Məhkəmə qərarları › İş №2(105)-1354/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1354/2024

14.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1354/2024 14.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 iddiaçı, həmçinin digər iddiaçııların nümayəndəsi İddiaçı2, Cavabdeh2 nümayəndəsi Nümayəndə, X1 oğlunun iştirakı ilə Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)-23/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları

1. JN-0020 KOD 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı və İddiaçı2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 1,95 hektar torpaq sahəsi verilmişdir.

2. RX seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı3 və İddiaçı6 adına daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İddiaçı2 və X5 tərəfindən tərtib edilmiş Aktdan görünür ki, Sumqayıt İnzibati İqtisad Məhkəməsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli 2-1/118-216/2021 nömrəli icra sənədinə əsasən Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı2 məxsus 1,2189 ha k/təyinatlı torpaq sahəsinə yerində baxış keçirildi. Torpaq sahəsinin döngə nöqtələri yerində GPS aləti vasitəsilə ƏMDX-nın vahid elektron baza məlumatlarında olan xəritə materiallarına və **********30 reyestr nömrəli çıxarışdakı koordinatlara və bu çıxarışın yaranmasına əsas olmuş JN-20 nömrəli dövlət aktına əsasən vətəndaşa yerində tanıdıldı və izah olundu.

4. Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 10/3683 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 Xeyrula oğlu tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikasında Prezidentir 07 mart 2016-ci il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0.4584 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqı şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyini qeyd edilir ki, iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələrinin koordinatları fakt olaraq GPS aləti ilə ölçdükdən sonra elektron uçot xərtəsində araşdırmaqla müqayisəli şəkildə sxem tərtib olunaraq işə əlavə edilib.

5. Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 3-16- 16/2-10/1216 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerqurluşu üzrə mühəndisi Beydulla Əlistanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-765/2024 saylı mütəxəsis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 və X3 tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mütəxəsis rəyi onun tərəfindən tərtib olunmuşdur. Məhkəmənin qərardadına əsasən Quba rayon Qaraçay kəndində yerləşən 1,2189 ha mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə tərəfindən baxış keçirilmşdir. Baxış zamanı İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh3 və X3 tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir. Rəyi təsdiq edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tanıdılması barədə AKTA əsasən mərz nişanları çıxarılaraq yenidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilən torpaq sahəsi hissəsindən çıxarılmaqla, mərz nişanlarının yerinə basdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia onunla əsaslandırılıb ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli 15 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN0020 kod 30319028 nömrəli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara 1.95 ha (1.21 ha bağ , 0.72 ha əkin sahasi olmaqla] torpaq sahəsi verilmişdir. 1.21 ha bağ sahəsindən qonşuları cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 təqribən 0.20 ha zəbt edərək müxtəlif növ meyvə ağaclarını qanunsuz əkməklə zəbt etmişlər. Onlar mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadə etməsinə etiraz edərək torpaq sahəsindən çıxmalarını tələb etmişlər. Buna baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən çıxmaqdan imtina etmiş və həmin torpaq sahəsini özlərinin mülkiyyətinə aid olmasını bildirmişlər. Mübahisənin həlli üçün, 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Həmin orqan tərəfindən ərizəyə baxılmadığından Sumqayıt İnzibati Məhkəməsinə bu haqda "Məcbur etmə haqqında "İddia ərizəsi ilə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin icra sənədinə əsasən 760 (yeddi yüz altımış) manat rüsum ödədikdən sonra - onlara təqdim edilən 13 sentybr 2021-ci il tarixli aktla torpaq sahəsi onlara təhkim edilmiş və mərz nişanları ilə ayrılmışdır. Həmin vaxtı cavabdehlərdən torpaq sahəsinin yerində sərhədlərinin müəyyən edilməsində iştirak etmələri xahiş edilmişdir. Lakin cavabdehlər iştirakdan qəsdən imtina etmişlər. Bir neçə gündən sonra torpaq sahəsinə payız- qış mövsümü ilə əlaqədar işlər aparmaq üçün getdikdə cavabdehlərin onlara aid torpaq sahəsinin sərhədlərini müəyyən edən mərz nişanlarının çıxarıb ataraq yenə də təqribən 0.20 ha torpaq sahələrini zəbt etmələrini müəyyən etmişlər. Cavabdehlər bu hərəkətlərinə son qoymadıqlarından onların əməlləri barəsində Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qaldılar. Şikayə ilə əlaqədar Quba rayon PŞ-nin TB baş tədqiqatçısı, polis mayoru X6 tərəfindən 17 oktyabr 2021-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, təkrar zəbt olunan torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

9. Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)-23/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia təmin olunmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh3 və X3 tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. İşə baxan məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edib ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)-23/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri, iddia tələbinin dəlilləri ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayət onunla əsaslanıb ki, məhkəmənin iddia tələbinin rədd edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, iddiaçılar Sumqayıt İnzibati Məhkəməsində AR ƏMDK-i yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin aradan qaldırılması, 01 07.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə Çıxarış və plan cizgiyə uyğun koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1.95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması barədə iddia qaldırmışlar və onların iddia tələbi təmin edilmişdir. Sonradan Cavabdeh3 həmin qərardan apellyasiya şikayəti vermiş, şikayət təmin olunmamış, apellyasiya instansiya məhkəməsinin qərarı isə kassasiya qaydasında ləğv edilmiş və hazırda həmin iddia tələbi üzrə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh3 AR ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vəzifəli şəxsləri ilə əlaqə quraraq Azərbaycan Respublikası 07 mart 2016-ci il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr ucotu informasiya sisteminin yaradılması və rəqamsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində dəyişiklik edilməsinə nail olmuş həmin xəritəyə əsasən iddiaçılara hazırlanan çıxarış və plan ölçülərin, təhkim aktının, olmasına baxmayaraq zəbt etdiyi torpaq sahəsinin qanunsuz öz mülkiyyətində saxlamaq üçün iddiaçıların mülkiyyətində olan 1.2189 ha torpaq sahəsinin ölçüsünün 0.4584 ha kimi göstərilməsinə nail olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi 25 fevral 2024-cü il tarixli qanunsuz və əsassız ekspert rəyi vermişdir. İşə baxan məhkəmə əvvəlcə rəyin iddia tələbinə 1.2189 ha- torpaq sahəsinə uyğun verilməsini tələb edərək işi təkrar ekspertiza mərkəzinə göndərsə də, sonuncu əsassız rəylə razılaşmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssisləri əvvəlcə xəritə olmadan rəyin verilməsinin mümkünsüz olmasını bildirərək 2 dəfə rəy verməkdən imtina edərək mülki işi geri qaytarmış, 3-cü dəfə isə əsassız rəy verilməsinə məcbur edilmişlər. Beləliklə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr ucotu informasiya sisteminin yaradılması və rəqamsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə istinadən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi 25 fevral 2024-cü il tarixli əvvəlki rəyinə zidd olaraq iddiaçıların torpaq sahəsinin həcmini 1.2189 ha-nın əvəzinə 0.4584 ha kimi göstərməklə, saxta yolla iddiaçılara məxsus 0.7605 ha torpaq sahəsini satmışlar. İşə baxan məhkəmə isə sadalanan ziddiyətli məqamları araşdırmamış, iş üzrə səthi araşdırma ilə kifayətlənərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarına əsasən mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş, 2018-ci ildə isə torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Lakin sonradan cavabdehlər həmin torpaq sahəsinin sərhədlərini müəyyən edən mərz nişanlarını çıxarıb ataraq torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Onlara məxus torpaq sahəsinin ölçüsü 1 hektar 22 sot olmasına baxmayaraq, ekspert tərəfindən verilən rəydə 46 sot olduğu göstərilmişdir. Bu hallar isə ekspert rəyinin əsassız olmasını sübut edir. Cavabdehlər iddiaçı tərəfin torpağını zəbt etmişlər. Onların adına qeydə alınan torpaq sahələri iddiaçının torpaq sahəsi ilə yanaşı torpaq sahələri deyil. İşə baxan məhkəmə bu halı araşdırmamış, nəticədə qanunsuz və əsassız ekspert rəyinə istinadla iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Onlar 2016-ildə Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər və torpaq sahələri mərz nişanlar vasitəsilə ayrılaraq faktiki istifadəyə verilmişdir. Həmin ölçmə işləri həyata keçirilərkən hazırkı iddiaçı, qonşu torpaq sahələrinin sahibləri, və digər şəxslər də iştirak etmişlər. Torpaq sahəsindən də 1998-ci ildən 2016-cı ilə qədər eyni ölçüdə istifadə edilib. Ümumilikdə 1 hektar 29 sot torpaq sahələri var və həmin torpaq sahəsi faktiki olaraq naturada da yerindədir. Həmin ölçüdən artıq torpaq sahəsini istifadə etmirlər. İddiaçı tərəfə məxsus torpaq sahəsini onlar zəbt etməmişlər. İddia tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X5 bildirdi ki, ümumiyyətlə ərazidə Aqrar İslahat Komissiyasının xəritələri ilə elektron uçot xəritələri arasında, vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri arasında uyğunsuzluq mövcuddur. Belə ki, ərazidə sənəd əsasında vətəndaşlara paylanılan sənədlərlə, faktiki ölçülər arasında çatışmazlıqlar vardır. Daha dəqiq şəkildə Aqrar İslahat xəritələri vaxtında, əraziyə faktiki 50 hektar adı ilə torpaq sahəsi paylanılıb, amma ərazidə həmin ölçüdən daha az torpaq sahəsi olub. Hal-hazırda iddiaçının faktiki istifadəsində 1 hektar 2 sot torpaq sahəsi var. İş üzrə Cavabdeh3 da faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq vardır. Lakin hazırki halda cavabdehlər iddiaçının torpaq sahəsindən istifadə etmirlər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3 lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 238.1 və 238.3.Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2.Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

26. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)- 23/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, proses iştirakçılarının izahatları və iş materialları ilə birgə nəzərdən keçirib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbi iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması barədədir.

29. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

30. Baxılan işdən də müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçıların adına çıxarış verilmişdir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçıların torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunmasından ibarətdir.

31. İşə baxmış məhkəmə bu halın müəyyən olunması üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin etmiş, lakin cavabdehlər tərəfindən iddiaçıların torpaq sahəsinin zəbt olunması müəyyən edilməmişdir.

32. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra iddiaçıların JN-0020 nömrəli Dövlət Aktı əsasında 1.2188 ha torpaq sahəsi 0.46, digər JN-0020A hissəsi isə 0.7269 ha torpaq sahəsi 0.73 ha işlənilmişdir.

33. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, JN-0020 KOD 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X20 əsasən İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı və İddiaçı2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 1,95 hektar torpaq sahəsi verilmişdir. RX seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı3 və İddiaçı6 adına daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır.

34. Yenə iş materiallarından müəyyən olunur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışla Quba rayonu, Qaraçay kəndi ərazisində 1.2971 ha torpaq sahəsi Cavabdeh2 ilə birlikdə daha 3 nəfər ailə üzvləri (X9, X7 və Nümayəndə) ümumi birgə mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir.

35. Yenə işdən müəyyən edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli Çıxarışla Quba rayonu, Qaraçay kəndi ərazisində 1.2972 ha torpaq sahəsi Cavabdeh3 xüsusi mülkiyyətindədir.

36. Başqa sözlə Quba rayonu, Qaraçay kəndi ərazisində hazırkı iş üzrə tərəflərdən yuxarıda adları qeyd olunan şəxslərin hər birinin ayrı-ayrılıqda xüsusi mülkiyyətində torpaq sahələri mövcuddur.

37. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, orada qanunsuz təsərrüfatlə məşğul olurlar və torpaq sahəsindən hazırda da sonuncular tərəfindən istifadə davam edir. İşə baxan məhkəmə mübahisənin ədalətli və obyektiv həll edilməsi məqsədi ilə əsas hədəfi qeyd olunan torpaq sahəsinin (iddiaçıya və cavabdehlərə məxsus torpaq sahələrinin) uyğun olaraq plan və ölçüdəki, həmçinin faktiki vəziyyətdə koordinantlarını müəyyən edən, bunun davamında iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər, yaxud üçüncü şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən edən ətraflı məlumatların əldə edilməsi olmuşdur.

38. Digər tərəfdən, araşdırılan işin təhlilindən həmçinin görünür ki, cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur və onlara məxsus torpaq sahəsinin də müvafiq olaraq plan ölçüsü tərtib edilmişdir.

39. Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 3-16- 16/2-10/1216 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerqurluşu üzrə mühəndisi Beydulla Əlistanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-765/2024 saylı mütəxəsis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 və X3 tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir.

40. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə mübahisənin obyektiv həlli yalnız yuxarıda qeyd edildiyi kimi mübahisəli torpaq sahəsinin koordinantlarının naturada müəyyən edilməsi, habelə iddiaçılara hüquqmüəyyənedici sənəd əsasında məxsus olan torpaq sahəsinin faktiki olaraq cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsindən aslıdır ki, bu hal yalnız iş üzrə mütəxəssislərin verdiyi ekspert rəyi əsasında müəyyən oluna bilər.

41. İstinad olunan ekspert rəyində isə iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər Cavabdeh3 və X3 tərəfindən hansısa formada istifadə olunmaması qeyd olunmuşdur.

42. Apellyasiya şikayətinin dəlillərinə nəzər saldıqda görünür ki, iddiaçı tərəf həm də ekspert rəyindən narazı olmaqla, ekspertiza tədiqatının obyektiv aparılmamasını və yenidən ekspertiza keçirilməsinin zəruriliyi qeyd edir.

43. Məhkəmə kollegiyası yaranmış mübahisəyə mümkün aydınlıq gətirmək məqsədilə aidiyyəti üzrə reyestr orqanına sorğu vermiş və yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində dürüstləşmə aparıldıqdan sonra iddiaçılara məxsus torpaq sahəsinin ölçüləri barədə məlumatların məhkəməyə göndərilməsi xahiş olunmuşdur.

44. DƏDK və RPHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıların xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0020 nömrəli Dövlət Aktı əsasında Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-0020 nömrəli Dövlət Aktı əsasında 1.2188 ha torpaq sahəsi 0.46, digər JN-0020A hissəsi isə 0.7269 ha torpaq sahəsi 0.73 ha işlənilmişdir.

45. Göründüyü kimi iddiaçıların mülkiyyətində olan 1.2188 ha torpaq sahəsi reyestr orqanında TEKUİS-dən sonra 0.46 torpaq sahəsi kimi işlənilmişdir ki, bu da ekspert rəyi ilə eynilik təşkil edir. Konkret halda mövcud vəziyyətdə ekspert rəyinin qeyri-obyektivliyinə şübhə qalmır.

46. Bundan sonra kollegiya tərəfindən aidiyyəti üzrə DƏDK və RPHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə yenidən sorğu verilərək, rəy vermiş mütəxəssisin məhkəmə iclasında iştirakının təmin olunması xahiş olunmuşdur. Məqsəd verilmiş rəyin tərəflərin, xüsusən də rəydən narazı qalan iddiaçı tərəfin iştirakı ilə müzakirə edilməsi olmuşdur.

47. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş mütəxəssis X4 rəyə aydınlıq gətirərək bildirmişdir ki, iddiaçıya çıxarş verilərkən koordinatlar əvvəlki sənədlərə, yəni Dövlət Aktına istinadən verilmişdir. Lakin sonradan yaranmış mübahisələr zəmnində həmin ərazidə dürüstləşmə işləri aparılmış və bu zaman bir neçə şəxsin, o cümlədən də iddiaçıların torpaq sahəsinin koordinatlarında dəyişlik olunması, azalma müşahidə edilmişdir. Rəy verilərkən iş üzrə cavabdehlərin də koordinatları yoxlanılmış və sonda sonuncuların faktiki olaraq öz koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bununla belə hazırda iddiaçı tərəfin istifadəsində 1 ha-dan artıq torpaq sahəsi var. Əgər iddiaçı tərəf müraciət etsə, bu məsələyə yenidən baxıla bilər. Hazırki halda cavabdehlər iddiaçının torpaq sahəsindən istifadə etmirlər.

48. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.

50. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

51. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)-23/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar