Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1355/2021 01.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-862/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-862/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 “VAZ 2107” markalı, ** KV *** dövlət nömrə nişanlı 2011-ci il buraxılışlı avtomobil və “VAZ 21015” markalı, ** CB *** dövlət nömrə nişanlı 2009-cu il buraxılışlı avtomobil üzrə ümumilikdə 5000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə və Cavabdeh2 aid hissədə rədd edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “VAZ 2107” markalı, ** KV *** dövlət nömrə nişanlı, 2011-ci il buraxılışlı avtomobil üzrə 2200 manat və “VAZ 21015” markalı, ** CB *** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı avtomobil üzrə 7700 manat olmaqla, ümumilkdə 9900 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 2014-cü ilin sentyabr ayında Bakı şəhərindən 2011-ci il buraxılışlı, “VAZ 2107” markalı, ** KV *** dövlət nömrə nişanlı avtomobil almış, həmin avtomobili 2015-ci ilin dekabr ayına qədər idarə etmiş, sonradan avtomobili satmaq qərarına gəlmişdir, çünki avtomobil bankda kreditdə olmuşdur. Ona əvvəllər tanıdığı Cavabdeh1 kreditlə avtomobil alması bildirilmiş, buna görə də telefon nömrəsini tapıb Cavabdeh1 zəng edərək avtomobil barədə məlumat vermişdir. Onlar görüşərkən Cavabdeh1 avtomobilə baxaraq 4000 manat nağd qiymət qoymuş, əlavə olaraq 1 il ərzində 2200 manat məbləğində pul verəcəyini demiş, daha sonra avtomobilə görə 1 il müddətində hər ay 500 manat olmaqla, ümumilikdə 6200 manat pul verəcəyinə söz vermişdir. O, Cavabdeh1 təklifi ilə razılaşmışdır. xx xxxxxx 2015-ci il tarixdə onlar Şamaxı şəhərində yerləşən notariat kontorunda atası Əliqətin adından Cavabdeh1 qardaşı Valehin adına avtomobillə bağlı mülki etibarnamə vermiş, orada Cavabdeh1 ona ilkin ödəniş kimi 200 manat pul vermiş, 6000 manat verəcəyi qalmışdır. Bundan sonra 8 ay müddətində, yəni 2016-cı ilin fevral ayının 5dən sentyabr ayına qədər Cavabdeh1 hər ay 500 manat, ümumilikdə ona 4000 manat məbləğində pul vermişdir. 2016-cı ilin iyul ayında o, Sumqayıt şəhərində yerləşən avtomobil satışı mərkəzindən 2009-cu il buraxılışlı, “VAZ 21015” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobil almışdır. Taleh də həmin ayın pulunu ona ödəyərkən bu avtomobili görmüş, bundan sonra 2 ay müddətində Cavabdeh1 ondan əl çəkməyərək həmin avtomobili də ona satmasını, avtomobili satıb pulunu faizə buraxmaqla, ona da pul verəcəyini, avtomobili ona satsa, yenə nağd qaydada avtomobil almağa kömək edəcəyini demişdir. O, 2016-cı ilin sentyabr ayının əvvəllərində məcbur olub Cavabdeh1la razılaşmışdır. Cavabdeh1 həmin avtomobili 8000 manata alacağını, 300 manat əvvəldən verəcəyini, qalan 7700 manatı isə 14 aya bölərək hər ayın 12-də 550 manat məbləğində pul verəcəyini bildirmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə Şamaxı şəhərində yerləşən notariat kontorunda öz adından Cavabdeh1 qardaşı Valehin adına avtomobillə bağlı mülki etibarnamə vermiş, lakin avtomobili satdıqdan sonra tanışları Cavabdeh1 ona pul verməyəcəyini, Şamaxı rayonunda xeyli sayda adamdan avtomobil alıb pulunu qaytarmadığını, borc içində boğulduğunu demişlər. Ona görə də etibarnamə verəndən sonra 3 gün müddətində özü və atası dəfələrlə Cavabdeh1 evinə gedərək avtomobili geri qaytarmasını istəmiş, lakin Cavabdeh1 artıq avtomobili başqa adama, qonşusuna satdığını, narahatçılığa əsas olmadığını, dediyi vaxtda pulunu ondan almasını demişdir. 2016-cı ilin oktyabr ayının 12-də Cavabdeh1 evinə gedərək pulunu istəmiş, lakin Cavabdeh1 xəstə olduğunu, müalicə olunduğunu, 3 gün sonra söhbət etmələrini demişdir. 3 gündən sonra atası ilə Cavabdeh1 yanına getmiş, Cavabdeh1 bir nəfərə faizlə pul verdiyini, həmin adama hər ay 1500 manat faizi gətirib ona verməsini deyəcəyini, səhərisi gəlməyini, onu həmin adamla görüşdürəcəyini bildirmişdir. Həmin günün səhəri tanışları Seyran və Ayxan adlı şəxslərlə Cavabdeh1 evinə getmiş, pulu istəyərkən Taleh, atası Tahir, adını bilmədiyi əmisi qarşılarına çıxaraq onları təhqir etmiş, heç kimin pulunu verməyəcəklərini, şikayət etsələr də, heç kimin onlara heç nə edə bilməyəcəklərini, heç kimdən qorxmadıqlarını bildirmiş, bu zaman Cavabdeh1 atası Tahir ona yaxınlaşaraq 2 dəfə sinəsinə yumruq atmış, lakin zərbə onu tutmamışdır. Bundan sonra oranı tərk etmiş və şikayət ərizəsi yazmışlar. Cavabdeh1 və qardaşı Valeh onu aldadaraq avtomobillərini əlindən aldıqlarından xeyli maddi ziyan düşmüş, hazırda cavabdehlərin “VAZ 2107” markalı, ** KV *** dövlət nömrə nişanlı, 2011-ci il buraxılışlı avtomobil üzrə ona 2200 manat və “VAZ 21015” markalı, ** CB *** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı avtomobil üzrə 7700 manat olmaqla, ümumilkdə 9900 manat borcları vardır. Şamaxı Rayon Məhkəməsinin 1(074)- 53/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmündə və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-59/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarında da Cavabdeh1 ona 9900 manat borcu olduğu öz təsdiqini tapmış və mülki qaydada məhkəmədə iddia qaldıra bilməyi göstərilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində hökm çıxdığından azadlıqdan məhrum edilmişdir. Buna görə də borcu ödəyə bilməyəcəyi üçün İddiaçı onu başa düşməsini və ərizəsini geri götürməsini xahiş etmiş, İddiaçı da ərizəsini geri götürmüşdür. Daha sonra isə maddi imkanı zəif olduğu üçün ödəniş edə bilməmişdir. O, 2 avtomobili ümumi olaraq 6850 manata satmış və İddiaçı 2050 manat borcu qalmışdır. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ondan 5000 manat pulun tutulmasına aid olan hissədə ləğv edilərək, ondan iddiaçının xeyrinə 2050 manat məbləğində pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışları zamanı və məhkum olunduqdan sonra avtomobillərə görə İddiaçı heç bir ödəniş etməmişdir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı rayon notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə təsdiq edilərək 7E-9967 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X3 adından etibarnamə ilə hərəkət edən Eynalov Əliqət Ənvər oğlu “VAZ 21074” markalı, **- KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyə, bağışlamağa, ipoteka qoymağa, onun üzərində sərəncam verməyə, qeydiyyata salmağa, qeydiyyatdan çıxarmağa, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətlər etməyə dair, etibarnamə ilə səlahiyyəti başqa şəxsə vermək hüququ ilə 11 ay 27 gün müddətinə-xx.xx.2016-cı il tarixə kimi Cavabdeh1 etibarnamə vermişdir. İş materiallarında olan Şamaxı rayon notariat kontorunda xx xxxxxxxx 2016-cı il tarixdə təsdiq edilərək 7E-8851 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X11 oğlunun adından etibarnamə ilə hərəkət edən İddiaçı “VAZ 21154” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyə, bağışlamağa, ipoteka qoymağa, onun üzərində sərəncam verməyə, qeydiyyata salmağa, qeydiyyatdan çıxarmağa, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətlər etməyə dair, etibarnamə ilə səlahiyyəti başqa şəxsə vermək hüququ ilə 9 ay 5 gün müddətinə-xx.xx.2017-ci il tarixə kimi Cavabdeh2 etibarnamə vermişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-53/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 5 müddətinə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq Cavabdeh1 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəli həbs olunduğu andan, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanmış, vurulmuş ziyanın ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslərə məhkəməyə mülki iddia qaydasında müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-59/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, bu qərarla Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlə ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaq yolu ilə birləşdirilməsi və ona qəti cəza - 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, bu qərarla Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 221.1-ci maddələri ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsi və 1 il sınaq müddəti müəyyən edilməsi, onun üzərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməsi, Cavabdeh1 davranışı üzərində nəzarətin Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 1(074)-53/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmü üzrə cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, zərər çəkmiş şəxs İddiaçı Şamaxı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin icraatında olan Cavabdeh1 cinayət işi üzrə ona vurulmuş 5000 manat maddi zərər razılığa əsasən məhkəmədə Taleh tərəfindən ödəniləcəkdir, ona görə də Cavabdeh1 heç bir şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 1(074)-53/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə xx xxxxxx 2015-ci il tarixdə Şamaxı şəhərində yerləşən notariat kontorunda İddiaçı oğlundan dəyəri 6200 manat olan “VAZ 21074 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulunu ödəyəcəyinə söz verib aldatmaqla almış, həmin avtomobili xx xxxxxx 2016-cı il tarixdə X1 sonra avtomobilin pulundan 4000 manat qaytarsa da, verdiyi vədə əməl etməyərək avtomobilin qalan pulunu zərər çəkmiş şəxs İddiaçı verməyib 2200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə xx xxxxxxxx 2016-cı il tarixdə Şamaxı şəhərində yerləşən notariat kontorunda İddiaçı dəyəri 8000 manat olan “VAZ 21154 minik” markalı, 2009-cu il buraxılışlı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulunu ödəyəcəyinə söz verib aldatmaqla almış, həmin avtomobili xx xxxxxxxx 2016-cı il tarixdə X2 sonra avtomobilin pulundan 300 manat qaytarsa da, verdiyi vədə əməl etməyərək avtomobilin qalan pulunu zərər çəkmiş şəxs İddiaçı verməyib 7700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh1 təqsirləndirilməsinə dair cinayət işində olan və surəti hazırki mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli ərizəsində İddiaçı ona vurulmuş 5000 manat maddi zərərin razılığa əsasən məhkəmədə Taleh tərəfindən ödəniləcəyini, ona görə də Cavabdeh1 heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışları zamanı və məhkum olunduqdan sonra avtomobillərə görə İddiaçı heç bir ödəniş etmədiyini göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.2-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə əsassız varlanmanı nizama salan normaları tətbiq etsə də, mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində İddiaçı 2050 manat borcu qaldığını göstərsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-862/2020 saylı qətnaməsi Cavabdeh1 ümumilikdə 5000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1355/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1355/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver