Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1337/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X18 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili: Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı əmlakın çızarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı onun uşaqları xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2014cü il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı məxsus olan 1 ədəd taxt; 2 ədəd sandıq; kiçik ölçüdə (2 nəfərlik) divan; uşaq üçün çarpayı; şkaf (kiçik ölçüdə); 1 ədəd şifoner; servant; komot (termo); 3 ədəd yastıq; 1 ədəd taxt üçün döşək; 2 ədəd adi döşək; 1 ədəd ədyal; 1 ədəd kiçik ölçüdə xalçanın (ağ rəng) Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evindən çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X22 və xx.xx.2014-cü il təvəllüdlü X12 dünyaya gəlmişdir. Nikah dövründə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi yaşayış evini tikmişlər. Evin tikilməsində şəxsən iştirak etmişdir. Habelə, evin tikilməsinə atası Elxan Bəşirov da iştirak etmişdir. Ev tikildikdən sonra orada yaşamış və uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun il mərasimində, yəni xx.xx.2020-ci il tarixdə qayınanası və baldızı ondan evdən çıxmağını tələb etmişdirlər. O, onlara bildirmişdir ki, onun başqa yaşayış yeri yoxdur və övladlarını çətinliklə saxlayır. Kirayədə qalmaq üçün maddi imkanı yoxdur. Onlar ona bildirmişdir ki, uşaqlar evdə qala bilər, lakin o, evdə qala bilməz. Nəhayət, xx.xx.2020ci il tarixdə cavabdeh qardaşı və qızı ilə evə gəlmiş və onu zorla evdən çıxarmışdırlar. Onlar onun cehiz əşyalarını çıxarmasını tələb etmişdirlər. Lakin, o, cehiz əşyalarını götürməkdən imtina etmişdir. İşin düzgün həll edilməsi üçün Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat vermişdir. Onun şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 1ci Polis bölməsinin əməkdaşları evə gələrək qayınanasına qanunsuz hərəkət etdiyini bildirmişdirlər. Lakin, qayınanası polisin də göstərişlərinə məhəl qoymamaışdır. Polis əməkdaşları ona bu işi məhkəmə qaydasında həll etməyi tövsiyə etmişdirlər. Evdən çıxarkən övladlarının və onun bütün əmlakları, o cümlədən paltarları həmin mənzildə qalmaqdadır. Ona və övladına cavabdeh tərəfindən evdə yaşamağa maneələr yaradıldığı üçün və gələcəkdə hər hansı bir problemlər olmaması üçün o, evdən çıxmağa məcbur olmuşdur. Cavabdeh yaşlı adam olduğu üçün mübahisə etməyin onun səhhətinə zərər vuracağını nəzərə alaraq evdən çıxmışdır. Yaşadığı ev qanunsuz tikilidir. Ev heç kəsin mülkiyyətində olmadığı üçün orada onun və uşaqlarının istifadə və sahiblik hüquqları vardır. O, hal-hazırda atasının evində yaşamaqdadır. Lakin, yaşadıqları ev darısqaldır və o, öz evinə köçmək fikrindədir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2491H ünvanında yerləşən fərdi yaşayış evində ona aid əmlakların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X7 ilə İddiaçı xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X20 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mərhum qardaşı R.N.Hüseynov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsində göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. Əksinə İddiaçı anasının evinə gəlin gələn gündən onların həyatı cəhənnəm əzabına dönmüşdür. Dəfələrlə istədiyi vaxt çıxıb gedib, istədiyi vaxt qayıtmışdır. Mərhum qardaşı, onun və atasının əlində bir alətə çevrilmişdir. Bu səbəbdən də onların nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra da mərhum qardaşından əl çəkmirdilər. Onu hədələmiş, normal yaşamağa imkan verməmişdirlər. Mərhum qardaşı ömrünün son aylarını ağır depressiya şəraitində yaşamışdır. Hətta bu günə qədər onlara məlum deyil ki, mərhum qardaşının avtomaşınla vurulduğu ərazidə nə işi var idi. Ev məsələsinə gəldikdə isə mərhum qardaşı ailə quranda anasın 17-ci mikrorayonda şəxsi mülkiyyətində evi var idi, Aysel də həmin evə gəlin köçmüşdür. Sonradan həmin evi anası satmış, evin vəsaiti hesabına hal-hazırki evi anası tikmişdir. 2018-ci ildən hələ mərhum qardaşı ilə boşanmamışdan əvvəl İddiaçı evi tərk edib getmişdir. Ev xx.xx.2020-ci il tarixli çıxarış ilə onun mülkiyyətindədir. İddiaçı nə əvvəl, nə də indi onların ailə üzvü deyildir. Cavabdeh evi tərk edərkən aşağıdakı cehiz əşyalarını götürməmişdir: 1 ədəd taxt; 2 ədəd sandıq; kiçik ölçüdə (2 nəfərlik) divan; uşaq üçün çarpayı; şkaf (kiçik ölçüdə); 1 ədəd şifoner; servant; komot (termo); 3 ədəd yastıq; 1 ədəd taxt üçün döşək; 2 ədəd adi döşək; 1 ədəd ədyal; 1 ədəd kiçik ölçüdə xalça (ağ rəng). Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamədən də görünür ki, ilkin vəziyyətdə ev özbaşına tikili olmuşdur. Məhkəmə işin bu halına hüquqi qiymət verməmişdir. G.Hüseynova 03 noyabr 2020-ci il tarixdə mübahisəli ev üzərində mülkiyyət əldə etmişdir. Onun məlumatı olmadan mübahisələndirilən ev mülkiyyətə keçirilmişdir. Onu uşaqları ilə evdən 13 oktyabr 2020-ci il tarixdə olmuş və həmin gün qaynanası və baldızı onu uşuqlarla evdən çıxmasını tələb etmişdir. Odur ki, məhkəmə tərəflər arasında münasibət yaranan ana hüquqi qiymət verməlidir. Məhkəmə tərəfindən bir çox maddi hüquq normaları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsini ləğv edərək onun evə köçürülmə tələbinə dair iddianın təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin və nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini rədd, üçüncü şəxsin iddiasını təmin edərək, mübahisə olunan evin mülkiyyətdə olmasına, iddiaçının həmin evə köçürülməsinə və evdən özünə məxsus olan əşyaları götürməməsinin mülkiyyətçinin hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı və R.N.Hüseynovun birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X22 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6917/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı R.Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair müraciəti əsasında iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh R.N.Hüseynov arasında xx.xx.2010-cu ildə nikah haqqında akt qeydləri kitabında 1068 nömrəsi ilə qeydiyyatı aparılmış nikah pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X22 və xx.xx.2014-cü il təvəllüdlü X4 İddiaçı yanında qalması və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdeh R.N.Hüseynovdan 27 iyun 2018-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evinin mülkiyyətçisi X5r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evinə dair verdiyi xx.xx.2020-ci il tarixli, **********73-11301 reyestr nömrəli texniki pasportdan görünür ki, sözügedən bağ evinin mülkiyyətçisi G.Cavabdehdır. xx.xx.2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, İddiaçı ərizəsində köçürülməsini tələb etdiyi ev Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evidir. Həmin evdə iddiaçıya məxsus əşyalar vardır. xx.xx.2021-ci il tarixli bölgü sxeminə dair sazişdən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2491A ünvanında yerləşən ümumi sahəsi 0.1115 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsi G.Cavabdeh verilmişdir. 0344812 saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin, 54 saylı mənzilini X13 49.183 manata satmışdır. X14, X15, X3, X6 və X21 tərəfindən imzalanmış və Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, İddiaçı, həyat yoldaşı X7, onların övladı xx.xx.2011-ci il təvəllüdlü X22 və İddiaçı qayınanası Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisində sənədsiz torpaq sahəsi almış, həmin torpaq sahəsində 2013-cü ildə sənədsiz ev tikmiş, birlikdə həmin evdə yaşamışdırlar. xx.xx.2014-cü ildə X12 anadan olmuşdur 2013-cü ildən 2018-ci ilə kimi normal ailə kimi yaşamışdırlar. 2018-2019-cu illər arası Aysellə həyat yoldaşı Ramin arasında bəzi səbəblərdən söz-söhbətlər olmuş, buna baxmayaraq Aysel sözügedən evə uşaqları ilə birlikdə gəlib getmişdir. Həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Aysel yoldaşının cənazəsi evdən çıxarılan zaman özü də evdə olmuşdur. Mərhumun vəfatı ilə Aysel əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ünvanında yerləşən 2336E nömrəli bağ torpaq sahəsi ünvan 5əsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 4Ə-02/1258 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında G.Cavabdeh adına qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan G.Cavabdeh idarəyə təqdim etdiyi torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, məlumatlandırma icrasına müvafiq olaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu və eskiz layihə əsasında sözügedən torpaq sahəsi üzərində tikilmiş bağ evinə dair G.Cavabdeh mülkiyyət hüququ qeydə alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə müstəqil tələb irəli sürən G.Hüseynovanın qardaşı R.Hüseynov arasında xx.xx.2010-cu ildə bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, sonuncu xx.xx.2019-cu ildə vəfat etmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi mərhumun anası, iş üzrə Cavabdeh məxsus, iddiaçının gəlin köçüb yaşadığı mənzil satıldıqdan sonra qeyri-rəsmi əldə olunmuş, orada müvafiq sənədləşməsiz fərdi yaşayış evi tikilmiş, bu zaman həmin ərazinin mülkiyyətçisi X11 adlı şəxs olmuşdur. Sözügedən evdə cavabdeh, onun mərhum oğlu və iddiaçı övladları ilə birgə yaşamışlar. xx.xx.2020-ci ildə bu torpaq sahəsinin bölgü sxeminə dair notariat qaydasında S.Təhməzova ilə G.Hüseynova arasında saziş imzalanmış və xx.xx.2020-ci ildə sonuncu şəxs mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin evdə iddiaçıya məxsus əşyalar hazıradək qalmışdır. Məhkəmə kollegiyası iddiaçının mübahisəli evin orada evin mülkiyyət əldə edilənək yaşamasının nəzərə almaması və sözügedən evin ona və onun keçmiş ərinə məxsusluğu barədə İddiaçı dəlilini qəbul etmir. Belə ki, mübahisəli əmlakın tikintisinə və onun yerləşdiyi torpaq sahəsinin əldə olunmasına cavabdehin mülkiyyətində olan mənzilin satışından götürülmüş vəsaitin sərf edilməsi, sözügedən evdə cavabdehin, iddiaçının keçmiş ərinin və iddiaçının övladları ilə birgə yaşamaları işin mübahisəsiz hallarıdır. İddiaçının atası – Elxan Bəşirovun ifadəsini, məhkəmə, maraqlı şəxsin mövqeyi kimi qiymətləndirməklə yanaşı, tikinti zamanı onun göstərdiyi həm maddi, həm də fiziki köməyin nədən ibarət olduğunu bildirməməsi, həmçinin bu halları təsdiqləyən sübutların təqdim olunmaması baxımından həqiqətə uyğun hesab etmir. İddiaçı tərəfindən onun dəlilinin əsaslılığına dəlalət edən hər hansı tutarlı və mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının mübahisəli evdə nə vaxtadək yaşamasına gəldikdə isə cavabdehin, müstəqil tələb irəli sürən üçüncü şəxsin ərizələrindən və onların nümayəndəsinin izahatından savayı, şahid Tərxanım Əliyevanın ifadəsindən, eləcə də iddiaçı tərəfindən təqdim olunmuş aktdan (X14, X15, X3, X6 və X21 tərəfindən imzalanmış və Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq olunmuş) görünür ki, 2018-2019-cu illərdə İddiaçı sözügedən yaşayış sahəsində daimi yaşamamış, oraya gəlib-getmişdir. Bundan əlavə, məhkəmə kollegiyası artıq 2018-ci ildə nikahı pozulmuş keçmiş arvadın, 2019-cu ildə sabiq ərinin vəfatından bir il sonra da keçmiş qayınanası və baldızı ilə (Nuridə və Güli Hüseynovalar) münasibətlərin korlanması şəraitində mübahisəli evdə daimi yaşamasını inandırıcı hesab etmir. Onun müəyyən əşyalarının həmin yaşayış sahəsində hələ də qalması heç də iddiaçının orada israr etdiyi dövrədək (xx.xx.2020-ci ilədək) yaşaması anlamına gəlmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılakən 2009-cu il oktyabrın 1-dək yaranmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Buradan aydın olur ki, istifadə hüququ ilə bağlı tələb yaşayış sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onun mülkiyyətçisinə yönələ bilər, belə bir iddiaya cavabdeh ola biləcək şəxs yalnız əmlakın mülkiyyətçisidir. Hazırki mülki işin faktiki hallarından aydın olur ki, mübahisəli evin mülkiyyətçisi G.Hüseynovadır (müstəqil tələb irəli sürən üçüncü şəxs). Lakin iddiaçı ərizəsində tələbini Cavabdeh yönəltmiş, sonuncunu iddiasına cavabdeh kimi göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən G.Hüseynovanın ona məxsus evdən iddiaçının əşyalarının çıxarılmasına dair iddiası əsaslıdır. Belə ki, həmin əşyaların müstəqil tələb irəli sürən üçüncü şəxsə məxsus evdə yerləşməsi onun, əmlakından sərbəst istifadəsini məhdudlaşdırmaqla, sahibliyini və sərəncam verməsini əngəlləyir, mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 03 mart 2022-ci il tarixli 2(060)-50/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1337/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1337/2022
18.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver