Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1358/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsinə qarşı iş stajı təsdiqi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş stajının təsdiqi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Ərizəçi və maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-80/2023 nömrəli qətnaməsindən Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, Ərizəçi xx.xx.1966-cı il tarıxdə Qubadlı rayonu, Mirlər kəndində anadan olmuşdur.
2. Ərizəçi İİ dərəcə əlilliyi olan şəxsdir, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir.
3. Qubadlı rayonu, Dondarlı icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, Ərizəçi xx.xx.1966-cı il tarixdə doğulmuşdur. X4, anası X6.
4. Qubadlı rayonu, Dondarlı icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, X10 xx.xx.1985-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 173489 saylı vəsiqəsinin kserosurətinə əsasən, Ərizəçi uşaqlıqdan 2-ci qrup əlildir.
6. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında “ qanunun 14.1-ci maddəsinə əsasən sizə xx.xx.2014-cü il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilmişdir. Mərhum atasının ölüm kağızını təqdim etməsinə baxmayaraq, pensiyası yenidən hesablana bilməz. Bu tələb “Əmək pensiyaları haqqında“ qanuna və “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na ziddir.
Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4nun 1945-ci ildən 10 avqust 1985-ci ilə kimi iş stajının bərpa edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.Ərizəyə dəqiqləşmə edərək göstərmişdir ki, X4 1984-cü ildə 60 yaşı tamam olandan sonra pensiyayay çıxmış və xx.xx.1985-ci ilədək pensiya almışdır. X7 1945-ci ildən 10 avqust 1985-ci ilə qədər Qubadlı rayon Texniki Təmir stansiyasında işlədiyi dövrün iş stajı faktının təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.Eyni zamanda maraqlı tərəf Maraqlı şəxs deyil, Abşeron-Xızı regional idarəsi ilə əvəz edilməsini xahiş etmişdir.
8. Ərizəni onunla əsaslandırmışdır ki, uşaqlıqdan 2-ci qrup əlil olduğu üçün “Əmək pensiyaları haqqında“ qanunun 18-ci maddəsinə əsasən 16 avqust 2021-ci il tarixdə hər iki valideynin vəfat etdiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş və 20 sentyabr 2021-ci il tarixli məktubu ilə cavabdeh ona rədd cavabı vermişdir.Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Məhkəmədə ərizənin təmin edilməsi üçün atasının iş stajını təsdiq edən əmək kitabçası ondan tələb olunmuşdur. Əmək kitabçasının işğal altında olan rayonda qaldığını bildirmiş və iş stajını şahid ifadələri ilə bərpa etməyi xahiş etmişdi. Hakim iş stajını şahid ifadələri ilə bərpa etməyi onların səlahiyyətlərinə aid olmadığını və qeydiyyatda olduğu məhkəməyə müraciət etməyini bildirmişdir.
9. Məhkəmə iclasında şahid X3 ifadə verərək göstərmişdir ki, o, 1984-cü ildə Qubadlı rayon X5 Texniki Təminat birliyinə işə mühasib vəzifəsinə qəbul olunmuşdur. X10 ikinci dünya müharıbəsinin iştirakçı olmuş və müharibədən qayıdandan sonra, yəni 1945-ci ildə həmin idarəyə işə qəbul olunmuş və baş usta işləmişdir.
10. Məhkəmə iclasında şahid X8 ifadə verərək göstərmişdir ki, o 1981-ci ildə Qubadlı rayon X5 Texniki Təminat birliyinə işə qəbul olunmuşdur. X10 ikinci dünya müharıbəsinin iştirakçı olmuş və müharibədən qayıdandan sonra, yəni 1945-ci ildə həmin idarəyə işə qəbul olunmuş və baş usta işləmişdir
11. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-80/2023 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, X7 1945-ci ildən 1984-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrün iş stajı faktı kimi təsdiq edilməsi, qalan hissədə ərizənin rədd edilməsi qət edilmişdir. (hakim Vladimir Ruvinov)
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 1.2, 3.2.2 yarımbəndinə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına, 1999-сu il tarixədək qüvvədə olan Azərbayсan Respublikasının Əmək Qanunları Məсəlləsinin 29, 252-ci maddələrinə, 1999-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 304, 2006-cı il tarixdən sonra qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.2, 21, 25, 30, Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi apellyasiya şikayəti verib Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-80/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərini pozaraq iddiaçının 40 il stajını təsdiq etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşmə edərək atasının 1984-cü ildə 60 yaşının tamam olmasından sonra pensiyaya çıxdığını və xx.xx.1985-ci il tarixədək, yəni vəfat edənə qədər pensiya aldığını qeyd etmişdir. Bu baxımdan hesab edirlər ki, ərizəçinin mərhum atasının 1945-ci il tarixdən 1984-cü il tarixədək Qubadlı Rayon Kənd X1 Təminat birliyində işləməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır, bunun səbəbi isə hər iki şahidin birgə təsdiqlədiyi dövrün təkcə 1984-cü ili əhatə etməsidir. Əsasnamənin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Göründüyü kimi məhkəmə Əsasnamənin tələbini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının mərhum atasının məhkəmənin qətnaməsi ilə təsdiq olunan əmək stajı 1945ci il tarixdən 1984-cü il tarixədək olan dövrü əhatə etməklə pensiya təyinatı üçün tələb olunan iş stajının (25 il) yarısından artıqdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etirz edərək şikayətin təmin olunmamasını xahiş etdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
18. Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarı
19. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
20. Bənd 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
21. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
22. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
24. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
25. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
26. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)- 80/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPMnin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.
38. Bu səbəbdən kollegiya Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ərizənin təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - X7 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrünun iş stajı faktı kimi təsdiq edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, ərizə həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Birinci instansiya məhkəməsi iş üzrə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, ərizəçinin tələbi qismən təmin edilməlidir. Ərizəçi İİ dərəcə əlilliyi olan şəxsdir, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir.
42. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. İşçinin əmək fəaliyyətini təsdiq edən sənəd isə əmək qanunvericiliyinə əsasən əmək kitabçasıdır. Həmin sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməlidir. Lakin hazırkı işdə ərizəçi atasının 1945-1984-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması faktını təsdiq edən əmək kitabçasının əslini və ya notariat qaydasında təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir.
43. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir ki, həmin şahidlərdə biri – X3 birinci instansiya məhkəməsində verdiyi ifadəsində 1984-cü ildə Qubadlı rayon X5 Texniki Təminat birliyinə işə mühasib vəzifəsinə qəbul olunduğunu, digər şahid X8 isə 1981-ci ildə Qubadlı rayon X5 Texniki Təminat birliyinə işə qəbul olunduğunu bildirmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi 1945-1984-cü illər üçün iş stajı faktını təsdiq edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
45. Bununla da, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 80, 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
46. Kollegiya qeyd edir ki, X7 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işləməsi şahid ifadələri ilə öz təsdiqini tapmadığından həmin hissədə ərizə təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
49. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
50. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri iş materialları ilə birgə hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - X7 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrünun iş stajı faktı kimi təsdiq edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, həmin hissədə ərizə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-80/2023 nömrəli qətnaməsi qismən - X7 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrünun iş stajı faktı kimi təsdiq edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin hissədə ərizə təmin edilməsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.