabr 2014-cü iltarixli 40 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tikilən 14 mərtəbəli yaşayış evinin “A” blok, 11-ci mərtəbə, ümumi sahəsi 62,5 kv.metr olan 1 otaqlı 65 nömrəli mənzil 40625 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə 40 nömrəli 20 oktyabr 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 20 oktyabr 2014-cü iltarixli 43 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tikilən 14 mərtəbəli yaşayış evinin “A” blok, 7cı mərtəbə, ümumi sahəsi 102,5 kv.metr olan 2 otaqlı 42 nömrəli mənzil 66625 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə 43 nömrəli 20 oktyabr 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə iddiaçı X1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 145,2 kv.metr olan 4 otaqlı 44 nömrəli mənzil 50820 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə iddiaçı X1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 49 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 145,2 kv.metr olan 4 otaqlı 9 nömrəli mənzil 50820 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə iddiaçı X1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 72 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 76.4 kv.metr olan 1 otaqlı 3 nömrəli mənzil 26740 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə iddiaçı X1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 83 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 120 kv.metr olan 3 otaqlı 12 nömrəli mənzil 42000 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh "xxxx" MTK ilə iddiaçı X1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 100 nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 9- cu mərtəbə, ümumi sahəsi 76.4 kv.metr olan 1 otaqlı 59 nömrəli mənzil 26740 manata iddiaçıya satılmışdır. İddiaçı mənzilin pulunu ödəmiş və ona ödəniş barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-5027/2025 nömrəli qərardadına əsasən iddia ərizəsi və sənədlər geri qaytarılmışdır. Buna səbəb MPM-nin 152.1.7-ci maddəsinin tələbinə əməl edilməməsi olmuşdur. Hesab edir ki, məhkəmə maddi hüquq normasını pozaraq ərizəsini əsassız geri qaytarmışdır. Ona görə də qərardad ləğv edilməlidir. İddia tələbi “mənzillərin istifadəyə və sahibliyə verilməsi” barədədir. Bir-biri ilə əlaqədar olmayan bir neçə tələb dedikdə, məsələn eyni ərizədə həm mənzillərin istifadəyə və sahibliyə verilməsi, həm də ailə münasibətlərindən doğan aliment tələbi və s. göstərilirsə bu bir-biri ilə əlaqədar olmayan tələblər sayılır. Və ya tələblərdən biri əmlakın boşanma zamanı bölünməsi, digəri isə iş yerində əmək haqqının ödənilməsi ilə bağlıdırsa əlaqəsizdir, yəni birbiri ilə əlaqədar olmayandır. İddia ərizəsi MPM-nin 151.1-ci maddəsinin tələbinə riayət edilməklə verildiyindən və ərizədə bir-biri ilə əlaqədar olmayan tələblər irəli sürülmədiyindən ərizənin məhkəmə icraatı mümkündür. Məhkəmə hüquq normasını düzgün təfsir etməmiş, iddia ərizəsini və sənədləri qanunsuz geri qaytarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5027/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 5027/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıların ərizəsindən görünür ki, iddiaçıların tələbləri hər birininin sahibliyinə və istifadəsinə ayrı-ayrı mənzillərin verilməsi ilə bağlıdır. İddia tələbində birbirilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya ərizəçinin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, elektron məhkəmə informasiya sistemində iddiaçıların ər-arvad olmasına dair məlumat aşkar olunmadığından, şikayətdə qeyd olunanlar birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5027/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar