Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-135/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh, həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və qeyrilərinin nümayəndəsi Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-162/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-162/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyesrindən çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin eninə olan hissəsindən Cavabdeh qeyri-qanuni sahibliyində olan qərb tərəfdən 4,3 metr hissəsi İddiaçı və onun paylı mülkiyyətin iştirakçıları olan ailə üzvlərinin qanuni sahibliyinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutulması, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 (üç yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq, “xxxx” MMC-nin hesabına (“xxxx” ASC-nin 2 saylı Xətai filialı, İban AZ22AİİB********************, Kod: 200082, müxbir hesab AZ37NABZ********************, VÖEN: **********, SWİFT: AİİBAZ 2X) keçirilməsi qət edilmişdir. (hakim İ.Kərimli) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-26/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh tərəfindən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin, ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manatın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, apellyasiya baxışı zamanı keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 60 (altmış) manatın Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin, ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manatın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun isə Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-26/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7170/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-26/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçıya və onun qızlarına məxsusdur. Qeyd olunan torpaq sahəsi iddiaçının maddi imkanı olmadığı üçün hasara alınmamışdır. Lakin 2014-cü ilin əvvəllərində iddiaçı özünə məxsus torpaq sahəsinə getdikdə məlum olmuşdur ki, Cavabdeh 0,09 ha torpaq sahəsinin təxminən 0,04 ha hissəsini zəbt edərək üzərində fərdi yaşayış evi tikmişdir. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsinin özünə və qızlarına məxsus olmasını və məsələnin məhkəmədən kənar həll olunmasını təklif etsə də, cavabdeh torpaq sahəsinin bir hissəsinə aid olan hasarı öz hesabına sökdürmüş, qalan sahənin isə özünə məxsus olduğunu və boşaltmayacağını bildirmişdir. İddiaçı ilə cavabdeh arasında olan mübahisənin aradan qaldırılması üçün mütəxəssislər torpaq üzərində ölçülər apararkən cavabdeh onlara hər dəfə müxtəlif çıxarışlar təqdim etmişdir. Halbuki, iddiaçının qonşuluğunda olan torpaq sahəsinin cavabdehə məxsus olmasını cavabdeh özü bildirmişdir. Hazırda paylı mülkiyyət hüququ əsasında iddiaçıya və övladlarına məxsus olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı istifadə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin olunmasını, ona və onun ailə üzvlərinə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq iddiaçıya və onun ailə üzvlərinə qaytarılması, cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını ətraflı araşdırmamış, onun çıxarışda olan torpaq sahəsindən başqa əlavə torpaq sahəsini zəpt etmədiyini nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşdə olan ekspert rəyində də göstərilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə dair sənəd düzgün işlənilmədiyindən ölçüsü yerində (naturada) üst-üstə düşmür və 15 metr şərqə tərəf düşür. Lakin məhkəmə bu rəyi nədənsə nəzərə almamışdır. Ekspert rəyində xüsusi olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin koordinatları düzgün işlənilmədiyindən JN-2952 saylı, ******* kodlu dövlət aktında qeyd edilən koordimatlar daxilində deyildir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyesrindən çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin eninə olan hissəsindən Cavabdeh qeyri-qanuni sahibliyində olan qərb tərəfdən 4,3 metr hissəsi İddiaçı və onun paylı mülkiyyətin iştirakçıları olan ailə üzvlərinin qanuni sahibliyinə qaytarılması hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda məhkəmə kollegiyası tərəfindən işə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3, X7, X10, X8 nümayəndəsi Cavabdeh, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apelyasiya şikayətini müdafiə etdilər və onun təmin olunmasını xahiş etdilər. Cavabdeh əlavə etdi ki, istər iddiaçının ailə üzvlərinə, istərsə də onun ailə üzvlərinə Respublikada torpaq islahatı aparılan zaman Saray sovxozu ərazisində pay torpaqları verilmişdir. Sonradan iddiaçı da, o da həmin torpağın müəyyən hissəsini özgəninkiləşdirmişdir. Onlara Reyestr Xidməti tərəfindən mülkiyyətlərində qalan torpaq sahələrinə dair yeni plan və ölçü tərtib edilmişdir. Artıq neçə ildir ki, gedən məhkəmə mübahisəsi zamanı çoxlu ekspertizalar keçirilmiş və iş üzrə keçirilmiş bütün ekspertizalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının yeri onun tələb etdiyi yer deyildir. İddiaçının əlində olan sənəd düzgün işlənməyib, onların yeri üst-üstə düşmür. Apelyasiya baxışındakı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və qeyd etdi ki, torpaq islahatı zamanı onun ailəsinə də pay torpağı verilmişdir. Həmin pay torpaqlarına dair əvvəllər dövlət aktı olmuşdur. Hazırda həmin torpaq sahələrindən mülkiyyətlərində cəmi 0,09 ha torpaq sahəsi qalmışdır. Həmin torpağa dair onlara yeni plan və ölçü tərtib edilib, reyestrdən çıxarış verilmişdir. Cavabdeh onun torpağını zəbt etmişdir. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş üzrə müstəqil tələb irəli sürməyən X11, X20 və X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan xx xxx 2006-cı il tarixli, JN-2952 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli, 4Ə1/61 saylı alqısatqı müqaviləsi ilə Abşeron rayonu, Saray qəsəbəsində 0,34 ha torpaq sahəsi verilmişdir, şəhadətnamədə mülkiyyətçinin ailə üzvləri kimi X11, X20 və X21 qeyd edilmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı, X1, X12 və X13 paylı mülkiyyətindədir. Yenə də işdə olan xx xxxx 1998-ci il tarixli, JN-872 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində 0,76 ha torpaq sahəsi verilmişdir, mülkiyyətçinin ailə üzvləri kimi X14, X16, X22, X17 və X18 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, MA ******* nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsi Cavabdeh və onun 5 nəfər ailə üzvünün paylı mülkiyyətindədir. Yenə iş materiallarında olan X25 və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2015-ci il tarixli, **********21 saylı mütəxəssis rəyindən görünür ki, mübahisə ilə əlaqədar 4 saylı LTİnin mühəndisi A.M.Əhmədov və tərəflərin iştirakı ilə GPS aləti vasitəsilə çöl-tədqiqat işi aparılmışdır. Kameral şəraitdə işlər aparılarkən müəyyən uyğunsuzluqlar qeydə alınmışdır. Belə ki, göstərilən ərazidə 1998-ci ildə torpaq islahatı aparılmışdır. Ərazidə islahat aparılan zaman yerquruluşu xəritələrindən istifadə olunmuş və pay torpaqlarının tanıdılması metrə ilə həyata keçirilmişdir. Hazırda mövcud olan müasir ölçü aləti (GPS) vasitəsilə və yeni WGS-84 koordinat sistemilə vətəndaşların mülkiyyətində olan torpaq sahələrində plan ölçüləri hazırlanır. Əraziləri yerində müəyyənləşdirərkən o vaxt mövcud olan sahələr arası yollardan, suvarma kanallarından, dren şəbəkələrindən istinad nöqtəsi kimi istifadə olunmuşdur. Baxmayaraq ki, Abşeron rayonu, keçmiş Saray təsərrüfatında vətəndaşların mülkiyyətinə verilmiş pat torpaq sahələri kənd təsərrüfatının istehsalı məqsədilə verilsə də, onlar üzərinə düşən pay sahələrini hissə-hissə ayrı vətəndaşlara satmış və artıq həmin massivlərdə evlər tikilərək ərazilər həyətyanı torpaq sahələri kimi istifadə olunur. Vətəndaşların bir qismində keçmiş üsulla hazırlanmış dövlət aktları, digərlərində isə müasir vasitələrlə hazırlanmış torpaq sahələrinin plan və ölçüləri və çıxarışları mövcuddur. Bu səbəbdən torpaq mülkiyyət hüququna dair dövlət aktına və torpaq sahəsinin planı və ölçüsünə əsasın naturaya uyğun olaraq mübahisəli torpaq sahəsinin dəqiq araşdırılması mümkün olmamışdır. Yenə də iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2016-cı il tarixli, 4595 saylı rəyindən görünür ki, müvafiq mütəxəssis rəyində qoyulmuş suallar cavablandırılmadığından göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır. İşə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 84 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 19880 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi düzgün işlənilmədiyindən ölçüsünün yerində (naturada) üst-üstə düşmədiyi və 15 metr şərq tərəfə düşdüyü, həmin torpaq sahəsinin eninə olan 4,3 metr hissəsinin Cavabdeh tərəfindən tutulduğu, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşmədiyi və 35 metr şərq tərəfə düşdüyü müəyyən edilmişdir. Reyestrdən çıxarışla Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin koordinatları düzgün işlənilmədiyindən JN-872 saylı, 30800086 kodlu dövlət aktında qeyd edilən koordinatlar daxilində deyil. Lakin faktiki olaraq və ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən Cavabdeh istifadəsində olan torpaq sahəsi JN-872 saylı, 30800086 kodlu dövlət aktında qeyd edilən ölçülərə uyğundur. Cavabdeh həmin torpaq sahəsinin hüdudlarından kənara, qərb tərəfə 4,3 metr çıxaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etmişdir. X25 və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2017-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 29950 saylı rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsi naturada üst-üstə düşmür. Şimal-şərqə doğru 15 metr kənarda yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsinin kordinatları naturada JN-2952, kod 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatların daxilində yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha tirpaq sahəsi naturada üst-üstə düşmür. Şimal-şərqə doğru 15 metr kənarda yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha tirpaq sahəsinin kordinatları naturada JN-872, kod 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatların daxilində yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsinin kordinatları naturada JN-2952, kod 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatları ilə üst-üstə düşür. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsinin Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, ayrı-ayrı konturlar daxilində yerləşir. Yenə X25 və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli, 6089 saylı rəyindən görünür ki, Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsi naturada üst-üstə düşmür. Şimal-şərqə doğru 15 metr kənarda yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsinin kordinatları naturada JN-2952, kod 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatların daxilində yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha torpaq sahəsi naturada üst-üstə düşmür. Şimal-şərqə doğru 15 metr kənarda yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha tirpaq sahəsinin kordinatları naturada JN-872, kod 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatların daxilində yerləşir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.4506 ha tirpaq sahəsinin kordinatları natura ilə qismən uyğunsuzluq təşkil edir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha torpaq sahəsi naturada üst-üstə düşmür. Şimal-şərqə doğru 15 metr kənarda yerləşir. ******* saylı, MA seriyalı çıxarışa əsasən Cavabdeh Xavnəhməd oğlunun mülkiyyətində olan Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı hüququ ilə qeydə alınmış 0.065 ha torpaq sahəsinin kordinatları düzgün işlənmədiyindən LN-872 kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən kordinatlar daxilində deyil, Lakin, faktiki olaraq və ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən Cavabdeh istifadə olan torpaq sahəsi JN-8xx xxx 30800086 saylı Torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən ölçülərə uyğundur. Cavabdeh həmin torpaq sahəsinin hüdudlarından kənara, qərb tərəfdən 4.3 metr çıxaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etmişdir. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsinin kordinatları JN-2952, kod 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatları ilə üst-üstə düşür. Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı ******* saylı, RX seriyalı çıxarışa əsasən İddiaçı, X23, X21 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.09 ha torpaq sahəsinin Cavabdeh, X8, X10, X9, X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.065 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, ayrı-ayrı konturlar daxilində yerləşirlər. İşdə olan “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 65 saylı mütəxəssis rəyindən görünür ki, xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədi düzgün işlənilmədiyindən ölçüsü yerində (naturada) üst-üstə düşmür, 15 metr şərq tərəfə düşür. xx xxxx 2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədində qeyd edilmiş koordinatlar JN-2952, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən koordinatlara uyğun işlənilmədiyindən JN- 2952 saylı Dövlət Aktının koordinatları daxilində deyil. Lakin JN-2952, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 0,09 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğundur, faktiki İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. xx xxxxxx 2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən cavabdeh X5 paylı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədi düzgün işlənilmədiyindən yerində (naturada) üst-üstə düşmür, 35 metr şərq tərəfə düşür. xx xxxxxx 2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa, əsasən Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədində qeyd edilmiş koordinatlar JN-872, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında qeyd edilən koordinatlara uyğun işlənilmədiyindən JN- 872 saylı Dövlət Aktının koordinatları daxilində deyil. Lakin JN-872, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 0,065 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğundur, faktiki Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Buna baxmayaraq Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsinin hüdudlarından kənara çıxaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinə eninə 4,3 bitişik hissədən müdaxilə etmişdir. Qeyd olunan sualların nəticəsi olaraq tərəflərin torpaq sahələrinin üst-üstə düşməsi halı yoxdur, torpaq sahələri bitişik olmaqla həmsərhəddir. Cavabdeh və onun ailə üzvləri tərəfindən İddiaçı paylı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinə bitişik, həmsərhəd hissədən 4.3 metr enində müdaxilə vardır. Zəbt faktı var, zəbt olunmuş sahə həmin torpaq sahələrinin həmsərhəd olan bitişik hissəsindədir və 4,3 metrin 48,2 metrə olmaqla 207,2 kv.metr sahəni əhatə edir. Yenə işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/171 saylı rəyindən görünür ki, xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədi düzgün işlənilmədiyindən ölçüsü yerində (naturada) üst-üstə düşmür, 15 metr şərq tərəfə düşür. xx xxxx 2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədində qeyd edilmiş koordinatlar JN-2952, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən koordinatlara uyğun işlənilmədiyindən JN- 2952 saylı Dövlət Aktının koordinatları daxilində deyil. Lakin JN-2952, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 0,09 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğundur, faktiki İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. xx xxxxxx 2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən cavabdeh X5 paylı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədi düzgün işlənilmədiyindən yerində (naturada) üst-üstə düşmür, 35 metr şərq tərəfə düşür. xx xxxxxx 2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa, əsasən Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş plan ölçü sənədində qeyd edilmiş koordinatlar JN-872, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında qeyd edilən koordinatlara uyğun işlənilmədiyindən JN- 872 saylı Dövlət Aktının koordinatları daxilində deyil. Lakin JN-872, kod 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 0,065 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğundur, faktiki Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Buna baxmayaraq Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsinin hüdudlarından kənara çıxaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinə eninə 4,3 bitişik hissədən müdaxilə etmişdir. Qeyd olunan sualların nəticəsi olaraq tərəflərin torpaq sahələrinin üst-üstə düşməsi halı yoxdur, torpaq sahələri bitişik olmaqla həmsərhəddir. Cavabdeh və onun ailə üzvləri tərəfindən İddiaçı paylı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinə bitişik, həmsərhəd hissədən 4.3 metr enində müdaxilə vardır. Zəbt faktı var, zəbt olunmuş sahə həmin torpaq sahələrinin həmsərhəd olan bitişik hissəsindədir və 4,3 metrin 48,2 metrə olmaqla 207,2 kv.metr sahəni əhatə edir. Ekspert tərəfindən qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatlarının Mərkəzə təqdim olunması barədə xx.xx.2020-ci il tarixli, 10/171 nömrəli vəsatət verilməsinə baxmayaraq, ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, pay torpaqlarının bölgü layihəsi) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Yenə də işdə olan X25 və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/613 saylı rəyindən görünür ki, İddiaçı adına xx.xx.2014-cü il tarixdə **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada öz yerində olub-olmamasının araşdırılması mümkün olmamışdır. Cavabdeh adına xx.xx.2012-ci il tarixdə **********44 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin planı və ölçüsündə göstgərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsini faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrefatı təyinatlı torpaqlarrr tikillər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada öz yerində olub-olmamasının araşdırılmasa mümkün olmamışdır. Elektron kadastr məlumat bazasında iddiaçı və cavabdehə verilən çıxarışlara əsasən torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Lakin yuxarıda göstərləri uyğunsuzluqları nəzərə alaraq müdaxilə faktının olub-olmamasının araşdırılması mümkün olmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, hazırda bu hissədə qətnamə apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini, iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iddia bu hissədə də təmin olunmamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, xx xxx 2006-cı il tarixli, JN- 2952 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin Abşeron rayonu, Saray qəsəbəsində 0,34 ha torpaq sahəsi olmuş, şəhadətnamədə mülkiyyətçinin ailə üzvləri kimi X11, X20 və X21 qeyd edilmişdir. Özgəninkiləşdirmə nəticəsində qalan 0,09 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2014-cü il tarixli, RX ******* nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bu çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı, X1, X12 və X13 paylı mülkiyyətindədir. Yenə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, xx xxxx 1998-ci il tarixli, JN-872 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində 0,76 ha torpaq sahəsi verilmişdir. Onun ailə üzvləri kimi X14, X16, X22, X17 və X18 qeyd edilmişdir. Bundan sonra, bu torpaq sahəsindən qalan 0,065 ha hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixli, MA ******* nömrəli çıxarış verilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bu çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh və onun 5 nəfər ailə üzvünə məxsusdur. Hazırda İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və bu zaman xx xxxx 2014-cü il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsünə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu Saray qəsəbəsində aparılan torpaq islahatı zamanı hər iki tərəfin ailə üzvlərinə pay torpaqları verilmiş, bununla bağlı həmin torpaq sahələrinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi onlara dövlət aktı verilmişdir. Mülki-hüquqi əqdlər nəticəsində onlara verilmiş torpaq sahələrinin bir hissəsi özgəninkiləşdirilmiş, hazırda iddiaçının və ailə üzvlərinin mülkiyyətində 0,09 ha, cavabdehin və ailə üzvlərinin mülkiyyətində 0,065 ha torpaq sahəsi qalmışdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflərin ilkin olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilmiş kordinatlarla sonradan əldə etdikləri torpaq sahəsinin planı və ölçündə göstərilmiş döngə nöqtələrinin kordinatları arasında uyğunsuzluqlar vardır. İş üzrə bir neçə dəfə keçirilmiş ekspert rəyləri də bu faktı təsdiq edir. Belə ki, son olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/613 saylı rəyindən görünür ki, İddiaçı adına xx.xx.2014-cü il tarixdə **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada öz yerində olubolmamasının araşdırılması mümkün olmamışdır. Cavabdeh adına xx.xx.2012-ci il tarixdə **********44 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsinin planı və ölçüsündə göstgərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsini faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrefatı təyinatlı torpaqlarrr tikillər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada öz yerində olub-olmamasının araşdırılmasa mümkün olmamışdır. Elektron kadastr məlumat bazasında iddiaçı və cavabdehə verilən çıxarışlara əsasən torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Lakin yuxarıda göstərləri uyğunsuzluqları nəzərə alaraq müdaxilə faktının olub-olmamasının araşdırılması mümkün olmamışdır. Bundan əvvəl verilmiş ekspert rəyinə görə isə tərəflərin torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğundur və faktiki mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmin rəyə əsasən yalnız ilkin sənəd kimi pay torpaqlarının bölgü layihəsinə istinad edildiyi təqdirdə müdaxilə faktını müəyyən etmək mümkündür. Daha öncə də qeyd olunduğu kimi, tərəflərin ilkin olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilmiş kordinatlarla sonradan əldə etdikləri torpaq sahəsinin planı və ölçündəki döngə nöqtələrinin kordinatları arasında uyğunsuzluqlar vardır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, eləcə də cavabdeh yuxarıda qeyd edilmiş normalara əsasən onlara məxsus 0,09 və 0,065 ha torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin kordinatlarının onlara ilkin olaraq verilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən koordinatlara(naturaya) uyğunlaşdırılması üçün həmin quruma müraciət etməlidir. Hazırki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçıya hüquqi əsas verən rəsmi sənəddəki uyğunsuzluğu aradan qaldırmadan, digər şəxs tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini hüquq müstəvisində müəyyən etmək mümkün olmaz. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin düzgün tərtib edilməyən planı və ölçüsünə istinad etməklə mübahisəli torpaq sahəsinin boşaldılması barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası, bundan əvvəl verilmiş iddiaçının torpaq sahəsinə qərb tərəfdən 4,3 metr hissəsinə Cavabdeh tərəfindən müdaxilə olması barədə iş üzrə mütəxəssis və onu təkrarlayan ekspert rəyinə tənqidi yanaşır. Belə ki, həmin ekspert rəyinə görə tərəflərin torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğundur və faktiki mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsi ilə üstüstə düşür. Həmin rəyə əsasən yalnız ilkin sənəd kimi pay torpaqlarının bölgü layihəsinə istinad edildiyi təqdirdə müdaxilə faktını müəyyən etmək mümkündür. Artıq yuxarıda da qeyd edildiyi kimi, iddiaçı hazırki iddianı hazırda hüquq müəyyənedici sənəd kimi qüvvədə olan xx.xx.2014-cü il tarixdə **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına istinad etməklə qaldırmışdır. Belə olan təqdirdə, artıq qüvvədə olmayan ilkin torpaq ayırma sənədlərinə istinad edərək mübahisəyə qiymət vermək düzgün olmazdı. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, AR MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 10 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh verilməli, mütəxəssis rəylərinə görə 300 manat “xxxx” MMC-nin, cəmi 133,20 manat Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, cəmi 250 manat isə Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-162/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 10,00 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatları və mütəxəssis rəyləri üçün tələb edilən cəmi 250 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************), 133,20 manat pul Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, filial kod 200071, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ 23 AİİB ********************, VÖEN **********), 300 manat pul isə “xxxx” MMC-nin (VÖEN **********, “xxxx” ASC-nin 2 saylı Xətai filialı, İBANAZ22AİİB********************, kod 200082, müxbir hesab AZ37NABZ**********00000194, SÜİFT AİİBAZ2X)hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-135/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-135/2021
19.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver