Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1360/2023 06.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(060)-1017/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borcun və 31,77 manat dövlət rüsumunun, ümumilikdə cəmi 1208,49 manat tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir.İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 09/6623 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00740 nömrəli abonent kodu verilmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, ünvan 2 ünvanına İddiaçı əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün olmaqla, həmçinin,1 kubmetr qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 311,04 (üç yüz on bir manat, 04 qəpik) manat, xx.xx.2022-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün olmaqla, ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr, orta günlük iş rejimi 24 saat və hesablama müddəti 56 gün olmaqla, həmçinin, 1 kubmetr qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 338,64 (üç yüz otuz səkkiz manat 64 qəpik) manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin, 1 kubmetr qazın dəyəri 0,12 qəpik, ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr, orta günlük iş rejimi 24 saat və hesablama müddəti 30 gün olmaqla, həmçinin, 1 kubmetr qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 181,44 (bir yüz səksən bir manat 44 qəpik) manat və xx.xx.2022-ci il tarixli aktla qaz sayğacının nominal qaz sərfi 4 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olmaqla, həmçinin,1 kubmetr qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat, cəmi isə 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi İddiaçı məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(060)-1017/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh itirilmiş qazın bərpası üçün 1176,72 (bir min yüz yetmiş altı) manat 72 (yetmiş iki) qəpik borcun, 31 (otuz bir) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumunun, ümumilikdə cəmi 1208,49 (iki min iki yüz səkkiz) manat 49 (qırx doqquz) qəpik pulun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(060)-1017/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, psixi xəstə övladı vardır, oğlunun yataqxananın ümumi hamamından istifadə edə bilməməsi səbəbindən o, yaşadığı ünvana qaz sayğacının quraşdırılması ilə bağlı İddiaçınə dəfələrlə müraciət etmiş, 3 dəfə həmin təşkilatın əməkdaşlarına ayrılıqda 250 manat pul vəsaiti ödəmiş, əməkdaşlar ona qaz xəttini çəkəcəklərini bildirmişlər. Onun tərəfindən qaz xəttinə heç bir müdaxilə olunmamış, əlavə qazdan istifadə etməmişdir. Yaşadığı yer yataqxana olmaqla otağında qaz cihazı yoxdur, lakin qarşı tərəf heç bir əsas olmadan qanunsuz və əsassız akt tərtib etmiş, istədikləri formada hesablama aparmış və nəticədə guya onun külli miqdarda qaz sərfiyyatına görə borcunun olması barədə qanunsuz akt tərtib etməklə məhkəməyə müraciət etmişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ünvan 2 ünvanında Cavabdeh abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: 0**********00740) dair ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 311,04 (üç yüz on bir manat, dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 19 dekabr 2022-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə 09/6623 saylı müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında qazdan istifadə qaydalarına dair müqavilə bağlanmışdır. İşə əlavə olan İddiaçı İB “dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №-li, xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 kubmetr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2880 kubmetr. İş materiallarına əlavə edilmiş 28 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB “dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №-li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, ASQnin maksimal saatlıq qaz sərfi 1.5 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1512 kubmetr . İş materiallarına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB “dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün, ASQnin maksimal saatlıq qaz sərfi 1.5 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2822 kubmetr . İş materiallarına əlavə edilmiş 27 may 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB “dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2592 kubmetr . İş materiallarına əlavə edilmiş 30 mart 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB “dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2880 kubmetr . İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı ünvan 3 ünvanına aid qaz sayğacına baxış zamanı qazdan qeyri-qanuni kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB “dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 kubmetr /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2880 kubmetr. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı ünvan 3 ünvanına aid qaz sayğacına baxış zamanı qazdan qeyri-qanuni kənar xətt aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Sumqayıt, 15-ci məhəllə, ev 1/2, mənzil 74-ə aktlara görə 1176,72 manat cərimə hesablanmışdır. İşdə olan İddiaçı Sumqayıt QİS tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Birliyin əməkdaşları tərəfindən abonentin qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti tərəflərindən aşkar edilərək 0309809, 0309580, ******* və ******* nömrəli aktlarla rəsmiləşdirilmiş və qazın dəyəri müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Bu səbəbdən də itirilmiş qazın dəyərinə görə ümumilikdə 1176,72 manat borcu yaranmışdır. Hesablanmış 1176,72 manat borcun 5 gün müddətinə ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz olaraq yaşadığı ünvanda qaz xəttinə qoşulmuş və bununla da öz üzərinə müqavilə ilə götürdüyü öhdəliyi pozmuşdur və hazırda da qazdan qanunsuz istifadə edir. Belə olan halda isə Cavabdeh itirilmiş qazın bərpası üçün 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borcun tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 09/6623 saylı müqavilə bağlanmış, Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş və həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00740 nömrəli abonent kodu verilmişdir. ünvan 2 ünvanına İddiaçı əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş və birliyin əməkdaşları tərəfindən ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Daha sonra vurulmuş ziyan müəyyən edilərək və xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 311,04 (üç yüz on bir manat, 04 qəpik) manat, xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 338,64 (üç yüz otuz səkkiz manat 64 qəpik) manat, xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 181,44 (bir yüz səksən bir manat 44 qəpik) manat və xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat olmaqla, cəmi 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əməkdaşları tərəfindən istehlakçı Cavabdeh yaşadığı ünvana baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilərək ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edildikdən sonra İddiaçı əməkdaşları tərəfindən istehlakçı Cavabdeh yaşadığı ünvanda qanunsuz qoşulma halları aradan qaldırılmalı olduğu halda aradan qaldırılmamış, təbii qazdan qeyri-qanuni istifadə davam etmişdir. Yəni qeyd olunan ünvan üzrə xx.xx.2022-ci il tarixli akt əsasında abonentin qaz xətti ümumi xətdən kəsilməli və bu hala son qoyulmaqla müvafiq tədbir görülməli idi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixdən sonrakı aktlar üzrə hesablanmış 865,68 manatın (1176,72–311,04=865,68 manat) cavabdehdən tələb olunması qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, ünvan 2 ünvanında Cavabdeh abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: 0**********00740) dair ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmış 865,68 manat borc əsassızdır və silinməlidir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(060)- 1017/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanında Cavabdeh abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: 0**********00740) dair ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 311,04 (üç yüz on bir manat, dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(060)-1017/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında Cavabdeh abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: 0**********00740) dair ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 311,04 (üç yüz on bir manat, dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1360/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1360/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver