Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1336/2024 01.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli 5-6 nömrəli qərarı və aralarında bağladıqları torpaq icarəsi müqaviləsi əsasında 99 illiyə onun icarəsinə verilmiş, müəyyən səbəblərdən həmin ərazinin hasarlanması mümkün olmamış, sonradan ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri icarəsində olan həmin torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik hava xətti çəkmiş, elektrik xəttinin bir dayağını isə həmin torpaq sahəsinin daxilində basdırmışlar. Onun qonşuluğunda olan torpaq sahəsinin istifadəçisi tərəfindən (həmin torpaq sahəsində də analoji qaydada zəbt edilmə halı mövcuddur) cavabdehə müraciət edilərək elektrik dirəyinin torpaq sahəsindən götürülməsi xahiş edilmiş, lakin müraciət təmin edilmədiyindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bundan sonra, cavabdehin nümayəndəsi X3 vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, mülki işin icraatına xitam verilməsinə və Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi Amid Musayevin vəsatətinin qismən təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPMin 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması, vəsatətin işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi hissəsində təmin edilməməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat məhkəmə xərcinin İddiaçı aid edilməsi, aparılmış tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). İddiaçı Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2024- cü il tarixli, 2(059)-6/2024 nömrəli qərardadından şikayət verərək həmin qğrardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin aidiyyəti üzrə inzibati məhkəməyə aid olması qənaətinə gəlmiş və bu barədə qərar qəbul etmiş birinci instansiya məhkəməsi qərarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü və 14-cü bəndlərinə istinad etmişdir. Bu zaman birinci instansiya məhkəməsi normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunun tələblərinə əhəmiyyət verməmişdir. Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(059)-6/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehin vəsatətinə yenidən baxılması üçün iş birinci instasniya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi icraata xitam verilməsini qərardadını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü və 14-cü bəndlərinə istinad edərək onunla əsaslandırmışdır ki, mübahisənin predmeti iddiaçıya məxsus torpaq sahəsində təbii inhisar subyekti olan cavabdehin yaratdığı maneənin aradan qaldırılmasından, yəni yüksək gərginlikli elektrik hava xəttinin sonuncunun vəsaiti hesabına sözügedən torpaq sahəsindən çıxarılmasından ibarətdir və cavabdeh ASC təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsində iddiaçının torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkmiş və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etmişdir. Buna görə də hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi Ali Məhkəmənin qərarına istinad etsə də, nəzərə almamışdır ki, iddiaçıya icarə müqaviləsi əsasında məxsus olan torpaq sahəsi 0.01 hektardır. Bununla əlaqədar tərəflər arasındakı mübahisəli hüquq münasibəti tərəflərin hüquqi bərabərliyinnə əsaslanır.Buna görə də hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır.. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instasniya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almadan işin inzibati qaydada baxılmalı olması qənaətinə gəlmiş və işin icraatına xitam verməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehin vəsatətinə yenidən baxılması üçün iş birinci instasniya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş vəsatətə yenidən baxılması üçün iş Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1336/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1336/2024
01.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver