Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1353/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qusar Rayon Dövlət Notariat Ofisinə qarşı qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X21 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Ərizəçi iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-176/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 295 saylı arayışa əsasən, 1946-cı ilə aid X11 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1955- 1962-ci illər üzrə aparılmışdır.
2. Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 319/15 saylı arayışa əsasən, 1928-ci ilə aid X11 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1936- 1942-ci illər üzrə aparılmışdır.
3. Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 319/15 saylı arayışa əsasən, 1930-cu ilə aid X12 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1936-1942-ci illər üzrə aparılmışdır.
4. Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayənəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 856 saylı arayışa əsasən, Qusar rayonun İmamqulukənd kənd sakini olmuş X4 həqiqətən mərhum X10 doğma bacısıdır
5. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, X13 xx.xx.2021-ci il tarixdə ünvan 1 kəndində ölmüşdür.
6. AZ-İ 721431 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X11 26 mart 2015-ci il tarixdə ünvan 1 kəndində ölmüşdür.
7. Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayənəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 594 saylı arayışa əsasən, X4 vəfat etdiyi günə kimi, ünvan 1 kəndi ünvanında yaşamışdır və onun ölümündən sonra yeganə varisi bacısı oğlu Ərizəçi qalmışdır. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir
Birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X11 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
9. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun xalası X9 məxsusdur. Həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair çıxarış ilə rəsmiləşdirilmişdir. X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X4 ilə onun qohumluğu olmuşdur. Belə ki, həmin şəxs onun X6nın bacısı olmaqla onun xalası olmuşdur. X6 isə X5 əvvəl, yəni xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra X7 ondan başqa digər qanun üzrə vərəsələri olmamış, həmin şəxsin mülkiyyətində olmuş 0.61 ha həyətyanı torpaq sahəsi vərəsə kimi onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Hal-hazırda torpaq sahəsinin torpaq vergilərini o ödəyir. Hal-hazırda o, X1 ünvan 1 kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etmək istəyir. Çünki həmin mirası faktiki olaraq o qəbul etmişdir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin oradan ona bildirmişlər ki, onunla X1 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bildirmişdir ki, X1 doğumu haqqında akt qeydi mövcud deyildir, onun X6nın doğumu haqqında akt qeydi mövcud deyildir və ona görə də, bu barədə sənədləri əldə etmək mümkün olmamışdır. Mərhum anasının və X7 doğumu haqqında akt qeydinin olmaması barədə Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq arayışlar verilmişdir. Bununla belə, yaşadığı kənddə bütün qohumları bilir ki, X4 onun xalasıdır. Yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən də bu barədə xx.xx.2022-ci il tarixli 856 saylı arayış verilmişdir. O, hazırda X1 mirasını qəbul etmək hüquq olan şəxslərin dairəsinə daxildir. Çünki, onun anası sağ deyil və vəfat etmişdir. Hal-hazırda X1 mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun xalası olması faktı müəyyən edilməlidir.
10. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-176/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Əli Cəlilov)
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işdə olan X1 mərhum X10 doğma bacısı olması arayışını sübut kimi qəbul etmir. Belə ki, həmin arayışın hansı hallara dayanaraq verilməsi, arayışda göstərilən şəxslərin qohum olmasını təsdiqləyən hallar göstərilməmiş, sadəcə ümumi xarakterli qaydada qohum olması yazılmışdır. Məhkəmə həmin halın mötəbərliyini şübhə altına alaraq sübut kimi qəbul etmir. Məhkəmə, ərizəçinin xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 yeganə vərəsəsi olmasını da şübhə ilə yanaşır. Belə işdə olan 1955-1962- ci illər üzrə yoxlama aparılmış 1946-cı ilə aid X11 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi tapılmamışdır. Məhkəməyə təqdim edilmiş arayışdan da görünür ki, yoxlama yalnız 1955- 1962-ci illər üzrə aparılmışdır. Məhkəmə hesab edir ki, yalnız bir dövr üçün yəni 1955-1962-ci illər üzrə aparılmış yoxlama üzrə arayışa əsasən həmin şəxsin nikahda olmaması halı sübuta yetirilmir. Məhkəmə mərhumun nikahda olmamasını o zaman qəbul edərdi ki yoxlama hansısa dövr üçün yox və ya uzun müddətli yoxlama halları ilə bağlı arayışlar təqdim edilsin. Belə bir arayış isə təqdim edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1160-cı, Mülki Prosessual Məcəllənin 14.1, 77.1-ci maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. Ərizəçi apellyasiya şikayəti verib Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-176/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, onun tərəfindən təqdim edilmiş sənədlər mötəbər deyil, şübhə doğurur. Lakin məhkəmə özünün mövqeyinin tam əsaslandırmamış, nə üçün onun müvafiq səlahiyyətli orqanlar tərəfindən əldə etdiyi sənədləri sübut kimi qəbul etməməsini göstərməmişdir. Məhkəmə qeyd etmişdir ki, guya o, məhkəməyə gəlməməklə ona verilən suallardan yayınmışdır. Bildirir ki, 68 yaşı var, xəstədir, ayaqlarında ağrılar olduğuna görə harasa getməkdə çətinlik çəkir. Ona görə də, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə ərizə vermişdir. Belə bir ərizə vermək hüququdur və ona görə də, məhkəmənin belə bir qənaətə gəlməsi absurddur.
15. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş mərhum xalasının nikahda olmaması barədə Qusar rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışa da şübhə ilə yanaşmışdır. Halbuki şəxsin nikahda olub-olmaması məhz Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrinin verdiyi arayışlarla müəyyən olunur. O da Qusar rayon qeydiyyat şöbəsinə müraciət edərək mərhum xalasının nə vaxtsa nikahda olub-olmaması barədə arayış verilməsini xahiş etmiş, cavab olaraq məhkəməyə təqdim etdiyi arayışı vermişlər. Bundan başqa, mərhum xalam Gülnisə Pirquliyeva vəfat edənədək ünvan 1 kəndində yaşamış, həmin kənddə vəfat etmiş və orada dəfn olunmuşdur. Kənd sakinlərin, o cümlədən icra nümayəndəliyi yaxşı bilir ki, mərhum xalasının nikahı, övladları olmamış, həmin şəxs onun doğma xalasıdır. Bu barədə onun və mərhum xalasının yaşadıqları kənd üzrə icra nümayəndəliyi tərəfindən müvafiq arayış verilsə də, məhkəmə heç bir haqlı səbəb göstərmədən onu sübut kimi qəbul etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Qusar Rayon Dövlət Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
20. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40- 6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
22. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
23. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
24. Maddə 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.
25. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
33. Bənd 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir.
34. Bənd 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır.
35. Bənd 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
37. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
38. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
39. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
40. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
41. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
42. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Apellyasiya baxışının hədləri
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Apellyasiya şikayətindən görünür ki, ərizəçi Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-176/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir
46. Bu səbəbdən kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ərizə təmin edilməlidir.
48. Birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi arayışlara şübhə ilə yanaşaraq arayışda göstərilən şəxslərin qohum olmasını təsdiqləyən halların göstərilməməsi, sadəcə ümumi xarakterli qaydada qohum olmasının yazılması, 1946-cı ilə aid X11 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydinin tapılmaması barədə arayışda isə yoxlamanın yalnız 1955-1962-ci illər üzrə aparılması, bununla da yalnız bir dövr üçün, yəni, 1955-1962-ci illər üzrə aparılmış yoxlama üzrə arayışa əsasən həmin şəxsin nikahda olmaması halının sübuta yetirilməməsi ilə öz mövqeyini əsaslandırmışdır.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona vərəsəlik yolu ilə əmlakı qəbul edə bilməsi üçün lazım olduğunu qeyd etmişdir.
50. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunduqda, əvvəlki növbə vərəsələrin olmaması halında qohumluq faktı məhkəmə qaydasında müəyyən edilə bilər.
51. X1 digər vərəsələrinin olub-olmamasının araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən müxtəlif qurumlara sorğular verilmişdir.
52. Məhkəmə sorğusu əsasında daxil olmuş Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-426/2023 nömrəli məktubuna əsasən xx.xx.1931-ci il təvəllüdlü X10 və xx.xx.1928-ci il təvəllüdlü X7 Əhalinin Dövlət Reyestrinin X2 Sistemində mövcud olan məlumatları təqdim olunmuş, eyni zamanda bildrilmişdir ki, X8 nikah akt qeydi barədə Əhalinin Dövlət Reyestrinin X3 Sistemində hər hansı bir məlumat aşkarlanmamışdır.
53. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4- 13-6250/2023 nömrəli məktubuna əsasən «Vətəndaşlıq vəziyyəti aktları» X2 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X7 nikahı, nikahının pozulması, uşaqlarının, habelə özünün doğumu haqqında akt qeydi haqqında məlumat aşkar edilmədi.
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi ərizəni rədd edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
55. Bununla da, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 80, 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
58. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
59. Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlilləri iş materialları ilə birgə hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi tam ləğvi üçün əsasdır.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-176/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq ərizə təmin edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-176/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.