Məhkəmə qərarları › İş №2(105)-1348/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1348/2021

07.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1348/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçı X5, onun vəkili X12, Cavabdeh3 və üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının nümayəndəsi X13 iştirakı ilə, İddiaçı X5 Cavabdeh3 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(067)- 34/2018 saylı qətnaməsindən iddiaçı X8 və üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Rövşən Xəlilov) iddiaçı X5 Cavabdeh3 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının X6 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaların təmin edilməməsi qət edilmişdir İddiaçı X8 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızı qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və F.Məmmədov) 21 may 2020-ci il tarixli, 2(105)- 26/20 nömrəli qətnaməsi ilə İddiaçı1 Hüseyinbala oğlunun apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(067)-34/2018 saylı qətnaməsi qismən, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməklə, torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı1 Hüseyinbala oğlunun mülkiyyətində olan Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı1 Hüseyinbala oğlunun istifadəsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 250 (iki yüz əlli) manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarı ilə (Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-26/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Xaçmaz rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının X6 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qət edilmişdir. İŞİN HALLARİ İddiaçı X8 iddia ilə məhkəməyə müraciət edərək JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,10 ha torpaq sahəsinin Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 27 noyabr tarixli, 12 saylı qərarı ilə ona Mürşüdoba kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh 2003-cü ildən bu günə kimi həmin torpaq sahəsini özbaşına zəbt edərək istifadə edir. Dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çıxmasını təklif etsə də, torpaq sahəsindən çıxmamış, əksinə, torpaq sahəsinin ətrafına çəpər çəkməklə ərazidən istifadə edərək xeyir götürür. Bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X8 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin onun iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi və iddiasının təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır. JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Müşüdoba kəndində onun xüsusi mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 13 iyul 2017-ci il tarixli, **********21 nömrəli məktubu ilə müəyyən olunur ki, onun adına olan 0,10 ha torpaq sahəsinə dair verilmiş JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş, şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Nərəcan kənd İƏD-də nümayəndəsinin 19 dekabr 2017-ci il tarixli, 1163 nömrəli arayışı ilə müəyyən olunur ki, onun adına 0,10 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin torpaq sahəsi almış vətəndaşların siyahısından çıxarışdan görünür ki, 290-cı sırada onun adına 0,10 ha torpaq sahəsi vardır. Xaçmaz rayonu Mürşüdoba kəndinin baş planından Azərbaycan Respublikası DT və XK Xaçmaz rayon şöbəsinin müdrinin və Mürşüdoba bələdiyyəsinin sədrinin imzaları və möhürləri ilə təsdiqlənmiş çıxarışda qonşu X11 ayrılmış torpaq sahəsinin yanında 290 nömrəli torpaq sahəsi, yəni ona məxsus torpaq sahəsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin X9 ünvanladığı 28.02.2017-ci il tarixli, **********52 nömrəli məktubda göstərilir ki, onun Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,12 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Ərazi İdarəsinə daxil olmuş 22.02.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin 08.08.2003-cü il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,12 ha torpaq sahəsi Ərazi İdarəsinin elektron baza kadastr məlumat bazasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. Göstərilən sənədlərin əslini məhkəməyə təqdim etsə də, həmin sənədlər qətnamədə göstərilməmiş, məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının müdafiəçisi qismində çıxış etmiş, Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının torpaq sahəsi almaq üçün təqdim etdiyi sənədlərə istinad etmiş, torpaq sahəsinin hansı istiqamətdən və hansı ərazidən Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızına satılmasına əhəmiyyət verməmiş, torpaq sahəsinin həmin şəxsə naturada ölçülüb verilməməsinə göz yummuş, onun qanuni sənədlərini nəzərə almamışdır. Qətnamədə göstərilir ki, 28 iyul 2017-ci il tarixli, 11877 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X5 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnamə elektron baza məlumatlarında aşkarlanmadığı üçün iddiaçıya məxsus torpaq sahəsinin yerini dəqiqləşdirmək, həmin torpaq sahəsinin zəbt olunub-olunmadığını və Mürşüdoba bələdiyyəsinin 08.08.2003-cü il tarixli, 10 saylı qərarına əsasən İlhamə Hacıyevanın qanuni istifadəsində olan 1200 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bu rəyin verilməsinə əsas olmuş 5 saylı Xaçmaz LTİ-nin 12 iyul 2017-ci il tarixli, C-55 saylı mütəxəssis rəyində onun torpaq sahəsinə işlənmiş şəhadətnamənin guya elektron baza məlumatlarında aşkarlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin X9 ünvanladığı 28.02.2017-ci il tarixli, **********52 nömrəli məktubda mübahisəli torpaq sahəsinin elektron baza kadastr məlumat bazasında qeydiyyatda olması tam təsdiqini tapır. Ona görə də verilmiş rəy qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yalnız əsassız ekspert rəyini əsas götürərək onun iddiasını təmin etməməkdə haqlı deyildir. Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının özünün iddia ərizəsində göstərdiyi kimi, əgər 2003-cü ildə Mürşüdoba bələdiyyəsindən torpaq sahəsi almışdırsa, onda sənədlərdə soyadı Abdullayeva deyil, qızlıq familiyası olan Hacıyeva göstərilməli idi. Belə ki, X14 2003-cü ildə subay olmuşdur. Bununla da aydın olur ki, torpağa dair sənədləşmə İlhamə Məmməd qızının ailə qurmasından sonra, daha doğrusu, 2003-cü ildən çox-çox sonralar aparılmışdır. Bununla belə, həmin şəxsə torpaq sahəsi satılmışsa da, həmin torpaq sahəsi başqa ünvanda ola bilər, çünki mübahisəli əraziyə onun mülkiyyət sənədi, şəhadətnaməsi ola-ola oraya ikinci sənəd verilə bilməzdi, həmin ərazi onun mülkiyyət hüququ ilə yüklü olduğuna görə hər hansı şəxsə, o cümlədən Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızına satıla bilməzdi. Mübahisəli torpaq sahəsinə dair onun adına JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur və həmin şəhadətnamə qüvvədədir. Bu səbəbdən də həmin ərazi onun mülkiyyətindədir, ona görə də iddiası təmin olunaraq torpaq sahəsi onun istifadəsinə qaytarılmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızı apellyasiya şikayətində onun iddiasının təmin edilməməsi hissəsində qətnamənin ləğv edilib, həmin hissədə iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onun iddiasının təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır. O, 1997-ci ildən başlayaraq Mürşüdoba kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən istifadə edir. 30 sentyabr 2003-cü il tarixdə onunla Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsi arasında həmin 0,12 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunaraq Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinin möhürü ilə təsdiq olunub 536 sayla qeydə alınmışdır. Bu torpaq sahəsinin aktda göstərilmiş dəyəri olan ******* manatı o, bələdiyyənin bank hesabına köçürmüşdür. Hazırda həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün sənədləri Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Torpaq sahəsi 20 il onun istifadəsində olmaqla, həmin müddətdə nə cavabdeh, nə də başqa bir şəxs və yaxud hər hansı dövlət qurumu tərəfindən həmin torpaq sahəsi ilə bağlı ona heç bir irad bildirilməmişdir. Cavabdeh adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əsas tutaraq formal cəhətdən anası Cavabdeh3 qarşı hazırki iddianı qaldırsa da, söhbət faktiki olaraq 2003-cü ildə onun Mürşüdoba bələdiyyəsindən rəsmi qaydada aldığı və bu günə kimi istifadə etdiyi 0,12 ha torpaq sahəsindən gedir. X5 adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanunsuz olaraq verilmişdir. Belə ki, X1 özünə məxsus yaşayış evində yaşayır, evin təxminən 0,45 ha həyətyanı torpaq sahəsi vardır. Bundan da əlavə, X1 evindən xeyli aralı 0,10 ha həyətyanı torpaq sahəsini hasara alaraq istifadə edir. 2003-cü ildə ona satılmış 0,12 ha torpaq sahəsinin X6 heç bir aidiyyəti yoxdur. X8 iddia ərizəsində 0,10 ha torpaq sahəsinin Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə verildiyini göstərir. “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olmuş torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” qanun qüvvəyə mindiyi günədək mübahisəli torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasını təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Belə olan halda, X5 adına şəhadətnamə verilməsi də tamamilə qanunsuzdur. X20 Komissiyalarının torpaq üzərində ilkin sərəncam vermək səlahiyyətləri olmamış, torpaq islahatı başlanana qədər vətəndaşların qanuni istifadələrinə verilmiş torpaq sahələrini onlar mülkiyyətinə keçirmək səlahiyyətlərinə malik olmuşlar. Hazırki işə baxılarkən məhkəmədə araşdırılmış sübutlarla təsdiq olunur ki, X5 adına 1998-ci ildə 0,10 torpaq sahəsi mülkiyyətə verilməzdən əvvəl həmin torpaq sahəsinin X5 qanuni istifadəsində olmasını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. Lakin işə baxmış məhkəmə bu halları nəzərə almadan onun iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. X5 adına olan JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,10 ha torpaq sahəsinin onun adına ayrılması barədə heç bir ilkin sənəd mövcud deyildir. Belə olan halda həmin şəhadətnamənin verilməsi tamamilə qanunsuz və əsassızdır. Nə qədər ki, X8 adına olan şəhadətnaməyə əsaslanaraq onun qanuni istifadəsində olan torpaq sahəsini mübahisələndirir və onu tam əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb edir, həmin şəhadətnaməyə məhkəmə tərəfindən hüquqi qiymət verilib etibarsız hesab edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 və üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının nümayəndəsi X15 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin və onların nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini mütəxəssis və ekspert rəyləri ilə İddiaçı1 adına verilmiş şəhadətnamə elektron baza məlumatlarında aşkarlanmadığı üçün ona məxsus torpaq sahəsinin yerini dəqiqləşdirilməsi, həmin sahənin zəbt olunub olunmadığını, İlhamə Hacıyevanın qeyd edilən bələdiyyə qərarına əsasən qanuni istifadəsində olan 1200 kv.m. torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh1 və üçüncü şəxs İlhamə Abdullayeva (Hacıyeva) qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən iddiaçıların özlərinə məxsus sənədlərdəki torpaq sahəsinin döngə kordinatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləş hazırki tələblərin əsaslı olub-olmaması, daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlarla və ekspertin rəyi ilə təsdiqlənməyən "xxxx" MMC-nin mütəxəssis rəyinin mübahisənin həlli üçün kifayətedici sübut kimi qəbul edilməsinin mümkünlüyü araşdırılmaqla iddia tələblərinə yekun hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı Fəxrəddin Hüseyinovun iddia tələbi Cavabdeh1 qanunsuz sahibliyindən əmlakın alınaraq istifadəsinə qaytaılması barədədir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərflərin arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarına yalnız tərəfin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. İşdən göründüyü kimi istər iddiaçı F.Hüseyinov və istərsə də müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Abdullayeva (Hacıyeva) mübahisəli torpaq sahəsinə iddialı olmaqla, apellyasiya şikayətində də onun adına şəhadətnamə olduğu halda İ.Hacıyevaya ikinci sənədin verilməsinin mümkünsüzlüyünü qeyd etməklə, məhz şəhadətnaməyə əsasən ona məxsus olan torpaq sahəsinin Cavabdeh1 deyil, İ.Hacıyeva tərəfindən istifadə olunduğunu vurğulamışdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Qanunun mənasına görə cavabdeh iddia tələbinin yönəldiyi şəxs olmaqla, o iddiaçının hüququnu pozan və yaxud mübahisələndirən tərəfdir. Lakin hazırki tələb üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 iddiaçı F.Hüseyinovun hansı hüququnu pozduğunu, onun bu tələbə cavab verməli olan əsl cavabdeh olduğu və bunu mübahisələndirməsi görünmür. Əksinə işdən görünür ki, həmin torpaq sahəsinə üçüncü şəxs İ.Hacıyeva iddialıdır və iddiaçının mülkiyyət sənədini də mübahisələndirir. Göründüyü kimi iddiaçı F.Hüseyinov hazır ki iddia tələbini bu iddiaya cavab verməli olan şəxsə qarşı yönəltməmişdir. Odur ki, məhkəmə kollegiyası mübahisəli torpaq sahəsi ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). İddiaçı X4 100+100+50=250 (iki yüz əlli) manat ekspert xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 60+78,70+67,20= 205,9 (iki yüz beş) manat 90 (doxsan) qəpik mütəxəssis xərci Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin (Kapital Bank ASC Xətai filialı kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Benefisiarın adı Kadastr və Yerquruluşu Layihə TADQ MAR, benefisiarın hesabı AZ 23AŞŞB********************, VÖEN **********) hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X5 Cavabdeh3 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmasına dair iddia tələbi rədd edilsin. İddiaçı X4 100+100+50=250 (iki yüz əlli) manat ekspert xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 60+78,70+67,20= 205,9 (iki yüz beş) manat 90 (doxsan) qəpik mütəxəssis xərci Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin (Kapital Bank ASC Xətai filialı kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Benefisiarın adı Kadastr və Yerquruluşu Layihə TADQ MAR, benefisiarın hesabı AZ 23AŞŞB********************, VÖEN **********) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar